342) Zərərsizləşdirilən obyektlərin epidemioloji təhlükəsizliyi nədən asılıdır?
A) Tətbiqinin sadəliyindən
B) Suda yaxşı həll olmasından
C) Dezinfektantların mikrobəleyhinə aktivliyinin spektrindən
D) Yuyucu xassələrə malik olmasından
E) Münasib qiymətindən
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
343) Xlortərkibli preparatları necə saxlamaq lazımdır?
A) Yaxşı qızdırılan yerdə
B) Sərin yerdə
C) Açıq qabda
D) Dondurucuda
E) İşıqda
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
344) Xlorlu əhəngin 1%-li məhlulunun aktivliyinin saxlanma müddətinin optimal vaxtı nə qədərdir?
A) İş günü ərzində
B) Hazırlandıqdan sonra 1 saat müddətində
C) 2-3 gün ərzində
D) 5 günə qədər
E) 1 ay ərzində
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
Dostları ilə paylaş: |