Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri


) Hipoparatiroidizmin klinik əlamətlərinə aşağıdakılardan hansı aid deyil?



Yüklə 0,87 Mb.
səhifə6/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
#5893
1   2   3   4   5   6   7   8   9   ...   16

337) Hipoparatiroidizmin klinik əlamətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Parathormonun səviyyəsinin aşağı olması

B) EKQ-da QT məsafəsinin uzanması

C) Hipokalsemiya

D) Hiperfosfatemiya

E) Hiperkalsiuriya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
338) Hiperparatiroid zamanı aşağıdakı hallardan hansı baş vermir?
A) Kompression sınıq

B) Tetaniya

C) Hiperkalsemiya

D) Osteomalyasiya

E) Metastatik kalsifikasiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
339) Hipokalemiya zamanı aşağıdakılardan hansı olmur?
A) Aritmiya

B) Poliuriya

C) Tetaniya

D) Polidipsiya

E) Əzələ zəifliyi
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
340) Psevdohipoparatireoza xas olan əsas xüsusiyyət nədir?
A) Qanda parathormonun normal göstəriciləri

B) Qanda kalsiumun artması

C) Qanda parathormonun aşağı olması

D) Sidiklə kalsiumun ekskresiyasının artması

E) Parathormonun qanda artması
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı, 2006.
341) Hipoparatireozun laborator əlamətlərinə aiddir?
A) Qanda fosforun səviyyəsinin enməsi

B) Hipokalsemiya

C) Fosforun sidiklə sutkalıq eksresiyasının artması

D) Hiperkalsemiya

E) EKQ-da T dişciyinin enməsi
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı, 2006.
342) Birincili hiperparatireoz nəyin nəticəsində meydana gəlir?
A) Qalxanabənzər ətraf vəzlərin amiloidozu

B) Qalxanabənzər ətraf vəzlərə olan metastaz nəticəsində

C) Qalxanabənzər ətraf vəzlərə qansızma

D) Sadalananların hamısı

E) Qalxanabənzər ətraf vəzlərin adenomatozu
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
343) Parathormon nə ilə xarakterizə olunur?
A) Heç biri düzgün deyil

B) Zülal tərkibli hormondur

C) Steroid tərkibli hormondur

D) Kalsiumun sidiklə ekskresiyasını artırır

E) Kalsiumun sorulmasını ləngidir
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
344) Parathormon haqqında yazılanlardan hansı dogrudur?
A) Kalsiumun böyrəyin proksimal kanal reabsorbsiyasını stimulə edir

B) Yuxarıda sadalananların heç biri düzgün deyil

C) böyrəyin distal kanaldan reabsorbsiyasını stimulə edir

D) Kalsiumun nazik bağırsaqlardan sorulmasını ləngidir

E) Fosforun kanal reabsorbsiyasını artırır
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008

Bölmə 4. Timus vəzinin xəstəlikləri

345) Timomeqaliyanın kliniki simptomlarına aid deyil?
A) Arterial hipertoniya

B) Perioral sianoz

C) Stridor

D) Doğulanda artıq çəki

E) Tərləmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
346) Timomeqaliyanın neçə böyümə dərəcəsi var?
A) 2

B) 4


C) 6

D) 5


E) 3
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
347) Timomeqaliyanın müalicəsi zamanı istifadə olan preparatlar hansılardır?
A) Antibiotiklər

B) Tireoid hormonlar

C) Ca prepatları

D) Qlyukokortikoidlər

E) Antihipertenziv preparatlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
348) Timomeqaliyanın müalicəsi zamanı istifadə olmayan preparatlar hansılardır?
A) Qlyukokortikoidlər

B) Adaptogenlər

C) Qlisiram

D) Antibiotiklər

E) Ascorbin turşusu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004

Bölmə 5. Mədəaltı vəzin Largenhans adacıqlarının xəstəlikləri

349) İnsulin reseptorların sayı hansı hallarda azalır?
A) Piylənmə, 2 tip Şəkərli diabet, Akromeqaliya, İtsenko-Kuşınq xəstəliyi və uzun müddət qlyukokortikoidlərlə müalicə zamanı

B) Kaxeksiya, 1 tip Şəkərli diabet və Konn sindromu zamanı

C) İtsenko-Kuşınq xəstəliyi və uzun müddət antihipertenziv müalicə zamanı

D) 2 tip Şəkərli diabet və anemiya zamanı

E) Hipotireoz və uzun müddət qlyukokortikoidlərlə müalicə zamanı
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998.
350) 2 tip şəkərli diabet zamanı müvəqqəti insulinoterapiyaya qöstərişlər?
A) Peroral şəkərsalıcı preparatlara mütləq əks qöstərişlər

B) C-peptidin miqdarının kəskin azalması

C) LADA tip Şəkərli diabet

D) Peroral şəkərsalıcı preparatlara müvəqqəti əks qöstərişlər, uzun müddət sürən iltihabi proseslər

E) Qeyri-proliferativ diabetik retinopatiya, kiçik cərrahi əməliyatlar, piylənmə
Ədəbiyyat: И.И. Дедов, В.В. Фадеев. Введение в диабетологию. Руководство для врачей. М. Берег, 1998.
351) Mədəaltı vəzin Langerqans adacıqlarında hansı hormon ifraz olunmur?
A) Pankreatik polipeptid

B) Adiuretin

C) İnsulin

D) Qlyukaqon

E) Somatostatin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
352) İnsulin çatışmamazlığı zamanı müşahidə olunur?
A) Hipoqlikemiya, keton cisimlərinin və qlikogen sintezinin azalması

B) Qlikogen və qlyukaqonun sintezinin artması

C) Hiperqlikemiya, keton cisimlərinin artması, qlikogen sintezinin azalması

D) Hipoqlikemiya, qlyukaqonun sintezinin artması

E) Hiperqlikemiya, keton cisimlərinin yaranmasının və qlikogen sintezinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004.
353) İnsulin çatışmamazlığı zamanı müşahidə olunur?
A) Hiperqlikemiya, hiperketonemiya, qara ciyərin piyli infiltrasiyası

B) Hipoqlikemiya, hiperketonemiya, qaraciyərin piyli infiltrasiyası

C) Efirləşməmiş yağ turşularının əmələ gəlməsi

D) Hiperqlikemiya, hipolipoproteinemiya

E) Hiperqlikemiya, keton cisimlərinin yaranmasının və qlikogen sintezinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
354) Yeniyetmələrdə şəkərli diabet aşağıdakı hansı səbəblərdən yaranır?
A) Hipodinamik həyat tərzi

B) İnsulinə qarşı reseptorların həssaslığının pozulması

C) Mədəaltı vəzinin virusla zədələnməsi, insulin biosintezinin pozulması, mədəaltı vəzinin autoimmun zədələnməsi

D) Anomal quruluşlu insulin sintezi, piylənmə

E) İrsi meyillik, piylənmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
355) Şəkərli diabetli xəstələrdə qara ciyərin ölçülərinin böyüməsinin səbəbi nədir?
A) Piy hepatozu

B) Ürək çatışmamazlığı

C) Hepatit

D) Sirroz

E) Diabetik nefropatiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
356) Qanda qlükozanın normal bazal səviyyəsi (təmiz qlükozaya görə) nə qədərdir?
A) 8,3 – 10,1 mmol/l

B) 2,7 – 5,5 mmol/l

C) 3,3 – 5,5 mmol/l

D) 3,8 – 6,7 mmol/l

E) 6, 2 – 9,3 mmol/l
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
357) Sağlam şəxslərdə qlükoza ilə (peroral) yüklənmədən 2 saat sonra qanda qlükozanın maksimal səviyyəsi nə qədərdir?
A) 10,1 mmol/l

B) 8,43 mmol/l

C) 7,8 mmol/l

D) 7,22 mmol/l

E) 9,6 mmol/l
Ədəbiyyat: И.И.Дедов, Г.А. Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
358) Şəkərli diabet zamanı ürək–damar sistemi tərəfindən olan pozğunluqlar hansılardır?
A) Ortostatik arterial hipertenziya

B) Taxikardiya, ortostatik arterial hipotenziya

C) Nəbz tezliyinin tənəffüs ritmindən aslılığı

D) Bradikardiya

E) Bradikardiya
Ədəbiyyat: И.И.Дедов, Г.А. Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
359) Şəkərli diabet zamanı görmə orqanlarının zədələnməsinə daxil deyil?
A) Buynuz qişasının distrofik dəyişiklikləri

B) Qlaukoma

C) İtdirsəyi

D) Blefarit

E) Diabetik retinopatiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
360) Daha az antiqen xüsusiyyətinə malikdir?
A) Qoyun insulini

B) Meymun insulini

C) İribuynuzlu heyvanların insulini

D) İnsan insulini

E) Balina insulini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
361) Cərrahi əməliyyat zamanı şəkərli diabet xəstələrinin sutkalıq insulin dozası neçə V təşkil edir?
A) İnsulin çatışmazlığının dərəcəsindən asılı olaraq doza individual seçilir

B) 1 V/kg

C) 0,3 V/kg

D) 0,6 V/kg

E) 0,3 V/kg
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
362) Bu insulin preparatlarından hansı orta müddətli deyil?
A) Lente

B) İnsulatard

C) Protofan

D) Humulin R

E) Humulin NPH
Ədəbiyyat: И.И.Дедов, Г.А. Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
363) Bu insulin preparatlarından hansı qeyri-zirvəsiz təsirə malikdir?
A) Lantus

B) Aktrafan HM

C) İnsulatard HM

D) Ultratard HM

E) Ultralente
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
364) Sutkalıq təsirə malik insulinlərə aiddir?
A) Monotard, Actrapid

B) Protafan, İnsulotard

C) Humulin R

D) Humulin NPH

E) Lantus, Levemir
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
365) Çox qısa təsirə malik olan insulin hansıdır?
A) Lantus

B) Humulin NPH

C) Protafan

D) Humulin R

E) Humaloq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
366) Şəkərli diabet xəstələrə sulfanilamid preparatları aşağıdakı hallarda təyin edilir?
A) I tip şəkərli diabet zamanı

B) Orta ağırlıqlı II tip şəkərli diabet zamanı

C) Keçirilmiş hepatit zamanı

D) I mərhələli diabetik retinopatiya zamanı

E) III mərhələli diabetik nefropatiya zamanı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
367) Biquanidlərin təyini aşağıdakı hallarda göstərişdir?
A) I tip şəkərli diabet

B) Hipoqlikemiya

C) Toxuma hipoksiyası ilə müşayiət olunan xroniki xəstəliklər

D) II tip şəkərli diabet piylənmə ilə birgə və piylənmə

E) Kaxeksiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
368) Biquanidlərin əlavə təsirinə aid deyil?
A) Dispesiya halları

B) Süd turşulu asidoz

C) Taxikardiya

D) Dəri allergiyası

E) Ağızda metallik dad
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
369) Günün birinci yarısında orta hesabla insulinə olan tələbat nə qədərdir?
A) Sutkalıq dozanın 10%

B) Sutkalıq dozanın 70%

C) Sutkalıq dozanın 25%

D) Sutkalıq dozanın 50%

E) Sutkalıq dozanın 30%
Ədəbiyyat: И.И.Дедов, Г.А. Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
370) Piylənmə hansı xəstəliklər üçün risk faktorudur?
A) Revmatoid artritlər, xroniki enterokolitlər

B) ŞD, ateroskleroz, öd daşı xəstəliyi

C) Xroniki qastrit, xora xəstəliyi

D) ŞD, İtsenko-Kuşınq xəstəliyi

E) Böyrək daşı xəstəliyi, pnevmokoniozlar
Ədəbiyyat: И.И.Дедов, Г.А. Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
371) Xəstənin hipoqlikemik komadan çıxarmaq üçün təyin edilən vasitələr?
A) 2 – 3 parça qənd per os

B) Qlukozanın 5% məhlulu d/a

C) Qlükozanın 40% məhlulunun ə/d yeridilməsi

D) Qlükozanın 5% məhlulu ə/d yeridilməsi

E) Qlukozanın 40% məhlulunun v/d yeridilməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
372) İnsulindən asılı olmayan şəkərli diabet üçün xarakterik olan əlamətləri seçin?
A) Makroangiopatiyaların inkişaf etməməsi

B) Asetonuriya qeyd olunmur

C) Acqarına qlikemiya 5,5 mmol/l

D) Qlyukozuriya qeyd olunmur

E) Yeməkdən 2 saat sonra qlikemiya 7 mmol/l-dən çox deyil
Ədəbiyyat: И.И.Дедов, Г.А. Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
373) Hiperosmolyar hiperqlikemik koma üçün xarakterikdir?
A) Hiperosmolyarlıq, hipernatriemiya, hiperqlikemiya

B) Hiponatriemiya, hiperosmolyarlıq, ketoasidoz

C) Ketoasidoz, hipoosmolyarlıq, hipoqlikemiya

D) Hiperosmolyarlıq, hipoqlikemiya, hipernatriemiya,

E) Laktatasidoz, Kussmaul tipli tənəffüs
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
374) İnsulindən aslı şəkərli diabet xəstələrdə davamlı (dayanaqlı) taxikardiya hansı üçün səciyyəvi deyil?
A) Hipoxrom anemiya

B) Hipotireoz

C) Ürək çatmamazlığı

D) Avtonom neyropatiya

E) Toksiki ur yanaşı xəstəlik kimi inkişaf edərsə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
375) Şəkərli diabetin diaqnostikasında ən dəyərli üsul hansıdır?
A) Qulaq kirində qlyukozanın təyini

B) Ac qarına qlyukozanın təyini

C) Fruktozaminin təyini

D) HbA1c təyini

E) Postalimentar qlikemiyanın təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А. Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
376) Diaqnostik sınaqların göstəricilərinə nə təsir göstərə bilməz?
A) AT və bədən çəkisi

B) Qan növü (kapillyar ya venoz)

C) Qlyukokortikoidlərin, diuretiklərin qəbulu

D) Qanda şəkərin təyin üsulu

E) Fiziki aktivlik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
377) Şəkərli diabet zamanı özünü idaretmə prisiplərinə hansı aid deyil?
A) Komplayentliyin yüksək olması

B) AT və bədən çəkisinin nəzarəti

C) Ürək döyünmələrinin nəzarəti

D) Analizlərin nəticələrinin qeydiyatının aparılması

E) Qlyukozuriyanın və ketonuriyanın təyini
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
378) İnsulinoterapiyaya mütləq qöstərişlər hansılardır?
A) Ketoasidoz, hamiləlik və doğuş

B) Pəhrizin effektsizliyi

C) Xroniki piyelonefrit

D) MODY tip şəkərli diabet

E) ÜİX kəskinləşməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
379) İnsulinə qarşı allerqiya yaranarsa nə etmək lazımdır?
A) İnsulin dozasının azalması

B) Antibiotikoterapiya

C) İnsulin dozasının artırılması

D) Antihistamin və kortikosteroid terapiya

E) İnsulinin 1 saat ərzində qızdırılması
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
380) Postinyeksiyon insulin lipodistrofiyaların yaranma səbəbi nədir?
A) Soyuq insulinin vurulması, diabetin dekompensasiyası, insulin iynəsinin əzələ daxili düşməsi

B) İnsulinin keyfiyyəti. diabetin kompensasiyası, arıqlama

C) İnsulinin keyfiyyəti, inyeksiyanın yerinin dəyişilməməsi, soyuq insulinin vurulması, diabetin dekompensasiyası, insulin iynəsinin damara düşməsi

D) İnyeksiya yerinin tez-tez dəyişilməsi, insulin iynəsinin dərialtı düşməsi.

E) İnsulinin növü, diabetin kompensasiyası, insulin iynəsinin kütləşməsi. isti insulinin vurulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
381) İnsulinin əlavə təsirləri hansılardır?
A) Hipoqlikemiya, ortostatik hipotenziya, yuxusuzluq

B) Baş ağrıları, halsızlıq, zəiflik

C) Akkomodasiyanın pozulması, ödemlər, hipoqlikemiya, allerqik reaksiyalar, lipodistrofiyalar

D) Akkomodasiyanın pozulması, ödemlər, hiperqlikemiya

E) Hiperqlikemiya, arıqlama, əsəbilik
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
382) İnsulinoterapiya zamanı görmə qabiliyətinin pozulması özünü necə büruzə verir?
A) Blefaritin yaranması ilə

B) Xemozun yaradılması ilə

C) Qanda şəkərin miqdarının azalması ilə qısa müddətli miopiyanın yaranması

D) Refraksiyanın dəyişilməsi, hipoqlikemiya nəticəsində qörmə qabiliyyətinin qısa müddətli itirilməsi ilə

E) Konyuktivitin inkişafı ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
383) Somodjı sindromu özünü necə büruzə verir?
A) Diabetin stabil gedişatı, gecə vaxtı hipoqlikemiyaların yaranması və bədən çəkisinin artması ilə

B) Diabetin labil gedişatı, gecə vaxtı hipoqlikemiyaların yaranması və bədən çəkisinin itirilməsi ilə

C) Diabetin labil gedişatı, gecə vaxtı hipeqlikemiyaların yaranması və bədən çəkisinin artması ilə

D) Diabetin labil gedişatı, gecə vaxtı hipoqlikemiyaların yaranması və bədən çəkisinin artması ilə

E) Gecə vaxtı hipoqlikemiyaların yaranması və dərinin quruluğu ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
384) Şəkərsalıcı effektə hansılar malikdir?
A) Zəncəfil yarpaqları, bağa yarpağı

B) İtburnu yarpaqları, çay yarpaqları

C) Qızıl gül yarpaqları

D) Moruğ yarpaqları, kəklik otu

E) Arfazetin, zəncirotu, qaraqilə yarpaqları
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
385) Sulfanilamid preparatlarının şəkərsalıcı xüsusiyyətlərinə bunlardan hansı aid deyil?
A) İnsulin antaqonistlərinin təsirlərinin neytralizasiyası

B) İştahın azalması

C) İnsulinin təsirinin potensiyalaşması

D) Endogen insulin sekresiyasının artması

E) Qlukozanın mənimsənilməsinin qaydaya düşməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
386) Sulfanilamid törəmələrinin təsir mexanizmi hansılardır?
A) İnsulinə qarşı toxuma reseptorlarının azalması

B) İştahın azalması

C) Pankreasın b-hüceyrələrinin birbaşa stimulyasiyası, endogen insulinə qarşı insulinasılı toxumaların həssazlığının artması

D) Qlyukozanın bağısaqlarda absorbsiyasının azalması

E) Qlyukaqonun sintezinin stimulyasiyası
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
387) Sulfanilamid törəməlirinin qəbuluna göstəriş hansılardır?
A) Şəkərli diabet 1 tip

B) Kaxeksiya

C) Qlyukozaya tolerantlığın pozulması

D) Şəkərli diabet 2 tip, steroid diabet

E) İnsulinrezistentlik
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
388) Sulfanilamid törəmələrinin təyininə əks qöstəriş hansı deyil?
A) Ketoasidoz

B) 2 tip şəkərli diabet

C) Hamiləlik, doğuş və laktasiya

D) Qanın onkolojı xəstəlikləri

E) Diabetik nefropatiyanın 3 mərhələsi
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
389) Hansı sulfanilamid törəməsi mədə-bağırsaq traktı ilə xaric olur?
A) Amaril

B) Qlibenklamid

C) Qlyurenorm

D) Diabeton

E) Minidiab
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
390) Bu peroral şəkərsalıcı preparatlardan hansı angioprotektor xüsusiyyətlərə malikdir?
A) Metformin

B) Rosiqlitazon

C) Qliklazid

D) Qlikvidon

E) Novonorm
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
391) Biquanidlərin təsir mexanizmi hansılardır?
A) B-hüceyrələrin stimulyasiyası

B) Qlyukoneogenezin aktivasiyası

C) Əzələ toxumasında qlyukozanın utilizasiyasının artması, insulin təsirinin artması

D) Qara ciyərdə qlyukozanın çoxalması

E) Əzələ toxumasında qlyukozanın utilizasiyasının artması
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
392) Biquabidlərin əlavə təsirlərinə hansılar aid deyil?
A) Süd-turşulu asidoz

B) Dərinin allerqik reaksiyası

C) Dispeptik hallar

D) Hiperqlikemiya

E) B-12 defisitli anemiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
393) Biquanidlərin təyininə əks qöstərişlər hansılardır?
A) İkincili şəkərli diabet

B) İnsulinrezistentlik

C) 2 tip şəkərli diabet

D) Piylənmə

E) Hamiləlik, ürək çatmamazlığı, ketoasidoz
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
394) Bu preparatlardan hansı biquanidlərə aiddir?
A) Qlipizid

B) Qlyukofaj

C) Qlikvidon

D) Qlimepirid

E) Qlibenklamid
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
395) Hamiləlik dövründə yaranmış şəkərli diabet zamanı qlikemiyanın acqarınına hansı səviyyəsində insulin təyin edilmir?
A) 5,5 mmol/l

B) 7,4 mmol/l

C) 6,7 mmol/l

D) 11,1 mmol/l

E) 3,8 mmol/l
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
396) Şəkərli diabet xəstələrində hamiləliyin saxlanılması üçün göstərişlərin genişlənməsinə nə mümkünat yaradıb?
A) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşması, hamiləlik zamanı qlikemiyanin dekompensasiyası

B) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləlikdən əvvəl metabolizm proseslərin dekompensasiyası, hamiləlik zamanı qlikemiyanin dekompensasiyası

C) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşdırılmaması, dozalanmış fiziki aktivliklik, hamiləlikdən əvvəl metabolizm proseslərin ideal kompensasiya

D) Hamiləliyin peroralşəkərasalıcı preparatlarla aparılması, hamiləliyin planlaşması, dozalanmış fiziki aktivliklik

E) İntensiv insulinoterapiya rejiminin tədbiqi, hamiləliyin planlaşması, dozalanmış fiziki aktivliklik, hamiləlikdən əvvəl metabolizm proseslərin ideal kompensasiya
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
397) Qestasiyon şəkərli diabet üzrə risk qrupuna hansı qadınlar aiddirlər?
A) Çox cavan qadınlar

B) Bundan öncə hamiləlik zamanı qestasiyon diabet kecirmiş, 4–kq artıq uşaqlar dünyaya qətirmiş və irsiyatda şəkərli diabeti olan qadınlar

C) Bundan öncə hamiləlik zamanı toksikozlar kecirmiş qadınlar

D) 4–kq aşağı uşaqlar dünyaya qətirmiş qadınlar

E) Qec dogan qadınlar
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
398) Şəkərli diabeti olan qadınlarda hamiləliyin saxlanılmasına əks göstərişlər hansılardır?
A) Ağır nefropatiya, proliferativ retinopatiya, tez-tez təkrarlanan ketoasidotik hallar

B) Tez-tez təkrarlanan hipoqlikemik hallar

C) Diabetik neyropatiya, qeyri-proliferativ retinopatiya

D) Gənc yaş

E) Qeyri-proliferativ retinopatiya
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
399) Dölün hormonal fəaliyəti nəyin yaranmasına səbəb ola bilər?
A) Qadınlarda karbohidratlara qarşı tolerantlığın pozulmasına, qlyukozuriyaya, dölün kicik ölçüsünə

B) Keton cisimlərin azalmasına

C) Erkən klimaksa

D) Lipidlərin azalmasına

E) Qadınlarda karbohidratlara qarşı tolerantlığın pozulmasına, qlyukozuriyaya, fetopatiyaya
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
400) Şəkərli diabet fonunda qedən hamiləlik hansı ağırlaşmalara məruz qala bilər?
A) Fetopatiya

B) Çoxsululuq

C) Düşüklər, dölün tələf olması

D) Bütün sadalananlar

E) Qecikmiş toksikoz
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin