158) Şaquli (vertikal) yoluxma mexanizmi nə zaman mümkündur?
A) İİV-infeksiya zamanı
B) Göyöskürək zamanı
C) Eşerixioz zamanı
D) Tulyaremiya zamanı
E) Dizenteriya zamanı
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
159) Qarın yatalağına görə müayinə məqsədilə xəstəliyin ilk 3 günündə hansı material müayinə edilməlidir?
A) Qan
B) Onurğa beyni mayesi
C) Sidik
D) Nəcis
E) Tüpürcək
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
160) Gənə ensefalitinin təbii ocağında qan sormuş gənəni kənar etdikdən sonra zərərçəkən şəxsə mütləq nə yeritmək lazımdır?
A) Spesifik immunoqlobulin
B) Gənə ensefalitinə qarşı vaksin
C) Antibiotiklər
D) Bakteriofaqlar
E) Antitoksik zərdab
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |