175) Qarın yatalağının qida alovlanmaları üçün hansı əlamət səciyyəvidir?
A) Qarın yatalağının alovlanmasından əvvəl digər kəskin bağırsaq infeksiyaları ilə xəstələnmənin yüksəlməsi
B) Alovlanmanın davam etmə müddəti bir inkubasiya dövrünün maksimal müddəti ərzində sürür
C) Dezinfektantların onlara təsir etməməsi
D) Alovlanmaların əsasən endemik ərazilərdə baş verməsi
E) Mikrobların kulturalarında müxtəlif faqotiplərin aşkar edilməsi
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
176) El-Tor vəbasına görə endemik ərazi hansıdır?
A) İtaliya
B) Avstraliya
C) Hindistan
D) Rusiya Federasiyasının cənub regionları
E) Avropanın ayrı-ayrı ölkələri
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
177) Hansı əlamət bağırsaq infeksiyalarının su alovlanmalarının xəbərdaredici əlaməti deyildir?
A) İçməli suyun bakterioloji göstəricilərinin pisləşməsi
B) Naməlum etiologiyalı kəskin bağırsaq infeksiyalarının sayının artması
C) Davamlı aydın hava
D) Leysan yağışlar
E) Su kəmərində və ya kanalizasiya şəbəkəsində qəzalar
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |