Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


Əruz  vəzni  və  türk  dili



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   2   3   4   5   6   7   8   9   ...   20
esh evsq

Əruz  vəzni  və  türk  dili.  Öncə,  əruz  vəzninin  türk 

dilinin  fonetikasına  nə  dərəcədə  uyğun  olmasını  nəzər-

dən keçirək. Ümumiyyətlə, əruz nədir? Əruz uzun və qısa 

hecaların müəyyən kombinasiyalarda  gözəl oxunuş ritmi 

yaradan 

ardıcıllığının  (əsasən  dövri)  bütün  misralarda 

(beytlərdə)  dəqiqliklə  gözlənilməsi  ilə  müəyyən  olunan 

şeir  vəznidir.  Bəs  uzun  və  qısa  hecalar  nə  ilə  müəyyən 

olunur?  Qısa  hecalara  saiti  uzanmayan  açıq  hecalar, 

uzun  hecalara  isə  qapalı  hecalar  və  saiti  uzanan  açıq 

hecalar  aiddir.  Əruz  qəliblərinin  bir  qismində  uzun 

hecalar


ın  sayı  qısa  hecaların  sayına  təqribən  bərabər 

olduğu halda, bir qismində uzun hecalar çoxluq təşkil edir 

(üç  dəfəyə  qədər),  az  bir  qismində  isə  qısa  hecalar 

çoxluq  təşkil  edir.  Əsl  türk  sözlərində  uzanan  sait 

olmadığından  uzun  hecalar  yalnız  qapalı  hecalar 

vasitəsiylə    düzəlir.  Qapalı  və  açıq  hecaların  sayları  isə  

türkcəmizdə  təqribən  biri-birinə  bərabərdir.  Buradan 

görünür  ki,  dilimiz  bütövlükdə  əruza  yox,  uzun  hecaları 

çox  olan  əruz  qəliblərinə  münasibətdə  uzun  hecaların 



 

“çatışmazlığı”  ilə  seçilir.  Belə  olan  halda  ilk  baxışdan 



demək olar ki, uzun hecaları çox olan əruz qəliblərində bu 

hecaların  yerini  doldurmaq  üçün  şairlər  məcburi  olaraq 

ərəb  və  fars  sözlərindən  istifadə  edərək  və  türk 

sözlərindəki  saitləri  süni  surətdə  uzadaraq  dilimizə  yad 

ünsürlər gətiriblər. Lakin, bu fikri də  birmənalı qəbul edib, 

belə  əruz  qəliblərini  dilimizə  yad  hesab  etməyə 

tələsməyək.  


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin