111) Epidemik səpgili yatalağın residivi necə adlanır?
A) Kü qızdırması
B) Susuqamuşi qızdırması
C) Endemik səpgili yatalaq
D) Sarı qızdırma
E) Bril – Sinser xəstəliyi
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
112) Hansı hallarda mikrooranizmlərin orqanizmdə uzun müddət qalması xarakterdir?
A) Kəskin infeksiyada
B) Residivlərdə
C) Xronik infeksiyada
D) Qarışıq infeksiyada
E) Superinfeksiyalarda
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
113) Bağırsaq infeksiyalarının törədiciləri hansı yoluxma yolu ilə ötürülürlər?
A) Hava-damcı, alimentar
B) Transplasentar, məişət yolu ilə
C) Kontaminasiya, su yolu ilə
D) Transmissiv, alimentar
E) Alimentar, su yolu ilə
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |