fA’ilün) və səri-2 (müftə’ilün müftə’ilün) qəlibləri də 4-4-3
və 4-4 bölgülərində olduğundan, həmin bölgülərdə ritmlə
deyilən meyxana (həmçinin, bəzi ritmik aşıq havaları:
“Cəlili”, “Şəşəngi”, “Müxəmməs” və s.) səri bəhrinə
oxşayır, lakin səri bəhri demək deyil. Fərq ondan ibarətdir
ki, meyxanada
(həmçinin, həmin aşıq havalarında
oxunan şeirlərdə) uzun və qısa hecaların misradakı
ardıcıllıq formulu əruzdakı kimi dəyişməz yox, sərbəstdir
və bu sərbəstlik hətta musiqinin (meyxanada və aşıq
havala
rında) də ritmlərinə təsirsiz ötüşmür.
Meyxanada sözlər bölgülərdə “parçalana” bilər. Bəzən
meyxananın məhz bu xüsusiyyətinə görə onun əruza
əsaslandığını deyirlər. Əslində isə, bu düzgün nəticə
deyil. Belə ki, heca vəznində sözlərin bölgülərdə parça-
lanmaması qaydası əsasən şeirin deyilişi üçün əhəmiyyət
kəsb edir. Şeir ritmik musiqi ilə oxunduqda bölgü və ritm
cəhətdən əsasən musiqiyə tabe olur və ümumiyyətlə
şeirin deyiliş bölgülərinin əhəmiyyəti itir. Sözlərin musiqi
bölgülərində parçalanması isə normal haldır. Yəni, əgər
musiqi bölgüləri heca vəzninin bölgülərindən fərqlənirsə,
sözlər musiqinin bölgülərində parçalanır və bu heç də
xəta sayılmır. Məsələn, 4-4-3 bölgüsündə olan ritmik aşıq
15
havaları (“Cəlili”, “Şərili” və s.) üstündə 6-5 bölgülü şeirlər
də oxuna və sözlər musiqinin bölgülərində parçalana
bilər.
Bəzən elə xalq mahnılarına (“Qaragilə”, “Gəl, gəl,
gözəl yar” və s.) rast gəlirik ki, onların sözlərini musiqisiz,
şeir kimi dedikdə heç bir şeir ölçüsünə uyğun gəlmir.
H
əmçinin, elə aşıq şeiri nümunələrinə rast gəlirik ki,
misraların bölgüləri biri-birindən fərqlənir və ya sözlər
bölgülərdə parçalanır. Bu onunla əlaqədardır ki, həmin
xalq mahnılarının və aşıq şeirinin sözləri musiqi üstündə,
yalnız musiqi ilə oxunmaq üçün yaranmışdır. Meyxana da
ritmik musiqi ilə deyildiyindən orada sözlərin bölgülərdə
parçalanması normaldır və bunu əruzla əlaqələndirmək
olmaz.
Onu da
qeyd edək ki, heca vəzninin 7 (4-3) və 8 (4-4)
hecalı nümunələrində sözlərin bölgülərdə parçalanması
nəinki musiqi ilə oxunduqda, hətta şeir deyilişində də tam
normaldır.
O ki qaldı meyxanada əruz qəliblərindən istifadə
olunmasına, bu sonradan bir ənənə kimi meydana
çıxmışdır. Burada isə, təbiidir ki, əruzun tələblərinin
dəqiqliklə gözlənilməsi mümkün deyil, çünki, şifahi
sənətdir. Fikrimizcə, bədahətən deyilən meyxanada çətin
əruz qəliblərindən istifadəyə çox yer vermək lazım deyil,
çünki, bu zaman mənalı söz demək imkanı bir az da
məhdudlaşır. Meyxananın inkişafında isə əsas məsələ
formal amil olan vəzn yox, mənalı söz demək olmalıdır.
Bəzi əruz qəliblərindən qeyri-dəqiq istifadəyə aşıq
şeirində də rast gəlirik. Əsasən rəməl-6 qəlibi üzərində
yazılmış 15 hecalı həmin aşıq şeirlərində (divani,
müxəmməs və s.) də meyxanada olduğu kimi ritmik
ardıcıllıq dəqiqliklə gözlənilmir, yəni, yarı əruz, yarı heca
vəznində olur. Məsələn:
16
Yatmayıb sübhə qədər çəkirəm nalə, hardasan
Salıbdır eĢqin məni sonam, məlalə hardasan...
Və ya:
Dolanıb bu aləmi baĢqa diyar axtarıram,
Deməyə dərdlərimi yoxdur dildar, axtarıram,
ĠçmiĢəm badəsini bu çərxi dönmüĢ fələyin,
Olubdur dünya mənim baĢıma dar axtarıram.
M. Daşqın
Lakin təmiz əruzda yazmış aşıqlarımız (Qurbani, aşıq
Valeh, a
şıq Ələsgər və s.) da olmuşdur.
Təqdirəlayiq haldır ki, son vaxtlar klassik janrlarda
(qəzəl, müxəmməs və s.) şeirlər yazan gənc mey-
xanaçıların əksəriyyəti onu təmiz əruzda yazırlar.
Əvvəllər isə, əksər meyxanaçılar yazdıqları şeirləri də
əruz üstündə dedikləri bədahətən meyxanalarda olduğu
kimi qeyri-
dəqiq vəzndə (yarı əruz, yarı heca vəznində)
yazırdılar.
Dostları ilə paylaş: |