62
ġAMAXININ QƏTLĠAMI
Jurnalist Famil Abbasovun qeydləri. Hər əsrdə ġamaxının qismətinə bir
dəhĢətli, dağıdıcı zəlzələ düĢüb. ġamaxı, ətraf kəndlər viranəyə çevrilib, yerlə
yeksan olub. Hətta bu müsibətlər eldə məsələ dönüb – “ġamaxı batan kimi...”
Ancaq ġamaxı həmiĢə fələyin gərdiĢinə mərdanəliklə sinə gərib, xarabalıqlar
arasından yenidən düzəlib, əvvəlkindən də qəddi-qamətli olub, qüruru, əzəməti ilə
qibtə doğurub. 1670-ci ildə ġamaxıya gəlmiĢ Hollandiya səyyahı Yan Streys
heyrətlə yazırdı: “Məni ən çox təəccübləndirən budur ki, Ģəhər əsasına qədər
dağılmasından və adamsız qalmasından heç üç il də keçmədiyi halda yenidən bərpa
olunmuĢdur... 1667-ci il zəlzələsi kimi güclü zəlzələ hələ heç kimin yadına gəlmir.
Əvvəlcə çox güclü olan bu zəlzələ düz üç ay davam etmiĢdir. HesablamıĢlar ki, bu
dəhĢətli dağıntı zamanı qadınlar, uĢaqlar, nökərlər nəzərə alınmazsa, Ģübhəsiz 80
min nəfərdən çox silah oynatmağa qadir kiĢi həlak olmuĢdur”.
Bəli, bu ġamaxıdı. Tarixlər boyu mərhumiyyətlər görən, ancaq həmiĢə
baĢını dik tutan, qürurunu pozmayan, təbiətin qəzəbinə tuĢ gələndə belə ilk
növbədə əli silah tutan, qeyrətinin, Ģərəfinin müdafiəçisi olan oğullarının hesabını
aparan ġamaxı... 1918-ci ilin martı isə özgə bir müsibət idi. ġamaxılılar ocaqlarının
baĢında isti yer verdikləri ermənilərin fitnə-fəsadı, məkri qarĢısında naəlac
qalmıĢdılar. 1902-ci ilin dəhĢətli zəlzələsinin dağıntılarından, ölüm-itimindən
özünə gəlməyə macal tapmamıĢ yeni bir müsibətə düçar olmuĢdular. O müdhiĢ
günlərdə ġamaxı məĢhər ayağındaydı. Tarixin bütün sınaqlarından mərdanə çıxan
bu qədim diyar namərd körpüsündəydi. Az sonra S.ġaumyan V.Ġ.Leninə müjdə
teleqramı vuracaq ki, “1918-ci ilin yazında Bakı proletariatının yardımı və
zəhmətkeĢlərin fəal iĢtirakı ilə ġamaxı sovet Ģəhərinə çevrildi”. Bəs həqiqətdə
ġamaxıda nə baĢ vermiĢdi? Suala cavab tapmaq üçün Mərkəzi Dövlət Arxivində
saxlanılan sənədlərə müraciət edəcəyik. Ġttihamçı arxiv materialları olacaq...
1918-ci ilin yazında bolĢeviklər Bakını az qala baĢdan-baĢa hərbi
kazarmaya çevirmiĢdilər. Milliyyətcə erməni olan T.N.Korqanovun sədrlik etdiyi
Qafqaz Hərbi Ġnqilab Komitəsi Bakıda yerləĢirdi. Qırmızı qvardiya və Xəzər
donanması Bakı Sovetinə tabe idi. Cəbhədən qayıdan 8 min erməni əsgərini burada
saxlatdıran S.ġaumyan 20 minlik bir orduya malik idi. Bu ordu artıq qısa müddətdə
Azərbaycan paytaxtında kütləvi qırğınlar, talanlar törətməkdə ad çıxarmıĢdı, 13
mindən çox günahsız azərbaycanlını qətlə yetirmiĢdi. Ancaq ġaumyanla Bakı
qarnizonunun rəisi Bağdasar Avakyanın məqsədi bütünlükdə Azərbaycanı qan
gölündə boğmaq idi və onlar Amazaspın komandanlığı altında bir erməni qoĢun
birləĢməsinin Quba, Lalayevin komandanlığı altında digər bir erməni birləĢməsinin
ġamaxı istiqamətinə göndərilməsi barədə əmr verdilər...
Xarici iĢlər naziri M.Hacınskinin Azərbaycan hökumətinə 15 iyul 1918-ci
il tarixli məruzəsindən:
63
-
Dörd aydır ki, Azərbaycanın müxtəlif əraziləri bolĢevik adı altında
erməni bandaları tərəfindən talan edilir, dinc müsəlman əhalinin həyatı
görünməmiĢ vəhĢiliklərə məruz qalır. Avropanın ictimai fikri isə həmin bandaların
təĢkilatçılarının yaydıqları yanlıĢ məlumatlar sayəsində tamamilə səhv mövqeyə
yönəldilir. Odur ki, xüsusi istintaq komissiyasının yaradılması vacibdir.
Həmin komissiya aĢağıdakı vəzifələri yerinə yetirməlidir:
-
Bütün zorakılıq hallarının dəqiq qeydiyatı;
-
Həmin zorakılıqların haĢ vermə Ģəraiti;
Günahkarların və dəymiĢ ziyanın həcminin müəyyənləĢdirilməsi.
Komissiya fövqəladə xarakter daĢımalıdır və onun iĢi Avropa dillərində
(rus, fransız, alman və əlbəttə ki, türk dillərində) yayılmalıdır.
TanıĢ ssenaridir. Ermənilər qırğın törədirlər. Ancaq elə təbliğat aparırlar
ki, dünya ictimaiyyəti onu təqsirli bilmir, əksinə, məzlum, yazıq, əzabkeĢ xalq kimi
tanıyır. Bu, ermənilərin təxminən 200 illik bir tarixə malik fəaliyyət proqramıdır və
həmin proqram bu gün də iĢləyir.
Xarici iĢlər nazirinin məruzəsində xahiĢ edilirdi ki, həmin komissiya təcili
təĢkil edilməlidir. Çünki isti izlərlə çox Ģeyi aydınlaĢdırmaq, istintaq aparmaq,
fotoçəkiliĢlər etmək, digər inkaredilməz sübutlar tapmaq mümkündür. Vaxt ötsə,
bu imkan əldən çıxa bilər. Cavab tez verildi. F.Xoyski 31 avqust 1918-ci il tarixdə
Fövqəladə Ġstintaq Komissiyası yaradılması barədə sərəncam imzaladı. 7 nəfərdən
ibarət komissiyada 3 nəfər rus hüquqĢünası təmsil olunurdu. Həmin komissiya qısa
vaxtda çox iĢ gördü. Bir neçə aydan sonra ilkin nəticələr hazır idi.
Mühüm iĢlər üzrə məhkəmə müstəntiqi Komarovskinin müttəfiq
qoĢunların komandanına məruzəsindən:
- Bakı Ģəhərində Ģahidlərin dindirilməsi göstərdi ki, Lalayev bu il martın
19-da erməni əsgərlərinin Nikolayevski (indiki Ġstiqlal) küçəsindəki hücumlarında
fəal iĢtirak edib. Onun baĢçılığı ilə erməni əsgərləri evlərə soxularaq dinc, silahsız
müsəlmanları qətlə yetirmiĢlər. ġahidlərin ifadələrinə görə Azərbaycan - türk
qoĢunlarının Bakıya gəliĢindən sonra öz dəstəsi ilə birlikdə Petrovsk (Mahacqala)
Ģəhərinə qaçan Stepan Lalayev sistemli Ģəkildə fars təbəəsi olan müsəlmanları qətlə
yetirmiĢdir.
850 nəfərə yaxın müsəlman “Poseydon” gəmisində Petrovska golmiĢdi.
“Kornilov” gəmisindəki yanğına görə onlar 3 gün reydə dayanmağa məcbur
olmuĢlar. Dördüncü gün qocalar, qadm və uĢaqlar “Evelina” gəmisində Bakıya
göndərilib. Təxminən 18-45 yaĢında olan 750 müsəlman Pctrovska düĢürdülüb.
Yazıq müsəlmanlar əsasən məscidlərdə, imkanı olan az bir qismi isə mehmanxana
və Ģəxsi evlərdə yerləĢdirilib. Stepan Lalayevin, Ruben Ağamalyantsın və
baĢqalarının baĢçılığı altında erməni əsgərləri gündə bir neçə dəfə onların yanına
gələrək hər dəfə də 10-15 adamı ya həbsxanaya götürüblər, ya da Ģəhər kənarındakı
bağa apararaq dəhĢətli iĢgəncələrlə öldürüblər. Onlar 8-10 nəfəri bir-birinə
bağlayaraq mərcləĢirmiĢlər ki, kimin tüfəngi bir dəfəyə daha çox müsəlman öldürə
64
bilər. Ya da müsəlmanları zəncirvari əl-ələ bağlayıb kənardakından baĢlayaraq
baĢdan, qarından və sinədən endirilən zərbələrlə bir-birinin ardınca öldürürmüĢlər.
Bəzilərini isə iki-iki üz-üzə bağlayaraq baĢlarını bir qılınc zərbəsi ilə kəsməyə cəhd
etmiĢlər. Türk qoĢunları Petrovska gələndən sonra axırıncı üsulla öldürülən, bir-
birinə bağlı çoxlu belə cəsədlər aĢkar etmiĢlər. ġahidlərin ifadəsinə görə öldürülən
müsəlmanların cəsədləri tanınmaz hala salınıbmıĢ. Ancaq türk qoĢunlarının gəliĢi
nəticəsində sağ qalmıĢ müsəlmanların dediklərindən məlum olur ki, həbsxanada da
çoxlu vəhĢicəsinə tanınmaz hala salınmıĢ müsəlman cəsədləri aĢkar edilmiĢdir.
Məlum olmuĢdur ki, həbsxanaya aparılan müsəlmanlar da kütləvi halda qətlə
yetiriliblər.
ġamaxıda daha dəhĢətli hadisələr baĢ verib. Samson Aspirov və
Saatrazbəyovla birlikdə erməni əsgərlərindən ibarət böyük bir hərbi birləĢmənin
baĢında ġamaxıya gələn Lalayev müsəlman qocaların, qadınların və uĢaqların
gizləndikləri bütün məscidləri mühasirəyə almağı və yandırmağı əmr edib. Küçəyə
qaçmağa cəhd göstərənlər güllələnib. Məscidlərdə gizlənənlərin hamısı alov içində
dəhĢətli Ģəkildə öldürülüblər. Beləliklə, ġamaxı Ģəhərinin bütün müsəlman hissəsi
məhv edilib...
- Fövqəladə Ġstintaq Komissiyasının sədri Ələkbər bəy Xasməmmədovun
Ədliyyə Nazirinə 22 noyabr 1918-ci il tarixli məruzəsindən:
Fövqəladə Ġstintaq Komissiyası aĢağıdakıları müəyyən etmiĢdir: ġamaxıda
müsəlmanlar ermənilər və molokanlarla keçmiĢ zamanlardan sülh Ģəraitində
yaĢamıĢ, onlara heç bir ziyan vurmamıĢ, onları incitməmiĢ və qonĢuluq əlaqələrini
saxlamağa çalıĢmıĢlar. Fevral çevriliĢindən sonra isə ermənilər yerli əsgər və fəhlə
deputatları soveti ilə əlaqəyə girmiĢlər. Ermənilər sovet nümayəndələrinin
müsəlmanlara qarĢı üçüncü Ģəxslər vasitəsilə qaldırdıqları hər cür fitnəkar
çıxıĢlarını müdafiə etmiĢlər. Yerli komanda oradan getdikdə onlar gizli olaraq silah
anbarlarını ələ keçirərək erməni və malokanlardan ibarət qarnizon təĢkil etmiĢlər,
öz kəndlərinə müxtəlif yollarla silah gətirib güclü surətdə silahlanmıĢlar. Silahı
cəbhədən qayıdan əsgərlər də gətirirmiĢlər. Bütün bunlar müsəlmanları bərk
həyəcanlandırmıĢdır. Onlar aydın görürdülər ki, ermənilər hücuma hazırlaĢırlar.
ġamaxı Ģəhərindən altı verst aralıdakı Mədrəsə kəndində Zaqafqaziyanın digər
qəzalarından da erməni əsgərləri yığıĢırdı. Martın birinci yarısında məlumat alındı
ki, Bakıdan ġamaxıya böyük miqdarda hərbi sursatla, top və pulemyotlarla
silahlanmıĢ 2000-dən çox erməni qoĢun dəstəsi gəlir. ġamaxıdan dəstənin qabağına
ictimai xadimlərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin
dəstə ilə
görüĢü molokan kəndi Qozlu çayda (hilmilli) olmuĢdur. Dəstə silahı
ġamaxı qarnizonuna verməkdən imtina etmiĢ və bildirmiĢdir ki, onların məqsədi
ġamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub
norma: həyatı bərpa etməkdir. Dəstə ġamaxının yanından keçib mədrəsə kəndinə
gedəcəyinə söz vermiĢdir.
65
Elə həmin gün erməni yepiskopunun təĢəbbüsü ilə ġamaxının bütün
xalqlarının və ruhanilərinin nümayəndələri yığıĢaraq and içirlər ki, sülh Ģəraitində
yaĢayıb qayda-qanunu pozmayacaqlar. ġamaxıda olan kəndli müsəlman könüllülər
evlərinə dağılıĢmıĢlar. Martın 18-də sübh çağı ġamaxı ətrafından top atəĢləri
eĢidilməyə baĢlayır. Aydın olur ki, gecə ikən Ģəhər cənubdan ermənilər, Ģimal-
Ģərqdən isə molokanlar tərəfindən mühasirəyə alınmıĢdır və indi Ģəhərin müsəlman
hissəsini bombalayırlar. Müsəlmanlar əvvəlcə müdafiə olunmaq istəyirlər, lakin
topların qarĢısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkilirlər.
Ermənilər Ģəhərə atəĢi davam etdirir və hücum edirlər. AxĢama yaxın onlar Ģəhərin
ən varlı hissəsi olan “Piran-ġirvan”a daxil olurlar. Evlər yandırılır, yanan evlərdən
qaçan kiĢilər, qadınlar, uĢaqlar və ümumiyyətlə, küçələrdə görünənlərin hamısı
güllələnir.
ġəhərdə qırğın və talanlar Gəncədən müsəlman dəstəsi köməyə gələnə
qədər davam etdi. Martın 28 - də “Xan dəstəsi” ġamaxıya daxil oldu. Ermənilər
Qozlu çaya çəkildilər. Gəncədən köməyə gələn dəstənin baĢçısı Ġsmayıl xan
Ziyadxanov Qozlu çaydan molokanları dəvət edərək erməniləri təhvil vermələrini,
ya da onları kənddən çıxarmalarını tələb etdi. Molokanlar iki gün vaxt istədilər. Ġki
gün ərzində Bakıdan əlavə kömək gələndən sonra molokanlar verdikləri sözdən
imtina etdilər. Ġsmayıl xan geri çəkilməli oldu. Geri çəkilərkən əhalini xəbərdar
etdi ki, ermənilər yenidən qayıdacaqlar, Ģəhərdən çıxsınlar. Camaatın xeyli hissəsi
onunla birlikdə ġamaxını tərk etdi. Ancaq Göyçaydan gələn axund yerdə qalan
camaatı sakitləĢdirdi ki, ermənilərlə münasibət yaradacaq. ġəhəri tərk etməyənlər
əsasən imkansız, kasıb təbəqə və bir də qocalar idi. 6 gündən sonra ġamaxı
tamamilə erməni vəhĢiliyinin və qəddarlığının qurbanı oldu.
Ġsmayıl xan Ziyadxanov kim idi? Tarix kitablarında ġirvan mülkədarı, əks-
inqilabçı kimi təqdim olunan bu adamın adı Fövqəladə Ġstintaq Komissiyasının
sənədlərində bir neçə dəfə xatırlanır. Ancaq həmin xatırlamalarda bu adama qarĢı
qəribə bir məhəbbət hakimdir. Dar gündə kiçik bir dəstə ilə Ģamaxılı qardaĢlarının
harayına yetiĢən bu igid azərbaycanlı haqqında daha nə bilirik? Əfsuslar ki, heç nə.
Arxiv sənədlərində göstərilir ki, “Xan dəstəsi” gedəndən sonra ġamaxının
əsl müsibəti baĢlandı.
ġamaxı ermənilər tərəfindən ikinci dəfə zəbt olundu. Müəyyən edilmiĢdir
ki, müsəlman dəstəsi ilə getməyib Ģəhərdə qalan bütün kiĢilər, qadınlar və uĢaqlar
məhv edilib. Hamı tərəfindən hörmət edilən məĢhur axund Cəfərqulu da
vəhĢicəsinə öldürülmüĢdür. Onlar onun saqqalını yolmuĢ, diĢlərini sındırmıĢ,
gözlərini çıxarmıĢ, qulaqlarını və burnunu kəsmiĢdilər. Ermənilər onun evində və
həyətində xilas olmaq istəyən çoxlu qadın və uĢaqları da öldürmüĢlər. Onun
tamamilə yandırılmıĢ evinin həyətində çoxlu xırda insan sümükləri də aĢkar
edilmiĢdir. Meyitlərin qalmıĢ iri sümükləri isə türklər erməniləri ġamaxıdan
qovandan sonra toplayıb basdırmıĢlar. Bundan baĢqa, yandırılmıĢ evlərin və
moscidlərin həyətlərində meyitlərin yanmıĢ sümükləri toplanıb. Məscidlərin
66
həyətlərində Ģəhərin hər yerindən yığılmıĢ sümüklərin torpağa basdırıldığı böyük
miqdarda təzə qəbirlər vardır. ġəhərin bütün müsəlman hissəsi yandırılmıĢdır:
yanğın hər Ģeyi məhv etmiĢdir. Müsəlman hissəsində bir dənə də olsun ev
qalmamıĢdır. ġəhərin bütün müsəlman hissəsi xarabalığı, böyük küllüyü xatırladır.
Məscidlər və müqəddəs yerlərə də aman verilməmiĢdir: on üç məhəllə məscidi və
böyük “Cümə məscidi” yandırılmıĢdır. Bu, müsəlmanlar üçün təkcə ibadət yeri
kimi deyil, həm də səkkiz yüz il bundan əvvəl tikilmiĢ qədim arxitektura abidəsi
kimi qiymətli idi. ġamaxı qəzasının yetmiĢ iki müsəlman kəndinin də taleyi belə
olmuĢdur.
Həmin dəhĢətli günlər onilliklərin arxasında qalıb. Onilliklər bu gün-sabah
bir əsr olacaq. Ancaq indinin özündə Fövqəladə Ġstintaq Komissiyasının
məlumatlarını, Ģahid dindirmələrini oxuyanda damarda qan donur.
Azərbaycan hökuməti yanında Fövqəladə İstintaq Komissiyasının
dindirilmə protokollarından:
- Adım Sıracəddin, familiyam Əfəndiyevdir. ġamaxı Ģəhərinin sakiniyəm.
48 yaĢım var. 20 ildir ki, Bakı Ģəhərində ticarətlə məĢğulam. Məlumdur ki,
ermənilərlə müsəlmanlar arasında ziddiyyət çoxdan mövcuddur. Xüsusilə
ermənilərin məkrli niyyəti 1905-1906-cı illərdə bütün kəskinliyi ilə aĢkar olundu
və o vaxtdan onlar yeni həmlələr üçün məqam gözləyirdilər. Rusiyadakı dövlət
çevriliĢi, bolĢevik hərəkatı, yaranmıĢ anarxiya Ģəraiti onlara bu imkanı verdi.
DaĢnaklar Bakı bolĢeviklərini inandırdılar ki, müsəlmanlar köhnə rejimin
tərəfdarıdırlar. Onlar nəinki Zaqafqaziyada bolĢevik ideyalarının, ümumiyyətlə,
inqilabın düĢmənləridirlər. Onlar istədiklərinə nail oldular. Ermənilərin, eləcə də
onların əsas nümayəndəsi olan ġaumyanın məqsədi, ümumiyyətlə,
Zaqafqaziyanın müsəlman əhalisini soyqırıma məruz qoymaq idi. Onlar bu
arzularına nail ola bilmədilər. Bu məkrli niyyətlərini türklər gələnə qədər ancaq
Bakı quberniyasında həyata keçirə bildilər.
ġaumyanın cinayətkar fəaliyyətində köməkçiləri, tərəfdarları çox idi.
Onların ən fəalları Atabəyov, Lalayev, ġamaxı poçt-teleqraf kontorunun rəisi
Gülbəndov və bərbər Ovanes idi. Hansı vasitələrləsə Bakı Ģəhərində icrakom sədri
olmuĢ Atabəyov ġaumyanın əsas köməkçisi idi. Atabəyovun da öz növbəsində
ġamaxıda köməkçiləri çox idi. Onlar qısa müddətdə ġamaxının bütün erməni
kəndlərini silahlandırmıĢdılar. Gün olmurdu ki, erməni kəndləri Bakıdan bir neçə
furqon silah almasınlar. Təxminən fevralın əvvəllərində Mədrəsə kəndində
çoxsaylı erməni hərbi hissələrinin yerləĢdiyi xəbərini eĢidib bir neçə həmyerlimlə
ġamaxıya gəldik. ġəhər sübhdən top atəĢinə tutuldu. AxĢamüstü artıq ermənilər
Ģəhərdə idilər. Qırğın, talan Ġsmayıl xan Ziyadxanovun dəstəsi ġamaxını azad
edənədək davam etdi. Ġsmayıl xan geri çəkilərkən əhalini xəbərdar etdi ki,
ermənilər yenidən qayıdacaqlar, Ģəhəri tərk etsinlər. 6 gün sonra isə ġamaxı
həqiqətən erməni vəhĢiliyinin və qəddarlığının qurbanı oldu. Həmin vəhĢiliklərin
təsviri çətindir. Ermənilər sanki insanı vəhĢi heyvandan fərqləndirən bütün
67
keyfiyyətləri itirmiĢdilər. Küçələrdə müsəlman kiĢilərin, qadınların, uĢaqların
eybəcər hala salınmıĢ meyitləri qalaqlanmıĢdı. Bir dəhĢətli mənzərəni isə heç vaxt
unuda bilməyəcəyəm. Küçələrdən birində iki yerə bölünmüĢ 3-4 yaĢlı uĢağın
cəsədi yan-yana uzadılmıĢ kiĢi və qadın meyitlərinin sinələri üstünə qoyulmuĢdu.
Mövsüm bəy Sadıqbəyov, Şamaxı sakini:
- Küçələrdə
sürüdülən
qadın
və
uĢaq
meyitlərini
öz
gözlərimlə
görmüĢəm.
Ermənilərin
vəhĢiliklərinin
sübutu
tamam dağıdılmıĢ ġamaxı Ģəhəri və qəddarlıqla qətlə yetirilmiĢ minlərlə qadın,
uĢaq və qoca meyitləri idi.
İbrahim Xəlil Tapdıq oğlu, Şamaxı qəzasının Müsəlman Mərəzəsi
kəndinin starşinası:
- Kəndimiz molokan Mərəzəsinin bir verstliyində yerləĢir. Gəncə
müsəlmanları geri çəkildikdən sonra müĢahidə etdik ki, molokan kəndinə yad
adamların, xüsusilə də ermənilərin böyük axını var. Bakıya getmiĢ molokanlar
geriyə hansısa Ģəxslərlə qayıtdılar. Onlar bizim kəndin ağsaqqallarını çağırtdıraraq
kənd camaatında olan silahların bolĢevik hökumətinə verilməsini tələb etdilər.
Həmçinin bildirdilər ki, tezliklə Bakıdan böyük rəislər gələcək. Ġki günlük möhlət
alaraq vəziyyəti müzakirə etdik. Bəzilərimiz bu qənaətə gəldik ki, Ģübhəli adamlara
aldanmayaq və qırğından qorxaraq “Qəbiristan” adlı qıĢlağa getdik. Camaatın
əksəriyyəti kənddə qalaraq hadisələrin sonrakı gediĢatını gözləməyi üstün tutdu.
Ġki gündən sonra kəndin ağsaqqalları yenidən çağırıldılar və az keçmiĢ ermənilər
kəndə hücum etdilər. Kənd talan olundu, 300 nəfər qətlə yetirildi. Camaatın qalanı
türklər gələnə qədər “Qönçə-bulaq” qıĢlağında gizləndilər.
Arxiv sənədləri hamısı qan qoxuludur
Sağ qalmıĢ ġamaxı sakinlərinin dedikləri ağılasığmaz dəhĢət idi. Bütün bu
dəhĢətlər Ģahid ifadələrindən göründüyü kimi, əslən Ģamaxılı olan Stepan
Lalayevin əmri və iĢtirakı ilə həyata keçirilirdi.
-
Erməni əsgərləri 8-10 nəfər müsəlmanı bir-birinə spiralvari bağlayır, sonra
tüfənglərinin süngüsü ilə bir zərbəyə neçə adamı öldürmək yarıĢı keçirirlər (Bu
həm də Komarovskinin məruzəsinin təsdiqidir.)
-
Öldürülən insanların kəllə qapaqları çıxarılır, əlləri, qolları, qulaq-burunları
kəsilir, meyitlər təhqir edilirdi.
-
Bakı Ģəhərində yaĢayan Ģamaxılılardan Hacı Zamanov, Hacı Mir Ġsmayıl,
Mir HəĢimov və MəĢədi Abdul Hüseyin Nadirov Bakıdakı müttəfiq qoĢunlarını
komandanı Tomsona müraciətlərində bildirirdilər ki, Stepan Lalayev öz bandası ilə
ġamaxıya gələrkən yol boyu bütün kənd və qəsəbələri yerlə yeksan etmiĢdir. Onlar
dağıtdıqları kəndlərdə bütün kiĢiləri məhv etmiĢ, qadınlara və uĢaqlara olmazın
əzablarını vermiĢlər. Qadınları və uĢaqları ərlərinin, atalarının gözləri qarĢısında
tikə-tikə doğramıĢlar.
68
YaĢayıĢ məntəqələri starĢinaların ağsaqqalların iĢtirakı ilə tərtib etdikləri
aktlarda göstərilən rəqəmlər ermənilərin ġamaxıda əsl soyqırımı həyata
keçirdiklərinin sübutudur.
- 217 evlik Qubalı kəndində 250 kişi, 150 qadın, 135 uşaq qətlə yetirilib.
Həmin rəqəmlər başqa aktlarda müvafiq olaraq belədir:
66 evlik Qaravəlli kəndi: 40 kiĢi, 50 qadın, 30 uĢaq.
155 evlik Qonaqkənd kəndi: 25 kiĢi, 5 qadın, 4 uĢaq.
600 evlik QuĢçu kəndi: 192 kiĢi, 115 qadın, 25 uĢaq.
358 evlik Ərəb-qədim kəndi: 200 kiĢi, 100 qadın, 78 uĢaq.
165 evlik Cəyirli kəndi: 40 kiĢi, 20 qadın, 15 uĢaq.
Sündü kəndində 250 nəfər, Dilmanda 585 nəfər, Kalvada 500 nəfər,
Mücüdə 230 nəfər, Tircanda 360 nəfər amansızlıqla qətlə yetirilmiĢdir.
Bunlar Fövqəladə Ġstintaq Komissiyasının isti-isti, qırğından bir neçə ay
sonra apardığı təhqiqatlarda açıqlanan mənzərədir. Ancaq təəssüflər olsun ki,
komissiya öz iĢini sona çatdıra bilmədiyi üçün ġamaxı qırğını haqda məlumatlar da
müxtəlifdir. Komissiyanın natamam tədqiqatına görə, təkcə 1918-ci ilin mart
ayında ġamaxıda 7 mindən çox adanı qətlə yetirilib. Bunun 1653 nəfəri qadınlar,
965 nəfəri uĢaqlardır. Ayrı-ayrı tarixi mənbələrdə isə bütövlükdə ġamaxı qəzasında
40 minə qədər dinc əhalinin soyqırım qurbanı olduğu barədə məlumatlar var.
Ancaq ən dəhĢətlisi odur ki, sovet dövləti 70 il ərzində həmin qanlı hadisələri
inqilabın düĢmənləri ilə mübarizə, yəni ermənilərin təqdim etdikləri kimi, tarixə
salmağa cəhd etdi və buna nail oldu. BolĢevik məhkəməsi 1920-ci ilin 23
noyabrında ġamaxı qırğınının bilavasitə iĢtirakçıları və təĢkilatçıları olan Stepan
Lalayevin və baĢqalarının haqqındakı cinayət iĢinə baxdı, qətl və zorakılıqların
1918-ci ildə, vətəndaĢ müharibəsi Ģəraitində, milli ədavət zəminində baĢ verdiyini,
2 fevral 1920-ci il tarixli amnistiya qanununu əsas götürüb iĢə xitam verdi, həmin
qanlı hadisələri yaddaĢlardan silmək üçün bütün mövcud mexanizmi hərəkətə
gətirdi.
Bu gün insanlar bura ziyarətə gəlirlər, məzarın üstünə tər çiçəklər düzürlər.
Yoldan ötənlər istər-istəməz avtomobillərinin sürətini azaldıb həmin döyüĢlərdə
Ģəhid olmuĢlara Allahdan min rəhmət diləyirlər.
Bu, on illərdir ki, belədir. Bundan sonra da əsrlər uzunu belə olacaq. Çünki
həmin məzar ġamaxının bəlkə də tarixlər boyu yaĢadığı ən müdhiĢ günlərdən
hüznlü bir xatirədir. Bu tənha məzar o günləri unutmağa imkan verməyib. Sovetlər
dövründə “hökumətin qorxusundan” qəbrin ziyarətinə gizlin-gizlin gələn el-oba o
dəhĢətləri heç vaxt unutmayacağını nümayiĢ etdirib.
LaxtalanmıĢ qan yaddaĢımız bir də aradan 70 il ötəndən sonra duruldu. Bu
müddətdə ermənini yenə ocaq baĢında oturtduq, hər Ģeyi unudub, “qardaĢ olub
Hayastan Azərbaycan” dedik. HəmiĢə inqilabi hadisələr, müharibələr ərəfəsində
kimlərinsə qoltuğuna sığınıb bizə arxadan namərd zərbəsi endirən erməni isə öz
xislətindən dönmədi. Xocalı qırğınını törətdi, torpağımızın 20 faizini iĢğal etdi,
69
xarabazara çevirdi, bir milyona qədər soydaĢımızı doğma yurd - yuvasından
didərgin saldı. Biz ġamaxıda törədilən soyqırım qurbanlarının xatirəsinə abidəni
bütün bu müsibətlərdən sonra ucaltdıq. Ġndi hər il martın 31 - də rayon ictimaiyyəti
həmin abidə ətrafına toplaĢır, abidə tər çiçəklərə bələnir, hamı günahkarcasına
susub hüznə qərq olur. Soyqırım qurbanlarının ruhu keçirmi günahımızdan?
Çətin... Axı biz qisası qiyamətə saxlamıĢıq...
ġamaxı ilə Mərəzə arasında, Acıdərə adlanan ərazidə, Ģose yolunun
kənarında, iki dərənin qovuĢacağındakı kiçik təpənin üstündə tənha bir məzar var.
Həmin məzarda 89 il əvvəl erməni vəhĢiliyi ilə üzbəüz qalan qardaĢlarının
harayına yetərkən Ģəhid olmuĢ qəhrəman bir türk zabiti uyuyur. Sovetlərin “türk”
sözünə yasaq qoyduğu dövrlərdə belə bu məzar ziyarətgah olub. Qəbri keçən əsrin
30-cu illərinin asıb-kəsən çağlarında Məlikməmməd Tağıyev adlı bir el adamı öz
canı bahasına götürüb. Bu səbəbdən də 1937-ci ildə erməni donosu ilə türkçülükdə
ittiham edilərək həbs olunub, xalq düĢməni kimi güllələnib. Sel - sudan uçub
dağılmaq təhlükəsi qarsısında qalmıĢ qəbri 1954-cü ildə Babaxan Babaxanov adlı
bir sürücü abadlaĢdırıb. 2000-ci ildə isə Qobustan Rayon Ġcra Hakimiyyəti həmin
qəbri yenidən təmir etdirib və azca aralıda, Ģose yolunun üstündə 1918-ci ildə
döyüĢlərdə həlak olmuĢ türk əsgərlərinin xatirəsinə abidə kompleksi tikdirib.
Dostları ilə paylaş: |