213) Kəskin tireoiditin klinikasına hansı simptom aid deyil?
A) Yuxuluq
B) Kəskin başlanğıc və hüksək hərarət 39-40º C
C) Qalxanvari vəzidə qulağa, çənəyə irradiasiya edən ağrılar
D) Qalxanvari vəzin üzərində dərinin hiperemiyası və ağrılı olması
E) Fluktuasiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
214) Qalxanvari vəzin medullyar xərçəngi hansı hüceyrələrdən əmələ gəlir?
A) B-hüceyrələrdən (Aşkenazi)
B) C-hüceyrələrdən (parafollikulyar)
C) Yastıepiteliy hüceyrələrindən
D) Qürtl hüceyrələrindən
E) A-hüceyrələrdən (follikulyar)
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
215) Tireoliberin nəyin sekresiyasını artırır?
A) AKTH-un
B) FSH-un
C) STH-un
D) Adrenalinin
E) Prolaktinin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
216) Qalxanvari vəzin xərçənqinin yaranmasının risk faktorlarına hansı aid deyil?
A) Anamnezdə boyun nahiyəsinin şualanması
B) Tireoid hormonların qəbulu
C) Çoxdüyünlü ur
D) Radiasiyanın təsiri
E) Ailədə qalxanvari vəzin xərçənqi hallarının rast qəlməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
217) 25 yaşlı qadın son 6 ay ərzində 10 kq arığlamadan şikayət edir. Obyektiv müayinədə-əsəbidir və narahatdır. Əllərin nəm olması və əsməsi nəzərə çarpır. Bədənin h-ti -37.4 C, PS -105 vur/dəq, AT – 135/75 mm.c.s. Laborator müayinələr: Na 141 mmol/L, Ka 4.2 mmol/L, qlyukoza 78 mq/dL, kreatinin 0.8 mq/dL. Digər laborator göstəricilər hansılardır?
A) Qastrinin 200 pq/ml qədər artması
B) Katexolaminlərin sidik ilə ekskresiyasının artması (500 mkq/sut)
C) Kortizolun 40 mkq/dl qədər artması
D) T4 14 mkq/dl qədər artması
E) Antinuclear anticismlərinin artması
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
218) 49 yaşlı qadın soyuqluq hissindən, bədən çəkisinin artmasından (4 kg bir ayda) və halsızlıqdan şikayət edir. Obyektiv müayinə zamanı dərinin quruluğu, kobudlaşması və saçların tökülməsi aşkarlanıb. Laborator müayinələr: TSH -11, 7 mU/l, T4 – 2,1 mkq/dl. Mumkün diaqnoz hansıdır?
A) Papilyar karsinoma
B) Diffuz toksiki ur
C) Düyünlü ur
D) Yarımkəskin tireoidit
E) Tireoidit Xasimoto (son mərhələ)
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Медицина», Москва, 2004
219) 28 yaşlı qadın son ay daim istilik hissindən, əsəbilikdən və hava çatmamazlığından şikayət edır. İştahı artıb amma 5 kg arıqlayıb. Obyektiv müayinə zamanı? bədənin t-sı 37.5º C, PS 101 vur/dəq., AT 145/85 mm.c.s. Laborator müayinələr hansı dəyişiliklərin aşkarlaya bilər?
A) Kalsitonin artması
B) Katexolaminlərin artması
C) İnsulinin azalması
D) TSH azalması
E) AKTH artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
220) Subklinik hipertireoz üçün tireoid hormonların hansı qöstəriciləri xarakterikdir?
A) TSH azalması, dəyişilməmiş Т3 və Т4
B) Tireoqlobulinin səviyyəsinin artması
C) TSH azalması, dəyişilməmiş Т3 və azalmış Т4
D) TSH artması, dəyişilməmiş Т3 və azalmış Т4
E) TSH artması, dəyişilməmiş Т3 və Т4
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
221) Ssıntiqrafiya hansı xəstəliyin təyini üçün əsas muayinə üsuludur?
A) Qalxanvari vəzin tireotoksik adenoması
B) Qalxanvari vəzin xərçənqi üçün
C) Yarımkəskin tireoidit üçün
D) Xasimoto tireoiditi üçün
E) Diffuz toksiki ur üçün
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
222) Qalxanvari vəzin xərçənqinin təyini üçün əsas informativ muayinə?
A) Qalxanvari vəzin KT
B) Qalxanvari vəzin palpasiyası
C) Qalxanvari vəzin USM
D) Qalxanvari vəzin biopsiyası
E) Qalxanvari vəzin ssıntiqrafiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
223) 58 yaşlı kişi (anamnezdə-şəkərli diabet)-son zamanlar əllərində olan ağrılardan şıkayət edir. Hərəkət diapazonu azalıb. Laborator muayinələr aşağıdakılardır: Na 139 mmol/L, Ka 4.0 mmol/L, xloridlər 98 mmol/L, CO2 22 mmol/L, qlyukoza 153 mq/dL, kreatinin 7.8 mq/dL, Ca 7.8 mq/dL, F 5.7 mq/dL, ümumi zülal 6.2 q/dL, albumin 4.0 q/dL. Mumkün diagnoz hansıdır?
A) Qalxanvari vəzinin xərçənqi
B) Qalxanvariətraf vəzilərin hiperplaziyası
C) Tireotoksikoz
D) Feoxromositoma
E) Böyrək-üstü vəzilərin adenoması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
224) İnsan orqanizmi üçün əsas yod mənbələri hansıdır?
A) Tərəvəz məhsulları
B) Dəniz məhsulları
C) Duz
D) Süd məhsulları
E) Qoz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
225) Yodun farmakolojı dozası hansı preparatın tərkibinə daxildir?
A) Kordaronun
B) Yodlaşdırılmış duzun
C) L-tiroksinin
D) Korinfarın
E) Kaliy yodidin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
226) Yoddefisit endemiyanın ağırlıq dərəcəsi hansı göstəricilər ilə təyin edilir?
A) Yeni doğulan uşaqlarda TSH 5 BV/l artıq olması
B) Qidalanmanın defisiti ilə
C) Yeni doğulan uşaqlarda TSH 20 BV/l artıq olması
D) Diffuz toksiki urun tezliyi ilə
E) Qanda tiroksinin medianası ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
227) Yoddefisitli endemik urun sitolojı variantı hansıdır?
A) Papillyar
B) Follikulyar
C) Autoimmun
D) Trabekulyar
E) Kolloid
Ədəbiyyat: И.И.Дедов,Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
228) Kolloid urun histolojı növləri hansılardır?
A) Papillyar
B) Mikro- və makrofollikulyar
C) Trabekulyar
D) Autoimmun
E) Medullyar
Ədəbiyyat: И.И.Дедов,Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
229) Qalxanvari vəzinin onkolojı şişlərinin histolojı növləri hansılardır?
A) Trabekulyar
B) Papillomatoz
C) Medullyar
D) Fetal
E) Tubulyar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
230) Endemik urun profilaktikası üçün istifadə olunan preparat hansıdır?
A) Yodlaşdırılmış yağlar
B) Süd məhsulları
C) Aevit
D) KJ
E) Dəniz kələmi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
231) Endemik urun müalicəsində istifadə olan preparatlar hansılardır?
A) Süd məhsulları
B) Radioaktiv yod
C) Kaliy yodid, L-tiroksin
D) Merkazolil
E) Yodlaşdırılmış duz
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
232) Endemik urun cərrahi müalicəyə göstərişi hansıdır?
A) Tireoid patoloqiyası ailə anamnezində mühüm yer tutması zamanı
B) Hipotireoz
C) Tireoqlobulinin miqdarı artarsa
D) Boyun orqanlarının sıxılması
E) 1 sm kiçik düyün
Ədəbiyyat: И.И.Дедов. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
233) Radiasiyon tireoiditin profilaktikası üçün hansı preparat təyin edilir?
A) KJ
B) Ka perxlorat
C) Merkazolil
D) Propiltiourasil
E) Tiamazol
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
234) Qalxanvari vəzin xərçəngi zamanı hansı hormonal dəyişikliklər müşahidə olunur?
A) Dəyişilməmiş TSH
B) TSH artması
C) Tireoqlobulinin azalması
D) TSH azalması
E) Tireoqlobulinin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
235) Autoimmun tireoidit üçün xarakterik olan dəyişikliklər hansılardır?
A) TSH artır, T4 artır
B) TSH artır, T4 azalır
C) TSH azalır, T3 azalır, T4 artır
D) TSH azalır, T4 azalır, T3 artır
E) TSH dəyişilmir, T4 artır
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
236) Kalsitoninin əsas bioloji effekti hansıdır?
A) Osteoblastların inhibisiyası
B) D vitaminin inhibisiyası
C) Osteositlərin sintezi
D) Parathormonun sintezi
E) Osteoklastların inhibisiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
237) Birincili hipotireozun diaqnostikasında birinci mərhələdə hansı müayinə durur?
A) Ümumi tiroksinin təyini
B) Sərbəst tiroksinin təyini
C) Triyodtironinin səviyyəsinin təyini
D) TTH səviyyəsinin təyini
E) Tiroksin birləşdirən qlobulinin səviyyəsinin təyini
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
238) Zob adlanır?
A) Qalxanabənzər vəzdə düyünlü törəmələr
B) Qalxanabənzər vəzin həcminin qadınlarda 18 ml, kişilərdə isə 25 ml-dən çox artması
C) Traxeyanın kompressiyası ağırlaşması verən qalxanabənzər vəz xəstəliyi
D) Yaxşı palpasiya olunan qalxanabənzər vəzi
E) Qalxanabənzər vəzin funksiyasının pozulması ilə gedən xəstəliyi
Ədəbiyyat: Məmmədhəsənov R.M.,Endokrinologiya, Bakı, 2006.
239) Qalxanabənzər vəzin hansı xəstəliyində mütləq operativ müdaxilə göstərişdir?
A) Çoxdüyünlü ur (qalxanabənzər vəzin həcmi 32 ml)
B) Follikulyar adenoma (d= 3.9×4.0 mm)
C) Diffuz toksiki zob (qalxanabənzər vəzin həcmi 22 ml)
D) Psevdodüyünlər əmələ gətirən hipertrofik forma autoimmun tireoidit (d=2.2×2.5 sm)
E) Düyünlü kolloid zob (d=1.4×1.3 sm)
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
240) Tionamid preparatlarının (metimazol, propiltiourasil) təsir mexanizmi necədir?
A) Yodun qalxanabənzər vəzə daxil olmasının ləngiməsi
B) Adenohipofiz tərəfindən TTH sekresiyasının azalması
C) Tirosit peroksidazasının aktivliyinin aşağı olması səbəbindən Tirozin, MİT və DİT yodlaşmasının pozulması
D) Tirosit peroksidazasının aktivliyinin zəifləməsi nəticəsində tiroqlobulin sintezinin pozulması
E) Volf-Çaykov mexanizmi üzrə tiroid hormonlarının sekresiyasının azalması
Ədəbiyyat: Дедов И.И., Мелниченко Г.А., Эндокринология, Москва, 2008
241) Yarımkəskin tireoidit zamanı olan tireotoksikozun patogenezində nə durur?
A) Qalxanabənzər vəzin hormonlarının hipersekresiyası
B) İltihabi prosesə cavab reaksiyası olaraq qalxanabənzər vəzin kompensator hiperfunksiyası
C) Tiroidstimulə edən autoantitellərin sintezi
D) İltihabi prosesə cavab olaraq TTH-ın hipersekresiyası
E) Tirositlərin parçalanması və follikulun içərisində olan kolloidin qan dövranına keçməsi
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А., Эндокринология, Москва, 2008
242) Əməliyyatdan sonrakı diffuz toksik zobun residivlərinin müalicəsi necədir?
A) Xüsusi ixtisaslaşmış cərrahi stasionarda təkrari operativ müdaxilə
B) Tiamazolla(merkazolil) yarımillik müalicə kursu
C) Propiltiourasillə yarımillik müalicə kursu
D) Tirostatiklərlə (merkazolil, propiltiourasil) və immunomodulyatorlarla (timalin,T-aktivin) müalicə
E) Radioaktiv yodla müalicə
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко, Эндокринология, Москва, 2008
243) Qalxanabənzər vəzin böyüməsi aşağıdakılardan hansına sübutdur?
A) Xəstəyə levotiroksin (50-100 mkq/sutkA) verilməsinin vacibliyinə
B) Xəstəyə profilaktik dozada yod preparatlarının verilməsinin zəruri olmasına olaraq
C) Tireotoksikozun olmasına
D) Diffuz toksiki zobun olmasına
E) Sadalananların heç biri doğru deyil
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
244) Yod defisiti zamanı orqanizimdə zobun əmələ gəlmə patogenezi necədir?
A) TTH-ın səviyyəsinin normadan artması
B) Antitiroid antitellərin ifrazının stimulyasiyası
C) Tirositlərin TTH həssaslığının artması və tirositlərin hüceyrə inkişaf faktorunun artması
D) Tirositlərin hiperplaziyası ilə əlaqədar inkişaf edən hipotireoz
E) Plazmada tiroksin birləşdirən qlobulinin səviyyəsinin artması
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
245) Xəstədə qalxanabənzər vəzin USM zamanı qalxanabənzər vəzin sol payında d=2 mm olan hipoexogen sahə müəyyən edilir (qalxanabənzər vəzin həcmi və tiroid hormonların səviyyəsi norma çərçivəsindədir). Sizin diaqnozunuz ne olacaq?
A) Düyünlü eutireoid ur
B) Qalxanabənzər vəzin sol payının solitar düyünü (solitar düyünün punksion biopsiyası göstərişdir)
C) 2-ci dərəcəli ur
D) Praktiki sağlam
E) Endemik ur
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
246) Aşağıdakılardan hansı yarımkəskin tireoidit haqqında düzgündür?
A) Nəticəsində hipotireoz inkişaf edir
B) Tireotoksikoz asan gedişli olduğuna görə tireostatiklərlə(merkazolil) müalicəyə ehtiyac olmur
C) Autoimmun xəstəlikdir və müalicəsində mütləq qlükokortikoidlər istifadə olunur
D) Tireotoksikozun olmasına baxmayaraq qalxanabənzər vəzin hiperfunksiyası qeyd olunmur
E) Diffuz toksiki zobdan fərqli olaraq hərarət qeyd olunmur
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
247) Mədə-bağırsaq traktının və MSS-nin hansı zədələnmələri tireotoksikoz üçün xarakter deyil?
A) İrinli iyli nəcis
B) Bağırsaq boyunca ağrılar
C) Dəri və görünən selikli qişaların sarılığı
D) Oyanıqlıq və əsəbilik
E) Çoxlu formalaşmamış nəcis
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
248) Xroniki tireoiditə aid deyil?
A) Vərəm tireoiditi
B) Sifilitik tireoidit
C) Ağrısız tireoidit
D) Autoimmun tireoidit
E) De Kerven qranulematoz tireoiditi
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
249) Xaşimoto tireoiditi diaqnozunu qoymaq üçün aşağıdakı müayinələrdən hansı daha doğrudur?
A) Tiroqlobulinə qarşı autoantitellərin müayinəsi
B) Qalxanabənzər vəzin skanlaşdırılması
C) Qalxanabənzər vəzin nazik iynəli punksion biopsiyası
D) Qalxanabənzər vəz hormonlarının və TTH-ın müayinəsi
E) Qalxanabənzər vəzin USM
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
250) 56 yaşlı xəstədə T4 və TTH-ın səviyyəsi aşağıdır. Tiroliberinlə testdən sonra qalxanabənzər vəzin hormonları və TTH-ın səviyyəsi artmışdır. Xəstədə patoloji prosesin yerini müəyyən edin?
A) Hipotalamus
B) Qalxanabənzər vəzi və adenohipofiz
C) Hipofizin ön payı
D) Qalxanabənzər vəzi
E) Neyrohipofiz və hipotalamus
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
251) Xəstə, 58 yaş, ürəkdöyünmə tutmaları, tərləmə,dərinin quruluğundan şikayətlənir. Vəzin palpasiyası zamanı hər iki pay palpasiya olunur, sağ payda 1.5×1.3×1.0 sm ölçüsündə sərhədləri dəqiq olmayan düyün qeyd olunur. Vəzin qalan həcmi bərkləşmişdir və ümumi həcmi 28 sm3. Biopsiya aparılıb-bioptatda atipik hüceyrələr yoxdur, Aşkenazi-Gurtl hüceyrələri olan limfositar infiltrasiya aşkarlanır. Diaqnozu nedir?
A) Düyünlü qeyri-toksiki zob
B) Autoimmun tireoidit, atrofik forma
C) Tireotoksik adenoma
D) Düyünlü toksiki zob
E) Autoimmun tireoidit, hipertrofik forma
Ədəbiyyat: Дедов И.И.,Г.А.Мельниченко., Эндокринология, Москва, 2008
252) İmidazol törəmələrinə aşağıdakılardan hansı aiddir?
A) Starliks
B) Anaprilin
C) Kalium perxlorat
D) Merkazolil
E) Kenaloq
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
253) Ştelvaq simptomu hansıdır?
A) Göz qapaqlarının rənginin dəyişməsi
B) Az göz qırpma
C) Aşağıya doğru hərəkət edən predmetə baxdıqda yuxarı göz qapağının hərəkətdən geri qalması
D) Yuxarıya doğru hərəkət edən predmetə baxdıqda aşagı göz qapağının hərəkətdən geri qalması
E) Yuxarıya baxdıqda alında qırışın olmaması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А., Эндокринология, Москва, 2008
254) Tireotoksik miokardiodistrofiya zamanı əmələ gəlmiş ürək çatmamazlığının müalicəsində aşağıdakı preparatlardan hansının istifadəsi arzuolunmazdır?
A) Diqoksin
B) Hipotiazid
C) Atenolol
D) Veroşpiron
E) Laziks
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
255) Aşağıdakılardan hansı hipotireozlu xəstənin daha düzgün təsviridir?
A) Ödemli,tərli üz,isti dəri səthi
B) Yanaqlarda ˝kəpənək˝ formalı qizartı,akrosianoz
C) Amimik ödemli sifət,proqnatizm
D) Avazımış sifət,sivri üz cizgiləri
E) Amimik üz,qırmızı yanaqlar
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
256) Aşağıda sadalanan tiroid hormonlardan hansı periferik toxumalarda əsas təsir göstərir?
A) TTH
B) Diyodtirozin
C) Tiroksin
D) Monoyodtirozin
E) Triyodtironin
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
257) Triyodtironinin tiroksinlə müqayisədə bioloji aktivliyi necədir?
A) 100 dəfədən çox
B) 5 dəfə az
C) 5 dəfə çox
D) Eyni
E) 100 dəfədən az
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
258) Orqanizmdə tiroid hormonların artıqlığı nəyə səbəb olur?
A) İnsulinin aktivliyini artırır
B) Katabolizmin sürətlənməsinə
C) Lipid sintezinin sürətlənməsinə
D) TTH sintezinin sürətlənməsinə
E) Zülal sintezinin artmasına və katabolizmin ləngiməsinə
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
259) Qanda tiroqlobulinin təyini hansı diaqnostik məqsəd üçün istifadə edilir?
A) Hamilələrdə hamiləliyin 3-cü trimestrində autoimmun Xaşimoto tireoiditi zamanı
B) Strumektomiyadan sonra residiv metastazın əmələ gəlməsinin göstərən markeri
C) Birincili və ikincili hipotireozun differensial diaqnostikasında
D) Yaşlı xəstələrdə diffuz toksiki zoba şübhə olduqda
E) Zobun dərəcəsini müəyyən eləmək üçün
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
260) Autoimmun tiroiditin müalicəsində qlükokortikoidləri necə təyin edirlər?
A) Gündə 1 dəfə
B) Ayda 1 dəfə
C) İstifadə olunmur
D) Həftədə 1 dəfə
E) Günaşırı
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
261) Fibroz tireoidit (Ridel) zamanı qalxanabənzər vəzi palpasiya zamanı necə hiss olunur?
A) Çox faiz hallarda palpasiya olunmur
B) Yumşaq-elastik konsistensiyalı
C) Yuxarıda sadalananlardan heç biri düzgün deyil
D) Sərt, bərkimiş
E) Kəskin ağrılı, fluktasiya hiss olunur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
262) Diffuz toksiki zob zamanı qalxanabənzər vəzi palpasiyada necə hiss olunur?
A) Diffuz toksiki zob zamanı vəzi atrofiyaya uğradığından palpasiya olunmur
B) Yumşaq-elastik sahələri olan qeyri-bərabər sərtləşmiş vəzi
C) Hamar və sərt vəzi
D) Yumşaq-elastik konsistensiyalı
E) Hər iki payda sərt düyünlü törəmələr
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
263) Atrofik autoimmun tireoiditi olan xəstədə qalxanabənzər vəzi palpasiya zamanı necə hiss olunur?
A) Hər iki payda düyünlü törəmələr
B) Yumşaq-elastik sahələri olan qeyri-bərabər sərtləşmiş vəzi
C) Hamar və sərt vəzi
D) Ölçülərdə böyümüş,bərk,daşlaşmış
E) Qalxanabənzər vəzi palpasiya olunmur
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
264) Autoimmun tireoiditin eutireoz mərhələsindəki sitoloji və histoloji şəkli necədir?
A) Qiqant hüceyrəli qranuloma
B) Fibroz toxumanın üstünlüyü ilə kapsulanın inkişafı
C) Yuxarıda sadalananların hamısı
D) Tirositlərin total hiperplaziyası, immun sistem hüceyrələrin infiltrasiyası olmur
E) Aşkenazi-Gürtl hüceyrələri dolu limfositar infiltrasiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
265) Birincili hipotireozun müalicəsində hansı preparatı istifadə etmək daha düzgündür?
A) Triyodtironin
B) Levotiroksin (L-tiroksin)
C) Yodid
D) Tərkibində yodid və T4 olan kombinə olunmuş preparatlar
E) Tərkibində T3 və T4 olan kombinə olunmuş preparatlar
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
266) İkincili hipotireozun patogenezi nə ilə əlaqədardır?
A) TTH sekresiyasının artması ilə
B) Tiroliberin sekresiyasının azalması ilə
C) Tiroliberinin sekresiyasının artması ilə
D) Qalxanabənzər vəzin TTH qarşı həssaslığının zəifləməsi ilə
E) TTH sekresiyasının azalması ilə
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
267) Miksedema komasında olan bir xəstə üçün aşağıdakılardan hansı doğru deyil?
A) Hipokapniya
B) Anemiya
C) Hiponatremiya
D) Hipotermiya
E) Bradikardiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
268) Aşağıdakılardan hansı periferiyada tiroksinin (T4) triyodtironinə (T3) çevrilməsini azaltmır?
A) Deksametazon
B) Metimazol
C) Hamısı
D) Propiltiourasil
E) Propranolol
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
269) Aşağıdakılardan hansı Xaşimoto tiroiditi üçün xarakter xüsusiyyət deyildir?
A) Hipotiroiditə səbəb olur
B) Qadınlarda kişilərdən daha çox rast gəlinir
C) Antitiroid antitellər artmış olur
D) Histolojik olaraq vəzi toxuması daha çox polimorfonuklear leykositlər və qranulomalar ilə zəngin olur
E) Digər autoimmun xəstəliklərlə birgə rast gəlinə bilər
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
270) Aşağıdakılardan hipofiz hormonlarından hansının çatmamazlığı quru dəriyə,səs qalınlaşmasına və qəbizliyə səbəb ola bilər?
A) Vazopressin
B) Prolaktin
C) LH/FSH
D) TSH
E) ACTH
Ədəbiyyat: Məmmədhəsənov R.M.,Endokrinologiya,Bakı,2006.
271) Aşağıdakı tiroid xərçənglərindən hansı ən çox qadınlarda rast gəlinir,vaskulyar yolla yayılır və rastgəlmə tezliyi yaş artdıqca artır?
A) Papilyar
B) Medulyar
C) Heç biri
D) Anaplastik
E) Follikulyar
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
272) İkincili hipotireoz aşağıdakılardan hansı ilə xarakterizə olunur?
A) Yuxarıda sadalananların hamısı
B) Birincili hipoqonadizm
C) Tireoid hormonların səviyyəsinin enməsi ilə
D) TTH kəskin artması
E) Zob
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
273) İkincili hipotireoz birincilidən nə ilə fərqlənir?
A) TTH səviyyəsinin azalması
B) Tiroliberinlə test vaxtı Т3 və Т4-ün səviyyəsi 50%-dən çox qalxır
C) Qalxanabənzər vəzin ölçüsünün artması
D) Т4 və Т3 əmələ gəlməsinin zəifləməsi
E) TTH səviyyəsinin artması
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М.? 2008
Dostları ilə paylaş: |