683) Aşağıdakılardan hansı vəbanın törədicisidir?
A) Vibrio parahaemolyticus
B) Vibrio cholerae El-tor biovarı O1 seroqrupu
C) NAQ-fibrionlar (O1 zərdabı ilə aqqlütinasiya etməyən)
D) Vibrio thyphi
E) ETEC
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984.
684) Difteriyada epidemioloji göstərişlərə görə bakterioloji müayinə kimlərə aparılır?
A) hospitalizasiya edilən xəstələrə
B) korinobakteriyaların atoksigen ştamlarını gəzdirənlərlə təmasda olanlara
C) angina ilə xəstələrə
D) difteriya ilə xəstələnmənin epidemik tipində inzibati ərazinin bütün əhalisinə
E) difteriya ocağında təmasda olanlara
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
685) Difteriya zamanı profilaktik bakterioloji müayinəyə hansı şəxslər cəlb olunur?
A) uşaq evlərinə və məktəb-internatlara daxil olan şəxslər
B) difteriya ilə xəstələnmənin epidemik tipində inzibati ərazinin bütün əhalisinə
C) bütün hospitalizasiya edilən xəstələr
D) uşaqlar məktəbəqədər uşaq müəssisələrinə qəbul edildikdə
E) infeksion stasionarlara göndərilən xəstələr
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
Dostları ilə paylaş: |