695) Vəba vibrionu hansı kultural xüsusiyyətə malikdir?
A) becərilmə şəraitlərinə tələbkar deyil, sürətlə böyüyə bilir
B) qidalı mühitlərə tələbkardır
C) anaerob şəraitdə böyüyür
D) soyuq mühitdə böyüyə bilir
E) eritrositləri aqqlütinasiya edir
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
696) Vəba vibrionunun patogenliyinin əsas amili hansıdır?
A) ekzotoksin
B) hərəkətlilik
C) ureaza
D) neyraminidaza
E) hemolizin
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
697) Entrobakteriyaların O-antigeninin hansı əsas xüsusiyyəti vardır?
A) formalin və spirtin təsirinə qarşı həssasdır
B) törədiciləri parçalamaq qabiliyyəti
C) zülallarla təmsil olunur
D) növ spesifikliyinə malik deyildir
E) LPS ilə təmsil olunmuşdur
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
698) Endo mühitində tünd qırmızı koloniyaların bitməsi müayinə edilən kulturada nəyi göstərir?
A) qram-müsbətdir
B) laktozanı fermentasiya edir
C) plazmanı koaqulyasiya edir
D) qram-mənfidir
E) antibiotikləri fermentasiya edir
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
699) Asiya vəbası və El-Tor vəbasının törədicilərinin diferensiasiyası üçün nəyə qarşı həssaslıq təyin olunur?
A) ödə qarşı
B) sefalotinə qarşı
C) streptomitsinə qarşı
D) niasinə qarşı
E) polimiksinə qarşı
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |