177) Şaquli (vertikal) yoluxma mexanizmi nə zaman mümkündur?
A) İİV-infeksiya zamanı
B) Göyöskürək zamanı
C) Eşerixioz zamanı
D) Dizenteriya zamanı
E) Tulyaremiya zamanı
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
178) Qarın yatalağına görə müayinə məqsədilə xəstəliyin ilk 3 günündə hansı material müayinə edilməlidir?
A) Qan
B) Sidik
C) Tüpürcək
D) Onurğa beyni mayesi
E) Nəcis
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
179) Gənə ensefalitinin təbii ocağında qan sormuş gənəni kənar etdikdən sonra zərərçəkən şəxsə mütləq nə yeritmək lazımdır?
A) Gənə ensefalitinə qarşı vaksin
B) Spesifik immunoqlobulin
C) Bakteriofaqlar
D) Antibiotiklər
E) Antitoksik zərdab
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |