Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə4/12
tarix03.02.2017
ölçüsü10,7 Mb.
#7293
1   2   3   4   5   6   7   8   9   ...   12

 
həkimi  (1942)>  tibb  elmləri  nami­
zədi  (1952).  Müəllim  ailəsində 
anadan  olmuş  İsfəndiyar bəy  İbrahimbəyov  ibtidai  təhsilini  Şuşada 
almış,  Tiflis  şəhər  gimnaziyasında  oxumuş  (1904-1912),  oranı 
fərqlənmə  diplomu  ilə  bitirmişdir.  O,  1912-ci  ildə  Müqəddəs 
Vladmir  adma  Kiyev  universitetinin  tibb  fakültəsinin  daxil 
olmuşdir.  Maddi  cəhətdən  çətinlik  çəkən  gənc  tələbə,  yaxın  dostu 
Əli  bəy  Qayıbovla  birlikdə  müəllimlik  etmiş,  həm  də  universitetdə 
əla  qiymətlərlə  oxumuşdur.  1914-cü  ildə,  üçüncü  kursda  ikən  o, 
universitetin  zəmanəti  ilə  Kiyev  yaxınlığındakı  “Puşey  Vodiça”  7
81

nömrəli qospitalında ordinator işləməyə başlamışdır.  1916-ciJldə ali 
təhsilini  başa  vurmuş,  1918-ci  ilədək 
həmin qospitalda ordinator,  1920-ci  ilə 
qədər 
isə 
isə 
Cənub 
Dəmiryol 
idarəsinin  19-cu  tibb  sahəsinin  müdiri 
vəzifəsində  işləmişdir.  Azərbaycanda 
Sovet  Hakimiyyəti  qələbə  çalandan 
sonra  İsfəndiyar  bəy  İbrahimbəyov 
Bakıya dəvət olunmuş, Mərdəkan kənd 
xəstəxanasına 
baş 
həkim 
təyin 
olunmuşdur,  ona  yeni  tipli  xəstəxana 
yaratmaq  tapşırılmışdı.  Təşkilatçılıq 
qabiliyyəti  olan  gənc  həkimi  az  bir 
müddətdə müasir tələblərə cavab verən 
xəstəxana təşkil etmişdir.
İsfəndiyar  bəy 
İbrahimbəyov 
1921-ci 
ildə  Əhmədli 
kəndindəki 
Lenin  adma  Toxuculuq  Fabrikinə  baş 
həkim  təyin  olunmuş,  sonralar  “Azneft”  birliyinin  Buzovnadakı 
istirahət  evlərinin  müdiri  (1925-1926),  Yesentuki  şəhərindəki  8 
nömrəli  sonatoriyanın  baş  həkimi,  Bakıda  iki  böyük  poliklinikanın 
(Montin və  Andreyev adına)  təşkilatçısı  və müdiri  olmuşdur (1926- 
1931),  Bakı  şəhər  səhiyyə  şöbəsinə  məsul  işə  (1931-ci  ildə)  dəvət 
edilmişdir.
İsfəndiyar  bəy  İbrahimbəyov  ağır  xəstəlik  keçirdiyinə  görə 
1936-cı  ildə  dövlət  onu  Qara  dənizin  cənub  sahillərinə  müalicəyə 
göndərmiş,  müalicə  müddəti  dövründə  əvvəlcə  220  çarpalıyıq 
“Çelyuskinçilər”  sonralar  isə  “Qruzinskiy  çay”  istirahət  evlərinin 
baş  həkimi  vəzifəsində  çalışmışdır.  Uzunmüddətli  müalicədən 
somra  Bakıya  qayıdan  İsfəndiyar  bəy  İbrahimbəyov  Şaumyan 
(İndiki  Xətai)  rayon  səhiyyə  şöbəsinin müdiri,  1939-cu ildən isə M. 
Əzizbəyov adına şəhər doğum evinin baş həkim olmuşdur.
1940-cı  ildən  qanköçürmə  sahəsinə  işə  göndərilən  İsfəndiyar 
bəy 
İbrahimbəyov 
Azərbaycan 
Respublikası 
Qanköçürmə
İsfəndiyar bəy 
İbrahimbəyov
82
Stansiyasında  geniş  təşkilati  və  elmi-praktiki  işlər  aparmış,  bunun 
da  nəticəsində  idarə  yeni  binaya  köçmüş  və  sərbəst  respublika 
idarəsi  kimi  formalaşmışdır.  Böyük  Vətən  müharibəsi  illərində  bu 
stansiya  hərbi  dövrün  bütün  tələnlərini  yürinə  yetirmişdir,  cəbhəni 
qanla  təmin  etmişdir.  Respublikanın  bir  nömrəli  donoru  isə  onun 
özü olmuşdur.
İsfəndiyar  bəy  İbrahimbəyovun  səyi  nəticəsində  Geman- 
tologiya və Qanköçürmə  Elm-Tədqiqat  İnstitutunu  yaradılmış  və o, 
bu  müəssisənin  ilk  direktoru  olmuşdur.  Bir  çox  elmi  kadrlar, 
təcrübəli  həkimlər  dəstəsi  yetişdirərək  bacarıqlı  həkim  eyni 
zamanda  N.  Nərimanov  adma  Azərbaycan  Dövlət Tibb  İnsitutunda 
pedaqoji fəalliyyətlə məşğul olmuşdur.
İsfəndiyar bəy Züleyxa xanım İmamqulu bəy qızı  Vəlibəyova 
ilə ailə qurmuşdu.
Qamboy  bəy  Bağır  bəy  oğlu 
İbrahimbəyov  1894-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Şuşa 
Real  məktəbini  bitirmişdi.  Qarabağ 
İnqilab komitəsinin üzvü olmuşdu.
Qamboy  bəy  Tamara  xanımla 
ailə 
qurmuşdu. 
İsmətpaşa 
bəy,
Rəfayıl  bəy,  Rasim  bəy,  Ramiz  bəy,
Stanislav  bəy,  Vaqif  bəy  adlı 
oğlanları var.
İsmətpaşa  bəy  Qamboy  bəy 
oğlu  20  dekabr  1922-ci  ildə  Bakı 
şəhərində  doğulmuşdu.  Ailədə  Nikolay  çağırıldığından  bu  adla 
tanınmışdı.  Orta  məktəbi  bitirəndən  sonra  1940-1946-cı  illərdə 
Sovet  Ordusunda  xidmət  etmişdi.  Ordudan  tərxis  olduqdan  sonra, 
1946-cı  ildən  1949-cu  ilədək  peşə  məktəbində  bədən  tərbiyəsi  üzrə 
instruktor  işləmişdi.  1949-cu  ildən  1959-cu  ilədək  Bakı  şəhərində 
və  Cəbrayıl  rayonunda  orta  məktəblərdə  ingilis  dili  müəllimi  kimi 
çalışmışdı.  (Xarici  Dillər  İnstitutuna  daxil  olmuş,  1955-ci  ildə  ing 
ilis dili müəllimi  ixtisası üzrə institutu tamamlamışdı).
83

Nikolay  Qəmbərov 
1961-ci 
ildən  1963-cü  ilədək  Hindistanda, 
“Ağırsənayeixrac”  birliyi  nümayən­
dəliyinin  tərcüməçisi  kimi  işləmişdi. 
1964-cü  ildən  Çingiz  İldırım  adma 
Azərbaycan  Politexnik  İnstitutunda 
(hazırkı  Bakı  Texniki  Universite­
tində)  müəllim  kimi  çalışmışdı.Sonra 
Misir  Ərəb  Respublikasında  işlə­
mişdi.
Nikolay bəy  Sevil xanım  İsrafil 
qızı  Qiyasbəyova  ilə  ailə  qurmuşdu. 
İsrafil bəy adlı oğlu, Nailə xanım adlı
qızı var.
İsrafil  28  may  1961-ci  ildə  Hindistan  respublikasının  Dehli 
şəhərində  dünyaya  gəlib.  1968-ci  ildə  Misir Ərəb  Respublikasında, 
Qahirə  şəhərində  birinci  sinifə  gedib.  1970-ci  ildə  Bakı  şəhərində, 
189  nömrəli  məktəbdə  təhsilini  davam  etdirmişdi.  1978-ci  ildə orta 
məktəbi bitirib.  1980-ci  ildə Nəriman Nərimanov adına Azərbaycan 
Tibb  İnstitutuna  (indiki  ATU-ya)  qəbul  olub.  1987-ci  ildə 
institututun  peditariya 
fakültəsini  tamamla­
yıb.  Şəhər Uşaq xəstə­
xanasının  reanimasiya 
şöbəsinə 
göndərilib.
1988-ci  ildə  Moskva 
şəhərində 
təkmilləş­
dirmə  kursu  keçib.
Sonra  həmin  xəstəxa­
nada 
işini 
davam 
etdirib.
İsrafil  İbrahimov  1992-ci  ildə  könüllü  olaraq  cəbhəyə  yol­
lanıb.  Ağdam  şəhəri  1  nömrəli  Hərbi-Səhra  cərrahiyə  hospitalında 
anestteziologiya  və  reanimasiya  şöbəsinin  rəisi  vəzifəsində  xidmət
84
edib.  Papravənd,  Sırxavənd, Abdal-Gülablı, Şelli, Mahnzlı və başqa 
kəndlərdə  hərbi  əməliyyatlara  qatılıb.  Ağdamdan  dönəndən  sonra 
DİN  daxili  qoşunlarında  xidmət  edib.  17  mart  1992-ci  ildən  günü- 
müzədək  anestteziologiya  və  reanimasiya  şöbəsinin  rəis  müavini 
vəzifəsində çalışır.
İsrafil  İbrahimov  Şəfəq  xanım  Tofiq 
qızı  ilə  ailə  qurub.  Nigar xanım (1989)  və 
Sevil xanım (1992) adlı qızları var.
Rəfayıl  bəy  Qamboy  bəy  oğlu 
İbrahimov  1927-ci  ildə  Bakı  şəhərində 
anadan  olmuşdu.  Orta  məktəbi  bitirəndən 
sonra  AZNKİ-yə  (indiki  AZNKA-ya) 
qəbul  olmuşdu.  İnstitutu  mühəndis  ixtisası 
üzrə 
tamamlamışdı. 
“Azkəndenetji” 
birliyinin  rayonlararası  şöbəsində  texniki 
rəhbər  vəzifəsində  çalışmışdı.  Sonra  müxtəlif  təşkilatlarda  baş 
mühəndis vəzifəsində işləmişdi.
Rəfayıl  bəyin  Emin  bəy  adlı  oğlu
var.
Emin  Rəfayıl  oğlu  İbrahimov  4 
noyabr  1968-ci  ildə  Bakı  şəhərində 
doğulub.  Orta  məktəbi  bitirəndən  sonra 
Azərbaycan  Politexnik  İnstitutuna  (hazırkı 
Bakı  Texniki  Universitetinə)  daxil  olub. 
1994-cü  ildə  universitetin  avtomexanika 
fakültəsini 
tamamlayıb. 
Statistika 
idarəsində çalışır.
Eminin Rəfayıl (2002) adlı oğlu var. 
Rasim  bəy  Qamboy  bəy  oğlu 
İbrahimov  28  iyul  1930-cu  ildə  Bakı  şəhərində  anadan  olmuşdu. 
Orta  məktəbi  bitirəndən  sonra  Hərbi  Piyada  məktəbinə  daxil 
olmuşdu.  1955-ci  ildə  məktəbi  leytenent  rütbəsi  ilə  tamamlamışdı. 
1956-cı  ilədək  milli  diviziyada  xidmət  etmişdi.  Bu  diviziya 
buraxılandan  sonra,  1957-ci  ildə  ADU-ya  (indiki  BDU-ya)  daxil
85

olmuşdu.  1962-ci  ildə  universiteti  tamamladıqdan  sonra  Abşeron
rayonuna 
müstəntiq
vəzifəsinə 
göndərilmişdi. 
1972-ci 
ilədək 
DİN 
orqanlarında çalışmışdı.  Sonra 
təqaüdə çıxmışdı.
Rasim  İbrahimov  2006- 
cı ildə vəfat edib.
Rasim  bəyin  Gündüz 
bəy,  İlqar  bəy  adlı  oğlanları 
var.
Gündüz 
Rasim 
oğlu 
İbrahimov  1958-ci  ildə  Bakı 
şəhərində  doğulub.  4  nömrəli 
Bakı  Texniki  Peşə  məktəbini 
bitirib.  1977-1979-cu  illərdə 
hərbi  xidmətdə  olub.  1979-cu 
ildən 
1988-ci 
ilədək 
Gəmiqayırma  zavodunda  və 
Bakı  Yaşıllaşdırma idarəsində
işləyib.  1988-ci  ildən  1996-cı  ilədək 
“Neftçıxarma 
və 
Elektromontaj” 
koperativinin  sədri  vəzifəsində  çalışıb. 
1996-cı ildən işsizdir.
Ailəlidir,  1  övladı var.
İlqar  Rasim  oğlu  İbrahimov 
1961-ci  ildə  Bakı  şəhərində  anadan 
olub.  150  nömrəli  orta  məktəbi  bitirib. 
1980-1982-ci  illərdə  hərbi  xidmətdə 
olub.  Bakı  Zərgərlik  zavodunda,  Dam 
örtüyü  kombinatında,  tikinti  şirkətində 
və digər müəssisələrdə çalışıb.
Ailəlidir, 2 övladı var.
86
Ramiz  bəy  Qamboy  bəy  oğlu  İbrahimov  12  yanvar  1937-ci 
ildə  Bakı  şəhərində  anadan  olmuşdu.  1956-cı  ildə  Bakı  Musiqi 
məktəbinin  nəzəriyyə  və  bəstəkarlıq  şöbəsini  bitirmişdi.  1962-ci 
ildə  Konservatoriyanın  bəstəkarlıq  fakültəsini  (Qara  Qarayev  və 
Cövdət  Hacıyevin  sinifini)  tamamlanışdı.  1964-1966-cı  illərdə 
Moskva  Konservatoriyasında  Aram  Xaçaturyanm  rəhbərliyi  altında 
aspranturanı 
bitirmişdi. 
1966-cı 
ildə 
Kişiniyev 
İncəsənət 
İnstitutunun  nəzəriyyə  və  bəstəkarlıq  kafedrasında  müəllim  kimi 
çalışmışdı.  1970-ci ildən Moskva şəhərində yaşayıb yaradır.
Ramiz  İbrahimov  simfoniya (1962),  simfonietta  (1967),  balet 
süitası  (Gənclik,  1963),  Yubley  poeması  (1970);  skripka  üçün 
orkestr  konserti  (1966),  2  simli  kvartet  (1963,  1967);  fortopiano 
üçün  sonata  (1961),  2  sonatina  (1963,  1965),  Uşaq  süitası  (1969), 
uşaqlar  üçün  pyeslər  (1962);  skripka  və  fortopiano  üçün  sonata 
(1960), sonatina (1963),  Nizami, Füzuli və başqa şairlərin sözlərinə 
yazılmış romansların müəllifidir.
Ramiz  İbrahimov  Yəmən  respublikası  himninin  müəllifidir. 
Bu himnə görə Yəmən prezidentindən üstü yazılı saat mükafat alıb.
Stanislav bəy Qamboy bəy oğlu İbrahimov 6 iyun  1940-cı ildə 
Bakı  şəhərində  anadan  olub.  Orta 
məktəbi  bitirəndən  sonra,  1958-ci  ildə 
ADU-ya  (indiki  BDU-ya)  daxil  olub. 
1964-cü 
ildə 
universitetin 
fizika- 
riyaziyyat 
fakültəsini 
tamamlayıb. 
Sitalçay kəndində müəllim kimi çalışıb. 
1968-ci ildə AMEA-nın  aspiranturasına 
qəbul olub.  Aspiranturanı  tamamlayan­
dan  sonra  günümüzədək  akademiyanın 
fizika institutunda işləyir.
Stanislav  İbrahimov  50-dən  çox 
elmi  məqalənin  müəllifidir.  Almaniya, 
Fransa,  Rusiya,  Ukrayna  və  başqa 
ölkələrdə elmi konfranslarda iştirak edib.
Stanislav İbrahimovun Vahid adlı oğlu, Tamara adlı qızı var.
87

Vahid  Stanislav  oğlu  İbrahimov  6  yanvar  1976-cı  ildə  Bakı 
şəhərində  doğulub.  Sentyabr  1983- 
may  1991-ci  il  Bakı  şəhəri  2  nömrəli 
orta  məktəbdə  təhsil  alıb  sentyabr 
1991-  may  1992-ci  il  225  nömrəli  orta 
məktəbdə  təhsilini  davam  etdirib.
Sentyabr 
1996- 
iyun  2000-ci 
il 
Azərbaycan 
İnşaat 
Mühəndisləri 
Universitetinin 
Mühəndis
iqtisadiyyatı-tikintinin  iqtisadiyyatı  və 
idarə edilməsi fakültəsini bitirib.
2000-2001-ci 
illərdə 
Tərtər 
(Marquşevan) N  saylı hərbi hissədə hərbi xidmətdə olub.
Aprel 2004-  oktyabr 2007  Cape  Industrial  Services  şirkətində 
Proyeck Loqistics Warehouse coordinatoru vəzifəsində çalışıb.
Oktyabr  2007-  may  2008-ci  il  CİS  LLC  şirkətində  Proyect 
coordinator vəzifəsində işləyib.
Setntyabr  2008-ci  ildən  hal-hazıra  qədər  Murhy  Shipping 
&Commercial  Services  LTD  Şirkətində  Baza  meneceri  vəzifəsində 
çalışır.
Vahid  İbrahimov  Günay  Akif  qızı  Şıxova  ilə  ailə  qurub.
Jasmin adlı qızı var.
Tamara  xanım  Stanislav  qızı 
İbrahimova  5  avqust  1979-cu  ildə 
Bakı  şəhərində  anadan  olub.  Orta 
məktəbi  bitirəndən  sonra  Azərbay­
can  İqtisad  Universitetinə  qəbul 
olub.  Universiteti  tamamlayandan 
sonra  bəzi  müəssisələrdə  işləyib. 
Hazırda “Siemens” şirkətində çalışır.
Vaqif  bəy  Qamboy  bəy  oğlu 
İbrahimov  Bakı  şəhərində  anadan 
olmuşdu.
Teymur  bəy  Bağır  bəy  oğlu
88
İbrahimov  1904-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Moskva 
Əlvan  Metallar İnstitutunu  bitirmişdi.  1949-cu  ildən  1964-cü  ilədək 
Tovuz Sement zavodunun direktoru vəzifəsində çalışmışdı.
Teymur bəy İbrahimov  1964-cü ildə vəfat edib.
Teymur bəyin Çingiz bəy adlı oğlu vardı.
Çingiz  Teymur  oğlu  İbrahimov 
1933-cü  ildə  Bakı  şəhərində  doğulmuş­
du.  Orta  məktəbi  bitirəndən  sonra  İnşaat 
Mühəndisləri  İnstitutuna  (indiki  Memar­
lıq  və  İnşaat  Universitetinə)  daxil 
olmuşdu.  NQÇ-də  iş  icraçısı  vəzifəsində 
işləmişdi.
Çingiz  İbrahimovun  Teymur  adlı 
oğlu var.
Teymur  Çingiz  oğlu  İbrahimov 
1961-ci  ildə  Bakı  şəhərində  dünyaya 
gəlib.  1981-ci  ildən  2011-ci  ilədək  DİN  əməkdaşı  olub.  Hazırda 
təqaüddədir.
Teymur  İbrahimovun  Ceyhun 
adlı oğlu, Nigar (1991) adlı qızı var.
Ceyhun 
Teymur 
oğlu
İbrahimov 
1988-ci 
ildə 
Bakı 
şəhərində  dünyaya  göz  açıb.Avropa 
letseyində  təhsil  alıb.  Moskvada 
yaşayır  və  dizayner  kimi  fəaliyyət 
göstərir.
Füruzə  xanım  Bağır  bəy  qızı 
İbrahimbəyova 
Şuşa 
şəhərində
anadan olmuşdu.
Füruzə 
xanım 
Yusif
Mustafayevlə  ailə  qurmuşdu.  Kamil,
Aydın  adlı  oğlanları,  Teyhu,  Bəyim,
,  Zümrüd,  Validə  və  Məleykə  adlı
89

***
İbrahim  bəyin  dördüncü  oglu  Qulu  bəy  1852-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
***
İbrahim  bəyin  beşinci  oglu  Əli  bəy  1856-cı  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul 
idi.
***
İbrahim bəyin altıncı oglu Əbdüssəməd bəy  1859-cu ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
***
İbrahim  bəyin  yeddinci  oğlu  Məhəmməd  bəy  1863-cü  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Sonra 
mədrəsədə  təhsilini  davam  etdirmişdi.  Savadlı  olduğundan  dolayı 
mirzə ünvanı daşıyırdı. Ticarətlə məşğul idi.
Mirzə Məhəmməd bəyin Şükür bəy adlı oğlu vardı.
Şükür  bəy  Mirzə  Məhəmməd  bəy  oğlu  İbrahimov  10  iyun 
1912-ci  ildə  Tiflis  şəhərində  doğulmuşdu.  Orta  məktəbi  bitirəndən 
sonra Azərbaycan Sənaye İnstitutunun (indiki AZNKA-nin) memar­
lıq-inşaat  fakültəsinə  qəbul  olmuşdu.  II  Dünya  Müharibəsində 
iştirak  etmişdi.  Ordudan  mayor  rütbəsində  tərxis  olunmuşdu.  Bir 
çox döyüş orden və medalları ilə təltif edilmişdi.
90
Şükür  İbrahimov  müxtəlif  illərdə  Ağackəsmə  zavodunda, 
Dəmir-Beton  zavodunda,  Az- 
neftin  nəzdindəki  “Aznefttikin- 
timaterialları” 
birliyində 
rəis 
vəzifəsində çalışmışdı.
Şükür  İbrahimov  rəhbərliyi 
altında 
“Azərbaycan-İnturist” 
adlı  çoxmərtəbəli  mehmanxana 
tikilmişdi.  Uzun  illər  həmin 
mehmanxananın 
direktoru
vəzifəsində işləmişdi.
Şükür  İbrahimov  Şəfiqə 
xanım  Musa qızı  Mahmudova  ilə 
ailə  qurmuşdu.  Məhəmməd  bəy,  Atif  bəy  adlı  oğlanları,  Əzizə
Məhəmməd 
Şükür 
oğlu 
İbrahimov  22  fevral  1948-ci  ildə  Bakı 
şəhərində  dünyaya  gəlib.  Bakı  1 
nömrəli  məktəbi  bitirib.  1965-ci  ildə 
Azərbaycan 
Politexnik 
İnstitutuna 
(hazırkı  Bakı  Texniki  Universitetinə) 
daxil  olub.  1970-ci  ildə  institutun 
elektrik 
mexaniki 
fakültəsini, 
mühəndis  ixtisası  üzrə  tamamlayıb. 
1963-cü  ildən  1965-ci  ilə kimi  Kalinin 
adına 
zavodda 
elektromontojçı 
vəzifəsində çalışıb.
1973-cü  ildən  1976-cı  ilə  qədər 
“Azərbaycan”  VAO  “İNTURİST”  Mehmanxanasında  baş  usta 
vəzifəsində işləyib.
1976-cü ildən  1980-ci ilədək SSSR Xarici Ticarət Nazirliyinin 
yanında  Azərbaycan 
SSR-in  Nazirlər  Sovetinin  Müvəkkil 
İdarəsində Baş mühəndis vəzifəsində çalışıb.
91

1980-ci  ildən  1983-cü  ilə  qədər  “Soyux  Vneş  Trens”  Birliyi 
Moskva, Baş mühəndis vəzifəsində işləyib.
1984-cü  ildən  1989-ci  ilə  kimi  İran  İslam  Respublikasında 
SSSR-nin  Ticarət  Nümayəndəliyində  baş  mühəndis  vəzifəsində 
çalışıb.
1989-cu  ildən  1991-ci  ilədək  SSSR-nin  Xarici  İqtisadi 
Əlaqədar  Nazirliyi  yanında  Azərbaycan  SSR-nin  Nazirlər 
Kabinetinin Müvəkkil İdarəsi müvəkkil müavini vəzifəsində işləyib.
1991- 
ci ildən  1992-ci ilədək “AZərİncom VES” birliyində baş 
direktor müavini vəzifəsində çalışıb.
1992- 
ci  ildən  1999-cü  ilədək  “İNTEGRAS”  Azərbaycan- 
Almaniya-İrlandiya müştərək müəssisəsi, Kommersiya üzrə direktor 
işləyib.
1999-cü  ildən  2006-cı  ilədək  “Sol- 
valyub”  şirkəti  məsləhətçisi  vəzifəsində 
çalışıb.
Atif Şükür  oğlu  İbrahimov  Bakı  şə­
hərində anadan olub.  Orta məktəbi bitirən­
dən  sonra  Azərbaycan  Xalq  Təsərrüfatı 
İnstitutuna  (Azərbaycan  İqtisad  Univer­
sitetinə) qəbul olub.  Sonra ADU-ya (indiki
BDU-ya) daxil 
olub.
Universiteti  tamamlayandan  sonra  uzun 
illər hüquq və ədliyyə sahəsində çalışıb. 
Mayor rütbəsi ilə təqaüdə çıxıb. Hazırda 
ABŞ-da yaşayır.
Əzizə  Şükür  qızı  İbrahimova  29 
mart  1946-cı  ildə  Bakı  şəhərində 
anadan  olub.  Orta  məktəbi  bitirəndən 
sonra 
Nəriman 
Nərimanov 
adma 
Azərbaycan  Tibb  İnstitutuna  (indiki 
ATU-ya)  qəbul  olub.  1969-cu  ildə 
institututun  müalicə-proflaktika  fakül­
92
təsini  fərqlənmə  ilə  tamamlayıb.  Sonra  aspiranturaya  daxil  olub. 
1977-ci  ildə  müdafiə  edərək  tibb  elmləri  namizədi  adına  layiq 
görülüb.  1977-ci ildə dosent elmi rütbəsini alıb.  ATU-da çalışır.
Əzizə  İbrahimova  100-dən  çox  elmi  məqalənin,  metadik  və 
dərs vəsaitinin müəllifidir.
Əzizə İbrahimova ailəlidir. 2 övladı var.
***
Hacı Əliməhəmməd bəyin  ikinci  oğlu  Həsən  bəy  1820-ci  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Həsən bəyin Hacı bəy adlı oğlu vardı.
Hacı  bəy  1845-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Ticarətlə 
məşğul idi.
93

İbrahimbəyovlar soyu
94
95

96
97

Baba bəy uşağı
Təbrizli  məhəlləsinin  tanınmış  sakinlərindən  biri  də  Baba 
bəydir.  Baba bəy  XVIII yüzilin  sonlarında,  XIX  yüzilin  önlərində 
yaşamışdı.  İbrahimxəlil  xana  xidmət  etmişdi.  Xanın  səlahiyyətli 
səfiri  kimi  Tehranda,  Fətəli  şah  Qovanlı-Qacarın  sarayında 
olmuşdu.  Şahdan  bəylik  fərmanı  almışdı.  Elçilik  missiyasını  əla 
yerinə  yetirdiyinə  görə  Rusiya  imperatorunun  da  bəylik fərmanına 
layiq görülmüşdü.
Baba  bəyin  Məmmədbağır  bəy,  Məmməd  bəy,  Əbdürrəhim 
bəy adlı oğlanları vardı.
Məmmədbağır  bəy  1819-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu. Mədrəsə təhsili almışdı.  Ticarətlə məşğul idi.
Məmmədbağır  bəyin  Məmmədhəsən  bəy,  Salman  bəy, 
Süleyman bəy,  Mahmud bəy,  Salah  bəy,  Talib bəy və  Səməd bəy 
adlı oğlanları vardı.
Məmmədhəsən  bəy  1857-ci  ildə  Şuşa  şəhərində  doğul­
muşdu. Molla yanında oxumuşdu.  Xırda ticarətlə məşğul idi.
Məmmədbağır  bəyin  ikinci  oğlu  Salman  bəy  1860-cı  ildə 
Şuşa 
şəhərində anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.
Ticarətlə məşğul idi.
Məmmədbağır bəyin  üçüncü oğlu Süleyman bəy  1862-ci ildə
Şuşa 
şəhərində anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.
Ticarətlə məşğul idi.
Məmmədbağır  bəyin  dördüncü  oğlu  Mahmud  bəy  1864-cü 
ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Məmmədbağır  bəyin  beşinci  oğlu  Salah  bəy  1867-ci  ildə 
Şuşa 
şəhərində anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.
Ticarətlə məşğul idi.
Məmmədbağır bəyin altıncı oğlu Talib bəy  1868-ci ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
98
Məmmədbağır bəyin  yeddinci  oğlu  Səməd  bəy  1879-cu  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Baba  bəyin  ikinci  oğlu  Məmməd  bəy  1821-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Baba  bəyin  üçüncü  oğlu  Əbdürrəhim  bəy  1825-ci  ildə  Şuşa 
şəhərində  doğulmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə  məşğul 
idi. Müqəddəs Xorasan torpağını ziyarət etmişdi.
Məşədi  Əbdürrəhim  bəyin  Abdulla  bəy,  Zeynalabdin  bəy 
adlı oğlanları vardı.
Abdulla bəy  1853-cü  ildə  Şuşa şəhərində doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Xırda ticarətlə məşğul idi.
Məşədi Əbdürrəhim bəyin ikinci  oğlu Zeynalabdin bəy  1857- 
ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Mirzə Baba uşağı
Şuşa  şəhərinin  Təbrizli  məhəlləsinin  ünlü  sakinlərindən  biri 
də  Baba  idi.  Baba  XVIII  yüzilin sonlarında, XIX  yüzilin  önlərində 
yaşamışdı.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  İbrahimxəlil  xana 
xidmət etmişdi.  Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Babanın Razi, Rəhim, Fətəli adlı oğlanları vardı.
Razi  1772-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  İbtidai 
təhsilini  atasından  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs 
Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Razi  1860-cı ildə vəfat edib.
Kərbəlayı  Razi 
Nənəxanımla  ailə  qurmuşdu. 
Qulu, 
İmamqulu, Baba, Hüseynqulu adlı oğlanları vardı.
Qulu  1812-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini  babasından  almışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs 
Kərbəla torpağını ziyarət etmişdi.
99

Kərbəlayı  Qulu  Xeyrənsə  ilə  yaşam  qurmuşdu.  Şükür, 
Ələsgər, Ələkbər adlı oğlanları, Əzət adlı qızı vardı.

Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin