xanım adlı qızları vardı.
Əhməd bəy Şuşa şəhərində
doğulmuşdu.
Əhməd bəy Səltənət xanım Səfıyeva ilə həyat qurmuşdu.
Oqtay bəy, Arif bəy, Aydın bəy adlı oğlanları, Elmira xanım adlı
qızı vardı.
Oqtay bəy Şuşa şəhərində dünyaya gəlmişdi. Orta məktəbi
bitirəndən sonra ATİ-yə (Hazırkı ATU-ya) qəbul olunmuşdu.
İnstitutu tamamlayandan sonra həkim işləmişdi.
Oqtay bəy Sona xanımla ailə qurmuşdu. Əhməd bəy adlı oğlu
var.
54
Əhməd bəyin ikinci oğlu Arif bəy Bakı şəhərində anadan
olmuşdu. Orta məktəbi bitirəndən sonra ali təhsil almışdı.
Mühəndis işləyirdi.
Arif bəy Züleyxa xanımla ailə qurmuşdu. İki qızı var.
Əhməd bəyin üçüncü oğlu Aydın bəy Bakı şəhərində
doğulmuşdu. Orta məktəbi bitirəndən sonra ali təhsil almışdı.
Mühəndis işləyirdi.
Aydın bəy Elmina xanımla ailə qurub. Bir oğlu, bir qızı var.
Əhməd bəyin qızı Elmira xanım Bakı şəhərində dünyaya gə
lib. Orta məktəbi bitirəndən sonra ali təhsil alıb. Mühəndis işləyir.
Elmira xanım Abbasla ailə qurub. Bir qızı var.
Mahmud bəyin ikinci oğlu Məhəmməd bəy Şuşa şəhərində
anadan olmuşdu. ADU-nu (BDU-nu) bitirmişdi.
Məhəmməd bəy ailə qurmayıb, cavan rəhmətə gedib.
Mahmud bəyin üçüncü oğlu Əhəd bəy Şuşa şəhərində
anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali təhsil almışdı.
Kimyaçı idi. Uzun illər ANKİ-də müəllim kimi çalışmışdı.
Əhəd bəy Rəfiqə xanımla
ailə qurmuşdu. Rauf bəy adlı
oğlu, Gülşən xanım adlı qızı
var.
Rauf bəy 1949-cu ildə
Bakı şəhərində doğulub. Orta
məktəbi bitirəndən sonra ali
məktəbə daxil olub. İnstitutu
tamamlayandan sonra mühən
dis-menecer vəzifəsində çalışır.
Rauf bəy Natella xanımla
ailə qurub. Bir oğlu, bir qızı
var.
Əhəd bəyin qızı Gülşən
xanım Bakı şəhərində dünyaya
gəlib.
Gülşən xanım Bəhruz bəy
Zülfüqar
bəy
oğlu
55
Səfərəliyevlə ailə qurub. Şəhla xanım adlı qızı var.
Mahmud bəyin qızı Aftab xanım Şuşa şəhərində anadan
olmuşdu.
Aftab xanım öncə Məhəmmədlə ailə qurmuşdu. Bu nikahdan
Həsən adlı oğlu, Sədaqət adlı qızı olub. Sonra Mahmudla yaşam
qunnuşdu. Bu izdivacdan Tariyel, Yaşar adlı oğlanları, Adilə adlı
qızı olub.
Tariyel ailə qurub, iki övladı olub.
Yaşarın Arzu, Aydın, Gültəkin adlı övladları var.
Adilə Tofıqlə ailə qurub, Cəlal, Aftab adlı övladları var.
Mahmud bəyin ikinci qızı Teyhu xanım Şuşa şəhərində
doğulmuşdu.
Teyhu xanım Qəhrəman bəylə ailə qurmuşdu. Asim bəy,
Əkbər bəy, Cabir bəy adlı oğlanları, Kamilə xanım adlı qızı var.
Rauf Müqümov yaxınları ilə
Asim II Dünya müharibəsinə getmiş, “qara kağız”ı gəlmişdi.
Əkbər Ağcəbədidə yaşayır, Mələmlə evlənib, üç uşağı var.
Cabir bəy Məhbubə ilə evlənib, üç uşağı (Cahangir, Asif,
Teyhu) var.
56
Rauf Müqümov ailəsi ilə
Kamilə Vaqiflə ailə qurub, dörd uşağı - Namiq, Təranə,
Gülnarə, Elmin - var.
Mahmud bəyin üçüncü qızı Zəhra xanım Şuşa şəhərində
dünyaya gəlmişdi.
Zəhra xanım Cəlalla ailə qurmuşdu. Tofiq, Rafiq adlı
oğlanları, Pakizə, Validə, Tamilla, Müzəyyəm, Maya, Rəna adlı
qızları var.
Tofiq Adilə ilə ailə qurub, iki uşağı - Cəlal, Aftab - var.
Rafiq mühəndisdir. Tamella ilə ailə qurub, iki uşağı
İsmayıl, Gülnarə - var.
Pakizə xanım Ərəstunla ailə qurub, dörd uşağı - Rövşanə,
Eldar, Azər, Aybəniz - var.
Validə xanım Cahangirlə ailə qurub, iki uşağı - Xəyal,
Sevinc - var.
Tamilla xanım Kərimlə ailə qurub, dörd uşağı - İradə,
Fəridə, Səbirə, Teymur - var.
57
Müzəyyəm Sahiblə ailə qurub, üç uşağı - Rahim, Yeganə,
Elçin - var.
Maya xanım Hamletlə ailə qurub, üç uşağı - Gilə, Jalə,
Süleyman - var.
Rəna xanım Fazillə ailə qurub, iki uşağı - Aytəkin, Aynur -
var.
Hacı İbrahim bəyin ikinci oğlu Rza bəy 1865-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. II gildiya tacir rütbəsi daşıyırdı. Xeyriyyəçiliklə məşğul
olurdu.
ıMüqümovlar
58
Rza bəyin İskəndər bəy
adlı oğlu, Şövkət xanım adlı
qızı vardı.
İskəndər bəy Şuşa şəhə
rində doğulmuşdu.
İskəndər bəy subay vəfat
edib.
Rza bəyin qızı Şövkət
xanım Şuşa şəhərində dünyaya
gəlmişdi.
Şövkət xanım Şəmillə
ailə qurmuşdu. Ramiz, Arif adlı
oğlanları, Firuzə adlı qızı var.
Hacı
İbrahim
bəyin
üçüncü oğlu Lətif bəy 1868-ci
Rza bəy Müqümov
ildə Şuşa şəhərində anadan
olmuşdu.
Lətif bəyin İbrahim bəy
adlı oğlu vardı.
İbrahim bəy Şuşa şəhərin
də doğulmuşdu.
İbrahim
bəyin Mahmud
bəy, Lətif bəy, Muxtar bəy adlı
oğlanları, Həyat xanım adlı qızı
var.
Hacı İbrahim bəyin dör
düncü oğlu Muxtar bəy 1870-ci
ildə Şuşa şəhərində anadan
olmuşdu.
Rza bəy və Əhməd bəy
59
Muxtar bəy yeniyetmə yaşında vəfat edib.
Hacı İbrahim bəyin beşinci oğlu Zülfiiqar bəy 1872-ci ildə
Şuşa şəhərində anadan olmuşdu. Məktəb təhsili almışdı. Təxminən
20 yaşında evdən xəbərsiz çıxaraq Türkiyəyə getmişdi. Sonrakı
taleyindən bilgimiz yoxdur.
Hacı İbrahim bəyin altıncı oğlu Məmmədcəfər bəy Şuşa
şəhərində doğulmuşdu.
Məmmədcəfər subay vəfat edib.
Hacı İbrahim bəyin yeddinci oğlu Əbdürrəhim bəy Şuşa
şəhərində dünyaya gəlmişdi.
Əbdürrəhim bəyin Hidayət bəy adlı oğlu vardı.
***
Molla Müqim ağanın ikinci oğlu Qurban ağa 1792-ci ildə
Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.
Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə
ünvanı daşıyırdı.
Mirzə Qurban ağa Xeyrənsə xanımla ailə qurmuşdu. Abbas
ağa, Əbdürrəhim ağa adlı oğlanları, Xədicə xanım, Ruqiyə xanım
və Fatma xanım adlı qızları vardı.
Abbas ağa 1828-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai
təhsilini əmisindən almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı
olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə Abbas ağanın Əbdül ağa, Ağacan ağa adlı oğlanları
vardı.
Mirzə Qurban ağanın ikinci oğlu Əbdürrəhim ağa 1832-ci
ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini əmisindən
almışdı. Mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə
ünvanı daşıyırdı.
Məşədi Molla İman ağanın böyük qızı Mehri xanım Şuşa
şəhərində anadan olmuşdu.
Məşədi Molla İman ağanın ikinci qızı Bədir xanım Şuşa
şəhərində doğulmuşdu.
60
Məşədi Molla İman ağanın üçüncü qızı Bacıxanım xanım
Şuşa şəhərində dünyaya zinət vermişdi. Ailə təlim-tərbiyəsi
almışdı.
Bacıxanım xanım Məhəmmədhüseyn ağa Məhəmmədqulu
xan oğlu Qaradağı ilə ailə qurmuşdu. Balaxanım xanım adlı qızı
vardı.
Balaxanım xanım 1852-ci il iyul ayınm 6-da Şuşa şəhərində
dünyaya gəlib. Maraqlıdır ki, bu təvəllüdü təsdiqləmək üçün
komissiya yaranmışdı. Komissiyaya Şuşa qəza qazısı Axund Molla
Hüseyn Hacı Oruczadə başçılıq edirdi. Katib Mirzə İsmayıl Məşədi
Qasım oğlu (şair Məhzun - Ə.Ç.), üzvlər isə şəhərin ünlülərindən
olan Molla Abbasqulu, Molla Nuru, İbrahim Sadıq oğlu, Kərbəlayı
Səfər bəy Nəcəfqulu bəy oğlu, Seyid Hüseyn Məşədi Seyid Həsən
oğlu, Hacı Tağı Məmmədqulu oğlu, Məşədi Məmmədtağı Mirzə
oğlu, Kərbəlayı İbrahim Məşədi Allahverdi oğlu, Hacı Abdulla
Kərbəlayı Namaz oğlu, Məşədi Dadaş Kərbəlayı Abbas oğlu,
Kərbəlayı Salman Kərbəlayı Abbas oğlu və Məşədi Teymur
Kərbəlayı Sadıq oğlu idilər. Onlar şəhadət verib, tanıqlıq
etmişdilər ki, Balaxanım xanım Məhəmmədhüseyn ağa qızı
Xanqaradağski, həqiqətən, 1852-ci ildə Şuşa şəhərində doğulub.
Balaxanım xanım uşaqkən sarsıntı keçirmişdi. Başında
pozğunluq vardı. Əmisi oğlu Həsənəli ağa ilə yaşam qurandan
sonra xəstəliyi şiddətləndi. Ərindən boşanmalı oldu. Atasından ona
xeyli mal-mülk qalmışdı. Dayısı oğlu Mirzə Şükür bəy Hacı Mirzə
Müqim bəy oğlu və vəkili Mirzə Rəhim Mirzəyevin vasitəsilə
təsərrüfatını idarə edirdi.
Məşədi Molla İman ağanın dördüncü qızı Bahar xanım 1844-
cü ildə Şuşa şəhərində dünyaya göz açmışdı.
Məşədi Molla İman ağanm beşinci qızı Gövhər xanım 1848-
ci ildə Şuşa şəhərində dünyanı tanımışdı.
61
/
Müqümovlar soyu
62
63
Штш
I
65
Abdinbəyovlar
Təbrizli məhəlləsinin ünlü sakinlərindən biri də Zeynalabdin
bəy idi. Zeynalabdin bəy XVIII yüzilin sonunda, XIX yüzilin
önlərində yaşamışdı.
Zeynalabdin bəyin törəməsi Abdinbəyov soyadını daşıyırdı.
Zeynalabdin bəy Hacı Hüseynəli bəy Kəbirlinin qızı Zeynəb
xanımla ailə qurmuşdu. Əhməd bəy, Qasım bəy adlı oğlanları, Tutu
xanım adlı qızları vardı.
Əhməd bəy 1821-ci ildə Şuşa şəhərində anadan olmuşdu.
Mədrəsə təhsili almışdı. Mülkədar idi, ana babasından qalma Mir-
zalıbəyli obasının və Bərdə kəndinin bir hissələrini idarə edirdi.
Əhməd bəyin Şuşa şəhərində xeyli dükanı vardı. Birini də
qohumu Həsənəli bəy kavaler Əli bəy oğlundan almışdı.
Əhməd bəy Tubu bəyim Cavanşirlə yaşam qurmuşdu.
Zeynalabdin bəy, Muxtar bəy, Məmməd bəy adlı oğlanları vardı.
Zeynalabdin bəy 1846-cı ildə Şuşa şəhərində doğulmuşdu.
Əhməd bəyin ikinci oğlu Muxtar bəy 1855-ci ildə Şuşa
şəhərində dünyaya gəlmişdi.
Əhməd bəyin üçüncü oğlu Məmməd bəy 1862-ci ildə Şuşa
şəhərində dünyaya göz açmışdı.
Zeynalabdin bəyin ikinci oğlu Qasım bəy 1828-ci ildə Şuşa
şəhərində dünyanı tanımışdı.
66
Ağabəyovlar
Bu soyun ulu babası Baba ağadır. Baba ağa XVIII yüzilin
ikinci yarısında Şuşa şəhərində yaşamışdı. Müqəddəs Məkkəyi-
müşərrəfi ziyarət etmişdi.
Hacı Baba ağanın Əlihüseyn ağa adlı oğlu vardı.
Əlihüseyn ağa Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə
təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi.
Əlihüseyn ağanın Ağa bəy adlı oğlu vardı.
Ağa bəy 1778-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə
təhsili almışdı. İbrahimxəlil xana, sonra isə Mehdiqulu xana qulluq
etmişdi.
Ağa bəyin törəmələri Ağabəyov, Ağayev soyadını daşıyırlar.
Ağa bəy Şahzeynəb xanımla ailə qurmuşdu. Baba bəy, Şəfi
bəy, Ağadədə bəy, Rəsul bəy, Qulu bəy, Qasım bəy adlı oğlanları,
Gövhər xanım, Səkinə xanım, Xanım xanım və Sona xanım adlı
qızları vardı.
Baba bəy 1809-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi.
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Baba bəy Bacıxanım xanım və Şahxanım xanımla evlən
mişdi. Əsəd bəy, Ağa bəy adlı oğlanları, Ruqiyyə xanım və Bədir
xanım adlı qızları vardı.
Əsəd bəy 1839-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı.
Molla yanında təhsil almışdı.
Əsəd bəy yeniyetmə yaşında tələf olmuşdu.
Baba bəyin ikinci oğlu Ağa bəy 1867-ci ildə Şuşa şəhərində
dünyaya pənah gətirmişdi. Şuşa realm məktəbində oxumuşdu.
Ağa bəy 1929-cu ildə vəfat edib.
Ağa bəy Soltan xanımla ailə qurmuşdu. Əyyub bəy adlı oğlu
vardı.
Əyyub bəy 1890-cı ildə Şuşa şəhərində dünyaya boy
göstərmişdi. Orta məktəbi bitirəndən sonra ali təhsil almışdı.
Yüksək vəzifələrdə çalışmışdı. Laçın rayonunda hərbi komissar,
Bakı şəhər milisinin rəisi vəzifələrində işləmişdi.
Əyyub bəyin polkovnik rütbəsi vardı.
67
***
Ağa bəyin ikinci oğlu Şəfi bəy 1811-ci ildə dünyam
tanımışdı.
Şəfi bəy cavan vəfat etmişdi.
***
Ağa bəyin üçüncü oğlu Ağadədə bəy 1819-cu ildə Şuşa
şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Ticarətlə
məşğul idi.
Ağadədə bəy Anaxanım xanımla dünya evinə girmişdi.
Abdulla bəy, Mustafa bəy, Murtuza bəy, İskəndər bəy adlı
oğlanları, Qönçə xanım adlı qızı vardı.
Abdulla bəy 1839-cu ildə Şuşa şəhərində doğulmuşdu. Molla
yanında oxumuşdu.
Abdulla bəy subay vəfat edib.
Ağadədə bəyin ikinci oğlu Mustafa bəy 1841-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Mustafa bəy Baba bəyin qızı Bədir xanımla
evlənmişdi. Məhəmməd bəy, Rüstəm
bəy, Həsən bəy, Cəlil bəy adlı oğlanları 1 Я Р Г
4 ъШкЗЯ
vardı.
F :V *
/
Ш'-'
*•
Щ
щ
.
,$№
Məhəmməd bəy 1873-cü ildə Şuşa
şəhərində doğulmuşdu. Şuşa realm mək
təbini bitirmişdi. Öncə papaqçılıqla,
Ушр'
'İP1' ;
1
.
İ
sonra ticarətlə məşğul olmuşdu. Aş-
Л \ .
Л к
\м Ш
/
qabad, Məşhəd şəhərlərindən Şuşaya
A y •
mal gətirirdi.
JL M ;
. •
Щ 4 ]
Məhəmməd bəy 1916-cı ildə Aşqa-
badda vəba xəstəliyindən vəfat edib.
68
Məhəmməd bəy Əbdül Hacı Rza oğlu Hacıməmmədlinin qızı
Humay xanımla ailə qurmuşdu. Böyük
bəy, Bala bəy, Xosrov bəy adlı
oğlanları, Nəzirə xanım adlı qızı var.
Böyük bəy 1907-ci ildə Şuşa
şəhərində dünyaya gəlmişdi. Orta təh
silini Mirzə Xosrovun məktəbində
bitirib, 1921-ci ildə Şuşa seminariyası
na
qəbul
olmuşdu.
Seminariyanı
tamamlayandan sonra Şamaxı rayo
nunda müəllim kimi işə başlamışdı.
Sonra maarif şöbəsində təlimatçı
vəzifəsinə dəyişilmişdi.
Böyük bəy 1929-cu ildə Şamaxıdakı vəzifəsindən azad
edilərək Qutqaşen (Qəbələ) rayon Maarif Şöbəsinə müdir təyin
olundu. Öz vəzifəsinin öhdəsindən layiqincə gəldiyi və tapşırılan
bütün işlərə vicdanla yanaşdağı üçün onun hökumət orqanları və
əhali arasında böyük hörmət və nüfuzu var idi. 1932-1934-cü
illərdə burda işləyən Böyük bəyi Qutqaşendən (Qəbələdən) Bakı
şəhərinə daha məsul işə dəvət etdilər. Bakıda tibb institutunda
Azərbaycan dilindən dərs deməyə başladı. O zaman ali təhsili
olmayan bir şəxsə belə çox vacib bir işin tapşırılması onun yüksək
erudisiyasından və bacarığından irəli gəlirdi.
Böyük bəy tibb institutunda dərs keçməklə yanaşı, burda
oxumağa başlayır və 1941-ci ildə bu ali məktəbi bitirərək həkimlik
diplomu alır. Həmin dövrdə müharibənin başlanması ilə əlaqədar
o, hərbi qulluğa çağırılır və həkim və səhiyyə işçisi kimi İrana
göndərilir.
1942-ci ildə həmin hərbi hissə İrandan geri çağırılır və
Böyük bəy də Bakı şəhərinə qayıdır. O zaman Azərbaycanda
malyariya xəstəliyi geniş yayılmışdı və əhaliyə çox əziyyət verirdi.
Xüsusən, Kürdəmir rayonunda ağır vəziyət yaranmışdı. Böyük
bəyin böyük təşkilatçılıq qabiliyyətini və bacarığını nəzərə alaraq
onu
Kürdəmir
rayonlararası
malyariyaya
qarşı
mübarizə
stansiyasının müdiri təyin etdilər. Yeni vəzifədə o, gecəsini
69
gündüzünə qataraq rayonda və ətraf bölgələrdə içməli suların
dərmanlanıb təmizlənməsi və əhalinin sağlamlığının qorunması
üçün bütün lazımi işləri görməyə çalışırdı. Gördüyü işlər rayon
əhalisi tərəfindən yaxşı qarşılanır, Azərbaycan SSR Xalq Səhiyyə
Komissarlığı tərəfindən yüksək qiymətləndirilirdi.
1950-ci ildə Böyük bəyi Azərbaycan SSR Xalq Nəzarəti
Komissarlığında səhiyyə işləri üzrə şöbənin müdiri vəzifəsinə
təyin etdilər. Müharibə təzə qurtardığından ölkədə bir çox
sahələrdə olduğu kimi səhiyyədə də çoxlu problemlər yığılıb
qalmışdı. Burda da öz ənənəsinə sadiq qalaraq yenə biliyi, bacarığı
və çalışqanlığı ilə diqqəti cəlb elədi. Nəticə isə çox da gözləməyə
məcbur etmədi. 1956-ci ildə o, Azərbaycanın səhiyyə nazirinin
müavini vəzifəsinə təyin olundu. O zaman səhiyyə obyektlərinin
tikilməsinə, maddi-texniki bazanın genişləndirilməsinə böyük
ehtiyac var idi. Böyük bəyin səyi nəticəsində bu illərdə bir çox
xəstəxana, poliklinika binaları, digər səhiyyə obyektləri, o
cümlədən, Kəlbəcər rayonunda İstusu sanatoriya binası tikildi.
1958-ci ildə Böyük bəyə daha böyük etimad göstərildi və o,
Azərbaycan SSR Səhiyyə Naziri vəzifəsinə təyin olundu. Onun bu
vəzifədə işlədiyi illərdə səhiyyə sahəsində böyük islahatlar
aparılmış,
tədrisin
səviyyəsinin
yüksəldilməsinə,
bacarıqlı
kadrların hazırlanmasına, yeni səhiyyə obyektlərinin tikintisinə
xüsusi diqqət yetirilmiş, xüsusən, sağlamlıq və istirahət zonalarının
salınmasına,
sanitar-gigiyena
mərkəzlərinin,
xəstəxanaların,
tibb
məntəqələrinin
açılmasına,
ucqar
rayonlardakı
təcili
tibbi
yardım
məntəqələrinin nəqliyyat vasitələri ilə
təmin
olunmasına
xüsusi
fikir
verilmişdir.
Bakı
1
nömrəli
xəstəxanasının binası da onun dövründə
tikilmişdir.
Böyük bəy SSRİ-nin səhiyyə sa
həsində beynəlxalq əlaqələrin genişlən
dirilməsinin böyük tərəfdarı olmuşdur.
70
1960-ci illərin əvvəllərində o. Mali Respublikasına getmiş SSRİ
nümayəndə heyətinə başçılıq etmişdir.
Nazir vəzifəsində işlədiyi dövrdə səhiyyə sahəsində
qazandığı böyük nailiyyətlərə görə müxtəlif mükafatlara, o
cümlədən, Lenin ordeninə layiq görülmüşdür.
Böyük bəy səhiyyə naziri vəzifəsində işləyərkən səhhətinin
pisləşməsi ilə əlaqədar bir müddət müalicə olunmuş, sonra yenidən
məsul vəzifəyə - Respublika Həkimləri Təkmilləşdirmə İnstitutuna
direktor təyin olunmuşdur.
Böyük bəy tibb elmləri namizədi idi.
Böyük bəy bir çox çağırış Azərbaycan SSR Ali Sovetinə
deputat seçilmişdi.
Böyük bəy SSRİ-nin və Azərbaycan respublikasının bir çox
orden və medalları ilə təltif olunmuşdu.
Böyük bəy 1965-ci ildə vəfat edib.
Böyük bəy Minurə xanım Sirac qızı Əfəndiyeva ilə yaşam
qurmuşdu. Azər bəy adlı oğlu var.
Azər bəy 1937-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Orta
məktəbi bitirəndən sonra AZNKİ-yə qəbul olub. İnstitutu
tamamlayandan sonra səhiyyə nazirliyinin təcili yardım bazasının
rəisi vəzifəsində çalışır.
Azər bəy Rəna xanım Yusif
qızı Axundova ilə həyat qurub. Aysel
xanım adlı qızı var.
Məhəmməd bəyin ikinci oğlu
Bala bəy 1910-cu ildə Şuşa şəhərində
dünyanı tanımışdı. Orta təhsilini
bitirib, Şuşa seminariyasına qəbul
olunmuşdu. Bir müddət Ağdam,
Ağcabədi və Yevlax rayonlarında
müəllim işləyəndən sonra Gəncə
Kənd Təsərrüfatı İnstitutuna girmişdi.
1935-ci ildə institutu tamamlayıb
çalışmağa başladı. 1935-ci ildən 1937-ci ilədək NKZ-də kimyəvi
stansiyada işlədi.
1937-ci ildən 1941-ci ilədək SSRİ EA
71
Azərbaycan filalımn aspiranturasında təhsilini davam etdirdi.
Aspiranturanı tamamlayıb, EA-da böyük elmi işçi işlədi. 1942-ci
ildən 1944-cü ilədək AZNİXİ NKZ-də direktor vəzifəsində çalışdı.
1944-cü ildən 1953-cü ilədək Gəncə (Kirovabad) Kənd Təsərrüfatı
İnstitutunda rektor vəzifəsində işlədi. Eyni zamanda doğma təhsil
ocağında müəllim, dosent, professor kimi çalışdı. Kafedra
müdirindən rektorluğa qədər vəzifələr icra etdi. 1953-cü ildən
1960-cı ilədək Torpaqşünaslıq və Aqrokimya İnstitutunda
labarotoriya müdiri, direktor müavini və direktor vəzifələrində
işlədi. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında
baş elmi katib vəzifəsində çalışdı. 1961-ci ildə bu akademiya ləğv
olunandan sonra Torpaqşünaslıq və Aqrokimya İnstitutuna qayıtdı.
İnstitutun torpaq fizikası labarotoriyasına rəhbərlik etdi. 1962-ci
ildə kənd təsərrüfatı məhsullarının istehsalı və hazırlığı üzrə nazir
müavini vəzifəsinə irəli çəkildi. Eyni zamanda da Azərbaycan KP
MK-nin büro üzvi və Baş Elmi İdarənin rəhbəri oldu.
Bala bəy 1970-ci ildən AZNİİQ-də şöbə müdiri vəzifəsində
işləmişdir.
Bala bəy elmlər doktoru idi.
Bala bəy bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinə
deputat seçilmişdi.
Bala bəy SSRİ-nin və Azərbaycan respublikasının orden,
medalları ilə ödüllənmişdi. O cümlədən, Lenin ordeni almışdı.
Bala bəy 1990-cı ildə vəfat edib.
Bala bəy Faina Aleksandrovna ilə dünya evinə girmişdi.
Urfan bəy, Tamerlan bəy, Tərlan bəy adlı oğlanlan var.
Urfan bəy 1939-cu ildə Gəncə şəhərində dünyaya pənah
gətirib. Orta məktəbi bitirəndən sonra S.Ağamalıoğlu adına
Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. İnstitutu
tamamlayandan sonra müxtəlif yerlərdə çalışıb. Hazırda ABŞ-da
yaşayır.
Urfan bəy elmlər namizədidir.
Urfan bəy Ala xanımla ailə qurub. Nailə xanım adlı qızları
var.
72
Nailə xanım Gəncə şəhərində anadan olub. Orta məktəbi
bitirəndən sonra Xarici Dillər İnstitutuna qəbul olunub. İnstitutu
tamamlayandan sonra ABŞ-da çalışıb. İşgüzarlığı nəticəsində
yüksək karyera əldə edib. Hazırda ABŞ-da yaşayır və çalışır.
Nailə xanım elmlər namizədidir.
Bala bəyin ikinci oğlu Tamerlan bəy 1941-ci ildə Gəncə
şəhərində doğulub. Orta məktəbi bitirəndən sonra S.Ağamalıoğlu
adına Azərbaycan Kənd Təssərrüfatı İnstitutuna daxil olub. İnsti
tutu tamamlayandan sonra Moskvaya köçüb. Rusiyada yaşayır və
çalışır.
Tamerlan bəy Lida xanımla həyat qurub.
Bala bəyin üçüncü oğlu Tərlan bəy 1945-ci ildə Gəncə
şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra
texnikuma girib. Texnikumu tamamlayandan sonra Rusiyaya
köçüb. Hazırda Sankt-Peterburq civarında çalışır.
Məhəmməd bəyin üçüncü oğlu Xosrov bəy 1912-ci ildə Şuşa
şəhərində dünyaya göz açıb. 1920-ci ildə Şuşada açılmış yeni tipli
məktəbin 1-ci sinfinə daxil olub, lakin ailə vəziyyətinin çətiliyi ilə
əlaqədar 1922-ci ildən Gəncədə yaşayan qohumlarının yanına
köçüb, tahsilini burda davam etdirərək 1925-ci ildə ibtiadi təhsilini
başa vurub. 1927-ci ildə Şamaxıya, o zaman burda maarif şö
bəsində işləyən böyük qaraşı Böyük bəyin yanına gedir və təhsilini
2-ci dərəcəli məktəbdə davam etdirir. 1930-cu ildə yenidən
Gəncəyə qaıdır və şəhərdəki inşaat texnikumuna daxil olur.
1930-cu ildə komsomola qəbul edilən, 1931-ci ildə isə Gəncə
İnşaat Texnikumunun komsomol təşkilatı katibi seçilən Xosrov bəy
1932-ci ilin ortalarına qədər təhsil almaqla yanaşı, həmin vəzifədə
işləyib. Texnikumda təhsilini bitirdikdən sonra Azərbaycan Neft və
Kimya İnstitutuna daxil olub, lakin ordu sıralanna səfərbər
edilməklə əlaqədar burda təhsilini davam etdirə bilməyib.
Hərbi xidmətini başa vurandan sonra Gəncəyə qayıdmıb,
şəhər bədən tərbiyəsi komitəsində təlimatçı vəzifəsinə qəbul
olunub, qısa müddətdən sonra Gəncə şəhər İcraiyyə Komitəsinin
kənd təsərrüfatı şöbəsində inşaatçı-texnik vəzifəsinə keçirilib.
1937-ci ilin önlərində Gəncə şəhər İcraiyyə Komitəsinin
73
nəzdindəki Bədən Tərbiyəsi Komitəsinə sədr vəzifəsinə təyin
olunub. Elə həmin ilin dekabr ayında onu Gəncə şəhər İcraiyyə
Komitəsinin katibi kimi məsul bir vəzifəyə irəli çəkiblər.
İstər texnikumda təhsil aldığı illərdə, istərsə də sonralar
həmişə biliyi, bacarığı, işgüzarlığı, çalışqanlığı ilə fərqlənən
Xosrov bəy dörd il Gəncə şəhər İcraiyyə Komitəsinin məsul katibi
vəzifəsində işləyib. 1941 -ci ildə ilin may ayında Gəncə şəhər
Komsomol Komitəsinin birinci katibi seçilmiş, bir müddət sonra
respublika Komsomolunun Mərkəzi Komitəsində şöbə müdiri
vəzifəsinə irəli çəkilmişdir.
Komsomol işində özünü yaxşı cəhətlərdən göstərən Xosrov
bəy Böyük Vətən müharibəsi illərində “Hər şey vətən üçün, hər
şey cəbhə üçün» çağırışına qoşulanların ilk sıralarında olmuş, bütün
bilik və bacarığını kəndli gənclərin cəbhəyə və kənd təsərrüfatı
işlərinə
səfərbər
edilməsinə,
onların
hərbi-vətənpərvərlik
tərbiyəsinin yüksəldilməsinə yönəltmişdir.
Xosrov bəy 1944-cü ildə partiya işinə irəli çəkilib, öncə
Maştağa rayon Partiya Komitəsinin ikinci, sonra birinci katibi təyin
edilib. 1947-ci ildə Sabirabad rayon
partiya komitəsinin birinci katibi
seçilib.
Xosrov bəy 1952-ci ildə ölkədə
aparılan struktur dəyişikliyi ilə bağlı
Bakı vilayət Partiya Komitəsinin
kənd təsərrüfatı şöbəsinin müdiri
vəzifəsinə təyin olunub. 1953-cü ildə
vilayət komitəsi
ləğv olunandan
sonra
Azərbaycan
Kommunist
Partiyası Mərkəzi Komitəsinin kənd
təsərrüfatı
şöbəsinin
müdiri
vəzifəsinə keçirilib.
Xosrov bəy 1954-cü ildə Bərdə rayon Partiya Komitəsinin
birinci katibi seçilir. 1960-cı ilədək bu rayona rəhbərlik edir.
Xosrov bəy 1961-ci ilin əvvəlindən 1962-ci ilin mart ayına
qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Pambıq
74
İstehsalı İdarəsinin rəisi vəzifəsində işləmiş, 1962-ci ilin mart
ayında isə o zaman ölkədə aparılan struktur dəyişiklikləri ilə
əlaqədar yeni yaradılmış Sabirabad rayon Kənd Təsərrüfatı Ərazi
İstehsalat Birliyinin rəisi təyin edilmişdi.
1963-cü ildə Xosrov bəyi Ağdam rayonuna işləməyə
göndərdilər. SSRİ-nin o zamankı rəhbəri N.S.Xruşovun kolxoz və
sovxozların zona birləşmələri (istehsalat idarələri) yaratmaq
eksperimenti öz mənfi təzahürlərini burda da göstərmişdi. Kənd
təsərrüfatı məhsullarının istehsalı sahəsində tənəzzül artmaqda idi.
İdarəetmə orqanları iflic vəziyyətinə düşmüşdü. Ağdam və
Ağcabədi rayonları birləşdirilmişdi. Birləşmədən sonra bu zonada
ağır vəziyyət yaranmışdı. Adamlar hər hansı problemin həlli üçün
Ağcabədi və Ağdam rayonları arasındakı 50 km məsafəni qət
etməli olurdular.
Belə mürəkkəb bir dövrdə Xosrov bəyin Ağdam rayon
İstehsalat Birliyinin Partiya Komitəsinin katibi seçilməsi ona
göstərilən böyük inamdan irəli gəlmişdi.
Xosrov bəyin 1966-1971-ci illərdə Azərbaycan Dövlət
Üzümçülük və Şərabçılıq Komitəsi sədrinin birinci müavini
işlədiyi dövrdə onun gözəl təsərrüfatçılıq qabiliyyəti, zəngin bilik
və təcrübəsi özünü daha parlaq şəkildə biruzə vermiş, böyük
nailiyyətlərin əldə edilməsi üçün imkanlar yaratmışdı.
Xosrov bəy 1971-73-cü illərdə
Azərbaycan
Dövlət
Meyvəçilik
Tərəvəzçilik
Komitəsində
idarə
rəisi işləyib və burdan da təqaüdə
çıxıb. Təqaüddə olduğu müddətdə
də
aktiv
fəaliyyətdən
kənarda
qalmayıb,
Elmi-Tədqiqat
Meliorasiya
və
Su Təsərrüfatı
İnstitutunda işləyib.
Xosrov bəy 1946-66-cı illərdə
dörd çağırış Azərbaycan SSRİ Ali
Sovetinin deputatı seçilib.
Xosrov bəyin bu xidmətləri
75
yüksək
qiymətləndirilib,
1943-cü
ildə
vətən qarşısındakı
xidmətlərinə görə «Şərəf nişanı» ordeni ildə təltif olunub. 1965-ci
ildə Lenin ordeni ilə ödüllənib. Bunlardan başqa, bir çox medallar
alıb.
Xosrov bəy Şəfiqə xanım Məmməd qızı ilə ailə qurub. Şahin
bəy və Rövşən bəy adlı oğlanları var.
Şahin bəy 1947-ci ildə Bakı şəhərində doğulub. 23 nömrəli
orta məktəbi bitirəndən sonra ADU-ya qəbul olub. Universitetin
fizika-riyaziyyat fakültəsini tamamlayandan sonra EA-da işləyib.
Hazırda Nazirlər Kabinetinin yanında «Orbita Servis» şirkətinin
rəisidir.
Şahin bəy Rəfiqə xanım Mirzə qızı ilə yaşam qurub. Seymur
bəy adlı oğlu var.
Seymur bəy 1977-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 6
nömrəli orta məktəbi bitirəndən sonra Azərbaycan Politexnik
İnstitutuna daxil olub. İnstitutu tamamlayandan sonra neft
sektorunda çalışır.
Xosrov bəyin ikinci oğlu Rövşən bəy 1949-cu ildə Bakı
şəhərində dünyanı tanıyıb. 23 nömrəli orta məktəbi bitirəndən
sonra AZNKİ-yə qəbul olub. Hazırda sonra Prezident Aparatında
işləyir.
Rövşən bəy Elmira xanım
Sultan qızı ilə həyat qurub. Leyla
xanım adlı qızı var.
Kərbəlayı
Mustafa
bəyin
ikinci oğlu Rüstəm bəy 1878-ci ildə
Şuşa şəhərində dünyaya gəlmişdi.
Ticarətlə
məşğul
olmuşdu.
Pəhləvanlığı vardı.
Rüstəm bəy 1949-cu ildə
vəfat edib.
Rüstəm bəy ailə qurmayıb.
Kərbəlayı
Mustafa
bəyin
üçüncü oğlu Həsən bəy 1875-ci ildə
Şuşa şəhərində dünyanı tanımışdı.
76
Atasını itirdiyindən əmisi Kərbəlayı İskəndər bəyin himayəsində
böyümüşdü. Ticarətlə məşğul olmuşdu.
Həsən bəy Sayalı xanım Mirzə Cavad bəy qızı Qayıbova ilə
ailə qurmuşdu. Cəlal bəy, Nurəddin bəy adlı oğlanları, Simuzər
xanım adlı qızı vardı.
Gənc Ağabəyovlar
77
Kərbəlayı Mustafa bəyin dördüncü oğlu Cəlil bəy 1880-ci
ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Şəhər realm
məktəbini bitirmişdi. 1905-ci ildə Aşqabada köçmüşdü. Ali
məktəbdə oxumuşdu. Türkmənistan SSR Xalq Daxili İşlər
Komissarlığı orqanlarında çalışmışdı. Daxili işlər nazirinin müavini
vəzifəsinədək yüksəlmişdi.
Ağadədə bəyin üçüncü oğlu Murtuza bəy 1843-cü ildə Şuşa
şəhərində dünyaya təşrif buyurmuşdu. Ticarətlə məşğul olurdu.
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Murtuza bəyin Əli bəy, Məhərrəm bəy adlı
oğlanları vardı.
Əli bəy 1876-cı ildə Şuşa şəhərində dünyaya təşrif
gətirmişdi.
Kərbəlayı Murtuza bəyin ikinci oğlu Məhərrəm bəy 1878-ci
ildə Şuşa şəhərində anadan olmuşdu.
Ağadədə bəyin dördüncü oğlu İskəndər bəy 1855-ci ildə
Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı İskəndər bəyin Şükür bəy, Allahverdi bəy, Rəşid
bəy adlı oğlanları, Bəyim xanım adlı qızı vardı.
Şükür bəy Şuşa şəhərində dünyaya gəlmişdi. Məktəb təhsili
almışdı. İpəkçiliklə məşğul idi.
Kərbəlayı İskəndər bəyin ikinci oğlu Allahverdi bəy Şuşa
şəhərində dünyaya göz açmışdı. Məktəb təhsili almışdı. Ticarətlə
məşğul idi.
Kərbəlayı İskəndər bəyin üçüncü oğlu Rəşid bəy Şuşa
şəhərində dünyanı tanımışdı. Orta məktəbi bitirəndən sonra ali
məktəbdə oxumuşdu. Uzun müddət yol mühəndisi işləmişdi.
Kərbəlayı İskəndər bəyin dördüncü oğlu Musa bəy Şuşa
şəhərində dünyaya pənah gətirmişdi. Orta məktəbi bitirəndən
sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdu. İnstitutu
tamamlayandan sonra neft sahəsində mühəndis və digər rəhbər
vəzifələrdə işləmişdi. Bir müddət təhsil naziri olmuşdu.
Musa bəy 1965-ci ildə vəfat edib.
78
Ağa bəyin dördüncü
oğlu Rəsul bəy 1821-ci ildə
Şuşa şəhərində dünyaya gəl
mişdi.
Mədrəsə
təhsili
almışdı. Ticarətlə məşğul
olmuşdu.
Rəsul bəy Anaxanım
xanımla həyat qurmuşdu.
Süleyman bəy, Salman bəy
adlı oğlanlan vardı.
Süleyman bəy 1850-ci
ildə Şuşa şəhərində dünyaya
göz açmışdı. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Süleyman bəyin Zülfüqar bəy, Umud bəy adlı oğlanlan vardı.
Zülfüqar bəy 1880-ci ildə Şuşa şəhərində dünyaya pənah
gətirmişdi.
Süleyman bəyin ikinci oğlu Umud bəy 1880-ci ildə Şuşa
şəhərində dünyanı tanmışdı.
Rəsul bəyin ikinci oğlu Salman bəy
1852-ci ildə Şuşa şəhərində dünyaya təş
rif buyurmuşdu. Molla yanında oxu
muşdu. Ticarətlə məşğul idi.
Salman bəyin Adil bəy adlı oğlu
vardı.
Adil bəy
1878-ci
ildə
Şuşa
şəhərində dünyaya təşrif gətirmişdi.
Nəzirə xanım
Məhəmməd bəy qızı
79
Hacı Baba bəy uşağı (İbrahimbəyovlar)
Şuşa şəhərinin Təbrizli məhəlləsinin tanınmış sakinlərindən
biri də Baba bəydir. Baba bəy XVIII yüzilin sonlarında Şuşa
şəhərində yaşamışdı. Ibrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət
etmişdi. Müqəddəs Məkkəyi-müəəzzəmi ziyarət etmişdi.
Hacı Baba bəyin Əliməhəmməd bəy adlı oğlu vardı.
Əliməhəmməd bəy 1787-ci ildə Şuşa şəhərində anadan
olmuşdu. Mədrəsə təhsili almışdı. Ibrahimxəlil xanın qulluğunda
durmuşdu. Müqəddəs Məkkəyi-müəəzzəmi ziyarət etmişdi.
Hacı Əliməhəmməd bəy Bəyim xanımla ailə qurmuşdu,
ibrahim bəy, Həsən bəy adlı oğlanları, Bacıxanım xanım, Anaxanım
xanım və Əziz xanım adlı qızları vardı.
İbrahim bəy Hacı Əliməhəmməd bəy oğlu 1818-ci ildə Şuşa
şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı.
Sonra mədrəsədə oxumuşdu. Ticarətlə məşğul idi.
İbrahim bəyin törəmələri İbrahimbəyov soyadını daşıyırdılar.
İbrahim bəy Mehri xanımla ailə qurmuşdu. Hüseyn bəy, Ağa
bəy, Bağır bəy, Qulu bəy, Əli bəy, Əbdüssəməd bəy və Məhəmməd
adlı oğlanları vardı.
Hüseyn bəy İbrahim bəy oğlu 1842-ci ildə Şuşa şəhərində
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hüseyn bəyin Teymur bəy, İbrahim bəy adlı oğlanları vardı.
Teymur bəy 1868-ci ildə Şuşa şəhərində doğulmuşdu.
Hüseyn bəyin ikinci oglu İbrahim bəy 1871-ci ildə Şuşa
şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
***
İbrahim bəyin ikinci oglu Ağa bəy 1844-cü ildə Şuşa
şəhərində dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Ticarətlə
məşğul idi.
80
Ağa bəyin Ələkbər bəy adlı oglu vardı.
Ələkbər bəy Ağa bəy oğlu 1863-cü ildə Şuşa şəhərində dün
yaya göz açmışdı. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
***
İbrahim bəyin üçüncü oglu
Bağır bəy 1846-cı ildə Şuşa şəhə
rində anadan olmuşdu. Molla ya
nında
oxumuşdu.
1865-1868-ci
illərdə Şuşa qəza məktəbində təhsil
almışdı. Pedaqoji fəaliyyətlə məş
ğul olmuşdu.
Bağır
bəy
İbrahimbəyov
Qarabağın bir çox məktəblərində
müəllim olmuşdu.
Bağır bəyin İsfəndiyar bəy,
Qamboy bəy, Teymur bəy, Adışirin
bəy adlı oğlanları, Füruzə xanım,
Qütəvvər xanım adlı qızları vardı.
İbrahimbəyov İsfəndiyar bəy
Bağır bəy oğlu (1892, Şuşa-Bakı)
Azərbaycanın səhiyyə təşkilatçıla
rından biri, respublikanın əməkdar
Bağır bəy ibrahimbəyov
Dostları ilə paylaş: |