;İJJ
0
J
*
m
19
ъ ?
Cəmil Aydın oğlu
203
Fəridə və Çingiz Qədimovlar
il
M
j
,.жр
Calal Süleyman oğlu, Rauf Surxay oğlu, Fizzə,
Əminə Süleyman qızları
204
Kamilə Tofıqlə
205
Cəlal və Camal Süleyman oğlu
206
Ənvər Süleyman oğlu
Kərbəlayı Qoca uşağı
Bu soyun ulu babası Kərbəlayı Qocadır. Qoca XVIII yüzüm
sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Qocanın Məhəmmədəli adlı oğlu vardı.
Məhəmmədəli 1773-cü ildə Şuşa şəhərində anadan olmuşdu.
Molla yanında oxumuşdu. Hamam işlətmişdi. Pak Xorasanı,
müqəddəs Kərbəla torpağını və Məkkəyi-müşərrəfı ziyarət
etmişdi.
Hacı Məhəmmədəli 1855-ci ildə vəfat edib.
Hacı Məhəmmədəli Xədicə ilə ailə qurmuşdu.Rəhim, Abbas
adlı oğlanları, Anaxanım adlı qızı vardı.
Rəhim 1835-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhim Xeyransa ilə həyat qurmuşdu. Əliyar, Məmməd,
Əsəd, Məmmədəli, Kərim, Səlim adlı oğlanları vardı.
Əliyar 1846-cı ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhimin ikinci oğlu Məmməd 1852-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhimin üçüncü oğlu Əsəd 1856-cı ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhimin dördüncü oğlu Məmmədəli 1859-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Rəhimin beşinci oğlu Kərim 1870-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Rəhimin altıncı oğlu Səlim 1872-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hacı Məhəmmədəlinin ikinci oğlu Abbas 1835-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Abbasın Qulu adlı oğlu vardı.
207
Qulu 1872-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Rəcəbəli uşağı
Bu soyun ulu babası Kərbəlayı Rəcəbəlidir. Kərbəlayı
Rəcəbəli XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa
şəhərində yaşamışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla
torpağını ziyarət etmişdi.
Kərbəlayı Rəcəbəlinin Hüseynəli, Hacı adlı oğlanları vardı.
Hüseynəli 1800-cü ildə Şuşa şəhərində anadan olmuşdu.
İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə
oxumuşdu. Öncə məhəllələrinin dini işləri ilə məşğul olmuş, sonra
şəhər komendantlığının əks-kəşfiyyat bölməsinin İran şöbəsində
işə düzəlmişdi. Qardaşı Hacının əlaqələndiricisi olmuşdu.
Komendantdan öncə məaf, sonra bəy ünvanı almışdı.
Molla Hüseynəli bəy Pəri xanımla ailə qurmuşdu. Seyidə li
bəy, Ələsgər bəy, Lütfəli bəy adlı oğlanları, Tükəzban xanım,
Xeyransa xanım adlı qızları vardı.
Seyidəli bəy 1826-cı ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai
təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu.
Molla Hüseynəli bəyin ikinci oğlu Ələsgər bəy 1828-ci ildə
Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.
Sonra Sankt-Peterburq Konstantin Hərbi Yunker məktəbinə qəbul
olunmuşdu. Məktəbi yunker rütbəsi ilə bitirmişdi.
Ələsgər bəyin Allahverən bəy adlı oğlu vardı.
Allahverən bəy 1866-cı ildə Şuşa şəhərində doğulmuşdu.
İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə
oxumuşdu.
Molla Hüseynəli bəyin üçüncü oğlu Lütfəli bəy 1830-cu ildə
Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.
Sonra mədrəsədə oxumuşdu.
***
Kərbəlayı Rəcəbəlinin ikinci oğlu Hacı 1802-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.
208
Sonra mədrəsədə oxumuşdu. Şəhər komendantlığında əks-
kəşfiyyat bölməsinin İran şöbəsində işə düzəlmişdi. İranda
kəşfiyyatçı kimi fəaliyyət göstərmişdi. Komendantdan məaf
(vergilərdən azad) ünvanı almışdı. Müqəddəs Kərbəla torpağını
ziyarət etmişdi.
Kərbəlayı Hacı Zeynəb xanımla ailə qurmuşdu. Əlikişi,
Ələkbər, Əhməd adlı oğlanları, Balaxanım adlı qızı vardı.
Əlikişi 1833-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai
təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu.
Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Əlikişi Ayna xanımla ailə qurmuşdu. Oğlu
olmayıb.
Kərbəlayı Hacının ikinci oğlu Ələkbər 1836-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.
Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
Ələkbərin Yusif adlı oğlu vardı.
Yusif 1870-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai
təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu.
Ticarətlə məşğul idi.
Kərbəlayı Hacının üçüncü oğlu Əhməd 1841-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.
Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Mirzə uşağı
Bu soyun ulu babası Kərbəlayı Mirzədir. Kərbəlayı Mirzə
XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində
yaşamışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla topağını
ziyarət etmişdi.
Kərbəlayı Mirzənin Məmi, Əlihüseyn, Əbdülhüseyn adlı
oğlanları vardı.
209
Məmi 1797-ci ildə Şuşa şəhərində anadan olmuşdu.
“Rastabazar”da pinəçi dükanı vardı. Müqəddəs Kərbəla torpağını
ziyarət etmişdi.
Kərbəlayı Məmi Hüsnü ilə ailə qurmuşdu. Məmmədhəsən,
Mehdi, Sadıq adlı oğlanları, Zeynəb adlı qızı vardı.
Məmmədhəsən 1838-ci ildə Şuşa şəhərində doğulmuşdu.
Xırda ticarətlə məşğul idi.
Kərbəlayı Məminin ikinci oğlu Mehdi 1840-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
Kərbəlayı Məminin üçüncü oğlu Sadıq 1846-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
***
Kərbəlayı Mirzənin ikinci oğlu Əlihüseyn 1799-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi. Əvvəlcə pak
Xorasan torpağını, Məşhədi-müqəddəsi, sonra Məkkəyi-müəzzəmi
ziyarət etmişdi.
Hacı Əlihüseyn Şirinlə ailə qurmuşdu. Xədicə adlı qızı vardı.
***
Kərbəlayı Mirzənin üçüncü oğlu Əbdülhüseyn 1799-cu ildə
Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Əbdülhüseynin Talib, Tağı, Nağı adlı oğlanları, Bacıxanım,
Püstə adlı qızları vardı.
Talib 1843-cü ildə Şuşa şəhərində doğulmuşdu. Xırda
ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi
ziyarət etmişdi.
Məşədi Talibin Yəhya adlı oğlu vardı.
Yəhya 1870-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla
yanında oxumuşdu. Xırda ticarətlə məşğul idi.
Əbdülhüseynin ikinci oğlu Tağı 1845-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Xırda ticarətlə məşğul idi. Müqəddəs Kərbəla
torpağını ziyarət etmişdi.
210
Əbdülhüseynin üçüncü oğlu Nağı 1848-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi. O, 1860-cı
ildən sonra Rusiyaya getmiş, orda qalmışdı.
Kərbəlayı Bayram uşağı
Bu soyun ulu babası Kərbəlayı Bayramdır. Bayram XVIII
yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı.
Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Bayramın Qulu adlı oğlu vardı.
Qulu 1791-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai
təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu.
Məhəllələrinin dini işləri ilə ilgilənmişdi.
Molla Qulunun Tağı, Mehdiqulu, Nağı, Abış, İsmayıl, Sadıq,
Qasım adlı oğlanları vardı.
Tağı 1823-cü ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai
təhsilini atasının yanında almışdı. Sonra mədrəsədə oxumuşdu.
Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Tağının Ağa adlı oğlu vardı.
Ağa 1869-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Molla Qulunun ikinci oğlu Mehdiqulu 1825-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Mehdiqulunun Əbdülhüseyn, Əbdüləli adlı oğlanları vardı.
Əbdülhüseyn 1857-ci ildə Şuşa şəhərində doğulmuşdu.
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Mehdiqulunun ikinci oğlu Əbdüləli 1858-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Molla Qulunun üçüncü oğlu Nağı 1827-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Nağının Abbasqulu adlı oğlu vardı.
Abbasqulu 1859-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
211
Molla Qulunun dördüncü oğlu Abış 1831-ci ildə
Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Molla Qulunun beşinci oğlu İsmayıl 1833-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
İsmayılın Mahmud adlı oğlu vardı.
Mahmud 1859-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Molla Qulunun altıncı oğlu Sadıq 1835-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu.
Molla Qulunun yeddinci oğlu Qasım 1845-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Kərbəlayı Hacıbaba uşağı
Bu soyun ulu babası Kərbəlayı Hacıbabadır. Hacıbaba XVIII
yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı.
Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla topağını ziyarət etmişdi.
Kərbəlayı Hacıbabanın Məmınədhüseyn adlı oğlu vardı.
Məmmədhüseyn
1791-ci ildə Şuşa şəhərində anadan
olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi. Pak
Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Məmmədhüseyn Zeynəblə ailə qurmuşdu. Kərim,
Saleh adlı oğlanları, Şəkər, Dürrə, Gülsüm adlı qızları vardı.
Kərim 1836-cı ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərimin İsax adlı oğlu vardı.
İsax 1853-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məmmədhüseynin ikinci oğlu Saleh 1846-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
212
Kərbəlayı Salehin Müseyib adlı oğlu vardı.
Müseyib 1869-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Hacı uşağı
Bu soyun ulu babası Kərbəlayı Hacıdır. Hacı XVIII yüzilin
sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı Hacının Həsən adlı oğlu vardı.
Həsən 1807-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Həsənin Məmməd, Hüseyn adlı oğlanlan vardı.
Məmməd 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi Həsənin ikinci oğlu Hüseyn 1857-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Kərbəlayı İmamqulu uşağı
Bu soyun ulu babası Kərbəlayı İmamquludur. İmamqulu
XVIII yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşa
mışdı. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət
etmişdi.
Kərbəlayı İmamqulunun Hacı, Məmmədqulu adlı oğlanlan
vardı.
Hacı 1805-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Hacı 1852-ci ildə vəfat edib.
213
Məşədi Hacı Xanımla ailə qurmuşdu.
Kərbəlayı İmamqulunun ikinci oğlu Məmmədqulu 1826-cı
ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
Ticarətlə məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi
ziyarət etmişdi.
Məşədi Məmmədqulu Bəyimlə ailə qurmuşdu. Dadaş, Hacı,
Əli, Məmməd adlı oğlanları vardı.
Dadaş 1847-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi Məmmədqulunun ikinci oğlu Hacı 1852-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Ölmüş əmisinin adını daşıyırdı. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi Məmmədqulunun üçüncü oğlu Əli 1860-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Məmmədqulunun dördüncü oğlu Məmməd 1869-cu
ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.
Ticarətlə məşğul idi.
Kərbəlayı Xudadad uşağı
Bu soyun ulu babası Kərbəlayı Xudadaddır. Xudadad XVIII
yüzilin sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı.
Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Xudadadın Hüseyn adlı oğlu vardı.
Hüseyn 1793-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını.
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Hüseyn 1855-ci ildə vəfat edib.
Məşədi Hüseyn Baharla ailə qunnuşdu. Dadaş, Ələsgər,
Əkbər, Nəcəf, Məmmədəli, Bağır, Tağı, Əsəd adlı oğlanları,
Gülsüm, Şahcahan adlı qızları vardı.
214
Dadaş 1830-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla
torpağını ziyarət etmişdi.
Kərbəlayı Dadaşın Salman, Ağa adlı oğlanları vardı.
Salman 1858-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Dadaşın ikinci oğlu Ağa 1865-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Hüseynin ikinci oğlu Ələsgər 1836-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Ələsgərin Səlim, Hüsü adlı oğlanları vardı.
Səlim 1868-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Ələsgərin ikinci oğlu Hüsü 1870-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Hüseynin üçüncü oğlu Əkbər 1838-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi Hüseynin dördüncü oğlu Nəcəf 1839-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla topağmı ziyarət etmişdi.
Kərbəlayı Nəcəfin Əhməd, Əbdül, Həmzə adlı oğlanları
vardı.
Əhməd 1865-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Nəcəfin ikinci oğlu Əbdül 1870-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Kərbəlayı Nəcəfin üçüncü oğlu Həmzə 1872-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
215
Məşədi Hüseynin beşinci oğlu Məmmədəli 1840-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Hüseynin altıncı oğlu Bağır 1845-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Hüseynin yeddinci oğlu Tağı 1852-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Hüseynin səkkizinci oğlu Əsəd 1855-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Kərbəlayı Yusif uşağı
Bu soyun ulu babası Kərbəlayı Yusifdir. Yusif XVIII yüzilin
sonu, XIX yüzilin önlərində Şuşa şəhərində yaşamışdı. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Yusifin Ağakişi adlı oğlu vardı.
Ağakişi 1781-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi. Pak Xorasan torpağını,
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Ağakişi Şahnisə ilə ailə qurmuşdu. Süleyman,
Mahmud, Yusif, Abbas adlı oğlanları, Fatma adlı qızı vardı.
Süleyman 1821-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Süleymanın Əli, Dadaş, Həsən adlı oğlanları vardı.
Əli 1848-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Süleymanın ikinci oğlu Dadaş 1857-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Süleymanın üçüncü oğlu Həsən 1863-cü ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
216
Məşədi Ağakişinin ikinci oğlu Mahmud 1826-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Ağakişinin üçüncü oğlu Yusif 1833-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Ağakişinin dördüncü oğlu Abbas 1836-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Məşədi Öcaqverdi uşağı (Haqverdiyevlər)
Bu soyun ulu babası Ocaqverdidir. Öcaqverdi XVIII yüzilin
sonlannda, XIX yüzilin önlərində yaşamışdı. Kitabdarlıqla məşğul
olurdu. Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi Öcaqverdi Məşədi Bağır qızı Şərəflə ailə qurmuşdu.
Məşədi Ocaqverdinin Haqverdi, Həsən adlı oğlanları vardı.
Haqverdi 1807-ci ildə Şuşa şəhərində anadan olmuşdu.
Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı
mirzə ünvanı daşıyırdı. Öncə Mehdiqulu xanın yanında mirzə
olmuşdu.
Mirzə Haqverdinin gözəl xətti vardı. Katib işləyirdi. Kitab
üzü köçürməklə güzəran keçirirdi.
Akademik Feyzulla Qasımzadə “Abasqulu Ağa Bakıxanov
Qüdsinin şeirləri” 10 məqaləsində belə yazırdı: Abasqulu Ağa
Bakıxanovun birinci dövrdə yazdığı mühüm əsərlərdən biri
“Rəyazülqüds” əsəridir. Bu əsərin Nizami adına Dil və Ədəbiyyat
İnstitutunda kamil bir əlyazma nüxsəsi vardır. Bü nüxsənin üzü
şairin sağlığında 1841-ci ildə Məşədi Öcaqverdi oğlu Haqverdi
Qarabağlı tərəfindən köçürülmüşdür.
M.Füzuli Əlyazmalar İnstitutunda Mirzə Haqverdinin xətti ilə
köçürülmüş kitablar saxlanılır.
ш “Ədəbiyyat” qəzeti. 12 iyun 1944-cü il
217
Mirzə Haqverdi Fatmanisə ilə yaşam qurmuşdu. Abbas,
Ələkbər, Ələsgər, Qasım, Hüseyn, Səməd adlı oğlanları, Mina və
Səkinə adlı qızları vardı.
Abbas 1834-cü ildə Təbrizli məhəlləsində doğulmuşdu.
İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə və qəza
məktəbini bitirmişdi. Rus idarələrində işləmişdi. Göyçay qəzasının
məhkəmə pristavı olmuşdu. Quberniya katibi, kollec qeydiyyatçısı
çinləri almışdı.
Mirzə Abbas bəy Şuşa şəhərinin mədəni, ictimai həyatında
mühüm rol oynayanlardan biridir. XX yüzilin önlərinə aid
mətbuatda onun adı ziyalılar cərgəsində tez-tez çəkilir. Onun
ictimai yaşamdakı iştirakına dair bir bəlgə var. Şuşa şəhər sakinləri
Nəbiağayevlərin bəyliyini Qarabağın adlı-sanlı bəyləri 1868-ci il
oktyabrın 23-də andlı məhkəmədə təsdiq etdilər. Həmin bəylər
bunlardır: Hüseyn bəy Şərifbəyov, Məşədi Əli bəy Məşədi
Məmmədşəfı bəy oğlu (Şəfibəyov-Ə.Ç.), Həsənəli ağa Xanqa-
radağski, Kəlbəli bəy Xələf bəy oğlu (Xələfbəyov-Ə. Ç.),
Məmməd bəy Məmmədəli bəy oğlu, Abdin bəy Hümbətəli bəy
oğlu (Şəfıbəyov-Ə. Ç.), Əhməd bəy Həsənəli bəy oğlu, Paşa bəy
Ağayev, Mərdan bəy Zeynal bəy oğlu, Əli bəy İbadullabəyov,
quberniya katibi Abbas bəy Haqverdiyev, İbrahim bəy Əli bəy
oğlul.
Mirzə Abbas bəyin Qasım bəy
adlı oğlu, Xurşud xanım adlı qızı
vardı.
Qasım bəy 1866-cı ildə dünyaya
göz açmışdı. Ailə təlim-tərbiyəsi,
təhsili almışdı. Şuşa qəza idarəsində
polis pristavı işləmişdi.
Mirzə Abbas bəyin qızı Xurşud
xanım 1868-ci ildə Şuşa şəhərində
dünyaya gəlmişdi.
O, Dağıstanın
Teymurxan-Şura
şəhərində
progimnaziyada təhsil almış, mədəni
bir qadın olmuşdur.
218
Xurşud xanım dövrünün maarifpərvər ziyalılarının xeyirxah
işlərinə rəğbət bəsləmişdir. O, Azərbaycan mədəniyyətinin
inkişafında layiqli xidmətləri olmuş övladlar tərbiyə etmiş, N.
Vəzirovun ədəbi irsini səliqə ilə qoruyub saxlamış, dramaturqun ilk
oxucusu, ilk tənqidçisi olmuşdur. 1913-cü ilin sentyabr ayında
Xurşud xanım ölümündən bir neçə gün awəl demişdi:
«Cavanlığımın ən yaxşı illərini mən xalq müğənnisi Dərvişə
(Nəcəf bəyə -Ə. Ç.) həsr etmişəm,
onu
əzizləmişəm,
həyatını
qorumuşam. Əgər mənim nəzarətim
olmasaydı, onun əsərləri itib-batmışdı.
Müvəffəqiyyətsiz əsərlərini belə göz
bəbəyi kimi saxlamışam, bəzən də
qadın psixologiyasının əlamətlərini
ora əlavə etmişəm. Mən də ağır
dəqiqələrdə
Dərvişlə
birlikdə
vuruşmuşam və mübarizəni dəyanətlə
davam etdirmişəm. Çox təəssüf ki,
onun
yarad
ıcılığı
nın qırx illik yubileyini görmək
mənə qismət olmayacaq».
Xurşud xanım 1913-cü ildə
vəfat edib.
Xurşud xanım Nəcəf bəy
Fətəli bəy oğlu Vəzirovla ailə
qurmuşdu. Şamil bəy adlı oğlu,
Sara xanım və Sürəyya xanım adlı
qızları vardı.
Mirzə Haqverdinin ikinci
oğlu Ələkbər 1836-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla
yanında
oxumuşdu.
Ticarətlə
məşğul idi. Müqəddəs Məkkəyi-
219
müşərrəfı ziyarət etmişdi. Şuşa şəhərində və Ağcabədidə dükan
işlədirdi.
Hacı Ələkbərin Yusif, Hüseyn, Zeynal adlı oğlanları, Züleyxa
adlı qızı vardı.
Yusif 1870-ci ildə Şuşa şəhərində doğulmuşdu. Yusif yeni
yetmə yaşında vəfat edib.
Hacı Ələkbərin ikinci oğlu Hüseyn 1872-ci ildə Şuşa şəhə
rində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
Məşədi Hüseyn ana dilindən başqa, fars və ərəb dillərini
mükəmməl bilirdi..
Həsən bəy Zərdabi saatını yalnız
ona düzəltdirərmiş. Saatlarla söhbət
edərmişlər.
Nəvəsi
Səadət
Qarabağlının bildirdiyinə görə, onlar
həm də qohum olublar.
Həm də saatsaz emalatxanası
vardı. Məşədi Hüseyn Ağcabədidə
vəfat edib.
Onun 6 övladı - 2 oğlu, 4 qızı
olmuşdur. Zəhra, Ələkbər, Səriyyə,
Əsurə, Talib və Şəhla.
Hacı Ələkbərin üçüncü oğlu
Zeynal 1883-cü ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Zeynalın Əliheydər adlı oğlu, Rahilə, Sara, Fatma,
Qənirə, Ulduzə adlı qızları vardı.
Əliheydər Zeynal oğlu 1931-ci ilin yanvar ayında Ağcəbədi
rayonunda doğulub. Lakin o, anadan olandan bir neçə il sonra
Ağdam rayonuna köçüblər... Orta təhsilini başa vurub. 1949-cü ildə
Bakı şəhərinə gələrək Azərbaycan Dövlət Universitetinin hüquq
fakültəsinə daxil olub. 1954-cü ildə həmin fakültəni bitirərək
hüquqşünas ixtisası alıb. Bir müddətdən sonra, yəni, 1956-cı ildə
220
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində yeni təşkil
olunan Bakı Elmi-Tədqiqat Kriminalistika laboratoriyasında baş
ekspert vəzifəsinə işə qəbul olunub. Kriminalistika elminə
dərindən yiyələnmək üçün əlavə kurs keçmək lazım idi. Bu
məqsədlə onu və onunla bir yerdə işləyən Kəmalə xanım
Sarıcaliniskayanı 1957-ci ildə Moskvada xüsusi təşkil olunmuş
kriminalistika elmi üzrə kursa göndərdilər. Bir il sonra kursu
bitirib, ekspert kimi fəaliyyət göstərməyə başladı. Bir müddətdən
sonra
respublikada
Azərbaycan
Elmi-Tədqiqat
Məhkəmə
Ekspertiza İnstitutu fəaliyyət göstərməyə başladı. O, ekspert
işləyən zaman məhkəmə və prokurorluq orqanları tərəfindən
cinayətkarların ifşa olunmasında yaxından iştirak edirdi.
Bir neçə il Mərdəkanda yerləşən Azərbaycan SSR Daxili
İşlər Nazirliyinin Xüsusi Milis Məktəbində müəlllim işləyib. Sonra
yenidən öz əvvəlki işinə, yəni, məhkəmə ekpertizası institutuna
qayıdıb. Ə. Haqverdiyev ekspert işləyən zaman həm də Bakı
Dövlət Universitetinin hüquq fakültəsində kriminalistika elmi üzrə
seminar aparırdı. Müəllimliyə olan dərin həvəsi 1968-ildən bu
221
günə qədər onu Azərbaycan Dövlət İqtisad Universitetinin hüquq
kafedrasına bağladı.
Müəllim işlədiyi müddət ərzində həmişə universitetin ictimai
işində yaxından iştirak edib. Sovetlər dönəmində ictimai əsaslar
üzrə respublika ali məhkəməsində xalq iclasçıları şurasının sədri
seçilib. Ədalət mühakiməsinin həyata keçirilməsində yaxından
iştirak edib.
Əliheydər Haqverdiyev 1956-cı ildə Firəngiz Mütəllim qızı
Mütəllimova ilə ailə həyatı qurub. Niyazi və Azər adlı oğlanları
olub.
Böyük oğlu Niyazi uzun illərdir ki, Moskvada yaşayır. Onun
bir oğlu var.
Kiçik oğlu Azər Haqverdiyev 2009-cu ildə vəfat edib. Onun
Nigar və Tamerlan adlı iki övladı var.
Qənirə Məşədi Zeynal qızı
1924-cü ildə Ağdam şəhərində
doğulmuşdu. 1943-cü
ildə
N.
Nərimanov
adma
Azərbaycan
Dövlət Tibb Universitetinə daxil
olmuşdur. 1949-cu ildə pediatriya
fakültəsini bitirərək uşaq həkimi
kimi
fəaliyyətə
başlamışdır.
Əvvəlcə
Xaldanda
uşaq-qadın
məsləhətxanasında pediatr-həkim,
1951-ci
ildə
isə
Ağdam
şəhərindəki uşaq evində uşaq
həkimi işləmişdir. 1953-1958-ci
illərdə Qərvənd xəstəxanasının
baş
həkimi
kimi
fəaliyyət
göstərmişdir. 1958-1960-ci illərdə
isə Ağdam şəhər Uşaq Birləşmiş
Xəstəxanasının pediatrı olmuşdur.
1962-ci ildə Bakıya köçərək burda fəaliyyətə başlamışdır. Bakıdakı
2, 5 və 13 nömrəli uşaq poliklinikalarında həkim-pediatr olmuşdur.
222
1951-ci ildə Hilal Allahverdi oğlu Əliyevlə ailə həyatı
qurmuşdur. O, üç qız-(Pərivəş, Şəfəq, Roydə) dünyaya gətirmişdir.
Onun Müjgən, Nigar, Nilufər, Əbülfəz, Səid və Jalə adlı altı nəvəsi
var.
Qənirə Haqverdiyeva əmək sahəsindəki fəaliyyətinə görə
1980-ci ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. 2004-cü
ildə Bakıda vəfat etmişdir.
Məşədi Zeynalın beşinci qızı Ulduzə 1931-ci ildə Ağdam
şəhərində anadan olub. İlk təhsilini də burda alıb. 1948-ci ildə orta
təhsilini
tamamlayaraq,
Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. 1953-cü ildə
universiteti bitirərək jurnalist ixtisasına yiyələnib.
Elə həmin ildə öz xahişi ilə Ağdamda çıxan “Lenin yolu”
qəzetinə təyinat alıb. İki il bu qəzetdə ədəbi işçi vəzifəsində
çalışıb. Sonra isə “Azərbaycan gəncləri” qəzetinə dəyişilib. Bu
qəzetdə işləyən Ulduzə xanım şəhərin mədəni-siyasi həyatında
yaxından iştirak edərək qəzetdə maraqlı məqalələrlə çıxış etmişdir.
1956-cı ildə Hindistanın məşhur aktyoru Rac Kapur böyük
müğənni Rəşid Behbudovun dəvəti ilə Bakıya gələrkən onu
qarşılayanlar arasında Ulduzə Haqverdiyeva da vardı. Rac Kapuru
və onunla gələn nümayəndə heyətini Azərbaycan gəncləri adından
salamlamaq şərəfi ona nəsib olmuşdu.
Ulduzə xanım elə həmin ildə tdris Məhəmmədalı oğlu
Məmmədovla ailə həyatı qurub. Həyat yoldaşı hüquq-mühafizə
orqanlarında işlədiyi üçün onlar əvvəlcə Lənkərana, sonra
Naxçıvanın Şərur rayonuna getmişlər. Ona görə də U. Haqver
diyeva müvəqqəti olaraq sevimli sənətindən uzaqlaşmalı olmuşdu.
Sonra ailə Füzuli şəhərinə köçmüş, doqquz il də orda
yaşamışlar. O, burda çıxan “Araz” qəzetində çalışmışdır.
1969-cu ildə yenidən Bakıya gələn Ulduzə Haqverdiyeva
əvvəlcə Azərbaycan Jurnalistlər İttifaqında məsləhətçi vəzifəsində
fəaliyyət göstərmiş, sonra isə “Müxbir” jurnalına keçərək 20 il
orda işləmişdir.
Mətbuatda çoxlu aktual, maraqlı yazıları dərc olunmuşdur.
1991-ci ildən təqaüddədir.
223
Ulduzə Haqverdiyevanın üç qızı - Səadət, Kəmalə, Sevinc və
Rəşad, Orxan, Leyla, Abbas adlı dörd nəvəsi var. İki qızı hazırda
Türkiyənin İstanbul şəhərində yaşayır və orda musiqi müəllimi
kimi fəaliyyət göstərərək türk uşaqlarına və gənclərinə musiqinin
sirlərini öyrədirlər.
Səadət İdris qızı Qarabağlı 1957-ci ildə Şərur rayonunda
doğulmuşdur. 1977-ci ildə Şəki şəhər Orta İxtisas Musiqi
məktəbinin fortepiano şöbəsini fərqlənmə diplomu ilə qurtarmış,
1984-cü ildə isə Azərbaycan Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirmişdir.
1979-cu ilin sentyabr ayından Üzeyir bəy Hacıbəyovun ev-
muzeyində fonoteka müdiri kimi əmək fəaliyyətinə başlayıb, sonra
muzey bələdçisi, kiçik elmi işçi, böyük elmi işçi, ekspozisiya və
kütləvi işlər şöbəsinin müdiri, elmi katib və muzeyin direktoru
vəzifələrində çalışıb. 2005-ci ilin fevral ayından müstəqil
yaradıcılıqla məşğuldur.
Mətbuatda çıxan ilk yazısı 1978-ci ildə Cəlilabadda nəşr
olunan «Taxılçı» qəzetində işıq üzü görüb. Üzeyirbəyşünas kimi ilk
qələm təcrübəsi 1981-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində
dərc
edilib.
Bundan
sonra
respublikanın mərkəzi mətbua
tında Üzeyir bəy Hacıbəyovun
həyatı,
yaradıcılığı
və
sair
mövzularda
müntəzəm
olaraq
200-dən artıq yazısı dərc olunub,
televiziya və radio kanallarında
çıxışlar edib.
Səadət Qarabağlı respub
likamızın
müxtəlif şəhər və
rayonlarında, kənd zəhmətkeşləri
qarşısında, eləcə də İstanbul
şəhərində mühazirələr oxumuş,
konfranslar keçirmişdir. Bütün
bunlar
geniş
ictimaiyyət
tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.
224
Görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyovun yaradıcılıq irsinin
nəşrində və təbliğində xidmətləri böyükdür.
Səadət Qarabağlı
1996-cı ildə nəşr olunan «Üzeyir
Hacıbəyov ensiklopediyasının müəlliflərindən biridir. Üzeyir bəy
Hacıbəyovun yorulmaz tədqiqatçısı kimi «Üzeyir bəy Hacıbəyovun
publisistikasında musiqi məsələləri» adlı kitab yazmışdır. Kitabın
birinci nəşri 1997-ci ildə “Bilik” cəmiyyətinin «Bayatı», ikinci
nəşri isə 2004-cü ildə «Pedaqogika» nəşriyyatlarında olmuşdur.
Bundan əlavə, Ü.Hacıbəyova həsr edilmiş şeirlərin bir qismini
nəşrə hazırlamış, «Şöhrət tacı» adı altında mini-kitab (tərtibçilər
Ramazan Xəlilov, Səadət Qarabağlı, redaktoru Vladimir Qafarov)
halında işıq üzü görmüşdür.
Eləcə də dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyova
həsr olunmuş şeirlər və poemalar toplusunu «Üzeyirbaycan»
(tərtibçi və ön sözün müəllifi Səadət Qarabağlı, Bakı, «Vektor»
nəşrlər evi, 2006) adı altında, həmçinin Üzeyir bəy Hacıbəyovun
«Aşıqsayağı» triosunu (Skripka, violonçel və fortepiano üçün,
«Vektor» nəşrlər evi, 2006) və «Arazbarı» (partitura, tərtibçi və ön
sözün müəllifi Səadət Qarabağlı, «Vektor» nəşrlər evi, Bakı, 2006)
və «Üzeyir bəy Hacıbəyov və Molla Nəsrəddin» (tərtibçilər Səadət
Qarabağlı və Tahir Aydınoğlu, Bakı, «Adiloğlu» nəşriyyatı, 2007)
kitablarını nəşr etdirmişdir.
Səadət Qarabağlı 1985-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin
«Kəndə mədəni hamilik əlaçısı» döş nişanı ilə təltif edilmiş,
dəfələrlə
Azərbaycan
Mədəniyyət
Nazirliyindən
təşəkkür
məktubları və mükafatlar almışdır.
Səadət Qarabağlı 2000-ci ildə «Üzeyir bəy Hacıbəyovun
publisistikasında musiqi məsələləri» kitabına görə Kütləvi
İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının «Nurlu qələm
ustası» fəxri mükafatına, 2001-ci ildə isə Azərbaycan-Finlandiya
və digər ölkələr arasında mədəni və iqtisadi əlaqələrin
möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə Azərbaycan-
Finlandiya Assosiasiyasının «Gümüş arzu» mükafatına layiq
görülmüşdür.
225
Haqverdiyevlər soyu
226
227
228
Fatma xanım atası və oğlu ilə
229
Səadət Qarabağlı Ramazan Xəlilov və Azad Mirzəcanlı ilə
Məşədi Hüseyn ailə üzvləri ilə
230
A dil Quliyev, Səadət Qarabağlı, Ramazan Xəlilov
və Mirzə İbrahimov
231
Ulduzə Haqverdiyeva bacısı qızı
Elmira İbrahimova ilə birlikdə
232
2008-ci ildə Azərbaycan Yazıçı Qadınlar Cəmiyyətinin «Tuti
Bikə» mükafatını almışdır.
Səadət Qarabağlı 1985-ci ildə Faiq Məhəmməd oğlu
Mirzəzadə ilə ailə qurmuşdur. Rəşad və Leyla adlı övladları var.
Hacı Ələkbər Haqverdi Qarabağinin ikinci övladı Məşədi
Züleyxa xanımdir. Onun 3 oğlu və 1 qızı olubdur.
Hacı Ələkbər Haqverdi Qarabağinin ikinci övladı Məşədi
Züleyxa xanımdır. 0,1879-cu ildə Şuşada anadan olmuşdur.
Züleyxa xanım çox ağıllı, zabitəli, zəhmli, sözü keçən bir xanım
idi. Onun gözəl əl qabiliyyəti vardı. Nəfis xalçalar toxuyub,
təkəlduz sənəti ilə məşğul olub. Eyni zamanda dadlı-ləzzətli
xörəklər, şirniyyatlar bişirməyi bacarırdı.
Züleyxa xanım 1897-ci ildə Şuşalı Heydər Axundov ilə ailə
həyatı qurmuşdur. Bu izdivacdan onların dörd övladı dünyaya
gəlmişdir.
Bir ana kimi Züleyxa xanım savadlı, istedadlı, Vətənə layiqli
övladlar böyütmüşdür. Onun 3 oğlu və 1 qızı olmuşdur.
Züleyxa xanım 1943-cü ildə Məşhəd şəhərində vəfat
etmişdir.
Mahmud 1898-ci ildə Şuşada anadan olmuşdur. O, iqtisadçı
idi. Bakıda çalişirdi. Gözəl qarmon çalmağı bacarırdı. Xalçaçı-
rəssam, xalq rəssamı Lətif Kərimov dəfələrlə etiraf edib ki:
“Mahmud kimi qarmon çalan ikinci bir ifaçı ömrüm boyu
eşitmədim”.
Göyçək 1902-ci ildə Şuşada doğulmuşdur. Evdar qadın olub.
Gözəl əl qabiliyyəti vardı. Tikiş, tikmə işlərini məharətlə bacarırdı.
Göyçək xanım 1994-cü ildə Amerikanın Boston şəhərində vəfat
etmişdir.
Rza 1907-ci ildə Şuşada anadan olmuşdur. O, şərqşünas idi.
Ərəb, fars, rus, fransız dillərini gözəl bilirdi. Rza Axundov
Azərbaycan
Radiosunda
İran
verilişləri
şöbəsinin
müdiri
vəzifəsində çalışmışdır. O, 1945-ci ildə İranın Məşəd şəhərində
Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasını, “O
olmasın,
bu
olsun”,
“Arşın
mal
alan”
operettalarını
müvəffəqiyyətlə tamaşaya qoymuşdur. O, 1930-cu ildə dayısı qızı
233
Rahilə Haqverdiyeva ilə ailə həyatı qurmuşdur. R. Axundov 1983-
cü ildə Bakıda vəfat etmişdir.
Rüstəm 1914-cü ildə Şuşada anadan olmuşdur. İqtisadçı idi.
2001-ci ildə Tehranda vəfat etmişdir.
Məşədi Zeynal Hacı Ələkbər oğlu Haqverdiyevin
övladları
Rahilə - 1916-cı ildə Şuşada anadan olmuşdur. Bibisi oğlu Rza
Axundov ilə ailə həyatı qurmuşdur. Onların 4 övladı (Rayibə, Adil,
Raqibə, Aydın) olmuşdur. O, 2003-ci ildə Babda vəfat etmişdir.
Sara - 1918-ci ildə Şuşada doğulmuşdur. Səhiyyə işçisi
olmuşdur. 1934-cü ildə Qarabağda tanınmış cərrah Qurban
İbrahimov ilə ailə qurmuşdur. Elmira və Elman adlı 2 övladı
olmuşdur. O, 2005-ci ildə Bakıda vəfat etmişdir.
Fatma - 1922-ci ildə Ağcabədidə anadan olmuşdur. 1940-cü
ildə hüquqşünas Bəbir Abdullayev ilə ailə qurmuşdur. 3 oğul
(İntiqam, Ərəstün, Görüş) dünyaya gətirmişdir. 2006-cı ildə Bakıda
vəfat etmişdir.
Mirzə Haqverdinin üçüncü oğlu Ələsgər 1839-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət
etmişdi.
234
Mirzə Haqverdinin dördüncü oğlu Qasım 1844-cü ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Mirzə Haqverdinin beşinci oğlu Hüseyn 1846-cı ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Mirzə Haqverdinin altıncı oğlu Səməd 1855-ci ildə Şuşa şə
hərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Haqverdiyev Səməd Yunus oğlu (1921, Bakı-1991) -
Mənzərəçi rəssam. Bakı Rəssamlıq Məktəbini bitirmişdir (1944).
1945-ci ildən respublikada açılmış bütün rəssamlıq sərgilərində
daim çıxış etmiş, Azərbaycan təsviri sənətini Moskvada keçirilən
Ümumittifaq sərgilərində və eyni zamanda xarici ölkələrdə
dəfələrlə təmsil etmişdir.
Səməd Haqverdiyev Şuşa, Şamaxı, Qəbələ, İsmayıllı,
Lənkəran, Zaqatala, Kəlbəcər, Abşeron rayonlarına tez-tez
yaradıcılıq ezamiyyətinə gedir və öz mənzərə rəsmlərinə süjet
axtarışlarına çıxırdı. O, öz əsərlərini naturadan çəkirdi. Rəssamın
lirik mənzərə rəsmləri səmimiyyəti, əzəməti ilə doğma torpağın
gözəlliyinə vurğunluğu ilə rəğbət qazanmışdır.
1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr edilmiş
Ümumittifaq rəssamlıq sərgisində “Şumlanmış torpaq”, “Doğma
meydanlarda”, “Sülh meydanlarında” peyzajlar silsiləsi nümayiş
etdirilmiş və onun şöhrətini daha da artırmışdır. Səməd
Haqverdiyev 1972-ci ildə “SSRİ bizim vətənimizdir” sərgisində
Azərbaycan təbiətinə həsr olunmuş yeni əsərlərlə iştirak eetmişdir.
Eəssamın bir çox əsərləri Almaniya Demokratik Respublikası,
Ərəbistan Ruminiya və s. ölkələrdə də nümayiş etdirilmişdir. O, öz
doğma vətəni Şuşaya da bir neçə silsilə peyzaj həsr etmişdir.
“Şuşada küçə”, “Üçmıx”, “Qızıl qaya”, “Daşaltı”, “Turşsu”..
* * *
235
Məşədi Ocaqverdinin ikinci oğlu Həsən 1817-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Həsən 1858-ci ildə vəfat edib.
Kərbəlayı Həsənin Mustafa, Muxtar, Şirin adlı oğlanları
vardı.
Mustafa 1856-cı ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Həsənin ikinci oğlu Muxtar 1857-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
Kərbəlayı Həsənin üçüncü oğlu Şirin 1858-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
236
Dostları ilə paylaş: |