189) Tulyaremiya infeksiyasının əsas mənbəyi nədir?
A) Vəhşi heyvanlar
B) Gəmiricilər
C) Quşlar
D) Ev heyvanları
E) Hidrobiontlar
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
190) Hansı qrup şəxslər tulyaremiya ilə yüksək xəstələnmə riskinə məruz qalır?
A) Tikinti fəhlələri
B) İt sahibləri
C) Tarla işlərində məşğul olan şəxslər
D) Dənizçilər
E) Müəllimlər
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
191) Təbii ocaqlarda tulyaremiyadan fərdi qorunmanın əsas vasitəsi hansıdır?
A) Repellentlərin tətbiqi
B) Antibiotiklərin işlədilməsi
C) Vaksinoprofilaktika
D) Ağcaqanadəleyhinə qoruyucu torlar və kostyumların işlədilməsi
E) Kamera dezinfeksiyası
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |