78) Epidemik ocaqda tibbi müşahidənin davam etmə müddəti nə qədərdir?
A) Son dezinfeksiyadan dərhal sonra
B) Xəstə ilə təmasda olmuş şəxslərə immunoqlobulin, vaksin vurulduqdan sonra
C) Xəstə ilə təmasda olmuş şəxslərdə maksimal inkubasiya dövrünün bitməsinə qədər
D) Xəstə hospitallaşdırıldıqdan sonra
E) Təmasda olmuş şəxslərin sayı ilə
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
79) Aşağıda qeyd olunanlardan hansı infeksiyanın yoluxma yollarına aid deyildir?
A) Qida
B) Təmas-məişət
C) Hava-damcı
D) Transmissiv
E) Fekal-oral
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
80) Aspirasion yoluxma mexanizmi ilə yayılan xəstəliklərin səviyyəsinin dövri şəkildə artıb-azalması nədən asılıdır?
A) Yaşayış fondunun vəziyyətindən
B) İqlim şəraitindən
C) Əhali arasında immun təbəqənin həcmindən
D) Nəqliyyat əlaqələrindən
E) Kommunal abadlıqdan
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
Dostları ilə paylaş: |