1087) Hansı xəstəliyin diaqnostikasında qanın membran filtrlərdən süzülməsi istifadə olunur?
A) Leyşmanioz
B) Toksoplazmoz
C) Babezioz
D) Malyariya
E) Filyariidoz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
1088) Afrikadan gələn xəstənin qanında malyariya parazitinin hansı növünün aşkar olunması ehtimalı çoxdur?
A) P.malariae
B) P.vivax
C) P.ovale
D) P.ovale+P.falciparum
E) P.falsiparum
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
1089) Cənubi-Şərqi Aziyadan gələn xəstənin qanında aypara şəklində əyilmiş malyariya paraziti aşkar olunmuşdur. Parazitin hansı növü haqqında düşünmək olar?
A) P.vivax
B) P.malariae
C) P.ovale
D) P.falsiparum
E) P.ovale+P.falciparum
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
1090) Xəstəliyin 10-cu günü xəstədən götürülmüş qanın qalın damlasında bütün görmə sahələri üzüyəbənzər trofozoitlərlə dolmuşdur. Parazitin hansı növü haqqında düşünmək olar?
A) Sadalanlardan hər hansı biri
B) P.malariae
C) P.falsiparum
D) P.vivax
E) P.ovale
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
1091) Kənd əhalisinin malyariyaya görə kütləvi müayinəsi zamanı yığılmış qanın qalın yaxmalarını 5 gün ərzində laboratoriyaya çatdırmaq mümkün olmadıqda nə etmək lazımdır?
A) Heç bir tədbir görməmək
B) Preparatları fiksə etmək
C) Preparatları dehemoqlobinləşdirmək
D) Preparatları soyuducuya qoymaq
E) Preparatları eksikatora qoymaq
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
1092) Malyariya törədicisinin hansı növünün aşkarlanması zamanı parazitemiyanın səviyyəsini və parazitlərin inkişaf mərhələlərini göstərmək lazımdır?
A) Tropik
B) Sadalanlardan hər hansı biri
C) Üçgünlük
D) Dördgünlük
E) Oval
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
1093) Qan yaxmalarının mikroskopiyası zamanı hansı xəstəliyin törədicilərini aşkar etmək olar?
A) loaoz
B) Toksoplazmoz
C) Balantidioz
D) Leyşmanioz
E) Toksokaroz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Dostları ilə paylaş: |