59) Epidemik ocaq hansı müddət ərzində fəaliyyətdə olur?
A) Xəstə ilə təmasda olan şəxslərdə maksimal inkubasiya dövrü ərzində
B) Ocaqda xəstənin izolyasiyasına qədər
C) Xəstənin sağalmasına qədər
D) Ocaqda yekun dezinfeksiyanın aparılmasına qədər
E) Xəstənin hospitallaşdırılmasına qədər
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
60) Mikroorganizmlərin toksini hansıdır?
A) Anticisimlər
B) Anatoksin
C) Ekzotoksin
D) Hialuronidaza
E) Plazmokoaqulaza
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
61) Dəridaxili allergik sınaqlar hansı xəstəliyin diaqnostikasında istifadə olunur?
A) Toksoplazmoz
B) Malyariya
C) Qızılca
D) Vərəm
E) Qarın yatalağı
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
Dostları ilə paylaş: |