534) Kəskin B virus hepatitli (VHB-nin) xəstələrlə təmasda olan şəxslər hansı hallarda qanverməkdən azad edilirlər?
A) VH “B” xəstələri ilə təmas başa çatana qədər qan verməkdən azad edilirlər
B) VH “B” xəstəsinin hospitalizasiyasından sonra 6 ay ərzində
C) donorların qanını yüksək həssas metodlarla müayinə etmək imkanı olmadıqda
D) ömürlük
E) azad olunmurlar
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
535) İİV-infeksiyasında sadalan yoluxma yollarından hansı epidemiyanın yayılmasında daha çox rol oynayır?
A) qan və onun preparatları köçürüldükdə
B) qida yolu ilə
C) infeksiyalaşmış anadan uşağa
D) cinsi yol
E) ümümi iynə və şprislərdən istifadə etməklə dərman preparatlarının parenteral yeridilməsi zamanı
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
536) İİV-infeksiya ilə cinsi əlaqə vasitəsilə yoluxma təhlükəsi çox zaman nədən asılıdır?
A) xəstəliyin dövrüliyindən
B) xəstələrin cinsindən
C) dəyişən cinsi partnyorların sayından
D) cinsi əlaqələrin texnikasından
E) cinsi əlaqəyə girən şəxslərin yaşından
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
537) Müayinə edilən şəxsdə İİV-infeksiyasına qarşı anticisimlərin olması nəyi sübut edir?
A) əvvəllər infeksiyanın keçirilməsini
B) yoluxmanın baş verdiyini
C) qazanılmış immunitetin yaranmasını
D) törədicinin virulentliyindən
E) orqanizmin infeksiyaya qarşı qeyri həssas olmasını
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
Dostları ilə paylaş: |