Viktor Polyaniçkoya həvalə olundu. İctimaiyyətin gözündən
pərdə asmağı yaxşı bacaran V. Polyaniçko əslində Azərbaycan
üçün təhlükəli bir insan idi və həmin Polyaniçkonun səylərinin,
eyni zamanda mərkəz tərəfindən qəti tədbirlərin görülməməsi-
nin nəticəsində 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali
Soveti “Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haq-
qında” qeyri-qanuni qərar qəbul etdi, Xankəndində Ermənistan
bayrağı qaldırıldı və Azərbaycan Respublikasında siyasi durum
daha da gərginləşdi. 1990-cı il yanvar ayının 15-də SSRİ Ali
Sovetinin DQMV və ətraf rayonlarda fövqəladə vəziyyətin tət-
biq edilməsi barədə qərar qəbul etməsi də heç nəyi dəyişmədi.
Keçmiş İttifaq başçılarının birtərəfli mövqeyi, ermənilərə
qarşı tərəfkeş münasibəti, istər dolayısı, istərsə də açıq-aşkar
havadarlıq etməsi özünü göstərirdi.
Tarixi Azərbaycan torpağı – Dağlıq Qarabağ bölgəsi beləcə
qan gölünə dönməyə başladı... Dinc insanlar vəhşicəsinə qətlə
yetirilirdi. Fəal hərbi əməliyyatlara başlayan ermənilər 1991-ci
il oktyabr ayının 30-da Xocavənd rayonunun Tuğ və Salakətin
kəndlərini, noyabr ayında isə Xocavənd kəndini işğal edərək
yandırdılar. Dağlıq Qarabağda durum son dərəcə ağır və mü-
Qaradağlı soyqırımı şahidlərin dili ilə
15
rəkkəb, azərbaycanlılar isə köməksiz qalmışdılar. Erməni silah-
lı dəstələrinin basqın və hücumları isə ara vermirdi.
1991-ci ilin noyabr ayının 15-də ermənilər Xocavənd rayo-
nunun Zəmzur kəndinə basqın edərək, 3 nəfəri milis işçisi ol-
maqla, toplam 8 nəfəri qətlə yetirdilər, 2 nəfər qadını isə girov
götürdülər. 1991-ci il noyabrın 20-də Qarakənd kəndi üzərində
dövlət və hökumət nümayəndələrinin, jurnalistlərin uçduğu
vertolyot ermənilər tərəfindən vuruldu... Öz həmvətənlərinin
harayına və köməyinə gedən insanlar həlak edildilər.
Dekabr-yanvar aylarında Xocalı rayonunun Cəmilli, Kərki-
cahan və Meşəli kəndləri ermənilər tərəfindən işğal edildi.
1992-ci ilin yanvar ayında Xocavənd rayonun Axullu, fevral
ayının əvvəllərində isə Şuşa rayonunun Malıbəyli və Quşçular
kəndləri yandırıldı.
Erməni hərbi birləşmələrinə qarşı qanlı döyüşlər gedir-
di. Lakin qeyri-bərabər durumda, bütün cəhdlərə baxmayaraq,
azərbaycanlılar yaşayan kəndlər işğal olunur, yandırılır və
dağıdılırdı.
1992-ci ilin fevral ayında Xocalı şəhərində ermənilər
tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş soyqrım
törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Artıq mühari-
bə Dağlıq Qarabağın hüdudlarından qıraqda, Azərbaycan Res-
publikasının digər şəhər və kəndlərində gedirdi. Dünya erməni-
lərinin, muzdluların, keçmiş Sovet ordusunun, özəlliklə Xan-
kəndində yerləşən 366-cı alayın birbaşa və ya bilavasitə kömə-
yi ilə şəhərlərimiz, kəndlərimiz işğal olunur, yandırılaraq talan
edilirdi.
Qənirə Paşayeva, Şaiq Aslanov
16
İkili standartlar yaxud danılan həqiqətlər...
Ermənistan dövlətinin əsassız torpaq iddiası nəticəsində
cəlb olunduğumuz bu ədalətsiz müharibədə Azərbaycanın
mədəniyyət və musiqi beşiyi olan Şuşa, maddi mədəniyyət
abidəsi Xocalı, habelə bütövlükdə Dağlıq Qarabağ və onunla
həmsınır olan daha 7 rayon Ermənistan silahlı birləşmələri tərə-
findən işğal olunmuş, yandırılaraq talan edilmişdir. Müstəqil
Azərbaycan Respublikasının 20% - dən artıq ərazisi zəbt olun-
muş, Ermənistandan didərgin salınmış azərbaycanlılarla birgə,
toplam 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köç-
künə çevirilmişdir.
Dünya ictimaiyyəti isə uzun illərdir bu haqsızlığa, zorakı-
lığa göz yumur. Erməni lobbisinin təsiri altında ərsəyə gəlmiş
antiazərbaycan mövqeyi ifadə edən bir sıra beynəlxalq təşkilat-
lar hələ də ədalətli münasibət bildirməkdən yayınır, pozulmuş
insan hüquq və azadlıqlarının bərpası üçün beynəlxalq hüquq
normalarına uyğun tədbirlər görmürlər. Bu aydın olan bir həqi-
qətdir ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionun-
da və işğal edilmiş digər ərazilərində misli görünməmiş aman-
sızlıqlarla həyata keçirdikləri etnik təmizləmə və soyqırım
aktlarından sonra ermənilərin “öz müqəddəratını təyin etməy”ə
çalışan “Qarabağ xalqı” (-?!) haqqında tezisi ərazi iddialarını
pərdələmək və təcavüzkarlığa bəraət qazandırmaqdan, eyni za-
manda dünya ictimaiyyətini çaşdırmaqdan başqa bir şey deyil-
dir. Hamı bilməlidir ki, “Dağlıq Qarabağ xalqı” adlı xalq yox-
dur, Qarabağda yaşamış yerli xalq – azərbaycanlılar və müxtə-
lif vaxtlarda bura köçürülmüş ermənilər var. Tarixi gerçəklik
isə bundan ibarətdir ki, ermənilər buraya bu yerlərin əzəli və
əbədi sahibləri olan azərbaycanlılardan çox-çox sonralar gəl-
mişlər və onlar bir millət kimi öz müqqəddəratlarını təyin et-
mək hüququndan artıq bir dəfə (tarixi Azərbaycan torpaqları
olan indiki Ermənistasn ərazisində) istifadə ediblər və Azər-
Qaradağlı soyqırımı şahidlərin dili ilə
17
baycan ərazisində iknci erməni dövləti yaratmaq cəhdləri baş
tutmayacaq. Ermənilər müqəddəratlarını təyin etmək adı altın-
da Azərbaycan topaqlarını işğal altında saxlamaqla, yaşayış
məntəqələrini talan etməklə, yüz illər boyu yaradılmış, forma-
laşmış maddi-mədəni abidələri məhv etməklə bəşəri cinayət tö-
rədiblər və bu cinayəti törədənlər gec-tez öz layiqli cəzalarını
alacaqlar. Münaqişənin tənzimlənməsi missiyasını öz üzərinə
götürən bir sıra beynəlxalq təşkilatların, özəlliklə də, yaradıldı-
ğı dövrdən yetərincə vaxt keçməsinə baxmayaraq, münaqişənin
nizamlanmasında heç bir ciddi irəliləyişə nail ola bilməyən
ATƏT-in Minsk Qrupunun bu məsələyə ikili standartlardan
yanaşması və ədalətsiz müharibəyə cəlb olunaraq torpaqları iş-
ğal olunan, soyqırıma məruz qalan tərəfin deyil, işğalçı tərəfin
mövqeyini dəstəkləməsi qəbuledilməzdir. Münaqişnin tənzim-
lənməsi prosesində beynəlxalq hüquq normalarına istinad im-
kanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi
müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün
səyləri hazırda mövcud “status-kvo”nun qorunub saxlanmasına,
münaqişənin “baş vermiş fakt” əsasında həllinə hesablanmışdır.
İşğalçı və təcavüzkar tərəfi belə destruktiv mövqedən çıxış et-
məyə şirnikləndirən başlıca səbəblərdən biri də məhz danışıq-
larda vastəçilik edən ATƏT-in Minsk Qrupu həmsədrlərinin
prinsipsizliyi, qətiyyətsizliyi, münaqişənin həllinə hamılıqla
qəbul olunmuş beynəlxalq hüquq normalarından yanaşmaması-
dır. Ərazi və milli-etnik separatizm zəminində baş qaldıran mü-
naqişələrin həlli ilə bağlı beynəlxalq hüquqda konkret normalar
və sivil tənzimləmə presedentləri mövcud olsa da, nədənsə
həmsədrlər 17 ilə yaxın bir müddətdə “Ermənistan və Azərbay-
canın öz aralarında razılığa gəlməsi” kimi gülünc mövqeni önə
çəkir, işğalçıya və işğala məruz qalan tərəflə eyni mövqedən
yanaşırlar. Belə süni balans siyasəti isə son nəticədə beynəlxalq
hüquq normalarının praktik təsir gücünə əsaslı şübhələr yaradır.
Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına
Qənirə Paşayeva, Şaiq Aslanov
18
liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması de-
məyə əsas verir ki, hazırda dünyada etnik milli konfliktlərin
həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəki-
lir. Dağlıq Qarabağ münaqişəsi ermənilər ilə azərbaycanlılar
arasında etnik münaqişə deyildir, Ermənistanın Azərbaycana
qarşı əsassız ərazi iddiaları ilə başladığı təcavüzün nəticəsində
yaranmışdır.
Dünya birliyi nəhayət Azərbaycanın haqq səsini eşitməli,
erməni işğalına son qoyulmalı və münaqişə beynəlxalq hüquq
normaları əsasında, ölkələrin ərazi bütövlüyü prinsipinə uyğun
həll olunmalıdır. Lakin hazırki gerçəklik ondan ibarətdir ki,
Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının
qəbul etdiyi 4 qətnamənin işğalçı dövlət tərəfindən yerinə yeti-
rilməməsi ilk növbədə bu mötəbər qurumun nüfuzuna xələl
gətirirməklə yanaşı, eyni zamanda beynəlxalq birlik və beynəl-
xalq hüquq normalarına sayğısızlıq anlamına gəlir. Bütün bun-
lardan sonra gələcəkdə də Ermənistan haqqında hər hansı ciddi
ölçülərin götürülməməsi dünya siyasətində yenə də ikili stan-
dartların mövcud olması anlamına gələcəkdir.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
19
ERMƏNĠ TERRORĠZMĠ
Erməni terrorizmi - elmi araşdırmalar beynəlxalq terroriz-
min tərkib hissəsi olan erməni terroru tarixinin 100 ildən çox
olduğunu göstərir. Belə ki, “Böyük Ermənistan dövləti”nin
yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təş-
kilatları – 1887-ci ildə yaradılmış “Armenakan”, sonradan
“Hınçak”, “Daşnaksütyun” (və b.) bu planı həyata keçirmək
üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proq-
ram sənədlərində başlıca vasitə, üsul kimi nəzərdə tutmuşlar.
XX yüzilin 80-90-cı illərində Azərbaycanda törədilən
terror aktları
80-ci illərin sonlarından başlayaraq, Ermənistan dövlətinin
və nüfuzlu erməni diasporunun maliyyə və təşkilat yardımı ilə
dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror-
çu təşkilatları Azərbaycana qarşı terror müharibəsinə başlamış-
lar. Faktlar göstərir ki, SSRİ dağıldıqdan sonra müstəqillik qa-
zanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru
dəstəkləyərək, onu öz təcavüzkar siya-sətinin əsas tərkib
hissələrindən biri kimi qəbul etmişdir. Diqqət edək:
Sərnişin avtobuslarında törədilmiş terror aktları
Sərnişin və yük qatarlarında törədilmiş terror aktları
Hava nəqliyyatında törədilmiş terror aktları
Bakı Metropolitenində törədilmiş terror aktları
Sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı
Mülki şəxslərə və hərbçilərə qarşı törədilmiş terror
aktları
Mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror
aktları.
Qənirə Paşayeva, Şaiq Aslanov
20
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ ERMƏNĠLƏR
TƏRƏFĠNDƏN TÖRƏDĠLƏN
TERROR-TƏXRĠBAT FAKTLARI
Erməni terror təşkilatlarının Azərbaycana qarşı apardığı ter-
ror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter al-
mışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafın-
dakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu
insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi
xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli
uzaqda da, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə
terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan hə-
lak olmuşdur. Diqqət edək
2
:
16
sentyabr 1989-cu il. “ Tbilisi-Bakı” marşrutu ilə hərəkət
edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25
nəfər yaralanmışdır.
18
fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km.-də
“Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılmış,
çoxlu insan təlafatı olmuşdur.
11 iyul 1990-cı il. “Tərtər-Kəlbəcər” sərnişin avtobusu
partladılmış, dinc əhaliyə məxsus maşın karvanına qarşı terror
aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər
yaralanmışdır.
10 avqust 1990-cı il. “Tiflis-Ağdam” marşrutu ilə hərəkət
edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30
nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və
M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin
gün “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar (indiki Göy-
göl) rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80
2
“Erməni soyqırımı”: mif və gerçəklik”. Elmi redaktor və məsləhətçi
professor Əli Həsənov. Bakı,2012.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
21
AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17
nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sər-
nişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yara-
lanmışdır.
09 yanvar 1991-ci il. “Molodyoj Azerbaydjana” qəzetinin
müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu
avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmiş-
dir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan,
A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə
cəlb olunmuşlar.
30 may 1991-ci il. Dağıstanın Xasavyurd stansiyası yaxın-
lığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, nəticədə 11
nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
19 iyun 1991-ci il. “Yevlax-Laçın” avtomobil yolunun 106-
cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus “UAZ-469”
markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər
ağır yaralanmışdır.
28 iyun 1991-ci il tarixdə dörd bir tərəfdən erməni silah-
lı birlikləri tərəfindən Xocavənd rayonunun Qaradağlı kən-
di atəĢə tutulmuĢdur. 3 saata yaxın davam edən atıĢma
zamanı bir neçə yaĢayıĢ evi yandırılmıĢ, atıĢma səngiyəndən
sonra kəndin 3 km.-də - Vərəndəli adlanan yerdə, fermada
güclü yanğın baĢ verdiyi, dəhĢətli alov dalğalarının göyə
qalxdığı görünmüĢdür. Olay yerinə gələnlər qanlı terror
aktına Ģahid olur: Fermada olan 6 nəfər (3 kiĢi, 3 qadın)
diri-diri yandırılmıĢdı...
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stan-
siyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış,
nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
02 avqust 1991-ci il. Keçmiş Hadrut rayonunun Dolanlar
kəndində “QAZ-53” markalı avtomaşın partladılmış, nəticədə 4
nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
Qənirə Paşayeva, Şaiq Aslanov
22
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi ya-
xınlığında “KAVZ” markalı 70-30 AQO dövlət nömrə nişanlı
avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər
ağır bədən xəsarəti almışdır.
08 sentyabr 1991-ci il. “Ağdam-Xocavənd” avtobusunun
atəşə tutulması nəticəsində 6 nəfər qətlə yetirilmiş, 34 nəfər
müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan
Volodi, Yeremyan Saro, Çalyan SaĢa, Arustamyan Armo
tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün “Ağdam-
Qaradağlı” marşrutu ilə işləyən avtobus erməni quldurları
tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər
müxtəlif dərəcədə xəsarət almışdır.
26 sentyabr 1991-ci il. “Yevlax-Laçın” yolunda “VAZ-
2106” markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladıl-
mış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi
yaxınlığında “UAZ-469” markalı avtomaşın partladılmış,
nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd
kəndi yaxınlığında “Mİ-8” vertolyotunun atəşə tutulması nəti-
cəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli
dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan
olan müşahidəçilər, toplam 19 nəfər həlak olmuşdur.
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilo-
metrliyində “ZİL-130” və “Moskviç” maşınları partladılmış, 5
nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
08 yanvar 1992-ci il. Türkmənistandan “Krasnovodsk-Ba-
kı” marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror
aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il. “Ağdam-Şuşa” marşrutu ilə uçan
“Mİ-8” mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni ter-
rorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq
olan 44 nəfər həlak olmuşdur.
Qaradağlı soyqırımı şahidlərin dili ilə
23
1992-ci ilin yanvar ayında erməni terror dəstələri
Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında
Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26
fevral 1992-ci il tarixdə Xocalı Ģəhərində 613 nəfər dinc
sakini qətlə yetirmiĢ, 650 nəfərinsə sağlamlığına ciddi
xəsarət yetirmiĢdir.
22 mart 1992-ci il. “UAZ 469” markalı 60-25 AZU dövlət
nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış,
nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 mart 1992-ci il. “KAMAZ-5410” markalı 40-53 AQŞ
dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak
olmuş, 2 nəfər yaralanmışdır.
18 aprel 1992-ci il. “Qazax-Cəfərli” yolunun 10-cu kilo-
metrliyində “VAZ” markalı maşın silahlı basqına məruz
qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi
yaxınlığında “UAZ-469” markalı 80-33 AQD dövlət nömrə
nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2
nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 fevral 1993-cü il. Rusiyanın Quzey Qafqaz ərazisində,
Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin
qatarı partladılmış, 11 nəfər həlak olmuş, 18 nəfər yaralan-
mışdır.
02 iyun 1993-cü il. Bakı Dəmir yolu Vağzalında sərnişin
qatarı vaqonunun partladılması nəticəsində dövlətə külli
miqdarda maddi ziyan dəymişdir. Partlayışın icraçısı Rusiya
vətəndaşı Ġqor Xatkovski Ermənistan Respublikası Milli
Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin rəisi, polkovnik
Caan Ohanesyan tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək,
cəsusluq və terrorçuluq məqsədilə Azərbaycana göndərildiyini,
böyük insan tələfatı ilə nəticə-lənəcək partlayışlar törətmək
tapşırığı aldığını etiraf etmişdir. İstintaq zamanı sübuta
yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya əra-
Qənirə Paşayeva, Şaiq Aslanov
24
zisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar
törətmişdir.
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış
nəticəsində 5 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır. Həmin
gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış
nəticəsində 6 nəfər həlak olmuş, 10 nəfər yaralanmışdır.
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində “ZİL” mar-
kalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olmuşdur. Hə-
min hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sa-
kini olan “QAZ-66” markalı sərnişin avtobusu rayondan çıxar-
kən partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər ağır də-
rəcədə yaralanmışdır.
01 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında
“Kislovodsk-Bakı” sərnişin qatarında terror aktı törədilmiş, 3
nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
18 mart 1994-cü il. Xankəndi şəhəri yaxınlığında İran
Hərbi Hava Qüvvələrinə məxsus “Herkules” tipli təyyarə
vurulmuş, 34 diplomat və onların ailə üzvləri həlak olmuşlar.
19 mart 1994-cü il. Bakı metropolitenin “20 Yanvar”
stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak
olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki,
terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən
hazırlanmış, separatçı “Sadval” təşkilatının üzvləri tərəfindən
həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, “Sadval”
separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən
dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik
Baş İdarəsi
,
təşkilatın formalaşmasında, maliyyələşməsində və
silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-
may aylarında 30 nəfər sadvalçı Ermənistanın Nairi rayonunun
Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi
terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləş-
dirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar”
stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respubli-
Qaradağlı soyqırımı şahidlərin dili ilə
25
ka Sarayında və Bakı Lampa Zavodunda da partlayışlar törət-
məyi planlaşdırırmış. “20 Yanvar” metro stansiyasında partla-
yışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi
terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyəti-
nə cəlb edilmişdir.
Dostları ilə paylaş: |