676) E.coli-nin hansı ştamı «Səyahətçilərin diareyası»nın törədicələrinə aiddir?
A) enteroinvaziv
B) enterovirulent
C) enterotoksigen
D) enteropatogen
E) enterohemorragik
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
677) E.coli serovarının O 157:H7 ştamları ilə törədilən eşerixioz zamanı törədici çox vaxt hansı amillərlə ötürülür?
A) ət məhsulları ilə
B) tərəvəzlə
C) yumurta ilə
D) un məmulatları ilə
E) su ilə
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
678) E.coli-nin enterotoksigen ştamları ilə törədilən eşerixioz harada qeydə alınır?
A) mülayim iqlimi olan regionlarda
B) bütün iqlim zonalarında
C) endemik xəstəlik kimi
D) əsasən hospital infeksiyası kimi
E) əsasən tropik və subtropik regionlarda
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
679) E.coli-nin enteropatogen ştamları ilə törədilən eşerixiozla ən yüksək yoluxma riski kimlər arasında qeyd olunur?
A) məktəbəqədər uşaq müəssisələrinə gedən uşaqlarda
B) 2-15 yaşa qədər uşaqlarda
C) böyüklərdə
D) 1 yaşa qədər uşaqlarda
E) 20-40 yaşlarda
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
Dostları ilə paylaş: |