170) Hospital irinli-septiki infeksiyaların ikincili əlaməti hansıdır?
A) Cərrahi müdaxilənin mürəkkəbliyi
B) Xəstənin sənəti
C) Əməliyyatdan sonrakı erkən dövrdə qanaxma
D) Xəstənin yaşı
E) Yaranın əməliyyatdan sonra ikincili sağalması
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
171) Tibbi prosedurların aparılması nəticəsində baş verən infeksiyalar necə adlanır?
A) Superinfeksiya
B) Opportunist
C) Mikst-infeksiyalar
D) Yatrogen
E) Reinfeksiya
Ədəbiyyat: Tağızadə T.Ə. İzahlı epidemiologiya terminləri lüğəti. «Elm» nəhriyyatı, 1990
172) Enteroinvaziv E.coli ilə törədilən eşerixiozlar zamanı daha çox nə zədələnir?
A) Uretra
B) Nazik bağırsaq
C) Yoğun bağırsağın distal hissəsi
D) Düz bağırsaq
E) Qaraciyər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |