ErməNİstanda azərbaycan məNŞƏLİ toponiMLƏRİN İzahli lüĞƏTİ 1



Yüklə 1,72 Mb.
səhifə20/21
tarix05.03.2017
ölçüsü1,72 Mb.
#10074
1   ...   13   14   15   16   17   18   19   20   21

ARPAQAVASİN - İrəvan xanlığının Karbibasar mahalında kənd adı [159]. Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Gürcüstanın Borçalı r-nunda Kavazin kəndindən çıxmış ailələrin Arpaçay sahilində məskunlaşması nəticəsində yaranmışdır.

ARPAGÖL - Sahəsi 5 kv. km. olan gölün adı. Dəniz səviyyəsindən 2020 m. yüksəklikdədir. Arpaçayın mənbələrindəndir. Erməni mənbələrində Arpiliç kimidir (6, 223).

ARPAÇAY - Axuryan r-nunda kənd adı. 1920-ci ildə əhalisi qovulmuşdur. Arpaçayın adını əks etdirir. 1950-ci ildə Axuryan adlandırılmışdır. (Bax: Axuryan)

ARPAÇAY - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının ərazisindən axan çayın adı. Uz. 186 km. Mənbəyini Arpagöldən götürür. Qaraxan, Qaranqu, Dəliçay, Gözəldərə və b. qolları vardır (6). Aşağı axarı Axuryan adlanır. 1950-ci ildə kənd fərmanla Axuryan adlandırılmışdır. Qədim türk dillərindəki  abra - "xeyir verən", "firavan yaşamağa səbəb olan" sözündən ibarətdir. (Bax: Axuryan)

ARSLANLITƏPƏ - İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [170, 17]. Aslanlı nəsil adıdır.

ARTAVUÇ - XVIII əsrin ortalarına aid ermənicə mənbədə İrəvan əyalətində kənd adı [150, 359].

ARTİZ - İrəvan quberniyasının İrəvan qəzasında (indi Abovyan r-nunda) kənd adı [133, 20]. 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə azərbaycanlıların az hissəsi qayıtmışdır. 1948-51-ci illərdə əhalinin azərbaycanlı hissəsi Azərbaycana köçürülmüşdür. 1946-cı ildə kənd ermənicə Gehard adlandırılmışdır. Əhalinin yer dəyişməsi ilə Şərqi Anadoludan gətirilmiş addır. XIX əsrdə Batum əyalətinin Artvin dairəsində Ortiz, Qars əyalətinin Oltin dairəsində Ortiz [133, 195] kənd adları ilə mənşəcə eynidir. (Bax: Artiz dağ Adı)

ARTİZ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında dağ adı [133]. Şərqi Anadoluda Şavarşen əyalətinin [110, 60] orta əsrlərdə həm də Artaz adlanması məlumdur [110, 44, qeyd 213]. Cənubi Azərbaycanda Urmiya gölünün şimal-şərqində bir əyalət də Artaz adlanırdı [107]. "Alban tarixi"ndə IV əsr hadisələri ilə əlaqədar Maku əyalətində Artaz mahal adı çəkilir ("Alban tarixi", I kitab, 6-cı fəsil). Həmin toponim IV əsrdən məlumdur. Orada türk mənşəli cinli tayfasından Vaxan Mamiqun farslarla döyüşmüşdür. Türk dillərindəki  ərtis -  "aşırım" [108, 85] sözündəndir.

ARTİK - İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı (133, 20). 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir (6, 154). Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı [133, 20]. Erməni mənbələrində VII əsrdən məlumdur (6).  Ehtimal ki, qədim türk dillərindəki art - "dağlıq ərazi", "aşırım" [93, 55] sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə,  aşırımda yerləşir.  XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Art-Kol-Su və Art-Kol-kənd, Dağıstan əyalətinin Andi dairəsində Artluk, həmin əyalətin Kaytak-Tabasaran dairəsində Art-Uzun (çay adı) toponimləri [133, 20] ilə sıra təşkil edir.

ARTİK - İrəvan quberniyasının Aleksandropol qəzasında xaraba kənd adı [133, 20].

ARTİK VƏNG  -  Artik r-nunda qala adı.

ARTİKQIŞLAQ - İrəvan quberniyasının Aleksandropol qəzasında kiçik kənd adı. 1919-cu ildə kəndin əhalisi qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir. Başqa adı İkinci Qılıcyataqdır. (6, 154). Artik kəndinin adındandır. Köhnə Artik və Aşağı Artik də adlanmışdır (6, 154).

ARTİKSU - Ələyəzdən başlanan və Arpaçaya qarışan çayın adı. Uz. 27 km.-dir. Camışlı-Su da adlanır.

ARTULU - İrəvan əyalətində selab adı  [150, 355].

ARTUS - İrəvan xanlığının Karpibasar mahalında kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır (yenə orada). Ehtimal ki, gətirilmə addır. Anadoluda Van gölünün cənub sahilində erkən orta əsrlərdə Artos dağı və mahalından [101, 100] gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

ARXAŞAN - İrəvan quberniyasının İrəvan və Novobayazid qəzalarında çay adı [133, 20].  Kasak çayının sol qoludur.

ARXAŞAN - İrəvan quberniyasında bir dağın və Novobayazid qəzasında iki dağın adı [133, 20]. Türk dillərindəki arxac (bax: Arxac) və in - "mağara", "heyvan yuvası" [126, 234] sözlərindən ibarətdir. 1590-cı ilə aid mənbəyə görə Arxaşan həm də yaylaqdır [169, 94].

ARXAC - İrəvan qəzasının Şərur-Dərələyəz qəzasında (indiki Yeğeknadzor r-nunda qışlaq adı [133]. 1948-ci ildə əhalisi Azərbaycana köçürülmüş və kənd ləğv edilmişdir. Türk dillərindəki arkaç - "dağın arxası", "dağın gün düşməyən hissəsi, quzeyi" (bax: 143, I, 291) sözündəndir. XIX əsrdə Borçalı qəzasında Arxaç bulaq 133, 20] və Zəngəzur qəzasında Arxaçtəpə 133, 20], Azərbaycanda Qaynararxac (Oğuz r-nu), Qızıl Arxac (Dağlıq Qarabağda), Qara Arxac (Gədəbəy r-nu), Arxacdərəsi (Qubadlı və Cəbrayıl r-nları) dağ adları ilə eynidir.

ARXQIRAĞI  -  Şəmşəddin  (Berd ) r-nunda qışlaq adı.

ARXLI - İrəvan əyalətinin Şurəgəl nahiyəsində kənd adı [23, 132]. "Qaraxac kəndinin yaxınlığında yerləşən, Cəfərdaşanlı kimi də tanınan Arxlı kəndi" (yenə orada). (Bax: Arıqlı)

ARXÜSTÜ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. "Arxın üstündə"  mənasındadır.

ARÇAZUR - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı (133, 21).

ARÇAZUR - Qafan rayonunda dağ adı (133, 21). Türk dillərindəki arça (ardıc) və ermənicə dzor “dərə” sözlərindən ibarətdir. Arça sözü ilə bağlı Arçahuni mahal adı Albaniyada varlı (Alban tarixi, II, 36).

ARÇANOTS - Göycə gölünün şimal-qərb sahilində Pəmbək dağ tirəsində zirvə adı. Türk dillərindəki  arça - “ardıc” sözündəndir.

ARÇUT - İrəvan quberniyasının Aleksandropol qəzasında  (Quqark r-nunda) kənd adı [133, 21]. 1988-ci ildə 700 ailədən ibarət (6, 154) əhalisi Azərbaycana qovulmuşdur. Mənası məlum deyil. XIX əsrdə Dağıstan əyalətinin Qazıqumuq dairəsindəki Arçuttu kənd adı (133, 21) ilə eynidir. VII əsrə aid erməni mənbəyində Albaniyanın Arsak bölgəsində Arçlan (ermənicə yazılışda Harçlank) toponimi qeyd olunmuşdur. Ehtimal ki, türk dillərindəki arça (ardıc ağacı) sözündən yaranmışdır.

ARÇUT - İrəvan quberniyasının Aleksandropol qəzasında xaraba kənd adı [133, 21].

ASAYİŞARXI - İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23, 89]. "Əhalisi Kürdvəli əşirətindəndir" (yenə orada).Qızılbaşların Asayişoğlu tayfasının (24, 192) adındandır. (Bax: Əsayişli)

ASAHAT - İrəvan əyalətinin Xınzirək nahiyəsində [170, 7] kənd adı. Dümbuli tayfasının məskunlaşması nəticəsində yaranmışdır (yenə orada).

ASETİ - İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170, 14]. Türk dillərindəki asu - "qırmızı gil" (93, 64) və farsca deh - "kənd" sözlərindən ibarətdir.

ASƏFİ - İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [23, 59]. "Asəfə məxsus" mənasındadır.

ASƏCƏ - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı [170, 4].  Qədim türk dillərindəki  asu  - "qırmızı gil"  [93, 64] sözündəndir.

ASLANLU - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı [133, 21]. XIX əsrin sonundan adı çəkilmir. Aslanlı bir elin adıdır.

ASMA - İrəvan xanlığının Sürməli mahalında kənd adı [159]. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır (yenə orada). Sonralar əhalinin az hissəsi geri qayıdıb yenidən məskunlaşmışdır. 1918-ci ildə yenidən əhali qovulmuş və kənd dağıdılmışdır. XIX əsrdə Gürcüstanın Kutaisi quberniyasının Leçxum qəzasındakı Asmaşi, Şimali Qafqazda, Stavropol əyalətindəki Asmayeva kəndi [133, 21] və Azərbaycandakı indi Asmaçay (Xaçmaz r-nu) toponimləri ilə mənaca eynidir. Türk dillərindəki  əspə  - "yayda quruyan çay" [126, 204] sözündəndir.

ASPIÇAY  -  Vedi r-nundan axan və Araza tökülən çayın adı.

ASSAR - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133, 21]. Azərbaycan mənşəli (əsli ərəbcədən) hasar adının rusca yazılışıdır. İrəvan əyalətində və Şərqi Anadoluda bir sıra toponimlərdə fəal yer tutan sözdür. Ərəbcə hesar - "qala", "qala divarı ilə əhatə olunmuş kənd" (145, 237) sözündəndir. Burada hasar dedikdə tsiklopik tikinti (nəhəng daşlardan hörülmüş qalaça, azərbaycanlılar onları "hörükdaş" da adlandırırlar), qalaça nəzərdə tutulur. (Bax: Qalaça və Qarahisar)

ASTADİNGİL - Rəvan əyalətinin Abaran nahiyəsində kənd adı [167, 233]. Kəndin adı 1728-ci ilə aid mənbədə də çəkilir [23, 113].

ASTAFLU - İrəvan quberniyasının Sürməli qəzasında kiçik kənd adı [133, 22]. XIX əsrin sonlarından sonra adı çəkilmir. Şimali Qafqazdakı Astovka kəndinin və Azərbaycandakı indi Astaf (Daşkəsən r-nu) toponimləri ilə eynidir.

ATAĞALI -  Rəvan əyalətinin Vedi nahiyəsində məzrə adı [169, 226]. "At ağılı" (at tövlələri) adından təhrifdir. XIX əsrin ortalarından sonra mənbələrdə adı çəkilmir.

ATAMDƏRƏSİ -  İrəvan quberniyasının Novobayazid qəzasında çay adı [133, 22]. Çay axdığı dərənin adı  Atam şəxs adındandır.

ATAMXAN - İrəvan quberniyasının Novobayazid qəzasında (indi Martuni r-da) kənd adı [133, 22]. 1968-ci ildə kənd ermənicə Vardadzor adlandırılmışdır. Atamxan şəxs adındandır.

ATARENİS - XVIII əsrin ortalarına aid ermənicə mənbədə Göycə mahalında bir kənd adı [150, 360]. "At aranı" ("atlar üçün qışlaq yeri") adının ermənicə təhrif formasıdır.

ATAXAN MƏHƏMMƏDQƏDİM - İrəvan əyalətini Zarzəmin nahiyəsində kənd [23, 120].

ATQOÇ  -  Martuni r-nunda kənd adı.  X1X əsrin əvvəllərindən ləğv edilib.

ATDAŞ - Martuni r-da kənd adı. "At qayası" mənasındadır. 1950-ci ildə ləğv edilmişdir. Başqa adı - Qaradüzü. "Kitabi-Dədə Qorqud" eposunda "At düzü" toponimi ilə səsləşir.

ATDAŞI - İrəvan xanlığının Göycə mahalında kənd adı. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır [159]. "At qayası" mənasındadır. "Kitabi-Dədə Qorqud" eposunda "At düzü" toponimi ilə səsləşir.

ATKİZ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı [133, 22]. Yerli tələffüz forması Atqiz. 1959-cu ilə Keçalan kəndinə birləşdirilmiş, əkin yerləri Kürdükan kəndinə verilmiş və kənd ləğv edilmişdir [20, 133]. Əhalisi 1988-ci ildə Azərbaycana qovulmuşdur. "At saxlanılan güzdək" mənasındadır.

ATLIDƏRƏ -  İrəvan əyalətinin Şirakel nahiyəsində kənd adı [23, 133]. Başqa adı Qarakilsə (yenə orada). "At saxlanılan dərə" mənasındadır.

ATLICA  - İrəvan xanlığının Sürməli mahalında kənd adı. 1828-1832-ci illərdə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Qədim adı Atluqışlaq [170, 20]. 1723-cü ilə aid mənbəyə görə Reyhanlı elinə mənsub qışlaq yerində_yaranmıĠdır [170, 20]. "At saxlanılan qışlaq" mənasındadır.

ATLICALI  -  İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [170, 17].

ATSİQ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Meğri r-nunda) kənd adı. 1940-cı ildə Voroşilov adlandırılmışdır.

ATCAR  -  Yeğeqnadzor r-nunda kənd adı.

AFQANLU  (ƏFQANLI)  -  Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı [133, 2]. Yerli tələffüz forması Avqanludur (yenə orada). 1918-ci ildə əhalisi qovulmuş və kənd dağıdılmışdır. Aqvanlu adının təhrifidir. Şimali Azərbaycan ərazisində er.əv. I minilliyin II yarısından məlum olan türk mənşəli etnosun adı  Al an idi. Er.əv. IV əsrdən bu etnosun antik mənbələrdə "Albaniya" adlandırılan dövlət qurumu vardı. Alban dövləti eramızın VII-VIII əsrlərində (ərəb işğallarına qədər) yaşamışdır. Bizans və ərəb mənbələrində bu dövlət və ölkə Kürdən cənubda maldar ellərin qışlaq yeri olan düzən ərazinin adı ilə Aran (Arran) adlanmışdır. Qədim erməni dilində XI-XII əsrlərə qədər "l" səsi olmadığına görə "b" səsinin "v" səsi ilə əvəzlənməsilə Alban etnonimi "Aqvan" kimi tələffüz edilir və yazılırdı. Ərəb işğalından əvvəl IV əsrdə xristian dinini qəbul etmiş alban xalqının əksər hissəsi islam dinini qəbul etmiş, yalnız Artsak, Şəki və az miqdarda Dağlıq Şirvanda albanlar xristian dinindən dönməmişdilər. 704-cü ildə erməni kilsəsinin fitvası ilə Ərəb xilafəti azlıqda qalmış xristian albanların kilsəsini erməni kilsəsinə tabe etdi. Ondan sonra erməni kilsəsi tərəfindən əlifbası və yazısı məhv edilmiş albanlar zorla erməni yazısına keçməli oldular və ermənilərin onları adlandırdıqları "ağvan" adını daşımağa başladılar. Alban tayfası indiki Ermənistana məxsus olan Göycə və Zəngəzur bölgələrində də yaşayırdı. Bunu Aqvan (Alvan) komponentli toponimlər də təsdiq edir. Aqvanlu toponimi göstərir ki, birinci, bu yaşayış məntəqəsi "alban" etnonimi unudulduqdan və bu adın ermənicə tələffüz forması olan "aqvan" adının onu əvəz etməsindən sonra yaranmışdır; ikinci, toponimin mənsubiyyət bildirən - "lu" şəkilçisi göstərir ki, kəndin sakinləri, qonşuluqda yaşayan və kəndi belə adlandıranlar türk mənşəlilər idilər. Türk mənşəli albanların özlərinə "aqvan" ("alban" etnoniminin ermənicə tələffüzü) demələri maraqlı bir hadisəyə səbəb olmuşdur. XIV əsrdə Qarabağda olan Teymurləng özünü "aqvan" adlandıran 20 min xristian albanını Orta Asiyaya - Qəndəhara köçürmüşdü. Xristian albanlar orada islam dininə (onun sünni məzhəbinə) keçmiş və hakim qüvvəyə çevrilmişdilər. Ən əsası bu oldu ki, XVIII əsrdən sonra "Ağvan" etnonimi təhrifə uğrayaraq "Afqan" formasını kəsb etdi və "Əfqanıstan" adına çevrildi. Hazırda Əfqanıstandakı çoxlu Qarabağ toponimi də məhz ağvanların (albanların) özləri ilə apardıqları "Qarabağ" adından ibarətdir.

AFŞAR KƏLƏVAN -   İrəvan əyalətinin Karni nahiyəsində kənd adı [170, 87]. "Kələvan (kəndi) yaxınlığında Afşar (kəndi)" mənasındadır. Səlcuq oğuzlarının Avşar (Afşar) tayfasının adını əks etdirir. (Bax: Avşar və Gellavan)

AXARBAXAR   -  Vardenis r-nunda dağ adı.

AXASKU -   İrəvan əyalətinin Dədə-Ələyəz mahalında kənd adı (170, 13). Yunanca aqios "müqəddəs" (burada xristian dini məbədi mənasındadır) və farsca ku "kənd", "məhəllə", "yer" (145, 128) sözlərindən ibarətdir. Arşaklar sülaləsinin hakimiyyəti illərində (I-IV əsrlər) Ərməniyədə fars mənşəli sözlərdən toponimlərin yaranması səciyyəvi idi.

AXDƏRƏ  -Yeğeqnadzor r-nunda çay adı (Bax: Ağdərə çayı).

AXENİK - Göycə mahalında kənd adı [150, 360].

AXİROS -   Rəvan əyalətinin Vedi nahiyəsində kənd adı [169, 224].

 

 

AXİS - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 23]. 1590-cı ilə aid türkcə mənbədə Əxis kimidir [169, 69]. 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. XX əsrin 30-cu illərində ermənilər yerləşdirildikdən sonra kənd ermənicə Dzorat adlandırılmışdır."Kitabi-Dədə Qorqud" eposunda Axisqa (Ehtimal ki, bu ad oğuzlardan əvvələ aiddir və "Axisgah" adından ibarətdir; fikrimizcə, yunan dilində aqios "müqəddəs" sözündəndir. Bax: Axasku) toponimi qeyd olunur. Eposdakı "Əysə Qoca oğlu Oxçu" ifadəsindəki Əysə bəlkə də etnonimdir. 1548-ci ildə Şah I Təhmasibin bir fərmanında Ermənistanda Axstabad kəndinin adı çəkilir [134, 179]. 1588-ci ilə aid bir sənəddə Gəncə əyalətində Ahistabad sancağının adı çəkilir [167]. 1727-ci ilə aid mənbədə isə Dağlıq Qarabağın Vərəndə mahalında Qut-Ahis kəndi qeyd olunur [171].



AXİS - İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı [133].

AXIRLI - İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [23, 71].

AXNATUN - İrəvan xanlığının Karnibasar mahalında kənd adı [159]. Orta əsr mənbələrində Aqunatun kimidir [145, 141]. Türk dillərindəki əqin -"yüksəklik" [126, 637] və ton -"uzunvarı təpə" sözlərindən ibarətdir.

AXİLU - İrəvan quberniyasının Şərur Dərələyəz qəzasında kənd adı  [133, 23]. XIX əsrin əvvəllərində əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1978-ci ildə kənd ermənicə Berkarat adlandırılmışdır. Ehtimal ki, gətirilmə addır. Ərəb mənbələrində Dəclə çayı sahilində Axul şəhərinin adı çəkilir (bax: 73). Onu Suriyada (Şamda) yaşamış Şamlı türk tayfası gətirmişdir. XIX əsrdə Qars əyalətinin Kaqızman dairəsindəki Axullu kəndinin adı ilə [133, 24] mənşəcə eynidir. (Bax: Haxılı)

AXLATYAN - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı [133, 23]. 1590-cı ilə aid türkcə mənbədə Əxlatian [369, 361], 1728-ci ilə aid mənbədə Ahlatiyan kimidir [170, 161]. Türkiyədə Van gölü kənarında yerləşən Axlat (ermənicə Xlat) əyalətindən gəlmiş ailələrin özləri ilə gətirdiyi addır. 1727-ci ildə bu kənddə 5 azərbaycanlı və 1 erməni ailəsi yaşayırdı [32, 234]. XIX əsrin I yarısında azərbaycanlılar qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.

AXLATİAN - İrəvan xanlığının Zəngibasar mahalında kənd adı [159]. (Bax: Axlatyan)

AXSAQ - Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169, 269]. (Bax: Aksak)

AXSAQ ƏHMƏD  - Rəvan əyalətinin Talin mahalında kənd adı. Digər adı - Ağcaviran [169, 249].

AXSAQLU -   İrəvan əyalətinin Xınzirək nahiyəsində [170, 7],  XIX əsrdə Aleksandropol qəzasında kənd adı. "Üçkilsə kəndinin yaxınlığında yerləşir" (yenə orada). 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır (6, 155).

AXSAQ TAVUS - İrəvan xanlığının Göycə mahalında kənd adı. 1828-1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır [159]. Ayrımların Ağsaqlı [bax: Aksaq] qolunun Tovuz çayının yuxarı axınının kənarında qədim Tavus qalasının (VII əsrdən məlumdur) yaxınlığında məskunlaşdığı bildirilir. "Tavus yaxınlığında Ağsaqlı eli" mənasındadır.

AXSAQ TOYUQ - İrəvan quberniyasının Novobayazid qəzasında xaraba kənd adı [133, 10]. Ayrımların Axsaqlı qolunun "Toyuq" adlı yerdə məskunlaşdığını bildirir. "Toyuq" formasını kəsb etmiş ad isə əslində türk dillərində tıyıq (tuyuq) "hər tərəfi bağlı yer" (yəni dörd tərəfi dağlarla əhatələnmiş dərə), "gölməçə" [143, III, 2, c.1436, 1437] sözündən ibarətdir (bax: Tıqıq). XIX əsrin ortalarında Şamaxı qəzasında Kolanı tayfasının məskunlaşdığı yer (indiki Dağ Kolanı kəndinin ərazisi) "Toyuqplov" adlanırdı ki, bu da türk dillərindəki tıyıq və bilab (bulaq adı) sözlərindən ibarətdir. (Bax: Aksak)

AXSU  -  Şəmşəddin (Berd) r-nunda meşə məntəqəsi. 1960-cı ildə ləğv edilmişdir.

AXTA - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı [159]. XIX əsrin birinci yarısında Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir. 1959-cu ildə kənd Hrazdan adlandırılmışdır. 1959-cu ildən mövcud Hrazdan rayonunun mərkəzi Hrazdan qəsəbəsidir. 1728-ci ilə aid mənbədə Axtu kimidir [170, 12]. Əhalinin hərəkəti ilə Türkiyədən gətirilmə addır. Orta əsrlərdə Şərqi Anadoluda Axta nahiyəsi vardı. XIX əsrdə Azərbaycanda yaşamış Padar tayfasının bir qolu da Axtaçı adlanırdı (bu qolun məskunlaşması nəticəsində Ağsu, Kürdəmir və Sabirabad rayonlarında Axtaçı kəndləri yaranmışdır).

AXTA - İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [23, 60]. Həmin mənbədə kənddə təkcə bir azərbaycanlı ailəsinin (Vəlixan Murad oğlunun) yaşadığı qeyd olunur [32, 317].

AXTA - İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Ermənicə kənd Çarensovan adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Axtabene kimi yazılmışdır [150, 15]. Lakin həmin mənbədə Rəvan əyalətinin Dərələyəz nahiyəsində Axta kəndi də qeyd olunmuşdur [170, 15].

AXTA - İrəvan quberniyasının Sürməli qəzasında çay adı [133]. Axta kəndinin adındandır.

AXTALI - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133]. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmışdır.

AXTAXAN -   İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı [23, 49].

AXTAXANA -   İrəvan əyalətinin İqdır nahiyəsində kənd adı [23, 66].

AXTAXANA -   Rəvan əyalətinin Talin mahalında məzrə adı [169, 249].

AXTAXANA  -  Qafan r-nunda kənd adı. 1942-ci ildən - Zorastan.

AXTU -   İrəvan əyalətinin Dərəçiçək nahiyəsində kənd adı [23, 53].

AXUNVƏNG -   Rəvan əyalətinin Qarni nahiyəsində kənd adı [169, 210].

AXUM - Şəmşədil r-nunda Kür çayının sağ qollarından birinin adı. Ehtimal ki, Azərbaycan dilindəki axım sözündəndir. (60, 68).

AXUM - Şəmşədil r-nunda kənd adı. Axum çayının adını əks etdirir.

AXUND BOZAVƏND - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı [133, 24]. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1926-cı ildə qovulmuş əhalinin bir hissəsi geri qayıdaraq ermənilərlə qarışıq yaşamağa məcbur olmuşdur. XX əsrin 30-cu illərində azərbaycanlılar tamamilə sıxışdırılıb çıxarılmışlar. 1935-ci ildə kənd ermənicə Bertik adlandırılmışdır. Orta əsrlərdə İranda, Ermənistanda və Azərbaycanda yaşamış Bozavənd tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Azərbaycanda Bozavənd (Kürdəmir r-nu) kənd adı ilə mənşəcə eynidir. (Bax: Qırx Bozavənd və Qulaməli Bozavənd)

AXURA -   Rəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [169, 258].

AXURA - İrəvan əyalətinin Dərələyəz nahiyəsində kənd adı [170, 12]. Mənbədə kəndin əhalisinin türklər olduğu qeyd olunur [32, 257].

AXURABULAQ MƏZRƏSİ  - RəSan əyalɥtinin VYdi nahiyəsində məzrə (əkin yeri) adı [167, 223].

AXURYAN - Ermənistanda Araz çayının sol qolunun adı. Uz. 186 km. Arpa çayının başqa adıdır. Ermənistandan başlayıb Naxçıvanda Araza tökülən Arpaçaydan (Şərqi Arpaçaydan) fərqli olaraq Qərbi Arpaçay da adlanır. Mən-bəyini Arpagöldən və başqa bulaqlardan götürür və Baxçalar kəndi ərazisində Araza qarışır. Arpaçayın adı Arpazos formasında er. əv. V əsrdən  məlumdur. (Ksenefont, Anabazis, V, 12).  XI əsrə aid ermənicə mənbədə Xorian kimidir [110]. Lakin 1694-cü ildə qeyd olunmuş çayın sahilindəki qala "Arpa-Su qalası" adlanırdı [110, 209, qeyd 25]. Çayın adı ilə er.əv. VIII əsrə aid Urartu mənbəyində çar I Argištinin y_zısında Akhuriaini "ölkəsi"nin adı çəkilir. Ermənilər ermənicə olmayan bu toponimin sonuna tələffüzdə "y" səsini əlavə etmiş və sonunda Urartu dilində məkan bildirən "ini" şəkilçisinin sonuncu "i" səsini ataraq "yan" şəklinə salmışlar. Orta əsr erməni mənbələrində Axurian kimidir [107, 343]. Urartu mənbəyində qeyd olunsa da, çayın adı Urartu dilində yox, qədim türkcədir. Çayın adı türk dillərindəki akırın, akrın, ağrın, ağru, ahru, -  "sakit", "dinc", "aramlı" [147, I, 123] sözündəndir. Qeyd edilməlidir ki, Arpaçay hidroniminin özü də qədim türk dillərində abra "xeyirli", "sakitlikdə yaşamağı təmin edən", "qoruyan" [147, I, 59] sözündən ibarət olmaq etibarilə çayŲn əhalisinin təsərrüfat həyatı üçün xeyirli olmasını ifadə edir. Azərbaycanın Naxçıvan bölgəsindəki Axur çayı və Qusar r-nundakı Axur çayı adları ilə mənaca eynidir.

AXURİ  -  İrəvan quberniyasının Sürməli qəzasında kənd adı (133, 24).

AXURİ  -  İrəvan quberniyasının Sürməli qəzasında xaraba kənd adı (133, 24).

AXURLU - İrəvan quberniyasının Dərələyəz qəzasında qışlaq adı. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd dağılmışdır. Əsli Axurludur. (Bax: Axura)

AXURLU -   İrəvan əyalətinin Aralıq nahiyəsində kənd adı [170, 20].

AHUDAQ - İrəvan quberniyasının Novobayazid qəzasında dağ adı. "Ahu (ceyran) olan dağ" mənasındadır. Azərbaycanın Şamaxı rayonundakı Ahudaq oronimi ilə mənaca eynidir.

AÇAQU - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı [133, 25]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Kənd oradakı Açaqu (yerli əhali içərisində "Qızqalası" da adlanmışdır) qalasının adı ilə adlanmışdır. XIX əsrdə Şimali Qafqazdakı dörd Açaluk kənd adı [133, 25] ilə ehtimal ki, eyni mənadadır. Naməlum mənşəli "Aça" və farsca ku -"kənd" sözlərindən ibarətdir.

AÇIQ MƏRCİVAN - İrəvan əyalətinin Sürməli nahiyəsində kənd adı [23, 64].

ACIBAC - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. XIX əsrdə Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının qışlaqlarından (Aqbiz, Acıbac, Alışar, Ballıqaya, Boynə-gər, Göyyal, Dərətun, Qıvraq, Girs, Murxus, Pirəsad, Püsyan, Saldaş, Sancaraq-lu,  Sarıcıq,  Xaçati,  Xortikuz, Çavalı və Yavsunlu)  biridir (103, 66). Acıbac çayının sahilindədir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

ACIQIŞLAQ -   Rəvan əyalətinin Karpi nahiyəsində kənd adı [169, 211]. Mənbədə kəndin həm də Kürəkəşin adlandığı qeyd olunur (yenə orada). Türk dillərindəki kora -"qışlaqda mal-qara üçün tövlə" və monqolca qoşun -"şoran" sözlərindən ibarətdir.


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin