AZƏRBAYCANIN QƏTĠYYƏTLĠ VƏ ÇEVĠK DĠPLOMATĠYASI
MünaqiĢənin həllinə beynəlxalq səviyyədə yönəlmiĢ səylərin güclənməsi,
ATƏT-in Minsk qrupu səviyyəsində danıĢıqların konkret həll formatında
aparılması rəsmi Bakının mühüm siyasi-psixoloji üstünlüyü kimi diqqəti çəkir.
Cənab Ġlham Əliyev münaqiĢənin yalnız Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi çərçivəsində həllini mümkün saydığını, sülh danıĢıqlarının da yalnız bu
formatda aparıla biləcəyini qətiyyətlə vurğulayaraq bir daha aydın və qətiyyətli
mövqe ortaya qoymuĢdur. “...Bizim tələbimiz ondan ibarətdir ki, iĢğal olunmuĢ
bütün torpaqlar heç bir Ģərt qoyulmadan azad olunmalıdır. Düzdür, əvvəlki
mərhələlərdə təkliflər ondan ibarət idi ki, 5 rayon azad olunsun. Kəlbəcər və Laçın
rayonları qalsın, gələcək danıĢıqların mövzusuna çevrilsin. Biz buna heç vaxt
razılıq verməmiĢik. Çünki biz heç vaxt imkan verə bilmərik ki, Kəlbəcər və
Laçının Azərbaycana qaytarılması hansısa Ģərtlərlə uyğunlaĢdırılsın. Ona görə
danıĢıqların indiki mərhələsində ümumi razılaĢma var ki, 7 rayon iĢğalçı
qüvvələrdən təmizlənir, Azərbaycana qaytarılır. Əlbəttə, biz baĢa düĢürük ki, bunu
mərhələli yolla edə bilərik, amma bu mərhələ çox uzana bilməz” deyən Prezident
102
Ġlham Əliyev Ermənistanla aparılan danıĢıqların nəticə verməyəcəyi təqdirdə
Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün digər zəruri vasitələrdən, konkret
desək, hərb yolundan istifadə olunması məsələsinin müzakirəyə çıxarılacağını açıq
bəyan etmiĢdir. Bu qətiyyətli bəyanatı ilə Prezident Ġlham Əliyev Azərbaycandan
güzəĢt umanlara sərt mesaj ünvanlamıĢ, xalqın heç zaman ərazi itkisi ilə
barıĢmayacağını bir daha izhar etdirmiĢdir. Sentyabr ayında qaçqınların
problemlərinə həsr olunmuĢ son müĢavirə təsdiqləmiĢdir ki, rəsm Bakı Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsinin keyfiyyətcə yeni mərhələyə
transformasiyasını və siyasi-hərbi yolla həllini hər an gündəmə gətirə bilər.
Azərbaycan iqtidarının həyata keçirdiyi qətiyyətli və çevik diplomatiya
ölkəmizin danıĢıqlar prosesinə psixoloji-siyasi üstünlüyünü təmin etmiĢdir. Artıq
Minsk Qrupunun hazırladığı bütün həll variantlarında Azərbaycanın ərazi
bütövlüyünün önə çəkilməsi özlüyündə Ermənistana dolayı təsir vasitəsi kimi
diqqəti çəkir. Rəsmi Yerevan 2004-2007-ci illərdə ciddi diplomatik təpkilər
qarĢısında münaqiĢənin mərhələli həlli ilə bağlı müzakirələrə qatılmağa məcbur
olmuĢdur. Təcavüzkar dövlətin “Praqa prosesi” yəni “mərhələli həll” modeli
ətrafında danıĢıqları davam etdirməsi rəsmi Bakının mühüm diplomatik
nailiyyətlərindən biri kimi vurğulanmalıdır. Azərbaycanın hər zaman israr etdiyi
yanaĢma - məsələnin mərhələli həlli prinsipi Minsk qrupu tərəfindən dəstəklənir və
danıĢıqları aparan tərəflər – Ermənistan və Azərbaycan bu prosesin iĢtirakçılarıdır.
“Praqa prosesi” termini, sadəcə, “mərhələli həll” sözünün əvəzinə iĢlədilən,
erməniləri və Ermənistanı qıcıqlandırmamaq məqsədi daĢıyan diplomatik ibarədir.
Prezident Ġlham Əliyev həmsədrlərin iĢtirakı ilə keçirilən danıĢıqların ərazi
bütövlüyünü prinsipi çərçivəsində aparılmasını da haqlı olaraq Azərbaycanın
mühüm uğuru kimi dəyərləndirir.
MünaqiĢənin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi
formatında konkret nəticəyə gətirib çıxara biləcəyini artıq təcavüzkar dövlətin
radikal siyasi dairələri də etiraf edir. Ermənistan rəhbərliyində təmsil olunmuĢ
yüksək vəzifəli Ģəxslər bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıması
zəruriliyi barədə danıĢır, arqessiv ritorikadan geri çəkilməyə baĢlayırlar.
Ermənistanın baĢ naziri, prezidentliyə real namizəd Serj Sarkisyan Avropa
Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüĢündə
bildirmiĢdir ki, Dağlıq Qarabağ münaqiĢəsinin sülh yolu ilə həlli imkanları
tükənməmiĢdir.
Sarkisyanın sözlərinə görə, bunun üçün Ermənistanın
Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın isə “Dağlıq Qarabağ xalqının öz
müəddəratını təyin etmə” hüququnu tanıması vacibdir.
103
Nə qədər qəribə səslənsə belə, Sarkisyanın bu bəyanatı onun Azərbaycanın
rəsmi mövqeyi ilə hesablaĢdığına dəlalət edir. Əslində, Azərbaycan Prezidenti
Ġlham Əliyev Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini
tanıması müqabilində rəsmi Bakının da Dağlıq Qarabağa ən yüksək status verməyə
hazır olduğunu dəfələrlə bəyan etmiĢdir. Dağlıq Qarabağ ermənilərinin öz
müqəddəratnı təyinetmə hüququna gəlincə, rəsmi Bakı bu hüquqa hörmətlə
yanaĢır. Milli özünütəyin - öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın
beynəlxalq hüquqda təsbit olunmuĢ müstəsna hüququdur. Lakin beynəlxalq
normalara görə, müstəqil dövləti olmayan xalqlar da müəyyən hüquqi çərçivədə
müqəddəratlarını təyin etmək iddiası ilə çıxıĢ edə bilərlər. Erməni xalqının isə
müstəqil dövləti var və bu baxımdan, Dağlıq Qarabağdakı separatçı erməni
rejiminin belə bir iddia ilə çıxıĢ etməsinin hüquqi-siyasi əsasları yoxdur:
“Azərbaycan ikinci erməni dövlətinin yaradılmasına heç vaxt razılıq
verməyəcəkdir. Dağlıq Qarabağda yaĢayan insanlara, ermənilərə və oraya
qayıdacaq azərbaycanlılara yüksək özünüidarə statusu verilə bilər. Bu barədə də
danıĢıqlar zamanı bütün mərhələlərdə - 1990-cı illərdə, indiki zəmanədə dəfələrlə
Azərbaycan rəhbərliyi öz sözünü demiĢdir. Dünyada və Avropada olan ən yüksək
muxtariyyət statusu öyrənilə bilər, - daha doğrusu, biz buna hazırıq, biz buna
gedəcəyik və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcə, eyni zamanda, nəhayət,
bölgədə sülh yaranacaq və iki ölkə arasında gələcəkdə münasibətlər normallaĢa
bilər”.
Azərbaycan Prezidenti Ġlham Əliyev hesab edir ki, Dağlıq Qarabağ
ermənilərinin “öz müqqəddəratını təyin etməsi” iddiası reallıqdan tamamilə
uzaqdır. Cənab Ġlham Əliyevə görə, SSRĠ dağıldıqdan sonra separatizm postsovet
məkanında inanılmaz dərəcədə siyasətin aparıcı amilinə çevrilmiĢ, bəzi hallarda
hətta “milli-azadlıq hərəkatı” kimi qondarma və saxta məzmun almıĢdır. Reallıqda
isə bu münaqiĢələrin kökündə millətlərin öz müqəddəratını təyin etməsi arzusu
deyil, ərazi ilhaqı, təcavüzkarlıq niyyəti dayanır.
Ermənistan prezidenti Serj Sarkisyanın son açıqlaması təcavüzkar dövlətdə
Azərbaycan Prezidentinin mövqeyinin qəbul olunduğunu, realist düĢüncə nümayiĢ
etdirən, yaranmıĢ vəziyyətdən, beynəlxalq praktikanın və regionda qüvvələr
nisbətinin dəyiĢməsi reallıqlarından düzgün nəticə çıxaran siyasətçilərin
mövqeyinin gücləndiyini göstərir. Serj Sarkisyanın elə həmin görüĢdə “siyasətçilər
özlərində cəsarət tapıb xalqa həqiqəti deməlidirlər” fikri bir daha bunu sübut edir.
Bir çox Ermənistan rəsmilərinin mövqeyi, bəyanatları artıq kəskinliyi ilə seçilmir,
onlar dünya siyasətinin reallıqlarına, uyğun hərəkət etməyə baĢlayıblar. 2008-ci ilə
104
Ermənistanda prezident seçkilərinin keçiriləcəyini, ənənəvi olaraq seçkilər
dövründə Ermənistan hakimiyyətinin və müxalifətinin Dağlıq Qarabağ kartından
isüfadə etdiyini nəzərə alsaq, təcavüzkar dövlətin siyasətçilərinin və vəziyyətə təsir
etmək imkanları geniĢ olan bir sıra rəhbər dairələrin mövqeyində dəyiĢikliklərin
səbəblərini təsəvvür etmək mümkündür.
Bu, bir daha göstərir ki, Azərbaycanın haqlı və prinsipial mövqeyi getdikcə
güclənir. Bu günə kimi Dağlıq Qarabağ məsələsi ilə bağlı danıĢıqlar məhz
Azərbaycanın ərazi bütövlüyü kontekstində aparılmıĢ və Azərbaycan Prezidentinin,
diplomatiyasının səyləri artıq bəhrəsini verməyə baĢlamıĢdır. Beynəlxalq arenada
Azərbaycanın mövqeyi gücləndikcə, ölkəmizin haqlı mövqeyi daha geniĢ dəstək
qazandıqca, beynəlxalq təĢkilatların, aparıcı dövlətlərin Azərbaycanın ərazi
bütövlüyünü tanıyan bəyanatlarının sayı artdıqca, erməni lobbisinin səyləri iflasa
uğrayır, onun beynəlxalq arenada, həmçinin Ermənistanın özündəi ictimai rəyi
çaĢdırmaq imkanları tükənir.
Gözləyirdilər, amma yanılmıĢdılar. Üstəlik, Terri Devis bir daha
təsdiqləmiĢdir ki, beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın iĢğal altında
olan torpağı kimi tanıyır və orada keçirilməsi nəzərdə tutulan qondarma “prezident
seçkiləri” qanunsuzdur. Terri Devis müstəqillik əldə etmiĢ Ġngiltərə müstəmləkələri
ilə Qarabağ arasında oxĢarlıq olduğunu iddia edən erməni siyasətbazlarına
xatırlatmıĢdır ki, Qarabağ müstəmləkə deyil, Azərbaycanın bir hissəsidir. O, daha
sonra əlavə etmiĢdir ki, ölkəsinin tarixində “bir müstəsna hal olmuĢdur - ġimali
Ġrlandiyanın BirləĢmiĢ Krallıqdan ayrılmasına imkan verilməmiĢdir”.
Avropa ġurasının BaĢ katibi bu yaxınlarda demiĢdir: “Dağlıq Qarabağ
münaqiĢəsi ilə ATƏT-in Minsk qrupu məĢğuldur, Avropa ġurası bilavasitə bu
məsələ ilə məĢğul olmur.
Bundan əlavə, həmin problemin ətrafında çətinliklər çoxdur. Regionda o
qədər seçkilər keçirilir ki, münaqiĢənin tənzimlənməsi çətinləĢir. Ermənistanda
seçkilərin gediĢində əldə edilmiĢ nisbətən yaxĢı nəticələr bu məsələnin həllinə
müsbət təsir göstərə bilər”. O, qondarma “DQR”-də keçirilən seçkiləri bir daha
pisləĢmiĢdir: “Dünya ictimaiyyəti Dağlıq Qarabağı tanımır, o, ayrıca bir ölkə deyil,
orada keçirilən seçkilər tanınmayıb və tanınmayacaqdır”.
Görünür, ermənilər Avropa ġurasında hay-küylə nəyəsə nail olmağa qərara
almıĢlar, belə olmasaydı, onların Yerevanda keçirilmiĢ mətbuat konfransda AĠ-nin
baĢ katibinə həmlələrini necə izah etmək olar?
Həmin mitinqdə deyilmiĢdir: “Terri Devisin Azərbaycan neftində ciddi
Ģəxsi marağı var, ona görə də Ermənistanda bu cür bəyanatlarla çıxıĢ edir...”
105
“DQR” separatçılarının lideri də buna oxĢar fikirlər söyləmiĢdir: “Terri
Devisin bəyanatları erməni xalqının mənafelərinə uyğun deyildir”. Guya
Ermənistanın indiki hakim dairələrinin əməlləri, “özgə cür düĢünmək” hallarının
qarĢısının qətiyyətlə alınması, yuxarı eĢelonun elektrota münasibətdə yeritdiyi
siyasət erməni xalqının mənafelərinə zidd deyildir. Bəlkə Ermənistanın baĢlıca və
çox güman ki, yeganə həqiqi düĢmənləri olan daĢnakların öz ölkəsini məruz
qoyduğu regional iqtisadi izolyasiya bu xalqın mənafelərinə uyğundur.
Ermənistanın baĢ naziri Serj Sarkisyan Qarabağ probleminin tənzimlənməsi
barədə erməni tərəfin mövqeyini bu yaxınlarda belə səsləndirmiĢdir: “Dağlıq
Qarabağ xalqının öz müqəddəratını təyin etmək hüquqi beynəlxalq miqyasda
tanınmalı və bu hüququn reallaĢdırılması üçün Ģərait yaradılmalıdır. Ermənistan və
“DQR-ın müĢtərək sərhədi olmalı” və “DQR” əhalisinin və onun sərhədlərinin
təhlükəsizliyi təmin edilməlidir. Serj Sarkisyan bu məsələdə erməni tərəfin
mövqeyini bəyan edərkən, deyəsən, bir detalı dəqiqləĢdirməyi yaddan çıxarmıĢdır.
O, “Dağlıq Qarabağ xalqı” dedikdə nəyi nəzərdə tutur? Deyəcəksiniz ki, bu,
onsuz da aydındır. Haqlısınız, aydın olmağına aydındır, lakin hüquqi qaydalara
müvafiq deyildir - əlbəttə, əgər Serj Sarkisyanın bu anlayıĢlardan, ümumiyyətlə,
xəbəri varsa. Bəs öz torpaqlarından, əsrlər boyu ata-babalarına mənsub olmuĢ tarixi
vətənindən qovulmuĢ azərbaycanlıların hüquqları necə olsun?
Nədənsə, bu faktı nəzərə almırlar.
“DQR” separatçılarının lideri Bako Saakyan hesab edir ki, bu qondarma
“respublikada” iqtisadiyyatın inkiĢaf etdirilməsi onun beynəlxalq birlik tərəfindən
tanınmasına nail olmağa imkan verər: “Biz yaxĢı baĢa düĢürük ki, iqtisadi cəhətdən
inkiĢaf etmiĢ, səmərəli idaretmə sistemi və güclü ordusu olan ölkənin (?)
sivilizasiyalı dünyada ləyaqətlə təmsil olunmaq və beynəlxalq birlik tərəfindən
tanınmağa nail olmaq Ģansı çoxdur”. Görəsən, hansı iqtisadiyyatın inkiĢafından
söhbət gedir? Hərçənd Saakyan daha sonra əsas sektor kimi kənd təsərrüfatının
adını çəkmiĢdir. Nə deyəsən, tut arağı çəkilməsinə və ən baĢlıcası, bu məhsulun
istehlakına görə onlar, həqiqətən birinci yeri tuturlar.
Bako Saakyan dünya ermənilərinin “Hayastan” fondu tərəfindən Los-
Ancelesdə təĢkil edilmiĢ təqdimat mərasimindəki çıxıĢında demiĢdir ki, Dağlıq
Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsinə çevrilməyəcəkdir. Onun oraya
səfərindən məqsəd isə diaspordan pul dilənmək idi: “Biz artıq formalaĢmıĢ
ənənələri davam etdirərək Arsax (onlar Dağlıq Qarabağı belə adlandırırlar) ilə
diaspor arasında əməkdaĢlığı müvafiq səviyyəyə çatdıra bilərik. Əminəm ki, biz
Arsaxın hər bir erməninin fəxrinə çevrilməsi, onun həmiĢə müstəqil, qüdrətli və
106
ermənilərinki olması üçün lazım olan hər Ģeyi birlikdə edəcəyik”. Görünür,
qarĢılıqlı əməkdaĢlıq dedikdə pul dilənməyi baĢa düĢmək lazımdır: dünya
ermənilərinin “Hayastan” fondu Ermənistanın və Dağlıq Qarabağın kəndləri üçnü
artıq 1,4 milyon avro vəsait toplanmıĢdır. Avropa fonetonunun (15-18 noyabr)
nəticələrinə görə, 1,1 milyon avro toplanmıĢdır. Argentinada foneton nəticəsində
250 min dollar yığılmıĢdır. Bu da son hədd deyildir. Valyuta toplanması davam
edir. Xatırladaq ki, 2006-cı il noyabrın 23-də keçirilmiĢ telemarafor zamanı 13,7
milyon dollar ianə edilmiĢdir. Bu pulların silah alınması və miskin bir görkəm
alaraq xaricdəki soydaĢlarına əl açan, onların gözlərini yaĢardan, eyni zamanda öz
separatçılıq hərəkətlərinə azərbaycanlılarla birgə yaĢamağın mümkün olmaması ilə
bəraət qazandırmağa çalıĢan dünya miqyaslı dilənçi Bako Saakyanın arzuladığı
“güclü ordu” yaradılmasına sərf edilməyəcəyinə heç bir zəmanət yoxdur.
Ermənistanın baĢ naziri bu məsələdə daha irəli gedərək, Qarabağ
münaqiĢəsinin səbəbini dini amillə izah etmiĢdir.
“Biz uzun müddət bu amili nəzərə almamağa, onun barəsində
danıĢmamağa, çalıĢmıĢıq, özü də təkcə Türkiyə ilə münasibətlərdə deyil, qonĢu
Azərbaycanla münasibətlərdə də. Lakin bizim istəyimizə rəğmən, bu amil
mövcuddur və o, kifayət qədər sanballı amildir. Əgər bu məsələyə minilliklər
kəsiyində baxsaq, bəlkə də, bizim münaqiĢənin yeganə səbəbi dini amildən
ibarətdir”. Bu sözlər Serj Sarkisyanın “Los Angeles Times” qəzetinin redaksiya
Ģurası üzvləri ilə görüĢünün stenoqramından götürülmüĢdür.
Ermənistanın baĢ naziri sonradan özünün bu sözlərindən imtina edərək
bildirmiĢdir ki, onun dediklərini düzgün yazmamıĢlar ki, Qarabağ problemi dini
zəminə malikdir. Lakin onun iddiasına görə, Qarabağ mübarizəsində dini amil də
vardır. Ermənistandakı bütün kütləvi informasiya vasitələri və ABġ-ın bəzi nəĢrləri
onun bu sözlərini sitat gətirmiĢdir. Bununla da xoruzun quyruğu göründü.
“Ġsrail-Azərbaycan” Beynəlxalq Assosiyasının baĢ direktoru Lev Spivak bu
“problem” barədə öz mövqeyini belə səciyyələndirmiĢdir. “Tolerantlıq” -
Azərbaycan xalqının səciyyəvi cəhətdir və bu fikrə yalnız obyektiv informasiyaya
malik olmayan adam etiraz edə bilər. Statistik məlumatlara görə, Azərbaycanda
141 xalqın nümayəndələri yaĢayır, onlardan 22-si yığcam halda məskunlaĢmıĢdır.
Səciyyəvi haldır ki, əsrlər boyu etnik azərbaycanlılarla yanaĢı yaĢayan bu xalqlar
assimilyasiyaya məruz qalmamıĢdır, onların hər biri öz dilini, ənənələrini,
mədəniyyətini qoruyub saxlamıĢdır”.
Ġndi isə Azərbaycan dağ yəhudiləri icmasının sədri Semyon Ġxilovun bu
barədə fikirləri ilə tanıĢ olun: “Bizdə tolerantlıq o qədər yüksəkdir ki, o, bütün
107
dünya üçün nümunədir. Dinlərarası münaqiĢələrə gəldikdə isə, mən bu yaĢımda
Azərbaycanda belə münaqiĢələr olmasını xatırlamıram. Necə demək olar ki,
Azərbaycanda hansısa bir dinə təzyiq göstərilir? Məgər bu həqiqətdir? Hamımızın
yaxĢı yadındar ki, ermənilər burada hamıdan yaxĢı yaĢayırdılar: Onların Bakının ən
yaxĢı rayonlarındakı ən yaxĢı mənzillərdə yaĢayır, idarəetmə orqanlarında,
tikintidə, xidmətlər sahəsində, iri sexlərdə rəhbər vəzifələr tuturdular...”
Noyabrın 16-da Bakıda Beynəlxalq tolerantlıq gününə həsr edilmiĢ konfrans
keçirilmiĢdir.
Qafqaz Müsəlmanları Ġdarəsinin sədri A.PaĢazadə öz çıxıĢında demiĢdir,
“Etnik və dini cəhətdən rəngarəng dövlət olan ölkəmizdə azərbaycanlılarla yanaĢı,
müxtəlif baĢqa millətlərin nümayəndələri də əsrlər boyu yaĢamıĢlar. Son günlər
Ermənistanın rəhbər dairələri Qarabağ probleminin guya din amili ilə bağlı olması
barədə tamamilə cəfəng sərsəm fikirlərə söyləyirlər”. A.PaĢazadə ermənilərin bu
məkrli hərəkətlərinə katolikos I Vazgenin sözləri ilə cavab vermiĢdir: “Qarabağ
münaqiĢəsinin dinlərarası konflikt kimi təqdim olunması cəhdləri qəti
yolverilməzdir və bunu edənlər Yaradan qarĢısında ən ağır günah iĢlətmiĢ olurlar”.
Hədsiz ambisiyaları ucbatından özləri özlərini çıxılmaz vəziyyətə salmıĢ
ermənilər onların fikrincə, sonuncu dəlilə - XXI əsr üçün əsla məqbul olmayan din
amilinə əl atmağı qərara almıĢ və islam ilə xristianlıq arasında qarĢıdurma
yaratmaq həddinə yuvarlanmıĢlar. Görünür ki, onlar dünyada baĢ verən
proseslərdən bixəbərdirlər və inkiĢaf etmiĢ dövlətlərin xüsusi əhəmiyyət verdiyi
prinsiplərdən çox uzaq düĢmüĢlər.
Ġsraildəki “IC rublic relations research” institutunun direktoru, informatika
üzrə professor Lev Spivak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqiĢəsi
problemindən danıĢarkən demiĢdir: “Separatçı və terrorçu təĢkilatların əksəriyyəti
öz hərəkətlərinə bəzən çox bəlağətli və inandırıcı təsir bağıĢlayan tarixi ritorika ilə
bəraət qazandırmağı üstün tutur, bu halda “azadlıq”, “ədalət”, “tapdalanmıĢ milli
ləyaqət” və s. kimi yüksək anlayıĢlardan bacarıqla istifadə edirlər. bizim ulu
babalarımız separatçılarla heç vaxt danıĢıq aparmamıĢlar”.
Məlum olmuĢdur ki, siyasi tədbirlər üzrə Ermənistan-Amerika komissiyası
(ARMENPAC) əsasən ABġ prezidenti vəzifəsinə namizədlərə göndərilməsi
nəzərdə tutulan anketlər hazırlamıĢdır. Həmin namizədlər ermənilər üçün “Həyati
əhəmiyyət” kəsb edən “erməni soyqırımı”, “Dağlıq Qarabağ münaqiĢəsinin
tənzimlənməsi” və bir sıra baĢqa məsələlər barədə özlərinin dəqiq mövqeyini
göstərməlidirlər. Doğrudan da, həyasızlığın həddi olmazmıĢ...
108
Noyabrın 20-do Yerevanda keçirilən mətbuat konfransında Ermənistanın
sabiq baĢ naziri, Milli Demokratik Ġttifaqın lideri Vazgen Manukyan Ermənistanın
indiki iqtidarını tənqid edərək demiĢdir: “Bu gün Azərbaycan Ermənistandan çox-
çox üstündür. Ġlk növbədə onun nefti və nüfuzlu dostları var, iqtisadiyyat sürətlə
inkiĢaf edir. Azərbaycan o qədər güclənə bilər ki, Ermənistan bir anda marginal
ölkəyə çevrilər və onda Qarabağ məsələsi öz-özünə həll edilər”.
Rüstəm Qaraxanlı
ERMƏNĠSTANIN BEYNƏLXALQ
HUMANĠTAR HÜQUQUN NORMA VƏ PRĠNSĠPLƏRĠNĠ KOBUDCASINA
POZDUĞUNU TARĠXĠ FAKTLAR DA TƏSDĠQLƏYĠR
BəĢəriyyətin baĢını qara kabus kimi bürüyən, insanlığa və türk dünyasına
qarĢı yönələn erməni terroru, vandalizmi Azərbaycan tarixində qanlı izlər
buraxmıĢdır. Həqiqət budur ki, “Böyük Ermənistan”, “Dənizdən-dənizə” xülyası
ilə yaĢayan ermənilər öz “arzu” və “ideyalarını” reallaĢdırmaq üçün terror və
soyqırımı “milli mübarizə” yoluna və dövlət siyasətinə çevirmiĢlər.
Yaxın keçmiĢdə, 1988-ci ildə ermənilər azərbaycanlılara qarĢı növbəti
iĢğalçılıq siyasətini, soyqırımı, hərbi təcavüzü həyata keçirmiĢlər. BəĢər tarixində
törədilməyən və analoqu olmayan cinayətləri, etnik təmizləmə, soyqırım,
vandalizm aktları törətmiĢ, azərbaycanlıların tarixi ərazilərindən izini silməyə,
itirməyə çalıĢmıĢdır. Ermənistan bu gün ərazisi beynəlxalq təĢkilatlar tərəfindən
tanınan, qəbul edilən ərazimizin 20 faizini iĢğal etmiĢ, həmin ərazilərdə vəhĢiliklər
törətmiĢlər.
Erməni təcavüzünün törətdiyi ən ağır cinayətlərdən biri də məhz əsir, girov
və itkinlərlə bağlıdır. Azərbaycan Respublikası ədalətsiz müharibənin qurbanına
çevrilmiĢ vətəndaĢlarının taleyi ilə bağlı məsələlərin həlli məqsədilə müvafiq
beynəlxalq konvensiyalara qoĢulmuĢ və sənədlərdən irəli gələn öhdəlikləri yerinə
yetirərək 1993-cü ildə əsir və itkin düĢmüĢ, girov götürülmüĢ vətəndaĢlarla
əlaqədar Dövlət Komissiyası yaradılmıĢdır. Belə bir mötəbər təĢkilatın yaradılması
erməni təcavüzü nəticəsində əsir, girov götürülmüĢ, eləcə də itkin düĢmüĢ
vətəndaĢlarla bağlı dövlət siyasətini mərkəzdən sistemli Ģəkildə təĢkil etmək
məqsədindən irəli gəlmiĢdir.
Əsir və itkin düĢmüĢ, girov götürülmüĢ vətəndaĢlarla əlaqədar Dövlət
Komissiyasının katibi ġahin Sayılovun məlumatına görə, Ermənistan Azərbaycan
torpaqlarını iĢğal edərkən qarĢısına qoyduğu ən “baĢlıca məqsədi”ni Dağlıq
109
Qarabağı və ətraf əraziləri azərbaycanlılardan “təmizləmək” olmuĢdur. Bu
məqsədlə onlar iĢğalçı ordunun əlindən qaçıb qurtara bilməyənləri qəddarlıqla
qətlə yetirmiĢ, bir hissəsini isə əsir və girov götürərək faĢizmin vaxtilə əsirlərə
yaratdığı Ģərtlərdən daha ağır vəziyyətdə saxlamıĢlar.
Ermənistanın müharibə zamanı beynəlxalq humanitar hüququn norma və
prinsiplərini kobud Ģəkildə pozduğunu danılmaz tarixi faktlar da təsdiqləyir. 1993-
cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləĢmələrinin Azərbaycanın Kəlbəcər
rayonuna geniĢmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı
radiostansiyadan (“QSM-7”) Kəlbəcər döyüĢ bölgəsindəki radiostansiyaya
(“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr
verilmiĢdi. Əmrdə əsir və girov götürülmüĢ Azərbaycan vətəndaĢlarını, o cümlədən
qocaları, qadınları və uĢaqları təcili məhv edib basdırmaq tələb olunurdu.
Ermənilərin bunda məqsədi azərbaycanlılar barəsində törətdikləri vəhĢiliklərin
izlərini həmin vaxt döyüĢ bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o
cümlədən jurnalistlərdən gizlətmək idi. Erməni hərbi birləĢmələri komandirlərinin
efirdəki bu radiodanıĢıqları Azərbaycan Respublikasının Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən lentə alınmıĢdır.
Ermənilər əsir və girov götürdükləri Azərbaycan vətəndaĢlarına olmazın
əzab və iĢgəncələr verməklə yanaĢı, onları qətlə yetirməkdən də çəkinməmiĢlər. 16
fevral 1994-cü ildə Ermənistanın Xarici ĠĢlər Nazirliyi guya qaçmağa cəhd edərkən
atıĢma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmiĢdir. Bakıda
meyitlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı isə Beynəlxalq
Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın
“Həkimlər insan hüquqları uğrunda” təĢkilatının üzvü, professor Derrik Paunder
azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın
məsafədən açılan atəĢ nəticəsində qətlə yetirildiyini bildirmiĢ, əsirlərin guya
“qaçmağa cəhd edərkən öldürülməsi” fikrini rədd etmiĢdir.
Dövlət Komissiyasında ermənilər tərəfindən törədilmiĢ bu cür vəhĢilikləri
təsdiq edən yüzlərlə fakt toplanmıĢdır. Dövlət Komissiyası fəaliyyətdə olduğu
müddətdə qarĢısına qoyulmuĢ vəzifənin yerinə yetirilməsi üçün bütün vasitələrdən
istifadə etməyə çalıĢmıĢdır. Əsir və girov götürülmüĢ, itkin düĢmüĢ
vətəndaĢlarımızla bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması üçün
komissiya tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.
2006-cı il aprel ayının 3-də əsir və itkin düĢmüĢ, girov götürülmüĢ
vətəndaĢlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov Beynəlxalq
Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenberqeri, qurumun Avropa üzrə
110
əməliyyat bölməsinin rəhbəri xanım Ġzabel Barranı və Azərbaycandakı
nümayəndəliyinin rəhbəri xanım Merri Verntsi, habelə digər məsul Ģəxsləri qəbul
etmiĢdir.
GörüĢlərdə Dövlət Komissiyasının fəaliyyəti, əsir və girov götürülmüĢ
Ģəxslərin azad olunması, itkinlərin axtarıĢı istiqamətində görülən iĢlər, Beynəlxalq
Qırmızı Xaç Komitəsi ilə əməkdaĢlığın daha da geniĢləndirilməsi, hər iki qurumda
olan siyahılar üzrə fərqin aradan qaldırılması istiqamətində ilkin nəticələr əsas
müzakirə predmeti olmuĢdur. Həmçinin BQXK tərəfindən təqdim olunmuĢ
“Dağlıq Qarabağ münaqiĢəsi ilə bağlı itkin düĢmüĢ Ģəxslərin axtarıĢının təĢkil
edilməsi haqqında” memorandum layihəsi müzakirə olunmuĢ, gələcək fəaliyyət
istiqamətləri müəyyənləĢdirilmiĢdir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin
prezidenti Yakob Kellenberqer Dövlət Komissiyasının daha səmərəli fəaliyyət
göstərdiyini, bu sahədə görülən iĢlərin təqdirəlayiq olduğunu bildirmiĢdir.
Komissiya sədri Eldar Mahmudovun ötən ilin yekunları ilə əlaqədar
iclasdakı bir fikrini xatırlatmaq yerinə düĢərdi: “Ölkə rəhbərliyinin narahatlığı və
qətiyyətli mövqe tələbi heç də təsadüfi deyil. Ermənistan öz ambisiyalarını həyata
keçirmək üçün geniĢ miqyaslı, ardıcıl və düĢünülmüĢ siyasət aparır. Dövlət
strukturları, qeyri-hökumət təĢkilatları və diaspora bir mövqedən çıxıĢ edirlər.
Ermənistanın əsrlər boyu soyqırım, təcavüzə məruz qalması barədə beynəlxalq
ictimaiyyətdə yanlıĢ rəy yaradılmasına səylər göstərilir və bunun üçün bütün
vasitələrdən istifadə olunur. Bir yandan Dağlıq Qarabağ problemi qabardılır, digər
tərəfdən Naxçıvana və ġərqi Türkiyəyə qarĢı ərazi iddiaları irəli sürülür, həmçinin
guya hazırda Azərbaycan Respublikasına məxsus torpaqlarda “qədim erməni”
mədəni və dini abidələrinin dağıdılması barədə hay-küy qaldırılır. Beynəlxalq aləm
bir növ dilemma qarĢısında qoyulur. Bu gün biz növbəti dəfə tarixi sınaq
qarĢısındayıq və bu sınaqdan uğurla çıxmalıyıq. Bizim müdrik, qətiyyətli dövlət
baĢçımız və vətənpərvər xalqımız var. Bütün qüvvələr, imkan və vasitələr səfərbər
olunmalı, bir məqsəd ətrafında birləĢməlidir!”
Bu müddət ərzində itkinlərin taleyinin müəyyən olunması, əsir və girov
götürülmüĢ Ģəxslərin azad edilməsi istiqamətində beynəlxalq təĢkilatlarla iĢin
düzgün qurulması üçün səylər artırılmıĢ, onlarla mütəmadi əlaqələr saxlanılmıĢ,
görüĢlər keçirilmiĢ, müzakirələr aparılmıĢdır. 2006-cı il ərzində Beynəlxalq
Qırmızı Xaç Komitəsi ilə 30-dan artıq görüĢ keçirilmiĢ, “Ante mortem” proqramı
(bu məqsədlə toplanılması nəzərdə tutulan məlumatlar meyitlərin eksqumasiyası
zamanı DNT analizləri ilə tutuĢdurmağa və nəticələrin əldə olunmasına imkan
verəcək. Məlumatlar itkin düĢmüĢ Ģəxsin itkin düĢməmiĢdən əvvəlki dövrünü əhatə
111
edir, eyni zamanda, onun yaxın qohumlarına aid olur) çərçivəsində görüləcək iĢlər
barədə fikir mübadiləsi aparılmıĢ, itkinlərin hər iki qurumda olan siyahıları
arasındakı fərqin aradan qaldırılması, əməkdaĢlığın daha da səmərəli qurulması
üçün təkliflər müzakirə olunmuĢdur. Həmçinin görülmüĢ iĢlər nəzərdən keçirilmiĢ,
əsir düĢmüĢ 5 erməni və 2 azərbaycanlının azad olunması istiqamətində tədbirlər
görülmüĢdür (ümumiyyətlə, təkcə son iki il ərzində 9 azərbaycanlı, 13 erməni azad
olunmuĢdur).
2006-cı il ərzində Əsir və girovların azad edilməsi, itkinlərin axtarıĢı üzrə
Beynəlxalq ĠĢçi qrupunun həmsədrləri Bernhard Klazen (Almaniya), Svetlana
QannuĢkina (Rusiya) və Paata ZakaraeĢvili (Gürcüstan) Azərbaycan və
Ermənistana səfər etmiĢ, onlar komissiyada qəbul edilmiĢlər.
Ötən il həmçinin Ġnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan
Respublikasının maraqlarını müdafiə edən vəkillər - Qabriel Lanski, Malkolm
Shou və Lan Brounli ilə Dövlət Komissiyasında görüĢ keçirilmiĢ, onlara
Ermənistanın təcavüzü zamanı törədilmiĢ cinayətlər barədə ətraflı məlumatlar,
itkin düĢmüĢ Ģəxs kimi qeydiyyata alınmıĢ, həmçinin əsir və girov götürülməsi
barədə faktlar olan Ģəxslər barədə materiallar təqdim edilmiĢdir.
ġahin Sayılovun məlumatına görə, Xocalı soyqırımının ildönümü ilə
əlaqədar Dünya Azərbaycanlıları Konqresi ilə birlikdə tədbirlər hazırlanmıĢdır.
Fevral ayının 20-də Bakı Ģəhərində ġəhidlər xiyabanında baĢlayan tədbir
Türkiyənin Ġstanbul Ģəhərindəki “Taksim meydanı”nda mitinqlə davam etdirilmiĢ,
Belçikanın Brüssel Ģəhərində konfrans, Parlamentin inzibati binasının və
Hollandiyanın Haaqa Ģəhərində Beynəlxalq Ədalət Məhkəməsinin qarĢısında
mitinqlərin keçirilməsi ilə yekunlaĢmıĢdır. Silsilə tədbirlərin yüksək səviyyədə
təĢkili üçün Dövlət Komissiyasının iĢçi qrupu tərəfindən Xocalı faciəsini əks
etdirən plakatlar, transparantlar, müxtəlif ölçülü bayraqlar, fotoĢəkillər, broĢür və
kitablar, kompakt disklər hazırlanaraq yayılmıĢdır.
“31 Mart azərbaycanlıların soyqırımı günü” ilə bağlı Türkiyədə təĢkil
olunmuĢ tədbirlərdə, Ġstanbulun “Fateh” meydanında keçirilmiĢ mitinqdə,
“Ermənilərin türklərə qarĢı soyqırımı və Türkiyə-Azərbaycan münasibətlərinin
gələcəyi simpoziumu”nda Dövlət Komissiyasının materialları əsasında ermənilər
tərəfindən azərbaycanlılara qarĢı törədilmiĢ soyqırım, terror və iĢğal siyasəti barədə
çıxıĢ edilmiĢ, əsir və girov götürülmüĢ insanların ermənilər tərəfindən gizlədilməsi,
komissiyanın bu sahədə gördüyü iĢlər haqqında məlumat verilmiĢdir.
24 aprel “erməni soyqırımı”nın ildönümü ilə bağlı qabaqlayıcı tədbir kimi
“Nyu-York Azərbaycanlıları Assosiasiyası”nın bu Ģəhərdə yaĢayan türklərin və
112
azərbaycanlıların birgə iĢtirakı ilə 22 aprel 2006-cı il tarixdə təĢkil etdiyi tədbirə
Dövlət Komissiyası tərəfindən hərtərəfli köməklik göstərilmiĢ, Xaricdə YaĢayan
Azərbaycanlılarla ĠĢ üzrə Dövlət Komitəsinin xətti ilə Türkiyədə keçirilmiĢ
“Dünya azərbaycanlıları ziyalılarının forumu”nda Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində törədilmiĢ cinayət faktları ilə bağlı məruzə edilmiĢ, Milli
Təhlükəsizlik Nazirliyi və Dövlət Komissiyasının materialları əsasında hazırlanmıĢ
“Erməni terroru” adlı film nümayiĢ etdirilmiĢdir.
Ötən ilin noyabr-dekabr aylarında Dünya Azərbaycanlıları Konqresi
tərəfindən Türkiyənin Ġstanbul Ģəhərində təĢkil edilmiĢ “Xocalı soyqırımı” adlı
elmi konfransda, Avrasiya Strateji AraĢdırmalar və Türk Dünyası Ġnsan Hüquqları
mərkəzləri tərəfindən Türkiyənin Ankara Ģəhərində təĢkil olunmuĢ “Erməni
terroru” adlı tədbirdə komissiyanın iĢçi qrupunun əməkdaĢları təmsil olunmuĢlar.
Hollandiyada və Fransada Azərbaycan və türk diaspor təĢkilatları ilə
əlaqələrin yaradılması, Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilmiĢ
cinayət faktları ilə onların yaxından tanıĢ edilməsi, həmçinin Dövlət Komissiyası
tərəfindən hazırlanmıĢ təbliğat materiallarının yayılması məqsədi ilə müxtəlif
səviyyələrdə
görüĢlər keçirilmiĢdir. Komissiyanın əməkdaĢları “dəyirmi
masa”larda, konfranslarda iĢtirak edərək məruzə və çıxıĢlar etmiĢlər. Səfərlər
zamanı həmçinin əsir, girov və itkin problemi ilə məĢğul olan tanınmıĢ
jurnalistlərlə görüĢlər keçirilərək onlara ətraflı məlumatlar və vəsaitlər təqdim
olunmuĢ, gələcəkdə filmlərin hazırlanması üçün əməkdaĢlıq edilməsinin zəruriliyi
vurğulanmıĢdır.
2006-cı ilin sentyabr ayında Belçikanın beynəlxalq humanitar hüquq üzrə
idarələrarası komissiyasının Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birlikdə itkin
düĢmüĢ Ģəxslərin talelərinin aydınlaĢdırılmasının mexanizmləri və hüquqi
tədbirlərlə bağlı Brüssel Ģəhərində keçirilmiĢ Avropa simpoziumunda Dövlət
Komissiyasının yaradılması tarixi, keçdiyi yol, osir, itkin düĢmüĢ və girov
götürülmüĢ Ģəxslər, onlarla bağlı statistika, axtarıĢ tədbirləri, siyahılarla iĢ,
həmçinin erməni əsirliyində azərbaycanlılara qarĢı qeyri-insani münasibət,
beynəlxalq humanitar hüquq normalarının ziddinə olaraq onların bir-birinə qarĢı
cinayət törətməyə, Azərbaycanın tarixi-mədəni abidələrini dağıtmağa, vandalizm
aktlarında iĢtiraka məcbur edilmələri barədə geniĢ məlumatlar vermiĢlər.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycanın və
Ermənistanın Dövlət Komissiyaları iĢçi qrupu rəhbərlərinin görüĢü keçirilmiĢdir.
Ġtkinlərin axtarıĢı iĢinin fəallaĢdırılması, bu sahədə informasiya mübadiləsi və
qarĢıya çıxan çətinliklərin aradan qaldırılması, siyahılar üzrə iĢin təĢkili və
113
təkmilləĢdirilməsi, eyni vaxtda hər iki ölkə ərazisində monitorinqin keçirilməsi,
əsirlikdə saxlanılanlar barədə məlumatların gecikdirilmədən verilməsi, zərurət
yarandığı tədbirdə üçüncü ölkə ərazisində birbaĢa görüĢlərin təĢkili və azad
olunmuĢ Ģəxslərə aid siyahılar üzərində dəqiqləĢdirmə iĢinin aparılması müzakirə
mövzusu olmuĢdur.
Ümumiyyətlə, erməni terroru, əsir-girov problemləri, Xocalı soyqırımı ilə
bağlı respublikada və xarici ölkələrdə keçirilmiĢ 20-dən çox “dəyirmi masa”da və
toplantıda Dövlət Komissiyasının üzvləri də iĢtirak etmiĢ, onların vasitəsi ilə
müxtəlif materiallar yayılmıĢdır.
2006-cı ildə itkin düĢmüĢ Ģəxslərin axtarıĢı ilə bağlı iĢlər daha çox
canlanmıĢdır. Onların axtarıĢı istiqamətində aparılmıĢ araĢdırmalar nəticəsində il
ərzində Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 122 nəfərin taleyi
müəyyən olunmuĢ, adları siyahıdan çıxarılmıĢdır. Onlardan 37 nəfərin sağ, 25
nəfərin döyüĢlərin gediĢində həlak olduğu, yaxınları tərəfindən tanınaraq dəfn
edildiyi, 60 nəfərin adının siyahıdan təkrar keçdiyi müəyyənləĢdirilmiĢdir. 7
nəfərin itkin düĢdüyü aĢkar edilmiĢ, adı müvafiq siyahıya salınmıĢdır. Hazırda (1
mart 2007-ci il tarixə olan statistika) Dövlət Komissiyasının qeydiyyatında 4499
nəfər itkin düĢmüĢ Ģəxs vardır.
Dövlət Komissiyasında olan məlumatların dəqiqləĢdirilməsi və itkin
düĢmüĢ Ģəxslərin axtarıĢı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq
təĢkilatlara 702 nəfər barədə sorğular göndərilmiĢ, əlavə məlumatlar toplanmıĢ,
təhlil edilərək sistemləĢdirilmiĢdir. Dövlət Komissiyasının itkinlər siyahısında
adları keçən, lakin qohumları tərəfindən müraciət olunmadığından Beynəlxalq
Qırmızı Xaç Komitəsində itkin kimi qeydiyyata alınmamıĢ Ģəxslərin siyahısı üzrə
təhlil iĢi davam etdirilmiĢ, həmin Ģəxslərlə bağlı Dövlət Komissiyasına daxil olmuĢ
müraciətlər təkrar araĢdırılmıĢdır. 286 nəfərlə bağlı məlumatlar (yaxın
qohumlarının ünvanı, əlaqə telefonları, itkin düĢməsi barədə informasiyanın
mənbəyi) BQXK-ya təqdim olunmuĢdur. Həmçinin yaxın qohumlarının
ünvanlannın təkrar dəqiqləĢdirilməsi məqsodi ilə BQXK-dan 181 nəfər itkin
düĢmüĢ Ģəxsə aid daxil olmuĢ siyahı dəqiqləĢdirilib onlara göndərilmiĢdir.
Dövlət Komissiyasında itkin düĢmüĢ 50-dən artıq vətəndaĢın valideynləri
tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya, Dövlət Komissiyasının sədrinə və digər
dövlət orqanlarına ünvanlanmıĢ ərizələrə baxılmıĢ, qaldırılmıĢ məsələlər
araĢdırılmıĢ, görülmüĢ iĢlərlə əlaqədar aidiyyəti orqanlara və vətəndaĢlara
məlumatlar verilmiĢdir. Həmçinin Dövlət Komissiyasına müraciət etmiĢ 289 nəfər
114
itkinin qohumları iĢçi qrupunda qəbul olunmuĢ, onlara yaxınlarının axtarıĢı ilə
əlaqədar görülmüĢ iĢlər barədə ətraflı məlumatlar verilmiĢ, itkin düĢmə Ģəraitləri
barədə
əlavə məlumatlar alınaraq sənədləĢdirilmiĢ, anket vərəqələri
doldurulmuĢdur. Ümumiyyətlə, vətəndaĢların qəbuluna və onların yazılı
müraciətlərinə həssaslıqla yanaĢılır, bu məsələ komissiya sədrinin gündəlik diqqət
mərkəzindədir.
Ümumən 1988-2007-ci illər ərzində 1390 Azərbaycan vətəndaĢı erməni
əsir-girovluğundan azad edilmiĢdir. Onlardan 167 nəfəri uĢaq, 342 nəfəri qadın,
288 nəfəri isə qocalar olmuĢdur. Qeyd olunan 1390 nəfərdən yalnız 24 nəfəri
törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmiĢdir. Əsir və
girovluq dövründə Ermənistanın xüsusi xidmət orqanları tərəfindən məcburiyyət
qarĢısında məxfi əməkdaĢlığa cəlb edilmiĢ 100-dən çox Ģəxs isə qayıtdıqdan sonra
bu faktı etiraf etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmamıĢdır.
Göründüyü kimi, erməni təcavüzünün ölkəmizə vurduğu yaraların aradan
qaldırılması üçün düĢünülmüĢ, sistemli və məqsədyönlü fəaliyyət göstərilməsi
zəruridir. Bu fəaliyyət bütün sahələri əhatə etməli, hər bir Azərbaycan vətəndaĢının
vətənpərvərlik borcu olmalıdır. Möhtərəm prezidentimiz Ġlham Əliyev demiĢdir:
“Azərbaycanın haqq iĢi, Azərbaycanın siyasəti və görülmüĢ bütün iĢlər, atılmıĢ
addımlar, bizim bu məsələyə yanaĢmamız Ermənistan Azərbaycan, Dağlıq
Qarabağ münaqiĢəsinin ədalətli Ģəkildə həllinə gətirib çıxaracaqdır... Milli
təhlükəsizlik orqanlarının bu istiqamətdə gördüyü və görəcəyi iĢlər böyük
əhəmiyyət kəsb edir”.
Dostları ilə paylaş: |