523) Qrip virusu üçün giriş qapısı nədir?
A) gözlərin selikli qişası
B) sidik – cinsiyyət sisteminin selikli qişası
C) yuxarı tənəffüs yollarının selikli qişası
D) mədə - bağırsaq yolunun selikli qişası
E) mədə - bağırsaq sistemi
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
524) Qrip zamanı etiotrop terapiya məqsədilə nə istifadə olunur?
A) antibiotik
B) aspirin
C) amidopirin
D) remantadin
E) parasetamol
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
525) Hansı sistem reovirus infeksiyasında zədələnir?
A) mədə - bağırsaq sistemi
B) dayaq - hərəkət aparatı
C) ürək – damar sistemi
D) sinir sistemi
E) qan sistemi
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
526) Epidemik parotitdə diaqnozun təsdiqi üçün ən informativ üsullar hansılardır?
A) seroloji
B) bakterioloji
C) tüpürcək vəzlərindən götürülmüş punktatın müayinəsi
D) virusoloji
E) rentgenoloji
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
527) Kəmərləyici dəmrov (herpes zoster) hansı xəstəliyi keçirmiş şəxslərdə inkişaf edir?
A) sitomeqalovirus infeksiyası
B) rotavirus infeksiyası
C) su çiçəyi
D) genital herpes
E) infeksion mononukleoz
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
528) İİV-infeksiyası zamanı inkubasiya dövrünün başa çatması nə ilə assosiasiya olunur?
A) limfatik düyünlərin böyüməsi ilə
B) İİV-yə qarşı anticisimlərin yaranması ilə
C) bədən temperaturunun yüksəlməsi ilə
D) sinir sisteminin zədələnməsi ilə
E) selikli qişaların və dəri örtüklərinin kandidozunun əmələ gəlməsi ilə
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
Dostları ilə paylaş: |