Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


musiqimizdəki  bu  ritmləri  əruzdan  xəbərsiz  xalqımız



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
esh evsq

musiqimizdəki  bu  ritmləri  əruzdan  xəbərsiz  xalqımız 

özü yaratmışdır. 

Muğam  musiqisinin  “əruz  üzərində  qurulması”  mə-

sələsinə gəldikdə, birincisi, onu qeyd edək ki, muğamın 

yaranma  tarixi  əruzun  yaranma  tarixindən  çox-çox 

qədimdir  (15)  və  muğam  şifahi  ənənəli  professional 

musiqi  kimi 

yalnız  əruzla  məhdudlaşan  ritmik  sistemə 

sığacaq  sənət  deyil.  Əruz  vəzni  muğama  sonradan  bir 

ənənə kimi daxil olmuşdur.  

İkincisi    muğamda  əruz  vəznində  olan  şeirlər  təs-

niflər  istisna  olmaqla,  bəhrsiz  (qeyri-ritmik)  musiqiylə 

oxunur  (6

).  Ritmsiz  musiqinin  isə  əruzla  yaxınlığından 




 

13 


söhbət  gedə  bilməz.  Çünki,  əruz  yalnız  ritmlə  müəyyən 

olunur 


(ritmik  hadisədir).  Ritmsiz  vakal  muğam  musi-

qisində  ritmik  cəhətdən  şeir  musiqiyə  yox,  musiqi  şeirə 

tabe  olduğundan  eyni  muğamda  müxtəlif  əruz 

bəhrlərində,  həmçinin  heca  vəznində  olan  şeirlər  oxuna 

bilir. 

Yəni,  bəhrsiz  musiqidə  şeir  vəznindən  istifadə 

baxımından  sərbəstlik  var.  Çünki,  bəhrsiz  musiqi 

üzərində  hansı  sözlər  oxunsa,  musiqi  həmin  sözlərin 

ritminə  tabe  olur.  Deməli,  muğam  musiqisinin  “əruz 

üzərində”  qurulduğunu  demək  tamamı  ilə  yanlışdır.  Onu 

da  qeyd  edək  ki,  müasir  xanəndələrin  çoxu  əruzu  yaxşı 

bilmədiklərindən  oxuyarkən  əruz  qaydalarını  pozurlar, 

amma muğam mağamlığında qalır. 

 

Mətni  əruz  vəznində  olan  təsniflərə  gəldikdə,  bu 



təsniflər  məhz  əruz  vəznində  olan  şeirlərə  sonradan 

bəstələnmişdir.  Digər  ritmik  muğam  nümunələri  (digər 

təsniflər , diringilər və s.) isə xalq mahnıları, aşıq havaları 

və  oyun  havalarına  yaxın  olduğundan,  həmin  muğam 

nümunələrində  də  əruz  ritmlərinə  yaxın  ritmlərə  rast 

gəlmək olar.  

Bir  sözlə  desək,  muğam  əruz  demək  deyil,  sadəcə, 

əruz  gözəl  ahəngə,  ritmə  malik  olduğundan,  həmçinin 

“elitar vəzn” hesab edildiyindən muğamda ondan istifadə  

bir ənənəyə çevrilmişdir. 

Onu  da  qeyd  edək  ki,  əruz  qəliblərinə  məxsus  ritmik 

vahidlər (xüsusən  mütəfA’ilün, müfA’ilAtün,  müftə’ilAtün 

kimi  beşliklər)  müasir  Türkiyə  estradasının  sözləri  və 

musiqisin

də  geniş  yer  tutur.  Halbuki,  müasir  ərəb 

mahnılarında əruz ritmlərinə o qədər də rast gəlmirik.   




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin