246) Xroniki tireoiditə aid deyil?
A) Ağrısız tireoidit
B) Vərəm tireoiditi
C) Autoimmun tireoidit
D) De Kerven qranulematoz tireoiditi
E) Sifilitik tireoidit
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
247) Xaşimoto tireoiditi diaqnozunu qoymaq üçün aşağıdakı müayinələrdən hansı daha doğrudur?
A) Qalxanabənzər vəz hormonlarının və TTH-ın müayinəsi
B) Qalxanabənzər vəzin nazik iynəli punksion biopsiyası
C) Qalxanabənzər vəzin USM
D) Tiroqlobulinə qarşı autoantitellərin müayinəsi
E) Qalxanabənzər vəzin skanlaşdırılması
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
248) 56 yaşlı xəstədə T4 və TTH-ın səviyyəsi aşağıdır. Tiroliberinlə testdən sonra qalxanabənzər vəzin hormonları və TTH-ın səviyyəsi artmışdır. Xəstədə patoloji prosesin yerini müəyyən edin?
A) Hipofizin ön payı
B) Neyrohipofiz və hipotalamus
C) Hipotalamus
D) Qalxanabənzər vəzi və adenohipofiz
E) Qalxanabənzər vəzi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
249) Xəstə, 58 yaş, ürəkdöyünmə tutmaları, tərləmə,dərinin quruluğundan şikayətlənir. Vəzin palpasiyası zamanı hər iki pay palpasiya olunur, sağ payda 1.5×1.3×1.0 sm ölçüsündə sərhədləri dəqiq olmayan düyün qeyd olunur. Vəzin qalan həcmi bərkləşmişdir və ümumi həcmi 28 sm3. Biopsiya aparılıb-bioptatda atipik hüceyrələr yoxdur, Aşkenazi-Gurtl hüceyrələri olan limfositar infiltrasiya aşkarlanır. Diaqnozu nedir?
A) Tireotoksik adenoma
B) Autoimmun tireoidit, hipertrofik forma
C) Autoimmun tireoidit, atrofik forma
D) Düyünlü qeyri-toksiki zob
E) Düyünlü toksiki zob
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
Dostları ilə paylaş: |