95) Malyariya zamanı əsas yoluxma yolu hansıdır?
A) Anopheles cinsindən olan ağcaqanadın dişləməsi
B) Culex cinsindən olan ağcaqanadın dişləməsi
C) Sporozoitlərin transplasentar ötürülməsi zamanı bətndaxili yoluxma
D) Bətndaxili yoluxma
E) Malyariya xəstəliyini keçirmiş şəxslərin qanının köçürülməsi
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
96) Hansı helmintoz peroral antroponoz biohelmintozlar qrupuna aiddir?
A) Exinokokkoz
B) Askaridoz
C) Ankilostomoz
D) Trixosefalyoz
E) Tenioz
Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
97) Aşağıda qeyd olunanlardan hansı ləng infeksiyalara aiddir?
A) Qarın yatalağı
B) Tetanus
C) Vərəm
D) İİV-infeksiya
E) Gənə qayıdan yatalağı
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
98) B viruslu hepatit (BVH) zamanı kəskin formalı xəstə ilə təmasda olan şəxslər qan verməkdən nə vaxta qədər azad edilirlər?
A) BVH xəstələri ilə təmas başa çatana qədər qan verməkdən azad edilirlər
B) Azad olunmurlar
C) Ömürlük azad edilirlər
D) Donorların qanını yüksək həssas metodlarla müayinə etmək imkanı olmadıqda
E) BVH xəstəsinin hospitalizasiyasından sonra 6 ay ərzində
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
99) İİV-infeksiyası zamanı məlum yoluxma yollarından hansı 100% yoluxmaya gətirib çıxarır?
A) Qanın köçürülməsi
B) Qida ilə yoluxma
C) Perinatal infeksiyalaşma
D) Cinsi təmas
E) Qeyri-steril alətlərlə narkotiklərin venadaxili yeridilməsi
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
100) Qida toksikoinfeksiyalarına daxil olan xəstəliklər daha çox nəyin təsirindən baş verir?
A) İmmunoqlobulinlərin təsirindən
B) Bakterial toksinlərin və törədəcinin birgə təsirindən
C) Törədicinin
D) Müxtəlif mənşəli toksinlərin
E) Bakterial toksinlərin
Ədəbiyyat: Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология. Москва, 1989
Dostları ilə paylaş: |