olmayan bronxial
adenomanın xoş- və ya bədxassəli şiş kimi
davranacağı naməlum olmadığı üçün ona /1 davranış kodu təyin
edilmişdir. “Metastatik adenokarsinoma, ƏGO” 8140/6 koduna
malikdir. XBT-O-nun r
əqəmli siyahısı və ya əlifba siyahısı
indeksind
ə göstərilməsə də, 8140/9 da matriksin tərkib hissəsidir.
Əgər klinik və ya patoloji qeydlərdə “birincili və ya metastatik
olduğu bəlli olmayan ağciyər adenokarsinoması” diaqnozu qeyd
edilirs
ə, bu 8140/9 kimi kodlaşdırıla bilər. Əvvəldə də qeyd edildiyi
kimi x
ərçəngin qeydiyyatını aparan şəxs bu koddan istifadə etmir,
çünki normada
yalnız /2 (in situ) və /3 (bədxassəli yenitörəmə,
birincili nahiy
ə) kodlarına uyğun gələn törəmələr registrə daxil edilir.
İkinci misalda (B) dörd simvollu 9000 nömrəli morfoloji kodun
altında üç termin sadalanıb. “Brenner şişi, ƏGO”, adətən, xoşxassəli
olur, ona gör
ə də 9000/0 kimi qeyd edilir. Əgər “bədxassəli Brenner
şişi” diaqnozundan istifadə edilmişsə, bu zaman bu şişi 9000/3 kimi
kodlaşdırmaq düzgündür. Analoji olaraq “malıqnantlığı qeyri-
mü
əyyən olan Brenner şişi” 9000/1 kimi kodlaşdırılır. 9000/2,
9000/6 v
ə 9000/9 kodları XBT-O-da qeyd edilmir. Ehtiyac olduqda
onlardan istifad
ə oluna bilər. Məsələn, “in situ Brenner şişi”
mü
əyyən edilərsə, 9000/2 kodu tətbiq oluna bilər.
Üçüncü misalda
yalnız bir termin, “xordoma” qeyd edilir.
Xordoma, ad
ətən, bədxassəli olur və ona görə də morfoloji kodu
9370/3
olmalıdır. 9370 matriksində digər kodlar da vardır və ehtiyac
olarsa, istifad
ə edilə bilər. Məsələn, XBT-O-da qeyd edilməsə də
“xoşxassəli xordoma” müəyyən edildikdə, o, 9370/0 kodlaşdırılır.
Qeyd etm
ək lazımdır ki, bəzi mümkün kombinasiyalar yəqin ki,
mövcud deyil, yaxud da q
əbul edilməyib və təsvir olunmayıb.
M
əsələn, “xoşxassəli sarkoma” termini mövcud konsepsiyalara zidd
olardı.
Ad
ətən, histoloji termin aydın şəkildə şişin davranışını, yəni xoş-
v
ə ya bədxassəli olmasını özündə əks etdirir və bu, XBT-O-da həmin
şiş üçün təyin edilmiş davranış kodu vasitəsilə də qeyd edilir. XBT-
O-da
yalnız in situ şişlərinin bir neçə histoloji növü qeyd edilir. Əgər
in situ tör
əmə aşkar edilərsə, XBT-O-3-də verilən istənilən dörd
simvollu koda /2
davranış kodunu əlavə etmək mümkündür. Qeyd
edilm
əlidir ki, matriks sistemi şişin xoşxassəli, bədxassəli, in situ və
29
ya
xoş- və ya bədxassəliliyi məlum olmayan kimi müəyyən
edilm
əsində yekun rəyi patoloqa vermişdir.
Burada t
əyin edilən davranış kodu patoloqun fikrincə həmin
tör
əməyə ən çox xas olan davranış kodunu göstərir. Əgər patoloq
XBT-O-da göst
ərilmiş kodla və ya konkret bir halda təyin edilən
kodla
razı deyilsə, onu dəyişə bilər. Məsələn, süd vəzi giləsinin
Pedcet x
əstəliyi XBT-O-da bədxassəli xəstəlik kimi qeyd edilir. Son
vaxtlarda b
əzi patoloqlar nəzərə çarpan şiş kütləsinin olmaması
hallarında bu patologiyanı in situ hesab etməyə başlamışlar. Belə
olduğu halda şiş in situ olaraq qeyd edilir və müvafiq şəkildə
kodlaşdırılır.
Dostları ilə paylaş: