Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5,65 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix06.09.2017
ölçüsü5,65 Mb.
#29114
1   ...   5   6   7   8   9   10   11   12   13

  

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
128 
      Rafiq 
Əliaslan 
oğlu  Quliyev (Qaradağlı 
kənd sakini): 
-
 
Kəndimizin  dörd 
tərəfi  ermənilər  məskun-
laşmış  kəndlər  idi.  Ona 
görə  də  Dağlıq  Qarabağ 
hadisələri  başlanan  gün-
dən  tez-tez  ermənilərin 
hücumuna  məruz  qalır-
dıq.  1990-cı  ildə  mebel 
maşınında 3 nəfər sakini-
miz,  ondan  2-3  ay  sonra  kolxoz  sədri  Soltan  Bayramov  güllə-
lənmişdi. 1991-ci il sentyabrın 8-i isə Ağdamdan kəndimizə gə-
lən  avtobus  ermənilər  tərəfdən  hücuma  məruz  qalmışdı.  1  ay 
sonra  6  nəfəri  Vərəndəli  deyilən  ərazidə,  fermada  diri-diri 
yandırmışdılar. Lakin ən dəhşətlisi hələ qabaqda imiş... 1992-
ci  il  fevral  ayının  17-də  ermənilər  kəndə  daxil  oldular  və  bizi 
əsir götürdülər. 3 nəfəri diri-diri yandırdılar, 3-4 nəfərin başını 
kəsdilər,  1  nəfəri  bel  sapı  ilə  başına  döyə-döyə  öldürdülər,  1 
nəfərin üzərindən “Kamaz”la keçdilər. Bütün bu vəhşiliklərdən 
sonra  bizi  “Kamaz”a  yığdılar,  “Bəylik  bağı”  deyilən  yerdə 
cavanların çox hissəsini güllələyib, silos quyusuna atdılar. Sağ 
qalanları  isə  Xankəndinin  aşağı  hissəsində  körpüdən  keçirib 
döyə-döyə apardılar. Yalnız əsgərlər deyil,  erməni camaatı da 
bizə  hücum  edir,  daşlayırdı.  Həmin  gecə  Xankəndi  8  illik 
məktəbinin  zirzəmisində  qaldıq,  səhəri  gün  bizi  türməyə 
apardılar.  Türmənin  həyətində  bizi  ağzıüstə  uzandırdılar  və 
torpağı yeməyə məcbur etdilər. 
Türmədə  qaldığımız  müddətdə  hər  gün  işgəncələrə  məruz 
qalırdıq.  Hələ  kənddə  döyüş  gedən  zaman  mən  çiynimdən  və 
böyrümdən  yaralanmışdım.  Vəhşilər  dubinka  və  paya  ilə 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
129 
yaramın  üstünə  vururdular.  Mənim  atamı  da  orada  döyüb 
öldürdülər.  
Əsirlikdə  saxlandığımız  vaxt  bizə  olmazın  zülmlər  verir-
dilər. Əsasən də cavanları istədikləi vaxt aparıb döyür, güllələ-
yirdilər.  Yaşlı  adamlarımız  onlara  deyəndə  ki,  “nə  edirsiniz 
bizə edin, öldürürsünüz bizi öldürün, amma bu uşaqlara, cava-
nlara  dəyməyin”,  ermənilər  azərbaycan  dilində  cavab  verir-
dilər ki, “sizin bir ayağınız burdadı, bir ayağınız gorda. Sizdən 
nə asılıdı? – bütün bunlara görə sabah bizdən qisas almaq istə-
yən bu cavanlar olacaq, ona görə də onları öldürürük”... 
Bütün  əzab-əziyyətdən,  45  günlük  əsarətdən  sonra  bizim-
kilər məni böyük çətinliklə geri ala bildilər. 
 
Gərəkməz 
Mirxuda 
qızı  Quliyeva  (Qaradağlı 
kənd sakini): 
- ...Kəndimizdə 10 qadın 
qalmışdı  və  biz  qadınlar  öz 
balalarımıza, 
qardaşları-
mıza  yemək  hazırlayırdıq, 
çörək  bişirir  və  tibbi  lə-
vazimat,  dərman  olmasa 
belə,  adi  parçalardan  kəsib 
yaralıları sarıyırdıq.  
Kəndimizin  hər  tərəfi 
ermənilərin  məskunlaşdığı 
kəndlərlə  əhatə  olunmuşdu. 
Həmin kəndlər dağların ba-
şında  yerləşirdi.  Qaradağ-
lıya yaxın olan Qağarza kəndindən, qatı millətçi Zori Balaya-
nın kəndi olan Kəndxurd kəndindən, Aşan kəndindən 4 il müd-
dətində  -  1988-1992-ci  illərdə  ermənilər  daim  bizə  müxtəlif 
çaplı  silahlardan,  o  cümlədən  “Alazan”  raketindən  atəş  açır-

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
130 
dılar.  4  il  ərzində  bizim  gecəmiz-gündüzümüz  olmayıb, 
bilmirdik ki, sabahkı günə sağ çıxacağıq, yoxsa yox...  
1992-ci  il  fevral  ayının  15-də  erimənilərlə  yanaşı  Xan-
kəndindən  “KAMAZ”,  “URAL”  maşınları  ilə  çoxlu  erməni 
əsgəri və muzdlu kəndimizə hücüma keçdi. Cavanlarımız, qoca-
larımız  hamısı  kəndimizi  qorusalar  da,  erməni  hərbi  birləş-
mələrinin say çoxluğu həlledici idi. Yavaş-yavaş postlarımızda 
olan  döyüşən  oğullarımızı  həlak  etdilər...  Əhalini  “İdarə 
binası”  deyilən  yerə  yığışmışdı.  Ermənilər  həm  yaxşı 
silahlanmışdılar,  həm  də  sayları  çox  olduğuna  görə  fevralın 
17-də  kəndi  işğal  edib,  bütün  əhalini  də  əsir  götürdülər. 
Əsirləri  maşınlara  yığıb  Xankəndi  tərəfə  apardılar.  Onu  da 
deyim ki, yol boyu düzülmüş ermənilər maşınlara o qədər daş 
atdılar  ki,  əsirlərimizin  əksəryətinin  başı,  gözü  yaralanmışdı, 
maşın qanla dolmuşdu.  
Biz 10 nəfər qadını və yaralı Əliyev İlqarı, Orucu və Əliyev 
Ümidvarı  Xankəndində  həsxanaya  saldılar.  Bir  gündən  sonra 
isə  Əsgəran  rayonuna  aparıb,  orda  həbsxanaya  saldılar.  12 
gün  də  orda  qaldıq.  Erməni  hərbçiləri  həmin  12  gün  müd-
dətində hər gün gəlib bizi döyür, söyür, sonra çıxıb gedirdilər. 
12 gün boyu ac-susuz qaldıq.  
Sonra  bizimkilər  bizi  əsirlikdən  dəyişərək  azad  etdilər.  Ar-
tıq 20 ildən çoxdur ki,  əsirlikdən azad olmuşam, amma ermə-
nilərin  verdiyi  işgəncələri  və  hər  gecə  yuxuma  girən  doğma 
Qaradağlı  kəndini  heç  vaxt  unuda  bilməmişəm,  unutmaram 
da..  
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
131 
 Sədaqət  Ġmran  qızı 
Quliyeva  (1952-ci  il  təvəl-
lüdlü  Qaradağlı  kənd  sa-
kini): 
-1992-ci  il  fevral  ayının 
17-də  erməni  işğalçıları 
kəndimizi 
işğal  edərkən 
mən,  həyat  yoldaşım    Quli-
yev  Əliaslan  Nəriman  oğlu  
və oğlum Quliyev Rafiq Əli-
aslan oğlu kənd camaatı ilə 
bərabər əsir alındıq. Kəndin 
işğalı  zaman  oğlum  Rafiq 
döyüşdə  yaralanmışdı.  Əsir 
götürüldükdən  sonra  ermənilər  bizi  Əsgəran  rayonuna  gə-
tirdilər,  burada  gündəlik    ağır  işgəncələrə  məruz  qaldıq.  11 
gün  əsirlikdə  qaldıqdan  sonra  bizimkilər  məni  və  bir  neçə 
qadını  Ağdam-Əsgəran  sərhəddində  dəyişdirdilər.  Əsgəranda 
olduğum müddət  oğlum və həyat yoldaşımdan xəbərim olmadı. 
Əsirlikdən  qayıtdıqdan  sonra  hər  ikisinin  həyatı  barəsində 
məlumat  almağa  çalışdım.  Ay  yarım  sonra  oğlum  Rafiq 
rəhmətlik  Allahverdi  Bağırovun  vasitəçiliyi  ilə  əsirlikdən  azad 
olundu.  Lakin  həyat  yoldaşım  Quliyev  Əliaslan  Nəriman 
oğlunun  vəziyyətinin  ağır  olduğunu  öyrəndik.  Onu  əsirlikdə 
döyərək  qətlə  yetirmişdilər.  Meyitini  15  gün  sonra  geri  ala 
bildik. 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
132 
 ElĢən  Elman  oğlu 
ġirinov (1973-cü il təvəl-
lüdlü Qaradağlı kənd sa-
kini): 
-  1992-ci  il  17  fevral-
da  erməni  silahlılarının 
kəndimizə  güclü  hücumu 
oldu. Bizdə ancaq  yüngül 
silahlar  olduğu  ücün  er-
mənilərlə  yetərincə  mü-
barizə  apara  bilmirdik. 
Buna baxmayaraq, canla-
başla  Vətəni  qorumağa 
calışırdıq.  Ermənilər  dayanmadan  bizi  atəş  altında  saxlayır-
dılar.  Yanımızdakı  yoldaşlarımız  hərə  öz  postunda  möhkəm 
dursa  da,  Ermənistan  silahlı  qüvvələrinin  bölmələri  kəndə  ya-
xınlaşırdı.  Döyüşən  igid  oğullarımız  varıydı,  ancaq  silah-sur-
satımız  tükənmişdi.  Güclü  müqavimət  göstərməmizə  baxmaya-
raq,  ermənilər  kəndi  yandırmağa  başladılar.  Biz  yavaş-yavaş 
geri çəkilməyə başladıq və kəndin idarə binasına toplaşdıq. Er-
mənilər  evləri  yandıra-yandıra  gəlib  İdarəni  mühasirəyə  al-
dılar. Onlar mütəmadi atəş  açırdılar, artıq müqavimət göstərə 
bilmədik  və  ermənilər  kəndi  tam  işğal  altına  aldılar.  Ölənlər 
öldü, sağ qalanları isə əsir götürdülər. Bizi maşınlara yığdılar 
– yaşlıları ayrı maşınlara, cavanları ayrı maşınlara. Bir az get-
dikdən sonra ermənilər maşınları saxladılar və bir neçə nəfəri 
kəndin qırağında güllələdilər. Sonra “Bəylik bağı” deyilən yer-
də maşınları saxladılar yenə də orada xeyli kəndçimizi, əsasən 
gəncləri güllələdilər.  
Bizi  isə  Xankəndinə  apardılar.  Gecə  düşəndə  bizi  sıraya 
düzüb  işgəncə  verməyə  başladılar.  Xeyli  adamı  ora  yığmış-
dılar.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
133 
Bir müddət orada zirzəmidə qaldıq. Onlar hər gün bizi dö-
yür,  incidirdilər.  Xeyli  orda  qaldıqdan  sonra  Xankədi  türmə-
sinə  aparıldıq.  15  gün  orda  qaldıq.  Erməni  nəzarətçilər  bizi 
hər gün döydülər. Biri siqaretini yana-yana alnımda söndürdü.  
Bir gün bizi yığıb Martuniyə (Xocavəndə) gətirdilər. Yolda 
bizi qarda süründüür, döyür, həddindən artıq işgəncələr verir-
dilər. Bəzi yoldaşlarımız işgəncələrə dözməyib öldü. Ermənilər 
bizi döyüb deyirdilər ki, bu torpaqlar bizimdir.  
Nəhayət  mənimlə  bərabər  daha  11  nəfərimizi  bizimkilər 
əsirlikdən geri ala bildilər. 
 
 Minarə  Cəfər  qızı 
ġirinova  (1941-ci  il  tə-
vəllüdlü  Qaradağlı  kənd 
sakini): 
-
 
1992-ci  il  fevral 
ayında  Ermənistan  silahlı 
qüvvələri  Qaradağlı  kən-
dinə  bir  neçə  yerdən  hü-
cum  etdilər.  Kənd  özünü-
müdafiə  dəstələri  erməni-
lərin hücumlarını bir neçə 
dəfə  dəf  etdi.  Mən  də  oğ-
lum Elşənlə birlikdə kənd-
də idim. Bu zaman erməni gülləsinə tuş gəldim və ağır yaralan-
dım. Bayram və Elşən məni İdarəyə apardılar ki, bəlkə orda bir 
imdad edə bilələr. Hamı oraya toplaşmışdı.  
Ermənilər  fevral  ayının  16-dan  17-nə  keçən  gecə  dəhşətli 
hücumla  kəndə girdilər. Gözümün önündə Eldarı və Arifi vur-
dular.  İdarədə  Kərimov  Əliqismət  Qara  oğlunu  və  Dadaşov 
Manaf İslam oğlunu ayağından vurdular. Bizi kənddən çıxarar-
kən hər ikisini yaralı halda orada qoydular... Rüstəmova Zivəri 
isə evinə girərkən vurmuşdular. Artıq bizim özünümüdafıə dəs-

