Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində



Yüklə 5.01 Kb.

səhifə9/13
tarix06.09.2017
ölçüsü5.01 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   13

 Oruc  Məhərrəm  oğlu 
Əliyev  (1970-ci  ildə  Qara-
dağlı kəndində doğulub): 
-  17  fevral  1992-ci  ildə 
kəndimiz  işğal  edildikdən 
sonra  mən  də  ermənilər  tə-
rəfindən  əsir  götürüldüm. 
Məni və bir neçə kəndçimizi 
Malıbəyli  körpüsündə  digər 
həmkəndlılərimizdən 
ayır-

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
116 
dılar. Bizi Xankəndinə, milis 
(
polis)  şöbəsinə apardılar. – Biz, 
10 qadın, 3 kişi idik. Orada bir gün saxlanıldıqdan sonra bizi 
Əskərana  apardılar  və  elə  birinci  gün  Əliyev  İlqarı,  Əliyev 
Umudvarı vəhşicəsinə döydülər. Bizi Əskəran türməsinin soyuq 
zirzəmisinə atmışdılar.  
Bizi  gündə  bir  neçə  dəfə  vəhşicəsinə  döyür,  işgəncələr  ve-
rirdilər.  Bir  gün  erməni  nəzarətçisi  İlqara  dedi  ki,  üzünün  bir 
tərəfinin  tükünü  səhərə  kimi  əllərinlə  yolmasan  səni 
güllələyəcəm.  Təsəffür  edin,  İlqar  səhərə  qədər,  zülümnən  özü 
öz  üzünün  tükünü  yolur,  mən  də  üfürə-üfürə  ona  kömək 
edirdim.  Bilirdik  ki,  bu  qansızlar  heç  nədən  çəkinmədən  nə 
istəsən edə bilərlər.  
Sonra  İlqarı  bizdən  ayırıb  Xankəndinə  apardılar,  on 
gündən sonra isə qadınları dəyişdilər, Umudvarla mən qaldım. 
Bizi  ermənilərin  məskunlaşdığı  Noragah  kəndinə  apardılar. 
Burada  bizdən  savayı  18  nəfər  də  Xocalıda  əsir  götürülmüş 
azərbaycanlı  var  idi.  Bir  gün  ermənilərdən  biri  içəri  girib 
kimin qızıl dişi varsa qabağa  çıxsın, dedi. Məndə də qızıl diş 
var  idi.  Erməni  silahlısı  kəlbətinlə  dişlərimi  çıxarıb,  cibinə 
qoydu.  
Saxlandığımız  kənddə  adamlar  bizi  odunla,  daşla 
döyürdülər.  Atıldığımız  zirzəmi  isə  dizə  qədər  su  ilə  dolu  idi. 
Xocalı  sakinlərindən  bir  neçəsi  yanımda  soyuqdan  donaraq 
dünyasını dəyişdi. Orada üstü açıq, dörd tərəfi isə örtülü olan 
qapalı yer var idi, bizi ora ancaq döyməyə aparırdılar. 39 gün 
–  yəni  əsirlikdən  azad  olunduğum  günə  kimi  bu  məşəqqətləri 
çəkmək məcburiyyətində qaldım...  

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
117 
 
Aydın  Mehdi  oğlu  Abbasov 
(1932-ci  ildə  Xocavənd rayonu-
nun  Qaradağlı  kəndində  doğu-
lub): 
-  Mən  kənd  özünümüdafiə 
dəstəsinin  üzvü  olub,  kəndin  er-
məni  silahlı  birliklərindən  müda-
fiə  olunmasında  iştirak  etmişəm. 
Qeyri-bərabər  döyüşdə  axıra  ki-
mi  müqavimət  göstərsək  də,  si-
lah-sursat  qurtarandan  sonra  er-
mənilər  tərəfindən  əsir  götürül-
dük.  52  gün  erməni  əsirliyində 
qalmışam. Əsirlikdə olduğum müddətdə işgəncələrə məruz qal-
dım,  başıma  olmazın  müsibətlər  açıldı.  Sonra  bizimkilər  məni 
çətinliklə də olsa, geri ala bildilər. 
17 fevral 1992-ci il..! O günü – işğal gününü çox əsəb gər-
ginliyi ilə xatırlayıram.  Ermənilərin  vəhşiliyini, silahsız insan-
lara qarşı törətdikləri ağlagəlməz işgəncələri bir an olsun unu-
da bilmirım. Hər dəfə o məşəqqətli günləri xatırlayanda, Xan-
kəndi  həbsxanasında  azərbaycanlılara  tətbiq  edilən,  insanlığa 
sığmayan  işgəncələr  heç  vaxt  yaddaşımdan  silinməz,  deyirəm. 
Ermənilərin  nə  qədər  vəhşi  olduğunu,  uşaqların,  qadınların, 
qocaların dərilərinin soyulduğunu, gözlərinin ovulduğunu, diş-
lərinin məişət kəlbətini ilə çıxarıldığını, başlarının kəsildiyini...  
gözləri ilə görənlər bilər. Bunları unutmaq olarmı?!. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
118 
 
     Rabil  Valerik  oğlu  Baba-
yev  (1974-cü  ildə  Qaradağlı  kən-
dində doğulub):  
-
 
1992-ci  ilin  16  fevralında 
ermənilər  kəndə  növbəti  dəfə  hü-
cüm  etdilər.  Biz  postda  7-8  nəfər 
durmuşduq.  Postların  birində  Er-
mənistan  əsgərləri  bizim  4  nəfəri 
qranatamyotla  vurmuşdular.  Ge-
cədən  başlayan  güclü  atışma  ayın 
17-ində  səhər-səhərdən  başlaya-
raq  daha  da  şiddətləndi.  Sonrası 
da, məlumunuz – kənd  qeyri-bəra-
bər  döyüşdə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal 
olundu,  bizi  də  əsir  götürdülər.  114  nəfər  idik  –  10-u  qadın, 
100-ü kişi. Əsirlərdən 62 nəfər cavanı ayrı maşına, qalanlarını 
ayrı maşına mindirdilər. Bir az getdikdən sonra cavanlar olan 
maşını saxladılar. 10 nəfəri düşürtdülər və güllələdilər.  
...Sonra  qalan  əsirləri  Xankəndinə  apardılar.  Yol  boyu  er-
mənilər bizi təhqir edir, döyürdülər.  
Xankəndinin  girəcəyində  bizi  maşınlardan  düşürtdülər, 
ayaqqabılarımızı    çıxartdırdılar,  ayaq  yalın  aparıb  zirzəmiyə 
saldılar.  
Xankəndi  həbsxanasında  bizi  üç-üç,  dörd-dörd  bölüb, 
kameralara salmışdılar. Əmiraslan, Seyyur, mən – ücümüz bir 
kameraya  düşmüşdük.  Bizə  çox  işgənclər  verilirdi.  Qızıl  diş-
lərimizin hamısını kəlbətinlə cıxartdılar. Ac-susuz saxlayırdılar 
bizi. Su istədikdə də şorabalı su verirdilər. Bir dəfə səhər-səhər 
bizi qarda ağzı üstdə yerə uzatdılar, düz axşama kimi eləcə də 
saxadılar.  
Bir  neçə  gün  sonra  bizi  cıxarıb  başqa  kameraya  saldılar. 
Orda  Zülümxan,  Şəmil  və  başqa  kəndçilərimiz  də  varıydı.  Er-

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
119 
mənilərin  təhqiri,  işgəncəsi  ara  vermirdi.  22  martda  –  Novruz 
bayramında,  səhərdən  axşamadək  bütün  əsirləri  döydülər. 
Həmkəndlimiz  İmran  kişi  varıydı,  onu  mədəsindən  təpiklə  vu-
rub öldürdülər. 
Bizi 45 günlük əsirlikdən sonra, aprelin 1-də Ağdam tərəfdə 
dəyişdilər.  
 
 
Möhkəmə 
Müseyib 
oğlu  
Doluxanov:  
-
 
Biz Qaradağlılar 1988-ci il-
dən  1992-ci  ilin  fevral  ayına  kimi 
Ermənistan  silahlı  qüvvələrindən 
bacardığımız  qədər  müdafiə  olun-
muşuq.  Neçə-neçə  şəhidimiz  vardı, 
nə qədər qanlı hadisələr olmuşdu.  
Gözümüzün  qabağında  qadın-
ları,  uşaqları  öldürürdülər.  Biz  də 
calışırdıq  ki,  əhalimizi,  torpaqları-
mızı müdafiə edək.  
Nəhayət,  1992-ci  ilin  17  fevra-
lında kənd özünümüdafiə dəstəsinin silah-sursatı, ərzağı tükən-
di.  Ermənilər  bizi  mühasirəyə  aldılar  və  kənd  sakinlərinin  ha-
mısını əsir götürdülər.  
Bizi  əsir  götürəndən  sonra  sıraya  düzdülər,  ucaboyluları, 
cavanları  secib  bir  maşına,  qocaları,  qadınları  isə  başqa  ma-
şına mindirdilər. Bizi Xankəndi türməsinə gətirdilər. Hələ onu 
demirəm  ki,  yolda  paltarlarımızı  əlimizdən  aldılar.  Əllərimiz 
qulaqlarımızın dibində, türməyə kimi ayaqyalın apardılar bizi. 
Yol boyunca da ermənilər bizi təhqir edir, döyürdülər.  
Xankəndi  türməsində  bizi  beş-beş,  altı-altı  ayırıb,  kame-
ralara  doldurdular.  Böyükkişi,  Kazım  və  mən  bir  yerdə  idik. 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
120 
Sonra  yanımıza  başqalarını  da  gətirdilər.  Çox  çətin,  ağrılı 
günlər yaşadıq. 6 adama bircə stəkan su verirdilər.  
Yusifi,  Əlastanı  vurub  öldürdülər.  Nəzərov  Şuranı  təpiklə 
vurub mədəsini partlatdılar, o da çox yaşaya bilmədi, öldü. Xə-
lilov Zahidi əsir götürülən gün maşından salıb güllələmişdilər. 
Həbibi də hələ yoldaykən öldürmüşdülər. 
   Torpaqlarımızın  müdafiəsi  uğrunda  çoxlu  cavanlarımız 
həlak oldu. Ermənilərin dinc insanlara qarşı törətdiyi vəhşilik-
lər insanları dəhşətə gətirmişdi. Telman vardı, üstündə qumba-
ra gizlətmişdi, müdafiə üçün... Ermənilərin törətdiyi vəhşiliklə-
ri görəndə  cıxardıb partlatdı. Ermənilərdən də ölən oldu, özü 
də şəhid oldu.  
 Ermənilər  əlimizi  divara,  ayaqlarımızı  yerə  mismarlayıb, 
çoxlu dözülməz işgəncələr verirdilər bizə.  
Əsirlikdə nə qədər kənd sakini öldü, məni və bir neçə başqa 
əsirimizi isə çətinliklə də olsa bizimkilər geri ala bildilər.  
    
Güloğlan  Ənvər  oğlu 
Əmirxanov 
(Qaradağlı 
kənd sakini):  
-
 
1992-ci  il  fevral  ayı-
nın 14-dən  ermənilərin  hü-
cumları daha da intensivləş-
mişdi.  Kənddə  vəziyyət  hər 
gün daha da çətinləşirdi. Biz 
istədik  ki,  bir  təhər  kəndi 
tərk  edib  dağ  yolları  ilə  Ağ-
damın  Gülablı  kəndinə  ge-
dək,  ancaq  gedə  bilmədik, 
hər  tərəfdən  güllə  üstümüzə 
yağış  kimi  yağırdı.  Səhər 
tezdən  kəndə  qayıtdıq,  evə  catanda  gördük  ki,  evdə  heç  nə 
qalmayıb,  ermənilər  hər  şeyi  dağıdıb.  Kəndi  isə  dayanmadan 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
121 
atəşə  tuturdular.  Sürünə-sürünə  Eldar  kişinin  evinin  arxasına 
getdim ki, ordan kolxozun idarə binasına adlayım. Çox cəhd et-
dim mümkün olmadı. Məni əsir götürdülər. Silahlıların arasın-
da  bir  məktəbdə  oxuduğum  iki  erməni  var  idi,  mən  onları, 
onlar da məni tanıdılar.  Ancaq nə xeyri  var? – Erməni  ki, er-
məni...  -  Əllərimi,  ayaqlarımı  bağlayıb  döyürdülər  məni.  Bir 
gün  öz  aralarında  danışırdılar  ki,  məni  aparıb  qəbirstanlıqda 
başımı kəssinlər. Nədənsə sonra o fikirdən daşındılar. 
...Əsirlikdə  məni  hər  gün  döyür,  ağır  işgəncələr  verirdilər. 
Döyülməkdən  qabırğalarım  qırılmışdı.  Bir  dəfə  məni  atdılar 
təlim görmüş itin  qabağına. Bilmirəm, nədənsə it mənə heç nə 
eləmədi.  Bir  erməni  isə  təpiklə  vurub  gözümü  bərk  zədələdi. 
Əllərim  zəncirlə  bağlı  olduğundan  özümü  müdafiə  edə 
bilmirdim.  
Əsirlikdə  olanların  kimin  ki,  ağzında  qızıl  dişi  var  idi 
hamısını çəkib ağzından çıxarırdılar. Mənim də  qızıl dişlərimi 
çəkib  çıxardılar.  Bizi  dəyişmək  adıyla  türmədən  çıxartdılar, 
amma  daha  10  gün  də  Heşən  kəndində  saxladılar.  Həmin 
kənddə  İlqar, Nofəl, Qara, Aydın kişi və mən də daxil olmaqla 
ümumilikdə 12 nəfər idik. Aprel ayının  21-də  bizimkilər məni 
geri ala bildilər. 
 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
122 
 BaxĢeyiĢ 
Əkbər 
oğlu  Hüseynov  (1966-cı 
il  təvəllüdlü  Qaradağlı 
kənd sakini): 
 -1992-ci 
ilin 
17 
fevral  tarixində  bizim 
kəndi  hər  tərəfdən  müha-
sirəyə  aldılar.  Özümüzü 
müdafiə etmək üçün silah 
və  patronumuz  demək 
olar  ki,  yox  idi.  Erməni 
silahlıları 
isə  dayan-
madan atəş açır, kənd sa-
kinlərinin  yığışdığı  idarə  binasına  yaxınlaşırdılar.  Belə  qeyri-
bərabər mübarizədə  sona kimi müqavimət göstərsək də, sonda 
erməni silahlıları bizi əsir götürdülər.  
Kəndimizdən  olan  cavanları  bir  “Kamaz”a,  yaşlıları  isə 
ayrı  bir  yük  maşınına    yığdılar.  Kənddən  bir  az  aralanmışdıq 
ki,  “Pir” deyilən yerdə maşını saxlayıb, bir necə nəfəri güllə-
ləyərək qətlə yerirdilər. Eldar əmimi isə ağacla döyərək öldür-
dülər. Rəhmətlik Elmidarı, Zahidi də ermənilərin məskunlaşdı-
ğı Cəmiyyət (Ningi) kəndində güllələdilər. 
Xankəndinə  gedən  yol  azərbaycanlılar  yaşayan  Malıbəyli 
kəndinin    yaxınlığından  keçirdi  və  biz  ermənilərin  Malıbəylini 
necə yandırdıqlarını da gördük. Malıbəyli körpüsü deyilən yer-
də bizi maşından düşürtdülər və Xankəndinə kimi piyada apa-
rıb orada bir zirzəmiyə saldılar. Orda bizə cox ağır işgəncələr, 
zülümlər    verirdilər.  Həmin  zirzəmidə  3-4  gün  saxlandıqdan  
sonra 4 nəfəri – kəndçilərimiz Vətəni, Abdullanı və digər 2 nə-
fəri çıxarıb harasa apardılar. Bundan 7 gün sonra Əliyev Şah-
ruzu,  Hüseynov İlqarı və məni Xankəndi türməsinə apardılar. 
Kəndçilərimdən Quliyev Əlqəmə və Tağıyev Tapdıq isə or-
da  qaldılar.  Xankəndi  türməsində  bizi  demək  olar  ki,  hər  gün 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
123 
döyür  və işgəncə verirdilər. Həmkəndlim Fazili təpiklə döyüb-
döyüb öldürdülər. Meyidi üç gün kamerada yanımızda qaldı.  
Kameraya yağış və qar suyu gətirib paylayan zaman bacım 
oğlunun  mənə  tərəf  gəldiyini  görən  erməni  silahlıları  onu 
ölümcül  olana  qədər  döydülər  ki,  niyə  yerindən  tərpənirsən... 
Bir  gün  Qırmızı  Xaç  Cəmiyyətindən  bizim  yanımıza 
gəlmişdilər.  Erməni  silahlıları  bizi  məcbur  etdilər  ki,  onlara 
deyək  ki,  bizə  yaxşı  baxırlar.  Onlar  getdikdən  sonra  bizə 
verdikləri odeyalları da əlimizdən aldılar. Bir sözlə, çox böyük 
çətinlik  və  əzab-əziyyətlə  üzləşdik.  Təsəvvür  edin  ki,  mən  əsir 
düşən  zaman  90  kq  çəkim  var  idi.  54  günlük  əsir  həyatından 
sonra isə 38 kq çəkim qalmışdı... 
 
Novruz Həmzə oğlu 
Hüseynov (1936-ci il tə-
vəllüdlü Qaradağlı kənd 
sakini): 
-
 
Ermənilər  1988-
ci  ildən  1992-ci  ilin  fev-
ral  ayına  kimi,  demək 
olar, hər gün kəndimizdə 
bir qanlı  hadisə törədir-
di.  Müqavimət  göstərir-
dik,  evimizi,  yurdumuzu 
qorumağa 
çalışırdıq, 
amma 
silah-sursatımız 
az  idi.  1992-ci  il  fevral 
ayının 17-də Ermənistan 
ordusu  kəndimizi  işğal  edən  vaxt  mən  də  kənddə  idim. 
Aralarında muzdlular da olan erməni silahlı birləşmələri kəndə 
soxuldular.  Kənddə  olan  sakinlərin  əksəriyyəti  kolxozun  idarə 
binasını  sığınacaq  kimi  seçib  oraya  yığışmışdı.    Mühasirə 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
124 
dairəsini  get-gedə  sıxan  erməni  silahlıları  sonda  bizi  əsir 
götürdülər.  
Əsir  götürülmüş  bütün  həmkəndlilərim  kimi  mənə  də  çox 
əzab-əziyyət  verdilər.  Kim  yaralı  idisə,  ümumiyyətlə  yarasını 
sarımır,  kim  xəstə  idisə  heç  bir  köməklik  göstərmir,  bu  azmış 
kimi təhqir edir, döyürdülər.  
Mən 50 gün əsirlikdə saxlanıldıqdan sonra bizimkilər məni 
geri almağa müvəffəq oldular. 
 
Tavar  Hüseyn  qızı  Həsənova  
(1935-ci  ildə  Xocavənd  rayonu 
Qaradaglı kəndində doğulub): 
-
 
1992-ci il fevralın 14-də er-
mənilər kəndimizə hücum etdilər. 3 
gün  davam  edən  aramsız  hücum-
lardan  sonra  fevralın  17-də  kəndi-
miz  ermənilər  tərəfindən  işğal 
olundu və həmin vaxt kənddə olan-
ların  hamısını  ermənilər  əsir  gö-
türdülər. 
Əsirləri  müxtəlif  yük  maşınlar-
ına  yığıb  Xankəndinə  tərəf  hərəkət 
etməyə  başladılar.  Ermənilərin 
məskunlaşdığı  Qağarza  kəndinin  yaxınlığında  “Bəylik  bağı” 
deyilən yerdə maşını saxladılar və gənclərin bir neçəsini aşağı 
düşürüb  güllələdilər,  cəsədlərini  isə  quyuya  tökdülər.  Cə-miy-
yət (Ningi) kəndi yaxınlığında isə daha iki kəndçimizi – poçtal-
yon  Həbib  Hüseynovu  və  baytar-həkim  Zahid  Xəlilovu  qətlə 
yetirdilər. 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
125 
Mən 13
 
gün əsir qaldım. Əsirlik həyatımda çox işgəncələrə 
məruz qaldım; döyüldüm, təhqir olundum, söyüldüm. Heç kimə 
əsir həyatı arzulamıram. 
  
Kazım 
Əbülhəsən 
oğlu 
Kazımov  (1936  –cı  il  təvəllüdlü 
Qardağlı kənd sakini): 
-
 
1992-  ci  il  fevral  ayının 
15-dən    başlayaraq  ermənilər 
kəndimizi  dörd tərəfdən mühasir-
əyə  aldılar.  Biz  İdarənin  inzibati 
binasında  sığınmışdıq.  Ermənilə-
rin hücumu getdikcə daha şiddətli 
xarakter alırdı. Fevral ayının 17-
də  günortadan  sonra  ermənilər 
kəndə  soxula  bildilər  və  bizim 
olduğumuz binanı mühasirəyə al-
dılar. Bizim, onsuz da az miqdarda olan sursatımız artıq tükə-
nirdi. Bu qeyri-bərabər mübarizədə bizim patronlarımız qutar-
dı  və  ermənilər  bizi  əsir  götürdülər.  Fevral  ayının  17-si,  saat 
16-da bizi tam tərkisilah etdilər və qocaları ayrı, cavanları ayrı 
maşınlara  mindirib  Xankəndi  istiqamətinə  apardılar.  Bizi  ma-
şınlara mindirəndə oğlum Nəsimi də yanımda idi, mən oğlumu 
çəkib  üzündən  öpəndə  erməni  zabiti  bizi  gördü  və  gəlib  məni 
çənəmdən vurdu, oğlumu da məndən ayırdı.  
Yolda bir neçə dəfə “Zəki bulağı” adlanan yerdə və “Bəy-
lik bağı”nda cavanlar olan  maşını saxlayıb, hər dəfə təxminən 
bir  neçə  cavanı  güllələyir,  cəsədlərini  isə  yem  üçün  qazılmış  
quyuya  (silos  quyusuna)  atıb,  üzərinə  torpaq  tökürdülər. 
Oğlum  Nəsimi  də  “Bəylik  bağı”nda  öldürülənlərin  arasında 
idi.  Xankəndində  bizi  –  yəni  məni,  Möhkəməni  və  Böyükkişini 
bir  aya  qədər  saxladılar.  Sonra  bizi  ayrı  kameraya  apardılar, 
orada  isə  daha  8  nəfər  var  idi.  Bizi  yenə  döyür,  təhqir  edir, 

Qənirə Paşayeva, Şaiq Aslanov 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
126 
sutkalarla  ac-susuz  saxlayırdılar.  Elə,  yazıq  Nəzərov  Şura 
döyülməkdən  yanımızdaca  dünyasını  dəyişdi.  Mən  düz  45  gün 
əsirlikdə qaldım.  
 
 
 Əlqəmə 
Baloğlan 
oğlu  Quliyev  (1937-ci  il 
təvəllüdlü Qaradağlı kənd 
sakini): 
-
 
Fevral  ayının  17-
də,  yəni  kəndimiz  işğal 
olunan gün erməni silahlı 
birləşmələri 
bizi 
əsir 
götürdülər.  Əsir  götürü-
lən kəndçilərimizin hamı-
sını  yük  maşınlarına  yı-
ğıb Xankəndinə tərəf apardılar. Yolda bizi maşınlardan düşürt-
dülər, paltarlarımızı, ayaqqabılarımızı  soyundurdular. Bizi pi-
yada  aparırdılar  və  ermənilər  yol  boyu  bizi  söyür,  daş-qalaq 
edirdilər.  Əsirlikdə  saxlanıldığımız  vaxt  Şirinov  Böyükkişini, 
Nəzərov  Şuranı  döyə-döyə  öldürdülər.  Bizə  zülm  verir,  ac-su-
suz saxlayırdılar.  
Xankəndində bizi bir zirzəmiyə salmışdılar. Orda 3 ay sax-
ladılar, olmazın zülmlər verdilər. Təkcə hərbçilər deyil, erməni 
uşaqlarının əlinə toxmaq verirdilər, onlar da başımıza, ayaqla-
rımıza vururdular... Təsəvvür edin, ayaqlarını qaldırırdılar ki, 
altından  öp.  Ermənilər  bizə  deyirdilər  ki,  bütün  Azərbaycanı 
almışıq... 
 

Qaradağlı soyqırımı şahidlərin dili ilə 
 
 
127 
 
 Əmiraslan  Ġman  oğlu 
Quliyev  (Qaradağlı  kənd 
sakini): 
-
 
1992-ci  ilin    17  fev-
ral günü  Ermənistan silahlı 
birləşmələri  Qaradağlı  kən-
dinə hücum etdi.  Kəndimizi, 
evimizi  qorumaq  üçün  son 
dəqiqəyədək 
müqavimət 
göstərdik. Lakin bu bir nəti-
cə vermədi, kəndi işğal etdi-
lər, bizi də əsir götürdülər.  
Öncə 
bütün 
əsirləri 
sıraya  düzdülər.  Cavanları 
bir,  yaşlıları  isə  bir  maşına 
yığdılar.  “Bəylik  bağı”  deyilən  ərazidə  maşını  saxladılar.  Bir 
neçə  nəfəri  aşağı  düşürüb  güllələdilər.  Sağ  qalanları  isə  Xan-
kəndinin  girəcəyindəki  bir  kazarmaya  gətirdilər.  Bir  neçə  gün 
burada  işgəncə  verdikdən  sonra  isə  Xankəndi  həbsxanasına 
gətirdilər. Bizi ağzıüstə qarın üstünə yıxıb döyür, daşlayırdılar. 
15-16  gün  sonra  bizi  Xocavənd  (Martuni)  şəhərinə  gətirdilər. 
Bizi  hər  gün  kəndimizin  yaxınlığına  aparır,  işğal  edilən  gün 
öldürüb silos quyusuna atdıqları meytləri ordan çıxarmağı əmr 
edirdilər.  Meyitlər  tanınmaz  halda  idi.  Bir  neçə  gün  ac-susuz 
orda öz kəndlilərimizin meyitlərini çıxardıq.  
Nəhayət,  46  günlük  əsirlik  həyatımızın  sonunda  mən  də 
daxil  olmaqla  16  nəfəri  və  6-7  meyiti  bizimkilərin  əlində  olan 
erməni əsirləri ilə dəyişdirdilər. 
 


1   ...   5   6   7   8   9   10   11   12   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə