151) Qarın yatalağı ilə xəstələrin izolyasiyasına göstəriş hansıdır?
A) Bütün xəstələr hospitallaşdırılır
B) Yalnız dekretə olunmuş qrupdan olan şəxslər hospitallaşdırılır
C) Yalnız 14 yaşa qədər olan uşaqlar mütləq qaydada hospitallaşdırılır
D) 1 yaşa qədər uşaqlar hospitallaşdırılır
E) Yüngül formalı xəstələri evdə izolyasiya etmək olar
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
152) Difteriya korinobakteriyalarının kultural-bioloji əlamətlərindən difteriya zamanı epidemik prosesin inkişafında hansı əlamət daha çox əhəmiyyət daşıyır?
A) Toksigenlik
B) Parazitizm
C) Biokimyəvi xüsusiyyətləri
D) Virulentlik
E) Struktur xüsusuiyyətləri
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
Dostları ilə paylaş: |