974) Hansı xəstəliyin diaqnostikasında qanın membran filtrlərdən süzülməsi istifadə olunur?
A) Leyşmanioz
B) Malyariya
C) Filyariidoz
D) Babezioz
E) Toksoplazmoz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
975) Cənubi-Şərqi Aziyadan gələn xəstənin qanında aypara şəklində əyilmiş malyariya paraziti aşkar olunmuşdur. Parazitin hansı növü haqqında düşünmək olar?
A) P.vivax
B) P.malariae
C) P.ovale
D) P.ovale+P.falciparum
E) P.falsiparum
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
976) Xəstəliyin 10-cu günü xəstədən götürülmüş qanın qalın damlasında bütün görmə sahələri üzüyəbənzər trofozoitlərlə dolmuşdur. Parazitin hansı növü haqqında düşünmək olar?
A) P.vivax
B) Sadalanlardan hər hansı biri
C) P.malariae
D) P.falsiparum
E) P.ovale
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
977) Kənd əhalisinin malyariyaya görə kütləvi müayinəsi zamanı yığılmış qanın qalın yaxmalarını 5 gün ərzində laboratoriyaya çatdırmaq mümkün olmadıqda nə etmək lazımdır?
A) Preparatları dehemoqlobinləşdirmək
B) Preparatları fiksə etmək
C) Heç bir tədbir görməmək
D) Preparatları soyuducuya qoymaq
E) Preparatları eksikatora qoymaq
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
978) Malyariya törədicisinin hansı növünün aşkarlanması zamanı parazitemiyanın səviyyəsini və parazitlərin inkişaf mərhələlərini göstərmək lazımdır?
A) Oval
B) Sadalanlardan hər hansı biri
C) Üçgünlük
D) Tropik
E) Dördgünlük
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
979) Qan yaxmalarının mikroskopiyası zamanı hansı xəstəliyin törədicilərini aşkar etmək olar?
A) Toksokaroz
B) Toksoplazmoz
C) loaoz
D) Balantidioz
E) Leyşmanioz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Dostları ilə paylaş: |