«erqonomika və İŞ TƏHLÜKƏSİZLİYİ» fənni üzrə proqram


MÖVZU 10. SƏNAYE SAHƏLƏRİNDƏ ( KİMYA VƏ NEFT-QAZ



Yüklə 48 Kb.
səhifə11/17
tarix02.01.2022
ölçüsü48 Kb.
#40007
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
YourFileName

MÖVZU 10.

SƏNAYE SAHƏLƏRİNDƏ ( KİMYA VƏ NEFT-QAZ

SƏNAYESİNDƏ) İŞ TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATI

MƏSƏLƏLƏRİ VƏ PROBLEMLƏRİN HƏLLİ

YOLLARI.
Ətraf mühit amillərinin insan orqanizminə təsiri. Səna-ye müəssisələri tərəfindən ətraf mühitin çirklənməsinin insa-nın sağlamlığının pozulmasına təsiri. Kimya, neft və qaz sənayesində iş təhlükəsizliyinin təminatına tələblər. Partlayıcı materialların istehsalı, saxlanması və tətbiqi zamanı sənaye təhlükəsizliyi tələbləri. Texnoloji proseslərinin partlayış təh-lükəliliyi və normativ texniki sənədləşdirmə.
Kimya, neft və qaz sənayesində iş təhlükəsizliyi. Təhlü-kəsizlik üçün əsas tələbləri. Sənaye proseslərinin partlayış təh-lükəliliyinin qiymətləndirilməsi üçün normativ texniki sə-nədləşdirmə. Xammalların, hazır məhsulların və digər materi-allar partlayış, yanğın xassələrinin göstəriciləri.
Sənayedə iş təhlükəsizliyinin təhlükəli proseslərinin səciyyəvi xüsusiyyətləri. Sənayedə istifadə edilən xammal və köməkçi maddələrin yanğın–partlayış təhlükəliyinin qiymət-ləndirmənin kompleks parametrləri. Alovlanmanın qatılıq həd-di. Buxarların alovlanmasının temperatur hədlərinin qiymət-ləri. Öz-özünə alovlanmanın standart temperaturu. Texnoloji proseslərin həyata keçirilməsinin təhlükəsiz şəraitinin seçil-məsi. Partlayış və yanğın təhlükəlilik proseslərin təhlükəsizliyi əmsalları.
Sənaye proseslərinin tənzimlənmə vasitələri və qəza əleyhinə müdafiəsi. Kimya, neft- kimya və neft emalı sənaye-sində baş verən qəzaların təhlili. Sənaye qəzalarının baş ver-mə səbəbləri və qəzaların faiz göstəriciləri. Qəzaəleyhinə mü-dafiənin tez təsirli olması və effektivliyi əhəmiyyətli dərəcəsi. Sənaye üçün tez təsir göstərən və effektiv qəza əleyhinə müda-fiə sistemi. Atmosferə partlayış təhlükəli məhsulların qəza tullantılarının xarakteri, onların lokallaşdırılması və xəbərdarlığı.
15

Müəssisələrdə dağıdıcı olmayan metodlar və nəzarət va-sitələri ilə dağılma dərəcələrinin müəyyən edilməsi. Müəssisə-lərində avadanlıqların metaldan olan detallarının korroziya, eroziya, yeyilmə dərəcəsinin müəyyən olunması metodları. Qaz təchizatı obyektlərində sənaye təhlükəsizliyi tələbləri. Qaz kəmərlərində və aparatlarda böyük inersiyalı titrəyiş yaran-ma səbəbləri. Qazların sıxılması və nəqli sistemlərində part-layış təhlükəli mühitin əmələ gəlməsinin xəbərdarlığı.



Yüklə 48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin