978) Qadınlarda qinoid piylənməsi zamanı bel çevrəsi/bud çevrəsi indeksinin göstəriciləri?
A) >1,0
B) >1,2
C) < 0,85
D) > 1,4
E) > 1,6
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
979) Kişilərdə qinoid piylənməsi zamanı bel çevrəsi/bud çevrəsi indeksinin göstəriciləri?
A) >1,2
B) <0,95
C) > 1,4
D) > 0,8
E) > 1,6
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Геотар-Медиа», Москва, 2008
980) Piylənmənin neçə dərəcəsi var?
A) Dörd (4)
B) Üç (3)
C) İki (2)
D) Beş (5)
E) Bir (1)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
981) Bədən kütlə indeksini normada kişilərdə və qadınlarda müvafiq olaraq aşağıdakı rəqəmlər təşkil edir?
A) 20-25 və 20-25
B) 19-25 və 19-26
C) 19-24 və 20-25
D) 20-25 və 19-24
E) 30 qədər və 30 qədər
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология, Москва, 2008
982) Qaraciyərin piy distrofiyası zamanı aşağıdakı lipotrop dərmanlardan hansı birini istifadə etmək məqsədəuyğun deyil?
A) Metionin
B) Lipoy turşusu
C) Essensial
D) Lipamid
E) Akarboza
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
983) Bədən kütlə indeksi hansı formulla hesablanır?
A) Boy (m2)/çəki (kq)
B) Boy (m)/çəki (kq2)
C) Çəki (kq2)/boy (m)
D) Çəki (kq)/boy (m2)
E) Çəki (kq2)/boy (m2)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
984) Təsnifata görə piy toxumasının neçə tip yığılması var?
A) 2 (abdominal, qarışıq)
B) 2 (abdominal, ginoid)
C) 2 (ginoid, qarışıq)
D) 3 (abdominal, ginoid, qarışıq)
E) 4 (ginoid, abdominal, qarışıq, mərkəzi)
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
985) Etiopatogenetik təsnifata görə birincili piylənməyə aşağıdakılar aiddir.
A) Alimentar-konstitusional, hipotalamik
B) Endokrin-metabolik, serebral
C) Alimentar-konstitusional, endokrin-metabolik
D) Serebral, alimentar-konstitusional
E) Hipotalamik, serebral
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
986) Etiopatogenetik təsnifata görə ikincili piylənməyə aşağıdakılar aiddir.
A) Alimentar-konstitusional, hipotalamik
B) Endokrin-metabolik, serebral
C) Serebral, alimentar-konstitusional
D) Endokrin-metabolik, alimentar-konstitusional
E) Hipotalamik, endokrin-metabolik
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
987) Selektiv anoreksigen preparatlara hansı aiddir?
A) Orlistat
B) Sibutramin
C) Mazindol
D) Fepranon
E) Dezopimon
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
988) Endokrin-metabolik piylənmə aşağıdakı xəstəliklərdə müşahidə edilir.
A) İtsenko-Kuşinq xəstəliyi və sindromu, hipotireoz, II tip şəkərli diabet, adipozogenital distrofiya
B) Addison xəstəliyi, II tip şəkərli diabet, diffuz toksiki ur, sinir anoreksiyası
C) Adipozogenital distrofiya, I tip şəkərli diabet, Konn sindromu, diffuz toksiki ur
D) Sinir anoreksiyası, şəkərsiz diabet, Addison xəstəliyi, I tip şəkərli diabet
E) Hipotireoz, Konn sindromu, şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
989) Brok əmsalı hansı formulla hesablanır?
A) Boy (sm2) – 100/bədən çəkisi (kq).
B) (Bədən çəkisi (kq)/boy (sm2) – 100)*100%
C) Boy (sm) – 100/bədən çəkisi (kq)
D) (Bədən çəkisi (kq)/boy (sm) – 100)*100%
E) Bədən çəkisi (kq)/boy (sm) – 100
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
990) Orlistatla müalicə neçə müddət daimi aparıla bilər?
A) Bir il daimi müalicə
B) Üç ay daimi müalicə
C) Altı ay daimi müalicə
D) Dörd il daimi müalicə
E) İki il daimi müalicə
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
991) Piylənmənin dərman müalicəsinin effektivliyini necə qiymətləndirirlər?
A) Bədən çəkisinin başlanğıc çəkidən minimum 15% azalması
B) Bədən çəkisinin başlanğıc çəkidən minimum 25% azalması
C) Bədən çəkisinin başlanğıc çəkidən minimum 10% azalması, risk faktorları- nın (AH, hiperqlikemiya, dislipidemiya) azalması
D) Bədən çəkisinin başlanğıc çəkidən minimum 20% azalması, risk faktorları-nin (AH, hiperqlikemiya, dislipidemiya) azalması
E) Bədən çəkisinin başlanğıc çəkidən minimum 5% azalması, risk faktorları-nın (AH, hiperqlikemiya, dislipidemiya) azalması
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
992) Piylənmə zamanı neçə cür müalicə tətbiq edilir?
A) 1 (cərrahi)
B) 2 (pəhriz, dərman)
C) 2 (pəhriz, cərrahi)
D) 3 (pəhriz, dərman, cərrahi)
E) 1 (dərman)
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
993) Piylənmənin klinik əlamətlərinə hansılar aiddir?
A) Bədən çəkisinin və ölçülərinin artması, taxikardiya, dəridə bənövşəyi striyalar, qalaktoreya
B) Bədən çəkisinin artması, yuxuculluq, piqmentasiya, ishal, dəridə quruluq
C) Bədən çəkisinin və ölçülərinin artması, yuxuculluq, yüngül fiziki iş zamanı təngnəfəslik, gecə apnoe sindromu, tərləmə
D) Bədən ölçülərinin artması, gecə apnoe sindromu, sonsuzluq, dehidratasiya
E) Bədən çəkisinin artması, ishal, dəridə bənövşəyi striyalar, yorğunluq
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
994) Piylənmənin dərman müalicəsinə göstərişlər hansılardır?
A) BKİ 27 kq/m2 çox olması və 9 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması
B) BKİ 30 kq/m2 çox olması və 3 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması
C) BKİ 35 kq/m2 çox olması və 3 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 10% az azalması
D) BKİ 40 kq/m2 çox olması və 6 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması
E) BKİ 25 kq/m2 çox olması və 6 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 10% az azalması
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
995) Piylənmənin ağırlaşmalarına hansılar aiddir?
A) Dehidratasiya, ateroskleroz, 1 tip şəkərli diabet, osteoporoz, ÜİX
B) Ketoasidotik koma, Pikvik sindromu, 2 tip şəkərli diabet, AH
C) 1 tip şəkərli diabet, onkoloji xəstəliklər, hipotermik koma, qara ciyərin piy distrofiyası
D) Osteoporoz, AH, ÜİX, onkoloji xəstəliklər, dehidratasiya
E) Ateroskleroz, 2 tip şəkərli diabet, AH, ÜİX, onkoloji xəstəliklər, Pikvik sindromu
Ədəbiyyat: Дедов И.И., Мельниченко Г.А. Эндокринология. Москва, 2008.
996) Pikvik sindromu aşağıdakılarla səciyyələnir?
A) Ağ ciyər hipertenziyası, öddaşı xəstəliyi, gündüz yuxuculluğu, sonsuzluq
B) Hipoventilyasiya, hiperkapniya, ağ ciyər hipertenziyası, ürək-damar çatmamazlığı, gündüz yuxuculluğu
C) Hiperkapniya, sonsuzluq, baş ağrıları, piqmentasiya, öddaşı xəstəliyi
D) Ürək-damar çatmamazlığı, hipoventilyasiya, dəridə bənövşəyi zolaqlar, AH
E) AH, piqmentasiya, sonsuzluq, dəridə bənövşəyi zolaqlar, ürək-damar çatmamazlığı
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
Bölmə. Qarışıq suallar
997) Tirogen hansı preparatdır?
A) İnsan TSH-ın rekombinantı
B) Antibiotik
C) Tiroid hormonu
D) İmmunostimulyator
E) Tireostatik
Ədəbiyyat: Ədəbiyyat: Балаболкин М.И., Клебанова Е.М., Креминская В.М. “Дифференциальная диагностика и лечение эндокринных заболеваний.”, 2002 г.
998) Qalxanvari vəzin xərçənginin ən həssas markeri hansıdır?
A) T3 sərbəst
B) Anti TPO
C) TSH
D) Tireoqlobulin
E) T4 sərbəst
Ədəbiyyat: Ədəbiyyat: А. С. Аметов “Сахарный диабет 2 типа. Проблемы и решения”, 2011 г.
999) Diffuz toksiki urun əməliyyatdan sonraki residivinin müalicəsi hansı metodla aparılır?
A) 1,5 illik propiltiourasilla müalicəsi
B) 1,5 illik Tiomazolla müalicəsi
C) Tireostatiklərlə və immunomodulyatorlarla müalicə
D) Radioaktiv yodla müalicə
E) Təkrar cərrahi əməliyyat
Ədəbiyyat: Ədəbiyyat: Е. Нишлаг, Х. Бере, С. Нишлаг, «Андрология», 2005 г.
1000) C-peptid nədir?
A) İnsulin sekresiyasının göstəricisi
B) Kontriinsulyar hormon
C) Şəkərli diabetin kompensasiya markeri
D) 2-ci tip ŞD markeri
E) Müalicənin kompensasiya göstəricisi
Ədəbiyyat: Ədəbiyyat: В.В.Фадеев «Диагностика и лечение в эндокринологии», 2010 г.
Dostları ilə paylaş: |