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
134 
təsinin  patronu  qurtarmışdı.  Bundan  istifadə  edən  ermənilər 
İdarəni mühasirəyə aldılar və bizi əsir götürdülər. 
Qadınları,  qocaları  bir,  cavanları  isə  ayrı  maşına  yığıb 
Xankəndi tərəfə apardılar.  
Səhəri gün mən də daxil olmaqla 10 nəfər qadını və 3 nəfər 
kişini  Əsgərana  apardılar.  Fevralın  26-da  gecə  saatlarında 
Xocalıdan olan əsirləri də oraya gətirdilər. Yanımda 2 uşağın 
başını  kəsdilər.  Cavan  gəlinləri  aparıb,  qab  yuduzdurur, 
əsgərlərə  xidmət  elətdirir,  təkrar  geri  qaytarırdılar.  Bir  neçə 
gün sonra bizi Xocalıdan olan bir neçə əsirlə birlikdə Ağdama 
aparıb dəyişdilər.  
 
 Möhübbət  Qacay  oğlu 
Süleymanov 
(Qaradağlı 
kənd sakini): 
-
 
1992-ci  il  17  fevralda 
ermənilər  kəndə  hücüm  et-
dilər  və  kəndi  mühasirəyə  al-
dılar.  Bizim  silah-sursatımız 
tükənirdi  və  heç  bir  köməyi-
miz  yoxuydu.  Erməni  silahlı-
ları  bizi  əsir  götürdülər  və 
yük  maşınlarına  yığıb  Xan-
kəndi  istiqamətində  apardı-
lar.  Bir  az  getdikdən  sonra 
cavanlar olan maşını saxladılar. 10 nəfədən artıq əsiri maşın-
dan düşürtdülər və güllələdilər. 
Yolda Xəlilov Zahidi və Hüseynov Həbibi gülləynən vurdu-
lar.  Bizə  cox  işgənclər  verirdilər  –  döyür,  ac-susuz  saxlayır-
dılar. 5 nəfərin – Dadaşov Mikayıl İslam oğlu, Axundov Hafiz 
Elmaz oğlu, Əliyev Vətən Əmirxan oğlu, Vəliyev Füzuli Cavad 
oğlu,  Hüseynov  Əbülfət  Mehman  oğlunun  hara  aparıldığını, 
necə olduqlarını bilmədik.  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
135 
Əsir saxlandığımız vaxt su istədikdə duzlu su verirdilər. Bir 
kamerada  6  nəfər  idik  –  Quliyev  Yusif  Nəriman  oğlu,  Xəlilov 
Vaqif Əyyub oğlu, Nəzərov Şura, Tağıyev Talıb İnqilab oğlu və 
mən. Sonra üçümüzü – Nəzərov Şuranı, Quliyev Yusifi və məni 
Martuniyə (Xocavəndə) gətirdilər. Daha sonra bizim yanımıza 
öz  kəndimizdən  olan  daha  7  nəfəri  də  gətirdilər.  Bir  müddət 
sonra  Xocalıdan  olan  əsirləri  gətirdilər.  Orda  2  ay  qaldıqdan 
sonra  bizi  azad  elədilər.  Nəzərov  Şura  və  Quliyev  Əlaslan  isə 
türmədə  verilən  işgəncələrə,  aclıq  və  susuzluğa  dözməyərək 
öldülər... 
 
Talıb  Ġnqilab  oğlu 
Tağıyev (1969-cu il təvəl-
lüdlü  Qaradağlı  kənd  sa-
kini):  
-17  fevral  1992-ci  il 
tarixdə  kəndimiz  Ermənis-
tan  silahlı  qüvvələri  tərə-
findən  işğal  olunan  vaxt 
əsir  götürülmüşəm.  Əsir-
likdə  bizə  çox    işgəncələr, 
əzablar  verirdilər. 
Bizi  əsir  götürəndən 
sonra  ermənilər  qocaları 
bir  maşına,  cavanları  isə 
başqa  bir  maşına  doldu-
rub apardılar Xankəndinə. 
Orda bizə çoxlu işgəncə, zülüm verdilər. Hər gün döyür, təhqir 
edir,  həttda  su  istəyəndə  belə,  qapını  açıb  bizi  döyürdülər. 
Orda çox əzab-əziyyət gördük, dişlərimizi paslı kəlbətinlə çəkir 
çıxarır, başımıza olmazın oyunlar açırdılar. Erməni nəzarətçisi 
avtomatın qundağı ilə vurub mənim  qabırğalarım qırdı.  
Nəhayət  uzun  işgəncələrdən  sonra  bizimkilər  məni  və  bir 
neçə başqa kəndçimizi geri ala bildilər...   

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
136 
 
 
  Tapdıq    Ġnqilab  oğlu 
Tağıyev  (1964-cü  il  tə-
vəllüdlü  Qaradağlı  kənd  sa-
kini):  
-
 
1992-ci 
ilin 
fevral 
ayında  ermənilər  böyük  qüv-
və  ilə  dörd  tərəfdən  Qara-
dağlı  kəndinə  hücum  etdilər. 
Bundan  öncə  də  ermənilər 
dəfələrlə  kəndə  hücum  etmiş-
dilər,  lakin  kənd  camaatı  bu 
hücumların  qarşısını  ala 
bilmişdi.  Ancaq    fevral  ayının  17-sində  kəndin  silah-sursatı 
qurtardığı  üçün  kənd  ermənilər  tərəfindən  işğal  olundu. 
Kənddə olan insanlar hamısı əsir götürüldü. Biz cavanları ayrı, 
qocaları  ayrı iki “Kamaz”a doldurub, Xankəndi istiqamətində 
apardılar. Kəndin yaxınlığında “Bəylik bağı” adlanan ərazidə 
içərisində cavanların olduğu maşını saxladılar, burda bir neçə 
əsiri  gülələdilər.  Sonra  bizi  apardılar  Xankəndinə  və  saldılar  
erməni  döyüşçülərinin  qaldığı  binanın  zirzəmisinə.  Bizə  orda 
olmazın  işgəncələr  verdilər,  həmin  işgəncələri  danışmaqnan 
qutarmaz. Səhərisi gün cavanlardan 15 nəfərini saxladılar, qa-
lanlarını  apardılar  türməyə.  Həmin  15  nəfərin  içində  mən  də 
qaldım.  Bizə  deyirdilər  ki,  sizi  aparıb,  xarici  dövlətlərdə  sata-
cağıq...  Nə  isə...  biz  10  gün  qaldıq  orda,  çox  ağır  işgəncələr 
verirdilər. Sutkada 6 nəfər əsirə bir  stəkan su verirdilər.  
Nəhayət bizi də apardılar türməyə və yenə də döyür, təhqir 
edir, hər gün işgəncə verirdilər. Nə deyəsən axı?!. Danışdıqca 
gözüm qaralır, başım fırlanır... Çox işgəncələr  verirdilər bizə, 
qarlı  havada    bizi  ağzıüstə  uzandırırdılar  qarın  üstünə,  çıxır-
dılar  belimizə,  siqareti  belimizdə,  əlimizdə  söndürüdülər. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
137 
Günlərin bir günü, bilmirəm ayın neçəsiydi, bizi yenə möhkəm 
döydülər; bir kəndçimiz var idi – Fazil adında cavan oğlan idi, 
yazıq  gecənin  yarısı  bir  də  gördüm  ki,  canını  tapşırdı. 
Kəndçimiz Ələddin kişi var,  onun boğazını kəsib qanını içmiş-
dilər. İlqar var idi,  yazığı məcbur elədilər ki, üzünü sabaha ki-
mi qırx, yoxsa, səni güllələyəcəyik. Nə ilə qırxsın axı? - Dedilər 
ki, bilmirik ya əlinlə yol, ya da xırda dəsmal atdılar ki, bununla 
sürt yolunub getsin...  
Nəhayət  1992-ci  ilin  aprel  ayında  bizi  girovluqdan  azad 
etdilər.  Mən  gələndə  17  kilo  qalmışdım,  taqətim  yoxuydy, 
əllərində gətirdilər məni.  
Bu gün də mənim bədənimdə sağlam halda olan  bir orqan 
yoxdu... 
 Xudayət 
Məmməd 
oğ-
lu   Tağıyev  (Qaradağlı  kənd 
sakini):  
-
 
1991-ci  ildən  başlayaraq 
kəndimizdə  vəziyyət  daha  da 
pisləşməyə  başladı.  Ermənilər 
kəndə  tez-tez  basqınlar  edirdi. 
Həmin  vaxt  mənim  17  yaşım  var 
idi.  Şahidi  olduğum  hadisələri 
dəqiqliklə 
xatırlayıram. 
Ermənilər  demək  olar,  hər  gün 
kəndi  atəşə  tuturdu.  1992-ci  il 
fevral ayının 15-də ermənilər Qaradağlı kəndinə güclü hücuma 
başladı. Müdafiəçilər bu hücumun qarşısını ala bildilər. Səhəri 
gün,  fevralın  16-da  düşmənlər  yenə  də  hücuma  keçdi.  Amma 
yenə kəndimizə soxula bilmədilər. Fevralın 17-də səhər tezdən 
Ermənistan silahlı qüvvələri daha böyük qüvvə ilə hər tərəfdən 
kəndə basqın  etdi və kəndə girdilər. Get-gedə  kəndin içərisinə 
doğru irəliləyirdilr. Biz kolxozun idarə binasına sığındıq. Bina 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
138 
hər  tərəfdən  mühasirəyə  alınmışdı.  Müdafiəçilər  ermənilərin 
binaya girməsinə imkan vermirdi, amma silah-sürsat tükənirdi.  
Ermənilər  Əlqisməti  və  Arifi  vumuşdular.  Onlar  şəhid  ol-
muşdu. Fevralın 16-dan 17-nə keçən gecə isə ermənilər Mobil 
müəllimi,  Xanalı  Hüseynovu  və  Altay  Həsənovu  vurmuşdular. 
Hər  üçünün  cəsədi  yandırılmışdı.  Dadaşov  Manaf  isə  ayağın-
dan yaralanmış və sürünə-sürünə idarənin binasına qədr gəlib 
çıxa bilmişdi və o da orada həlak olmuşdu. Fevralın 17-də gü-
nortadan  sonra  saat  4  radələrində  kolxozun  və  kənd  sovetliyi-
nin inzibati binası – son sığınacağımız ermənilərin əlinə keçdi, 
bizi  əsir  götürdülər.  Qocaları,  qadınları  bir,  cavanlarla  uşaq-
ları  isə  digər  maşına  mindirərək  apardılar.  Mən  cavanların 
mindirildiyi maşında idim. Kənddən bir az aralı “Bəylik bağı” 
adlanan  ərazidə  maşınları  saxladılar.  Burada  iyirmidən  artıq 
adamı  vəhşicəsinə  qətlə  yetirdilər,  onların  meyitlərini  silos 
quyusuna  atdılar.  Gözlərimin  qarşısında  neçə-neçə  adamın 
başını,  qulağını,  əllərini  kəsdilər. Sonra  mənim  də  içərisində 
olduğum  maşın  Xankəndinə  doğru  yola  düşdü.  Xankəndinə 
çatmamış  bizi  maşnlardan  düşürdüb  piyada  aparmağa 
başladılar. Yol boyu bizi daş-qalaq edir, söyüşlər yağdırırdılar. 
Bizi Xankəndində bir soyuq zirzəmiyə yığdılar. Bir gecə burada 
qaldıq.  Səhəri  gün  məni  və  məndən  başqa  5  nəfəri  burada 
saxlayıb,  digər  əsirləri  başqa-başqa  yerlərə  apardılar.  Bizə 
burada olmazın zülmlər verir, döyürdülər.  
Bir  həftəyə  yaxın  burada  qalandan  sonra  məni  ermənilər 
məskunlaşmış Kəndxord kəndinə gətirdilər. Təxminən 8 gün də 
burada  qalandan  sonra,  gətirdilər  Martuni  (indiki  Xocavənd) 
şəhərinə.  Bir  gecə  burada  saxladılar,  səhəri  gün  isə  məni 
bizimkilərin əlində olan bir erməni ilə dəyişdilər. 
Həmin hadisələin fəsadları, ağrı-acısı indi də mənimlədir. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
139 
Q
aradağl
ı k
əndi 
işğ
al
dan 
sonra
 
 
 
 
 
             
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
140 
Q
aradağl
ı k
əndi 
işğ
al
dan 
sonra
 
 
 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
141 
Q
aradağl
ı k
əndi 
işğ
al
dan 
sonra
 
 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
142 
Yüklə 5,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin