Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


Əruz  vəzninin  yaranması



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   2   3   4   5   6   7   8   9   ...   20
esh evsq

Əruz  vəzninin  yaranması.  Əruz  vəzninin  geniş 

nəzəri  sistemini  yaradan  tarixə  məlum  ilk  şəxs  ərəb 

filoloqu 

Xəlil İbn Əhməd (718-792) olmuşdur. X.İ.Əhmədə 

qədər  isə  ərəb  şeirində  aşağıdakı  inkişaf  mərhələlərinin 

olduğu qeyd edilir (17): 

Ərəb şeirinin “səc” forması; 



Ərəb şeirinin “rəcəz” forması;  

Ərəb şeirinin erkən əruz forması (VI-VIII əsrlər). 



Ərəb  şeirinin  qədim  forması  sayılan  “səc”  şeir 

formasının bu günə gəlib çatmış nümunələrindən görmək 

olar ki, “səc” şeirində misralar nəinki vahid ritmik quruluşa 

malik  olm

amışdır,  hətta  heca  sayı  və  bölgülər  də 

misralarda biri-

birindən fərqlənmişdir. Qafiyələnmə isə bu 

şeir  formasında  mövcud  olmuşdur.  Ona  görə  də  “səc”i 

“qafiyəli nəsr” də adlandırırlar (17).  

Ərəb şeirinin “rəcəz” (buradakı “rəcəz” ifadəsi əruzun 

rəcəz  bəhri  ilə  eyni  mənada  qəbul  edilməməlidir)  

formasının  V  əsrdə  artıq  mövcud  olduğu  ehtimal  edilir. 

“Rəcəz”  formasına  aid  olan  şeirlərdə  misralarda  heca 

sayı və bölgülər qismən uyğunlaşsa da, misraların ritmik 

quruluşlarının  uyğunlaşması  yalnız  sözlərin  eyni 

qrammatik 

və  leksik  dəyişmələri  ilə  əlaqədar  olaraq 

təsadüfi xarakter daşımışdır. Yəni, vahid ritmik quruluşun 

misralarda  gözlənilməsi  qaydası  olmamışdır.  Bu  şeir 

forması  da  “səc”  kimi  şifahi  xalq  yaradıcılığının  məhsulu 




 

(qeyri-



professional,  spontan  forma)  kimi  qiymətləndirilir 

(17). 


Ərəb  şeirinin  erkən  əruz  formasının  VI  əsrin 

əvvəllərindən  VIII  əsrin  ortalarına  (X.  İ.  Əhməd  təliminin 

yaranmasına)  qədər olan  dövru  əhatə  etdiyi  qəbul  edilir. 

Erkən  əruz  şeirinə  aid  nümunələrdə  vahid  ritmik 

quruluşun  bütün  misralarda  (beytlərdə)  gözlənilməsi 

qaydası müşahidə olunur. Ərəb şeirinin bu forması yazılı 

ədəbiyyatın  müəyyən  inkişafı  ilə  əlaqədar  olaraq 

professional  və  daha  yüksək  səviyyəli  yaradıcılıq 

mərhələsi  kimi  qəbul  olunur.  Belə  ki,  erkən  əruz  şeiri 

müəyyən  filoloji  biliklərə  malik  müəlliflər  tərəfindən  vahid 

ritmik  quruluşun  bütün  misralarda  (beytlərdə)  gözlənil-

məsi  qaydasının  şeirə  tətbiqi  ilə  formalaşmışdır.  Bu 

dövrdə  nisbətən  sadə  qəliblərdən  (əsasən  rəcəz,  həzəc 

və  rəməl  qəliblərindən)  istifadə  edilmişdir.  Bu  dövrdə 

professional  səviyyəli  əruz  şeiri  ilə  paralel  olaraq  şifahi 

xalq  yaradıcılığı  forması  kimi  “səc”  və  “rəcəz”  şeir 

formaları da öz mövcudluğunu qorumuşdur (17). 

 

X.  İ.  Əhməd  isə  əruza  daha  mürəkkəb  və  çoxsaylı 



qəliblər  əlavə  etmiş,  ərəb  dilinin  ritmik  sisteminin  və 

əruzun geniş nəzəriyyəsini yaratmışdır ki, ondan sonrakı 

ərəb  poeziyası  məhz  həmin  nəzəriyyə  üzərində  inkişaf 

etmişdir. 

Burada  əruzun  yaranması  baxımından  çoxsaylı 

suallar  ortaya 

çıxır.  Ən  önəmli  suallardan  biri  ondan 

ibarətdir  ki,  əruzun  əsas  xüsusiyyəti  olan  vahid  ritmik 

quruluşun  şeirin  bütün  misralarında  dəqiqliklə  gözlənil-

məsi qaydası niyə ilk dəfə məhz ərəblər tərəfindən şeirə 

tətbiq  olunmuşdur?  Əruzşünaslıqda  adətən  bu  ərəb 

dilinin  uyğun  xüsusiyyəti  (?)  ilə  əlaqədar  olaraq  bir  tarixi 

zərurət  kimi  qiymətləndirilir.  Lakin,  bunun  ərəb  dilinin 

məhz  hansı  özəlliyi  olduğu  lazımınca  araşdırılmamışdır. 

Əgər  bu  xüsusiyyət    əruz  qəliblərini  formalaşdıran  ritmik 

vahidlərin  ərəb  dilində  və  ərəb  folklorunda  mövcud 




 

olmasıdırsa, həmin ritmik vahidlərin demək olar ki, hər biri 



türk dilində və türk folklorunda da mövcuddur (buna real 

misalları  növbəti  bölmələrdə  görəcəyik).  Deməli,  həmin 

qaydanın  ilk  dəfə  türk  şeirinə  tətbiq  olunması  da  nəzəri 

cəhətdən  mümkün  idi.  Bəlkə  də  sadəcə  olaraq,  yazılı 

ədəbiyyatın  və  filologiyanın  ərəblərdə  daha  tez 

formalaşması həmin qaydanın ilk dəfə məhz ərəb şeirinə 

tətbiq olunmasına zəmin yaratmışdır. Hər halda bu da bir 

versiyadır.  Yeri  gəlmişkən,  ərəb  əruzunun  yaranmasın-

dan xeyli əvvəl oxşar qaydanın ərəb dilindən tamam fərqli 

dildə  olan  qədim  yunan  şeirinə  də  tətbiq  olunuğu 

məlumdur (1).  

İstənilən  halda  əruz  qəliblərində  dövri  təkrarlanan 

ritmlər  dilimizdə  və  folklorumuzda  varsa  və  hətta  bu 

ritmlər  xalq  musiqimizin  əsasında  dayanırsa,  təkcə  bu 

fakt əruzun bizə yad olmadığıni deməyə əsas verir.               


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin