68) Epidemik ocaqda tibbi müşahidənin davam etmə müddəti nə qədərdir?
A) Xəstə hospitallaşdırıldıqdan sonra
B) Təmasda olmuş şəxslərin sayı ilə
C) Xəstə ilə təmasda olmuş şəxslərə immunoqlobulin, vaksin vurulduqdan sonra
D) Son dezinfeksiyadan dərhal sonra
E) Xəstə ilə təmasda olmuş şəxslərdə maksimal inkubasiya dövrünün bitməsinə qədər
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
69) Aşağıda qeyd olunanlardan hansı infeksiyanın yoluxma yollarına aid deyildir?
A) Hava-damcı
B) Transmissiv
C) Fekal-oral
D) Qida
E) Təmas-məişət
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
70) Aspirasion yoluxma mexanizmi ilə yayılan xəstəliklərin səviyyəsinin dövri şəkildə artıb-azalması nədən asılıdır?
A) Əhali arasında immun təbəqənin həcmindən
B) İqlim şəraitindən
C) Yaşayış fondunun vəziyyətindən
D) Kommunal abadlıqdan
E) Nəqliyyat əlaqələrindən
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
71) Kəsilmiş iribuynuzlu qaramalın sanitar-baytarlıq ekspertizası hansı xəstəliyin qarşısını almaq üçün vacibdir?
A) Askaridoz
B) Teniarinxoz
C) Strongiloidoz
D) Difillobotrioz
E) Opistorxoz
Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
Dostları ilə paylaş: |