11
larının və xalq mahnılarının xalq şeiri formalarına
əsaslanan mətninin heca vəznində olması tam normaldır
və bu əruz vəzninin bizə yad olmasını deməyə əsas
vermir. Əruz vəzninin hansısa xalqın musiqisinə yad
olub-
olmamasını isə, bu vəznin qeyri-dəqiq də olsa
müəyyən elementlərinin həmin xalqın musiqisində olub-
olma
ması ilə müəyyən etmək olar. Xalq musiqimizin
ritmik əsasları məsələsinə ayrı-ayrı kitablarda (4, 5, 7, 10,
11, 14, və s
.) toxunulmuşdur. Xalq musiqimizin bu
tədqiqatlarda qeyd olunan əsas ritmik vahidləri ənənəvi
əruz təfilələrinə (müftə’ilün, məfA’ilün və s.) uyğundur.
Ümumiyyətlə, xalq musiqimizin ritmləri ilə əruz
qəlibləri arasındakı yaxınlığı praktiki olaraq da görmək o
qədər də çətin deyil. Aşıq havaları, xalq mahnıları və
oyun hava
larının ən orijinal nümunələrinə diqqət yetirsək,
əruz vəznində olan müəyyən elementləri həmin
nümunələrdə görmək olar. Məsələn, aşıq havalarından
“Yanıq Kərəmi”, “Kərəm Gözəlləməsi”, “Ovşarı” və b.
havaların, oyun havalarından “Tərəkəmə”, Vağzalı” və b.
havaların əsas parçalarının ritmik quruluşu, həmçinin
nağara ritmlərindən “Qaytağı”, “Üç badam bir qoz”
ritmlərinin quruluşu səri-2 qəlibinə (Müftə’ilün müftə’ilün)
uyğundur. Aşıq havalarından “Dübeyti” və b. havaların
(instrumental variantının) ritmik quruluşu rəməl-9 qəlibinə
(
Dostları ilə paylaş: