9) Aerozol yoluxma mexanizmi hansı infeksiyalarda mümkün deyil?
A) Məxmərəkdə
B) Taunda
C) Qızılcada
D) Malyariyada
E) Difteriyada
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
10) İlk dəfə olaraq, tibbi mənada «infeksiya» terminini tətbiq edib:
A) İ.İ.Meçnikov
B) Y.N.Pavlovski
C) C.Frakastro
D) Robert Kox
E) Lui Paster
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
11) Epidemik ocaq nədir?
A) Hər hansı bir infeksion xəstəlik hadisələrinin daima aşkar edildiyi ərazi
B) Ekzotik xəstəliklər ocağı
C) Enzootik ocaq
D) Parazit populyasiyası
E) İnfeksiya mənbəyinin olduğu yer və onu əhatə edən ərazi
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |