Az
ərbaycan Respublikasi Təhsil Nazirliyi
Bakı İdarəetmə və Texnologiya Kolleci
“Bazar iqtisadiyyatının əsasları”
f
ənninin
PROQRAMI
040401 Mühasibat uçotu
Az
ərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı İdarəetmə və Texnologiya Kollecinin
Metodiki şurasının 15 sentyabr 2017-cı il
tarixli iclasının qərarı ilə təsdiq edilmişdir.
(
Protokol № 1)
Bakı 2017
T
ərtib etdi:
Bakı İdarəetmə və Texnologiya
Kollecinin f
ənn müəllimi
Abdulova Gülnarə Fazil
Redaktor:
Bakı İdarəetmə və Texnologiya
Kollecinin f
ənn müəllimi
Nuriyeva Nabad M
əhrəddin
R
əy verənlər:
Bakı İdarəetmə və Texnologiya
Kollecinin f
ənn müəllimi
Zeynalova Reyhan Feyruz
İZAHAT VƏRƏQƏSİ
Bazar iqtisadiyyatı mövcud olan iqtisadi sistemlərin ən geniş yayılanıdır . Bazar
iqtisadiyyatı azad sahibkarlıga və mülkiyyət çoxnövlüyünə əsaslanır və bazar tələblidir. Yəni
iqtisadiyyat bazar üçün işləyir . Bazar tarixən bazar iqtisadiyyatından əvvəl meydana
g
əlmişdir.Bazar tələb və təklifin məcmusudur.Bazar alıcılarla satıcılar arasında yaranan
iqtisadi münasibətlərin məcmusudur və iqtisadi kateqoriyadır. Bazar əsasən tədavül sferası
v
ə alqı-satqı ilə bağlıdır. Bazar iqtisadiyyatı isə daha geniş və əhatəlidir. Bazar iqtisadiyyatı
istehsal, istehlak, mübadilə və bölgü sahələrini əhatə edir. İqtisadi sistem kimi bazar
iqtisadiyyatının formalaşması
kapitalizm c
əmiyyətində baş vermişdir. Bazar iqtisadiyyatı
kapitalizmin iqtisadi
əsasını təşkil edir. Buna görə də
ABŞ iqtisadçıları “bazar iqtisadiyyatı-
kapitalizm” ifadəsini işlədirlər. Bazar iqtisadiyyatı bütün iqtisadi məktəblər və cərəyanlar
t
ərəfindən öyrənilmiş və indi də öyrənilir. Bazar iqtisadiyyatının nəzəri əsasları klassik
siyasi iqtisadın baniləri A.Smit D.Rikardo, K.Marks. və s. tərəfindən yaradılmış
v
ə müasir
iqtisadi m
əktəblər tərəfindən daha da
inkişaf etdirilir.Beləliklə,bazar iqtisadiyyatının əsas
əlamətləri bunlardır: 1)Xüsusi mülkiyyətin inkişafı , 2)Sahibkarlığın azadlığı və maddi
m
əsuliyyət, 3)İqtisadi rəqiblərin azad seçilməsi ,4)Dövlətin iqtisadiyyata minimum müdaxiləsi
.
Bir sözlə, bazar iqtisadiyyatının əsas məqsədi daha çox iqtisadi fayda və mənfəət
əldə etməkdir. Bu məqsədə nail olmaq üçün həm univesitetlərdə, həm də kolleclərdə
“Bazar iqtisadiyyatının əsasları” fənni tədris edilir. Fənnin tədrisinə ayrılan saatların
miqdarı 60 saatdır. Tədris planına uyğun olaraq 30 saat mühazirə, 30 saat isə məşğələ
üçün nəzərdə tutulmuşdur.
MÖVZULAR ÜZRƏ SAATLARIN PAYLANMASI
№
Mövzuların adları
Mühazirə Seminar
1.
Bazar iqtisadiyyatının əsasları fənninin predmeti. Mahiyyəti və
yaranması
2
2
2.
Bazar iqtisadiyyatına keçidin zəruriliyi və onun əsas
xüsusiyyətləri
2
2
3.
Bazar iqtisadiyyatının modelləri və Azərbaycan üçün bazar
iqtisadiyyatı modelinin seçilməsi
2
2
4. Bazar v
ə bazar iqtisadiyyatı. Bazarın meydana gəlməsi
2
2
5. Bazar v
ə ticarət
2
2
6.
Bazar tarazlığı.Tələb və təklif
2
2
7. Marketinq v
ə onun fəaliyyəti
2
2
8. Bazar infrastrukturu v
ə onun iqtisadiyyatda rolu
2
2
9. Birja,yarmarka v
ə auksionların fəaliyyəti
2
2
10.
Bazar iqtisadiyyatında mülkiyyətin növü və formaları
2
2
11.
Dövlətsizləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmənin
xüsusiyyətləri
2
2
12. T
əsərrüfat fəaliyyətinin əsas formaları
2
2
13.
Bazar iqtisadiyyatının inkişafında rəqabətin mahiyyəti və rolu
2
2
14.
İqtisadiyyatda inhisarçılıq, inhisar formaları
2
2
15.
Bazar iqtisadiyyatında istehsal və istehsal xərcləri
2
2
C
əmi: 60 saat
MÖVZULAR VƏ ONLARIN İZAHI
Mövzu 1. Bazar iqtisadiyyatının əsasları fənninin predmeti. Mahiyyəti və
yaranması - 4 saat
Bazar iqtisadiyyatı və onun genetik əsasları. Natural təsərrüfat və əmtəə təsərrüfatı.
Natural t
əsərrüfatın əsas xüsusiyyətləri. Natural təsərrüfatın əsas xarakterik cəhətləri.
Əmtəə təsərrüfatı haqqında. Əmtəə və onun xassələri. Əmtəə istehsalının formaları. Əmtəə
t
ədavülü və pulun meydana gəlməsi.
Mövzu 2. Bazar iqtisadiyyatına keçidin zəruriliyi və onun əsas xüsusiyyətləri
- 4 saat
Bazar iqtisadiyyatının mahiyyəti. Bazar iqtisadiyyatının əsas cəhətləri. Bazar
iqtisadiyyatının əsas obyektləri. Bazar iqtisadiyyatının əsas subyektləri. Bazar iqtisadiyyatının
müsbət və mənfi cəhətləri. İnzibati–amirlik sistemindən bazar iqtisadiyyatına keçidin zəruriliyi və
yolları. Keçid dövründə Azərbaycanda bazar iqtisadiyyatının formalaşmasının təşkili.
Mövzu 3. Bazar iqtisadiyyatının modelləri və Azərbaycan üçün bazar iqtisa-diyyatı
modelinin
seçilməsi – 4 saat
Bazar iqtisadiyyatının tipləri. Azad sahibkarlığa və azad rəqabətə əsaslanan bazar
iqtisadiyyatı. Azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatı. Qarışıq bazar
iqtisadiyyatı. Bazar iqtisadiyyatı modelinin növləri:
Liberal model
Sosial
yönümlü bazar iqtisadiyyatı modeli
sosial-demokrat model
Bazar
iqtisadiyyatı modellərinin əsas xüsusiyyətləri .Sosial yönümlü bazar iqtisadiyyatı
v
ə Azərbaycan.
Mövzu 4. Bazar və bazar iqtisadiyyatı. Bazarın meydana gəlməsi – 4 saat
Bazar v
ə onun fəaliyyət mexanizmi. Bazarın mahiyyəti. Bazarın meydana gəlməsinin
s
əbəbləri. Bazarın növləri. İstehlak malları bazarı. İstehsal vasitələri bazarı. Əmək bazarı.
Valyuta bazarı. Bazarın əsas tipləri. Azad bazar. Qeyri- leqal bazar. Tənzimlənən bazar.
T
ənzimlənən bazarın əsas cəhətləri. Azad bazarın əsas əlamətləri. Qeyri- leqal bazarın
xüsusiyyətləri.
Mövzu 5. Bazar və ticarət - 4 saat
Bazar iqtisadi sistemind
ə ticarətin təşkili. Ticarətin mahiyyəti .Ticarətin formaları.
P
ərakəndə satış ticarəti. Topdan satış ticarəti. Daxili ticarət və xarici ticarət. İdxal və ixrac
əməliyyatları. Azərbaycanın beynəlxalq ticarətdə iştirakı. Dünya ölkələri ilə ticarət
münasibətləri. Beynəlxalq ticarəti şərtləndirən əsas amillər .
Mövzu 6. Bazar tarazlığı.Tələb və təklif – 4 saat
T
ələb. Tələbə təsir edən amillər. Qiymət amilləri və qeyri - qiymət amilləri. Tələb
qanunu. T
ələbin elastikliyi. Tələbin qeyri - elastikliyi. Tarazlıq nöqtəsi. Fərdi və bazar tələbi.
T
əklif. Təklifə təsir edən amillər. Təklifə təsir edən qiymət və qeyri - qiymət amilləri. Təklifin
elastikliyi v
ə qeyri - elastikliyi. Qiymətin əmələgəlmə mexanizmi. Bazar tarazlığı.
Mövzu 7. Marketinq və onun fəaliyyəti – 4 saat
Marketinqin yaranma s
əbəbləri. Marketinqin əsas vəzifələri. Marketinqin prinsipləri.
Marketinqin strategiyası . Marketinqin taktikası. Müasir marketinqin əsas funksiyaları .
Marketinqin anali
tik funksiyası . Marketinqin istehsal funksiyası . Marketinqin satış funksiyası
. İdarəetmə və nəzarət funksiyası . Marketinq tədqiqatının məqsədi.
Mövzu 8. Bazar infrastrukturu və onun iqtisadiyyatda rolu – 4 saat
İnfrastruktur termininin mənası. İnfrastrukturun növləri . İstehsal infrastrukturu .Sosial
infrastruktur . Bazar infrastrukturu . Müasir bazar infrastrukturunun əsas elementləri . Bazar
infrastrukturunun iqtisadiyyatda rolu.
Mövzu 9. Birja ,yarmarka və auksionların fəaliyyəti – 4 saat
Birj
anın mahiyyəti . Birjanın təşkili . Birjanın növləri . Əmək birjası. Fond birjası. Valyuta
birjası. Qiymətli kağızlar birjası .
Broker v
ə diller fəaliyyəti . Yarmarkaların yaranması və təşkil . Auksionların mahiyyəti .
Auksionların təşkili . Auksionların növləri :
Könüllü auksion
M
əcburi auksion
Mövzu 10. Bazar iqtisadiyyatında mülkiyyətin növü və formaları – 4 saat
Mülkiyyət iqtisadi və hüquqi kateqoriya kimi . Mülkiyyət hüququ . Mülkiyyətin obyektləri .
Mülkiyyətin subyektləri . Mülkiyyətin əsas formaları . Dövlət mülkiyyəti, xüsusi mülkiyyət və
b
ələdiyyə mulkiyyəti . Mülkiyyətin iqtisadi reallaşdırılması. Mülkiyyət formalarında sahib olma
,istifad
ə etmə və sərəncam vermə xüsusiyyətləri .
Mövzu 11. Dövlətsizləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmənin
xüsusiyyətləri – 4 saat
Dövlətsizləşdirmənin mahiyyəti . Dövlətsizləşdirmə - dövlətin iqtisadiyyatda hədsiz
rolunun azaldılması istiqamətində aparılan islahat kimi. Dövlətsizləşdirmənin dörd üsulu
haqqında .Özəlləşdirmənin yaranması. Özəlləşdirmə və dövlətsizləşdirmənin oxşar və fərqli
c
əhətləri . Azərbaycanda özəlləşdirmənin başlıca məqsədi. Azərbaycanda özəlləşdirmənin
dörd əsas mərhələsi.
Mövzu 12. Təsərrüfat fəaliyyətinin əsas formaları – 4 saat
T
əsərrüfat fəaliyyətinin əsas formaları:
Sahibkarlıq
Biznes
Kommersiya
Marketinq
Menecment v
ə s.
Sahibkarlığın iqtisadi mahiyyəti. Sahibkarlıq fəaliyyətinin növləri. İstehsal sahibkarlığı.
Kommersiya
sahibkarlığı, maliyyə sahibkarlığı və innovasiya sahibkarlığı. Biznes və onun
mahiyy
əti. Biznesin funksiyaları.Muasir marketinqin əsas funksiyaları. Marketinqin vəzifələri və
prinsipl
əri .Menecmentin mahiyyəti. Menecmentin vəzifələri. Kommersiya - ticarət sahibkarlığının
bir
növü kimi. Kommersiya və ticarət.
Mövzu 13. Bazar iqtisadiyyatının inkişafında rəqabətin mahiyyəti və rolu
– 4 saat
R
əqabətin mahiyyəti. Bazar münasibətləri şəraitində rəqabət mexanizmi. Müasir şəraitdə
r
əqabətin inkişafı. Azad rəqabətin formaları. Sahədaxili rəqabət və sahələrarası rəqabət.
R
əqabətin tipləri. Təkmil rəqabət qeyri - təkmil rəqabət. Təkmil rəqabət bazarı və onun
effektivliyi. Qeyri - t
əkmil rəqabət bazarı və bazar hökmranlığ. Qeyri - təkmil rəqabət bazarının
növləri. Xalis inhisar,oliqopoliya və inhisarçı rəqabət.
Mövzu 14. İqtisadiyyatda inhisarçılıq, inhisar formaları – 4 saat
İqtisadiyyatda inhisarçılıq.İnhisarçılığın sosial-iqtisadi nəticələri. İnhisarın formaları:
Kapital
Sindikat
Trest
Konsern f
əaliyyəti. Dövlətin inhisarçılığa qarşı mübarizəsi. Antiinhisar siyasəti.
Mövzu 15. Bazar iqtisadiyyatında istehsal və istehsal xərcləri – 4 saat
Bazar iqtisadiyyatında istehsalın təşkili. İstehsal amilləri. Əmək vasitələri,əmək
predmeti,
əmək ehtiyatları.Şəxsi və maddi amillər. İstehsal xərcləri haqqında.İstehsal xərclərinin
növləri. Daxili xərclər və xarici xərclər.
ƏDƏBİYYAT
1.
A.Əliyev , A.Şəkərəliye”Bazar iqtisadiyyatına keçid” 2002.
2. V.Niftulla
yev “Sahibkarlıgın Əsasları “ Bakı- 2002.
3.
S.İbadov”İqtisadiyyat” Bakı- 2008.
4.T.V
əliyev,N.Məmmədov” İqtisadiyyatın Əsasları”2008.
5 .T.V
əliyev,Ə.Babayev , M. Meybullayev” İqtisadi Nəzəriyyə” 2001
6 .
A.Əsədov, D .Vəliyev ”Beynəlxalq İqtisadiyyat” Bakı-2012.
7 .
Ç.Abbasov ”Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya yolları” Bakı-2005.
8 .
Ş.Qafarov ”Müasir iqtisadi sistem və qloballaşma” Bakı-2005.
9 .Q.Abbasov
”Bazar iqtisadiyyatının əsasları” Bakı-1994.
10.Q.Manafov
”Bazar iqtisadiyyatı nəzəriyyəsinə giriş”
11.A.M
əmmədov ”Marketinqin Əsasları” Bakı-2007
12.Filip Kotler
”Marketinqin Menecmenti” (tərcümə) Bakı-2010.
Bakı İdarəetmə və Texnologiya
Kollecinin
müəllimi Abdulova
Gülnarə Fazil qızının “Bazar
iqtisadiyyatının əsasları” dərs
p
roqramına
RƏY
“Bazar iqtisadiyyatının əsasları” fənninin proqramı təhsil konsepsiyasına uyğun şəkildə
hazırlanmışdır. Proqramda mövcud standart və tədris planına uyğunluq əsas götürülmüşdür.
Proqram orta ixtisas m
əktəbləri üçün nəzərdə tutulmuşdur. “Bazar iqtisadiyyatının əsasları”
f
ənni həm kolleclərdə, həm də universitetlərdə tədris olunur. Bu fənnin tədris olunması
t
ələbələrin bazar iqtisadi sistemi haqqnda biliklərinin artmasına səbəb olur. Belə ki, “Bazar
iqtisadiyyatının əsasları” fənninin tədris olunmasında əsas məqsəd tələbələrin bazar
iqtisadiyyatının formaları, prinsipləri və mahiyyəti ilə bağlı biliklərini çoxaltmaqdan ibarətdir.
Müstəqil Azərbaycan dövləti sosial yönümlü açıq bazar iqtisadiyyatı qurmaq yolunu əsas
götürmüşdür. Bu məqsədlə də respublikamızda bu sahədə bir çox islahatlar həyata
keçirilmişdir.
Müəllim Abdulova Gülnarənin tərtib etdiyi proqramda mövzular məntiqi ardıcıllıqla
əlaqələndirilməklə bazar iqtisadi sisteminin mövcud vəziyyəti və perspektivləri ilə aydınlaşdırılır.
T
ədris proqramının “Bazar iqtisadiyyatının əsasları” fənnini tam əhatə etdiyini nəzərə alaraq
onun d
ərc olunmasını məqsədəuyğun hesab edirəm.
Bakı İdarəetmə və Texnologiya
Kollecinin müəllimi
Zeynalova Reyhan Feyruz
Dostları ilə paylaş: |