Misir və İordaniya ərazilərindən keçən ərəb terrorçularının basqınları, Şimali Qalileya da kənd təsərrüfatı ilə məşğul olan yaşayış məntəqələrinin Suriya artilleriyası tərəfindən durmadan atəşə tutulması və qonşu ərəb dövlətlərində iri hərbi bazaların yaradılması təhlükəli vəziyyət yaradırdı. 1967-ci ilin mayındaMisir BMT -nin 1957-ci il tutduqları mövqeləri tərk etməyə məcbur edərək yenidən Sinay yarımadasına böyük hərbi birləşmələr yeritdi, Tiran boğazını blokadaya aldı və İordaniya ilə hərbi ittifaq bağladı. Ərəb orduları bütün cəbhələrdən İsrail sərhədlərinə cəmləşdirildi.
5 İyun səhər, 200 İsrail qırıcı, bombardımançı təyyarəsi Misir , İordaniya və Suriya qoşunlarının onun sərhədləri boyu artırılmasından sonra Misir aviabazalarına hücuma keçir. İsrailin göndərdiyi saxta radio siqnallara görə Misirlilər vəziyyətdən xəbərləri olmur. Bir neçə saat ərzində ən böyük və müasir hava qüvvələri məhv edildi. Nəticədə, İsrail ordusu Sinay yarımadasında və Qəzzə bölgəsində Misir ordusu ilə üzləşir. İsrail BMT -dən İordaniya kralı Hüseyinə müharibədən kənarda qalmaqları mesajını verir. Misirin yalançı müvəffəqiyyətinin xəbərini aldıqdan sonra İordaniya qoşunları Qüdsdəki (Yerusəlim) BMT müşahidəçiləri tərəfindən qərargah kimi istifadə edilən Hökumət Palatasını ələ keçirmək üçün hücuma keçir. Onlar həmçinin İsrailin Qüdsdəki və Təl Əvivdəki mövqelərini bombalamağa başladılar.
1973-cü ildə Yəhudilərin müqəddəs günü "Yom Kipur"a təsadüf edən 6 oktyabrda Misir Süveyş kanalından, Suriya isə Qolan yüksəkliklərindən İsrailə hücum etdi. İsrail və Misir əvvəl atəşkəs, sonra isə 1974-cü ildə sülh müqaviləsi imzaladı. Eyni ildə İsrail ilə Suriya arasında da atəşkəs təmin olundu. Bölgəyə BMT-nin sülhməramlıları yerləşdirildi. Bu müharibə nəticəsində İsrail 1979-cu ildə Sinay yarımadasından geri çəkilməyi qəbul edərək Misir ilə Kemp Devid müqaviləsini imzaladı. Bununla da İsrail ilk dəfə olaraq bir ərəb dövləti ilə sülh müqaviləsi bağlamış oldu.