13
söhbət gedə bilməz. Çünki, əruz yalnız ritmlə müəyyən
olunur
(ritmik hadisədir). Ritmsiz vakal muğam musi-
qisində ritmik cəhətdən şeir musiqiyə yox, musiqi şeirə
tabe olduğundan eyni muğamda müxtəlif əruz
bəhrlərində, həmçinin heca vəznində olan şeirlər oxuna
bilir.
Yəni, bəhrsiz musiqidə şeir vəznindən istifadə
baxımından sərbəstlik var. Çünki, bəhrsiz musiqi
üzərində hansı sözlər oxunsa, musiqi həmin sözlərin
ritminə tabe olur. Deməli, muğam musiqisinin “əruz
üzərində” qurulduğunu demək tamamı ilə yanlışdır. Onu
da qeyd edək ki, müasir xanəndələrin çoxu əruzu yaxşı
bilmədiklərindən oxuyarkən əruz qaydalarını pozurlar,
amma muğam mağamlığında qalır.
Mətni əruz vəznində olan təsniflərə gəldikdə, bu
təsniflər məhz əruz vəznində olan şeirlərə sonradan
bəstələnmişdir. Digər ritmik muğam nümunələri (digər
təsniflər , diringilər və s.) isə xalq mahnıları, aşıq havaları
və oyun havalarına yaxın olduğundan, həmin muğam
nümunələrində də əruz ritmlərinə yaxın ritmlərə rast
gəlmək olar.
Bir sözlə desək, muğam əruz demək deyil, sadəcə,
əruz gözəl ahəngə, ritmə malik olduğundan, həmçinin
“elitar vəzn” hesab edildiyindən muğamda ondan istifadə
bir ənənəyə çevrilmişdir.
Onu da qeyd edək ki, əruz qəliblərinə məxsus ritmik
vahidlər (xüsusən mütəfA’ilün, müfA’ilAtün, müftə’ilAtün
kimi beşliklər) müasir Türkiyə estradasının sözləri və
musiqisin
də geniş yer tutur. Halbuki, müasir ərəb
mahnılarında əruz ritmlərinə o qədər də rast gəlmirik.
Dostları ilə paylaş: