722) Sifilisdə əsas yoluxma yolu hansıdır?
A) alimentar
B) su
C) hava-damcı
D) cinsi
E) transmissiv
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
723) Sifilisdə hansı növ immunitet yaranır?
A) anadangəlmə
B) steril
C) antitoksik
D) antiparazit
E) qeyri-steril
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
724) Şigelyozların laborator diaqnostikasında nədən istifadə edilir?
A) qanın ümumi analizi
B) aqqlütinasiya reaksiyası
C) nəcisin əkilməsi
D) immunoblottinq
E) qanın əkilməsi
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
725) Vəbada son diaqnoz hansı laborator müayinələrin müsbət nəticələrinə əsasən qoyulur?
A) rentgenoloji
B) bakterioskopik
C) bakterioloji
D) seroloji
E) immunoloji
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
726) Retrospektiv müayinə və uşaq müəssisələrində göyöskürək alovlanmalarının öyrənilməsi zamanı hansı laborator diaqnostika üsulu istifadə edilir?
A) yuxarı tənəffüs yollarının selikli qişasından götürülmüş yaxmanın bakterioskopiyası
B) yuxarı tənəffüs yollarından götürülmüş seliyin Borde-Janqu mühitinə əkilməsi
C) qanın ödlü bulyona əkilməsi
D) aqqlütinasiya reaksiyası
E) tənəffüs yollarından götürülmüş seliyin Saburo mühitinə əkilməsi
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |