673) Difteriya hadisəsi baş verdikdə hansı tədbirlər vacibdir?
A) klinik formadan asılı olmayaraq xəstənin mütləq hospitalizasiya edilməsi
B) spesifik immunitetin yaradılması məqsədilə difteriya anatoksinin təcili yeridilməsi
C) biokimyəvi müayinə metodlarının aparılması
D) hospitalizasiyaya qədər antitoksik zərdabın təcili yeridilməsi
E) ağır və orta-ağır xəstələrin hospitalizasiya edilməsi, yüngül klinik gedişdə isə – evdə izolyasiya edilməsi
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
674) Difteriyaya qarşı peyvənd edilmiş şəxsdə törədicigəzdirmə hansı səbəb üzündən baş verir?
A) infeksiya mənbəyinin sayının artması ilə
B) peyvənddən xeyli müddət keçməsi ilə əlaqədər
C) mikrobəleyhinə immunitet olmadığı halda antitoksik immunitetin yaranması
D) antitoksik immunitet yaradılmaması
E) difteriyanın müəyyən variantına qarşı mikrobəleyhinə immunitetin olmaması
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
675) Hal-hazırda hansı törədicilər irinli-iltihabi xəstəliklərin etiologiyasında üstünlük təşkil edirlər?
A) göbələklər
B) brusellalar
C) qram-mənfi aerob bakteriyalar
D) qram-müsbət koklar
E) plazmodiumlar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |