AZƏRBAYCAN RESPUBLİKASI BAKI ŞƏHƏRİ AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
FƏNN: Maşın və mexanizmlər nəzəriyyəsi
LABORATORİYA İŞİ
FAKÜLTƏ: Nəqliyyat və logistika QRUP: 580a2 TƏLƏBƏ: Yusifli Elnur MÜƏLLİM: İsmayilova Şəbnəm
Mexanizmlərindinamikası,onun əsas problemləri.Mexanizmətəsiredənqüvvələr.Sürtünmənin təbiətivəonunnövləri. Fundamental nöqteyi-nəzərdən mexanizmlərin dinamikasında iki məsələ həll olunur.
Məlum hərəkət qanununa görə verilmiş mexanizmdə yaranan qüvvələrin təyin edilməsi. Bu məsələyə mexanizmin qüvvə analizi və ya kinetostatikanalizideyilir. Mexanizmlərə təsir edən qüvvələr onun bəndlərinin və kinematik cütlərinin möhkəmliyini hesablamaq, iş qabiliyyətini qiymətləndirmək üçün lazımdır.
Verilmiş mexanizmə təsir edən məlum xarici qüvvələrin təsiri altında həmin mexanizmin hərəkət qanununun təyin edilməsi. Bu məsələyə adətən, mexanizmin dinamik analizideyilir.
Mexanizmlərin qüvvə analizi analitik həll baxımından, xətti tən- liklər sisteminin həllinə gətirildiyi halda, dinamik analiz diferensial tənlik və ya tənliklər sisteminin həlli ilə bağlıdır və ona görə də birinci məsələyə nisbətən xeyli mürəkkəbdir.
Mexanizmlərin bəndlərinə təsir edən qüvvələr müxtəlif xarakterli ola bilər. Məsələn, daxiliyanma mühərriyində və kompressorda por- şenə təsir edən qüvvə onun vəziyyətindən, sərinləşdiricinin pərinə təsir edən qüvvə sürətdən, betonqarışdırıcı qurğuda beton məhlulu- nun müqavimət qüvvəsi isə zamandan asılı olur.
Maşın və mexanizmlər nəzəriyyəsində mexanizmlərə təsir edən qüvvələri aşağıdaki kimi qruplaşdırmaq daha əlverişlidir.
Hərəkətverici və müqavimət qüvvələri. Ümumiyyətlə hərəkət- verici qüvvələrin gücü müsbət, müqavimət qüvvəsinin gücü isə mənfi olur. Lakin, bəzi dövri mexanizmlərdə hərəkətverici qüvvənin gücünün işarəsi dəyişir. Ona görə də həmin qüvvənin hərəkətverici və ya müqavimət qüvvəsi olması, onun bir tsikl ərzində orta gücünün işarəsinə görə müəyyənləşdirilir. Məsələn, daxiliyanma mühərriyində qazların təsir qüvvəsinin gücü işçi taktda müsbət olduğundan hərəkətverici, sıxma taktında isə mənfi olduğundan müqavimət qüvvəsi olur. Ancaq tsikl ərzində bu qüvvənin gördüyü iş müsbətdir, deməli orta gücü də müsbətdir, ona görə də hərəkətvericidir. Müqavimət qüvvələri özləri də iki yerə ayrılırlar: xeyirlivəzərərli
müqavimət qüvvələri. Xeyirli müqavimət qüvvələri bilavasitə texnoloji prosesin yerinə yetirilməsi prosesində yaranırlar (məsələn, torna dəzgahında yonganın çıxarılması zaman yaranan kəsmə qüvvəsi, yükqaldıran mexanizmdə yükün ağırlıq qüvvəsi və s.).
Zərərli müqavimət qüvvələri isə adətən sürtünmə qüvvələri şəklində yaranırlar və bunları tamamilə aradan qaldırmaq mümkün deyil.
Ətalətqüvvələri.Bu qüvvələri sonrakı mövzularda ətraflı nəzərdən keçirəcəyik. Müasir maşınlar yüksək məhsuldarlığa malik olduqları üçün həm də xeyli sürətli olurlar. Ətalət qüvvələri isə sürətin kvadratı ilə düz mütənasib olduqlarından, onların möhkəmlik hesabında nəzərə alınması çox vacibdir. Bundan əlavə, həmin qüvvələr periodik olduqlarından və son nəticədə mütləq dayağa
ötürürüldüyündən, bütövlikdə mexanizmin vibrasiyasına gətirib çıxarırlar. Ona görə də yüksək sürətli maşınlarda ətalət qüvvələri mütləq tarazlaşdırılmalıdırlar.
Ağırlıq qqüvvələri təxminən sabit qəbul oluna bilərlər. Qeyd olunmalıdır ki, bu qüvvələrin mexanizmin tam dövrü ərzində gördü- yü iş sıfra bərabərdir.