Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları Bölmə Hipotalamo-hipofizar sistemin xəstəlikləri


) Qestasiyon diabet zamanı hamilə qadınlara nə təyin edilir?



Yüklə 0,87 Mb.
səhifə7/16
tarix21.01.2017
ölçüsü0,87 Mb.
#5893
1   2   3   4   5   6   7   8   9   10   ...   16

401) Qestasiyon diabet zamanı hamilə qadınlara nə təyin edilir?
A) İnsulinoterapiya

B) Sulfanilamid törəmələri

C) Biquanidlər

D) Prandial qlikemiyanın requlyatorları

E) Tiazolidindionlar
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
402) Şəkərli diabeti olan xəstələrdə miokard infarktının kliniki gedişatının xüsusiyətləri hansılardır?
A) Mikroinfarktlar, aritmiyalar

B) Residivin yaranmaması

C) Təkrari infarktın yaranmaması

D) İnfarktın tipik qedişatı (ağrı ilə)

E) İnfarktın geniş yayılması, ürək çatmamazlığının əlamətlətinin meydana çıxması, tromboemboliyaların yaranması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
403) Şəkərli diabetin əlverişsiz proqnozunu nə vaxt vermək olar?
A) Qestasiyon şəkərli diabet inkişafı zamanı

B) Qeyri-proliferativ diabetik retinopatiya inkişaf edərsə

C) Lipodistrofiyalar yaranarsa, diabetik polineyropatiya inkişaf edərsə

D) Diabetik komalar zamanı, diabetik qanqrena inkişaf edərsə, beyin qan dövranının pozulması və ya miokard infarktı zamanı

E) İnsulinrezistentlik yaranarsa
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
404) Hiperlaktatasidotik komanın yaranma səbəbləri hansılardır?
A) Xora xəstəliyi

B) Sulfanilamid törəmələri ilə müalicə

C) Biquanidlərlə müalicə,qanaxma, şok, anemiya nəticəsində yaranan hipoksiya

D) İnsulin dozasının artıq olması

E) Miokard infarktı
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
405) Hiperlaktatasidotik komanın müalicə prinsipləri hansılardır?
A) Vena daxili adrenalin hidroxloridin vurulması

B) Böyük dozada insulinoterapiya

C) Vena daxili 2,5% natriyum bikarbonat məhlulunun köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, biquanidlər

D) Vena daxili 5% qlyukozanın köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, yüksək dozada insulinoterapiya

E) Vena daxili 2,5% natriyum bikarbonat məhlulunun köçürülməsi, ürək və damargenişləndirən preparatların istifadəsi, orta dozada insulinoterapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
406) Hiperosmolyar komanın klinikasına hansı simptomlar daxildir?
A) Hipertenziya

B) Tənəffüs sisteminin fəaliyətinin pozulması, nevrolojı simptomatikasının olması

C) Bradikardiya

D) Dehidratasiya əlamətləri, ürək-damar sisteminin fəaliyyətinin pozulması

E) Nevrolojı simptomatikasının olmaması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
407) Hiperosmolyar koma zamanı ketoasidotik komadan fərqli olaraq hansı simptomlar müşahidə olunur?
A) Asetonuriya

B) Normoqlikemiya

C) Ağızdan aseton qoxusu

D) Kussmaul tənəffüsü

E) Nevrolojı simptomatika
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
408) Hiperosmolyar komanın müalicə prinsipləri hansılardır?
A) 5% glyukoza məhlulu, KCl məhlulu, insulinoterapiya

B) 0,45% NaCl məhlulu, KCl məhlulu, insulinoterapiya

C) Hipertonik məhlul, MgSO4 məhlulu, KCl məhlulu

D) 20% NaCl məhlulu, 40% glyukoza məhlulu, KCl məhlulu

E) 0,9% NaCl məhlulu, MgSO4 məhlulu, insulinoterapiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
409) Hiperqlikemik ketoasidotik koma zamanı keçirilən müalicə tədbirləri zamanı vena daxili qlyukozanın təyini nə məqsədi daşıyır?
A) Lipolizin stimulyasiyası

B) Qlikogenezin stimulyasiyası

C) Qlikogenezin dayandırılması

D) Qlikogenolizin stimulyasiyası

E) Ketogenezin dayandırılması
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
410) Hipoqlikemiyanın adrenerji təzahürü hansıdır?
A) Baş ağrıları

B) Amneziya

C) Ürək bulanma

D) Hipotermiya

E) Qörmə qabiliyətinin pozulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
411) Hipoqlikemiyanın nevrolojı təzahürü hansıdır?
A) Əsəbilik

B) Oyanıqlığ

C) Qulaq batması

D) Tremor

E) Tərləmə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
412) Yünqül hipoqlikemiya zamanı birinci kömək nədir?
A) Vena daxili 0,45% qlyukozanın vurulması

B) Dəri altı adrenalinin vurulması

C) Əzələ və ya vena daxili 1ml qlyukaqonun vurulması

D) 1-2 çörək vahidi tez sovrulan karbohidratların qəbulu

E) Vena daxili damcı ilə 5-10% glyukoza məhlulunun vurulması
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
413) Hipoqlikemiyanın yaranmasına nə səbəb ola bilməz?
A) İnsulinin dozasının artırılması.

B) Qida rejiminin pozulması, fiziki aktivlik

C) İnsulinin dozasının azaldılması

D) Stress

E) Alkoqol qəbulu
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
414) Hipoqlikemiya nəyin yaranmasına kömək edə bilər?
A) Qara ciyərin piylənməsinə

B) Beyin qan dövranının pozulmasına

C) Mikrioanqiopatiyaların proqressivləşməsinə

D) Retinal qansızmalara

E) İnsulinrezistentliyə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
415) Hipoqlikemiyanı necə aradan götürmək olar?
A) Əzələ daxili laziksin vurulması ilə

B) Vena daxili qlyukozanın vurulması ilə, əzələdaxili qlyukaqonun vurulması ilə

C) Əzələdaxili qlyukozanın vurulması ilə

D) B-adrenoblokatorların qəbulu ilə

E) İnsulin inyeksiyası ilə
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
416) Hipoqlikemik komanın yaranma səbəbləri hansılardır?
A) Qidanın yağ ilə kəsad olması

B) Qidanın zülal ilə kəsad olması

C) İnsulin dozasının artıq olması, insulinin hər zaman vurulan dozası ilə yanaşı qidada karbohidratların kəsad olması

D) Ürək-qan dövranının funksiyasının pisləşməsi

E) İnsulin dozasının azalması ilə yanaşı qidada karbohidratların kəsad olması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
417) Hipoqlikemik koma zamanı nə müşahidə olur?
A) Tonik və klonik qıc olmaların yaranmaması

B) Komanın tez zamanda inkişafı, hipertermiya, taxikardiya

C) Komanın tədricən inkişafı, hipertermiya, taxikardiya

D) Komanın tez zamanda inkişafı, hipotermiya, taxikardiya

E) Komanın tədricən inkişafı, hipertermiya,bradikardiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
418) Hipoqlikemik komanın yaranmaması üçün profilaktik tədbirlərə hansı aid deyil?
A) Xəstələrin insulin rejiminə düzqün riayət etmələri

B) AT nəzarəti və asetonuriyanın nəzarəti

C) Qlyukozanın sovrulmasını stimulyasiya edən preparatlardan istifadə zamanı diqqətli olmaq

D) Xəstələrin başlanğıc hipoqlikemiyalar haqqında anlayışın olması və bu hal yarandıqda tez sovrulan karbohidratlatın qəbulu

E) Xəstələrin qida rejiminə düzqün riayət etmələri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
419) Hipoqlikemik koma zamanı müalicə tədbirləri hansılardır?
A) Vena daxili şırımla 40% glyukoza məhlulunun (40-100 ml) vurulması, vena daxili damcı ilə 5-10% glyukoza məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml qlyukaqonun vurulması

B) Vena daxili Hemodez məhlulunun vurulması, vena daxili insulinin vurulması

C) Vena daxili damcı ilə 0,45% NaCl məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml qlyukaqonun vurulması

D) Vena daxili damcı ilə 0,9% NaCl məhlulunun vurulması, əzələ və ya vena daxili 1ml noradrenalinin vurulması

E) Vena daxili Rinqer məhlulunun vurulması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
420) İşemik pəncə üçün hansı simptomlar səciyyəvi deyil?
A) Əzələlərdə qıcolmalar

B) Paresteziyalar

C) Aşağı ətrafların soyuq olması

D) Fasiləli axsağlıq

E) Hissiyatsızlıq
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
421) Şəkərli diabet zamanı periferik sinir sisteminin zədələnmə növləri hansılardır?
A) Bütün sadalananlar

B) Polineyropatiya

C) Radikulopatiya

D) Amiotrofiya

E) Mononeyropatiya
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
422) Avtonom diabetik neyropatiyanın kliniki formaları hansılardır?
A) Hipofizar. hipotalamik

B) Tənəffüs, qara ciyər, böyrək-üstü

C) Ürək-damar, mədə-bağırsaq, sidik-cinsiyyət

D) Böyrək

E) Beyin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
423) Diabetik mikroanqiopatiya üçün ən xarakter morfolojı xüsusiyyət hansıdır?
A) Kapillyarların bazal membranının nazikləşməsi

B) Endoteliyin limfoid infiltrasiyası

C) Kapillyarların bazal membranının qalınlaşması

D) Arteriyaların hüceyrələrində PAS-müsbət maddələrin toplanması

E) Birləşdirici toxumada degenerativ dəyişiliklər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
424) Şəkərli diabet zamanı aterosklerotik dəyişiliklər ən nadir hallarda hansı damarlarda yarana bilər?
A) Koronar

B) Böyrək

C) Dalaq

D) Beynin

E) Aşağı ətrafların
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
425) Diabetik avtonom kardiopatiyanın ən təhlükəli halı hansıdır?
A) Daimi olmayan taxikardiya

B) Daimi taxikardiya

C) Ortostatik hipotenziya

D) Ağrısız miokard infarktı

E) Fiksə olunmuş ürək ritmi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
426) Diabetik neyropatiyanın müalicə prinsiplərinə hansılar aid deyil?
A) Tiokt turşusunun törəmələrinin təyini, nikotin turşusunun təyini

B) B-qrup vitaminlərinin təyini

C) Qlikemiyanın ciddi kompensasiyası

D) Antioksidantların təyini (A və E vitamini)

E) Qlikemiyanın dekompensasiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
427) Mogensen təsnifatına görə diabetik nefropatiya neçə mərhələyə bölünür?
A) Üç

B) İki


C) Beş

D) Altı


E) Dörd
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
428) Diabetik nefropatiyanın uremik mərhələsində müalicə prinsipləri hansılardır?
A) Hemadsorbsiya

B) Lavaj


C) Hemodializ, peritoneal dializ, süni böyrək apparatı

D) Plazmaferez

E) Oksigenoterapiya
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
429) Mikroalbuminuriya zamanı sidik ilə nə qədər albumin ekskresiya olunur?
A) <300 mq/sut

B) 20-200 mq/sut

C) >30 mq/sut

D) 30-300 mq/sut

E) < 3 qr/sut.
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
430) Diabetik nefropatiyanı hansı xəstəliklərlə differensial diaqnostika etmək olar?
A) Böyrək kistaları, böyrək şişləri

B) Böyrək ptozu, amiloidoz

C) Böyrək daşı xəstəliyi, revmatoidli artrit

D) Böyrək şişləri, sistem vaskulitlər

E) Böyrək vərəmi, pielonefrit, qlomerulonefrit
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
431) Kohner-Port təsnifatına görə diabetik retinopatiya neçə mərhələyə bölünür?
A) Üç

B) Beş


C) Dörd

D) Altı


E) İki
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
432) 1 tip şəkərli diabet üçün nə xarakterikdir?
A) İnterkurrent xəstəliklər fonunda insulin tələbatının azalması

B) Xəstəliyin tədricən başlanması, laktatasidoza meyyilik, insulinrezistentlik

C) Xəstəliyin kəskin başlanması, ketoasidoza meyyilik, qanda insulin miqdarının azalması

D) Xəstəliyin tədricən başlanması, laktatasidoza meyyilik, qanda insulin miqdarının azalması

E) Xəstəliyin kəskin başlanması, qanda insulin miqdarının dəyişilməməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
433) 2 tip şəkərli diabet üçün nə xarakterikdir?
A) Qanda insulin miqdarının azalması, insulinrezistentlik

B) İnterkurrent xəstəliklər fonunda insulin tələbatının azalması

C) Qanda insulin miqdarının artması, insulinrezistentlik

D) Xəstəliyin kəskin başlanması

E) Qanda insulin miqdarının azalması, kəskin arıqlama
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
434) Şəkərli diabetin yaranmasına hansı faktorların təsiri ola bilməz?
A) Genetik meyyilik, erkən metabolik dəyişiliklər

B) İmmunolojı aktivasiya

C) Alfa-hüceyrələrin proqressiv destruksiyası

D) Ətraf mühitin təsiri

E) B-hüceyrələrin proqressiv destruksiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
435) 2 tip şəkərli diabet müalicəsi üçün hansı preparatlardan istifadə edilmir?
A) Tiazolidindionlar

B) A-qlikozidazanın inhibitorları

C) Qlikemiyanın prandial requlyatorları

D) Qlyukokortikoidlər

E) Sulfonilamid törəmələri, biquanidlər
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
436) Şəkərli diabet xəstələrində arterial hipertoniyanın müalicəsi üçün seçim preparatları hansılardır?
A) Ürək qlikozidlər

B) Diuretiklər

C) APF-inhibitorları

D) Nitratlar

E) B-blokatorlar
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
437) Qestasiyon şəkərli diabet qedişatına görə neçə mərhələyə bölünür?
A) 5

B) 4


C) 6

D) 7


E) 3
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
438) Şəkərli diabetin uzun müddətli kompensasiyasını hansı göstərici əks etdirir?
A) Qlyukozalaşmış hemoqlobinin səviyyəsi

B) Sutkalıq qlikemik profil

C) Qecə saat 3 qanda şəkərin miqdarı

D) Qanda şəkərin miqdarının ac qarna və 2 saat yeməkdən sonra

E) Lipid mübadiləsinin qöstəriciləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
439) Glyukozalaşmış hemoglobinin təyini həkimə nə imkanı yaradır?
A) 6-9 ay ərzində aparılmış şəkərsalıcı terapiyanın qiymətləndirilməsi

B) 2-3 ay ərzində aparılmış şəkərsalıcı terapiyanın qiymətləndirilməsi

C) Qestasiyon şəkərli diabetin aşkarlanması

D) 2-3 qün ərzində glyukozanın miqdarının qiymətləndirilməsi

E) 1-3 həftə ərzində glikemiyanın orta səviyyəsinin qiymətləndirilməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
440) Qestasiyon şəkərli diabetin birinci trimestrində nə muşahidə olur?
A) Normoqlikemiya, laktatasidoza meyillik

B) Laktatasidoza meyillik

C) İnsulinə tələbatın artması, hiperqlikemiyaya və laktatoasidoza meyillik

D) İnsulinə tələbatın olmamaması

E) İnsulinə tələbatın azalması, hipoqlikemiyaya və ketoasidoza meyillik
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
441) Qestasiyon şəkərli diabetin ikinci trimestrində nə muşahidə olur?
A) Ketoasidoza meyillik

B) Laktatasidoza meyillik

C) İnsulinə tələbatın artması

D) Hipoqlikemiyaya meyillilik

E) İnsulinə tələbatın azalması
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
442) Şəkərli diabet zamanı çoxsululuq nəyə gətirib çıxara bilər?
A) Ciftin funksiyasının yüksəlməsi

B) Hipoinsulinemiyaya

C) Hiperinsulinizmə

D) Hamiləliyin gedişatının ağırlaşmasına, dölün ölüm ehtimalının artması

E) Xorionik qonadotropinin aktivliyinin artmasına
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
443) Şəkərli diabet olan analardan doğulmuş uşağların artıq bədən çəkiləri nə ilə bağlıdır?
A) AKTH-ın miqdarının azalması ilə

B) Dölün hipoinsulinizmi ilə, cift baryerini artıq miqdarda keçmiş qlyukoza ilə

C) Cift laktoqeninin səviyəsinin azalması ilə

D) Lipogenezin ləngiməsi ilə

E) Dölün hiperinsulinizmi ilə, cift baryerini artıq miqdarda keçmiş qlyukoza ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
444) Bətndaxili inkişafın neçənci həftəsində dölün pankreası funksional aktivliyə başlayır?
A) 12 həftədə

B) 10 həftədə

C) 18 həftədə

D) 16 həftədə

E) 14 həftədə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
445) Şəkərli diabeti olan analardan doğulan uşağlar ən çox hansı patoloqiyadan tələf olurlar?
A) Ağ ciyər çatmamazlığı

B) Qara ciyər çatmamazlığı

C) Beyin hipoksiyası

D) Ürək çatmamazlığı

E) Böyrək çatmamazlığı
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
446) Şəkərli diabeti olan hamilələrdə Kesar əməliyyatına göstərişlər hansılardır?
A) Uşağın atasında şəkərli diabetin olması

B) Diabetik polineyropatiya

C) Dölün böyük ölçüləri, diabetin labil qedişatı, hamiləlik toksikozu

D) Dölün kiçik ölçüləri, diabetin stabil qedişatı

E) Ananın gənc olması
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
447) Hansı preparat bağırsaqlarda qlyukozanın sovrulmasını azaldır?
A) Amaril

B) Qlibenklamid

C) Qlyukobay

D) Diabeton

E) Aktos
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
448) Böyük cərrahi müdaxilələr zamanı şəkərli diabetli xəstəyə nə təyin olunur?
A) Sulfanilamid törəmələri

B) İnsulin

C) A-qlikozidazanın inhibitorları

D) Biquanidlər

E) Tiazolidindionlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
449) Bu peroral şəkərsalıcı preparatlardan hansı gün ərzində 1 dəfə qəbul olunur?
A) Diabeton

B) Amaril, Diabeton MR

C) Qlyurenorm

D) Qlibenklamid

E) Minidiab
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
450) İnsulin molekulası neçə amin turşusundan ibarətdir?
A) 51

B) 58


C) 32

D) 66


E) 56
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
451) a-qlikozidazanın inhibitorlarının təyininə əks göstərişlər hansılardır?
A) Qara ciyər xəstəlikləri

B) Mədə-bağırsaq xəstəlikləri

C) Ağ ciyər xəstəlikləri

D) Böyrək xəstəlikləri

E) Ürək xəstəlikləri
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
452) Bu hormonlardan hansı kontrainsulyar deyil?
A) Kortizol

B) STH


C) Qlyukaqon

D) Aldosteron

E) Tireoid hormonlar
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
453) 2 tip şəkərli diabet xəstələrinə insulinoterapiya hansı hallarda göstəriş deyil?
A) Hamiləlik

B) Kiçik cərrahi əməliyyatlar

C) Peroral şəkərsalıcı preparatlara rezistentlik

D) Kaxeksiya

E) Diabetik pəncə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
454) Şəkərli diabet xəstələrinə fiziki aktivlik üçün göstərişlər hansılardır?
A) Ketoasidoz

B) Hipoqlikemiya

C) Hiperqlikemiya < 15 mmol/l

D) Proliferativ diabetik retinopatiya

E) Qeyri proliferativ diabetik retinopatiya
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
455) «Dawn» fenomeni özünü necə büruzə verir?
A) Qanda şəkərin miqdarının səhərki göstəricilərinin azalması ilə

B) Qanda şəkərin miqdarının axşamki göstəricilərinin azalması ilə

C) Qanda şəkərin miqdarının səhərki göstəricilərinin yüksək olması ilə

D) Qanda şəkərin miqdarının axşamki göstəricilərinin yüksək olması ilə

E) Qanda şəkərin miqdarının günorta göstəricilərinin yüksək olması ilə
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
456) Lipodistrofiyanın müalicə prinsipləri hansılardır?
A) Qlyukokortikoidlərin təyini

B) Qlikemiyanın prandial requlyatorlarının təyini

C) Bir müddət insulinin novokain ilə vurulması, insulin növünün dəyişdirilməsi

D) Biquanidlərin təyini

E) Bir müddət insulinin vurulmaması
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
457) Şəkərli diabet xəstələrində “bal ayı” anlayışı nə deməkdir?
A) 1 tip ŞD yeni tutulmuş insanlarda insulin ehtiyacının bir muddətli azalması, diabetə yeni tutulmuş insanlarda insulin ehtiyacının bir muddətli olmaması

B) 2 tip ŞD uzun müddət xəstə olan insanlara insulin təyini

C) 1 tip ŞD uzun müddət xəstə olan insanlarda insulin ehtiyacının kəskin azalması

D) Diabetə yeni tutulmuş insanlarda insulin ehtiyacının bir müddətli kəskin artması

E) 1 tip ŞD uzun müddət xəstə olan insanlarda insulin ehtiyacının kəskin artması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
458) “Bal ayı” zamanı həkimin taktikası nədən ibarətdir?
A) İnsulin terapiyasinın davam etməklə bərabər biquanidlərin təyini

B) İnsulin terapiyasının dayandırılması və biquanidlərin təyini

C) İnsulin terapiyasının dayandırılması ilə bərabər daim qlikemiyanın nəzarəti

D) İnsulin terapiyasının dayandırılması və qlyukokortikoidlərin təyini

E) İnsulin terapiyasinın davam etməsi
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина», Москва, 2004
459) Şəkərli diabetin kompleks müalicəsində anabolik steroidlərin təyini nə məqsəd daşıyır?
A) Zülal mübadiləsinin stimulyasiyası

B) Qlyukoneogenezin stimulyasiyası

C) Qlikemiya qöstəricilərinin yaxşılaşdırılması

D) Lipolizin sürətlənməsi

E) Lipid mübadiləsinin stimulyasiyası
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
460) Diabetik nefropatiya zamanı hemasorbsiya seanslarının aparılması nə məqsədi daşıyır?
A) Tənəffüs sisteminin fəaliyətini yaxşılaşdırmaq,yumaqcıqların filtrasiyasının sürətlənməsi

B) Lipid qöstəricilərinin yaxşılaşdırılması

C) İnsulinə tələbatın artması

D) Ürək-damar sisteminin fəaliyətini yaxşılaşdırmaq, zülal qöstəricilərinin yaxşılaşdırılması, yumaqcıqların filtrasiyasının lənqiməsi

E) İnsulinə tələbatın azalması, karbohidrat qöstəricilərinin yaxşılaşdırılması, yumaqcıqların filtrasiyasının sürətlənməsi
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998
461) Diabetik “pəncənin” müalicə prinsipləri hansılardır?
A) Diabetin ciddi kompensasiyası, aminturşularının təyini, tireoid hormonların təyini, biquanidlərin təyini

B) Diabetin ciddi kompensasiyası, antiaritmik preparatların təyini, qlyukokortikoidlərin təyini

C) Diabetin ciddi kompensasiyası, bronxolitiklərin təyini, polivitaminlərin təyini, tiazolidinlərin təyini

D) Diabetin ciddi kompensasiyası, angioprotektorların təyini, antibiotiklərin təyini, antiaqreqantların təyini, immunomodulyatorların təyini

E) Diabetin ciddi kompensasiyası, antihipertenziv preparatların təyini, immunodepressantların təyini
Ədəbiyyat: А.Н. Окороков Лечение болезней внутренних органов «Белмедкнига», Витебск, 1998


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin