Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


Əruz vəzni və Azərbaycan bəstəkarlığı



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
esh evsq

Əruz vəzni və Azərbaycan bəstəkarlığı. Azərbaycan 

bəstəkarlarının əruz  vəznində olan şeirlərə bəstələdikləri 

musiqi

lər kifayət qədər çoxdur. Dahi bəstəkarımız Ü. Ha-



cıbəylinin  “Sənsiz”  və  “Sevgili  canan”  romansları, 

həmçinin, “Leyli və Məcnun”, “O olmasın, bu olsun” və b. 

operalarında  bir  çox  parçalar  birbaşa  əruz  şeirinə 

bəstələnmiş,  əruz  ritmləri  üzərində  olan  musiqilərdir. 

Həmçinin, görkəmli bəstəkarımız Süleyman Ələsgərovun 

M. Füzulinin “Pəmbeyi daği cünun içrə nihandır bədənim” 

qəzəlinə  bəstələdiyi  romans,  “Gözlə  məni”  və  b.  əsərləri 

əruz qəlibləri üstündə bəstələnmişdir. Bu misalların sayını 

artırmaq da olar. 

Bundan başqa, muğam dəstgahlarında oxunan bir çox 

təsniflər  də  məhz  əruz  vəznində  olan  şeirlərə  (əsasən 

qəzəllərə)  ustad  xanəndələr  tərəfindən  bəstələnmiş 

mahnılardır  ki,  onlar  da  tamamı  ilə  əruz  ritmləri 

üzərindədir.  Məsələn, “Gülşəndə fəda eylər ikən bülbülü-

şeyda”  şeirinə  bəstələnmiş  şur  təsnifi,  M.  Füzulinin 

“Usanmazmı” qəzəli üstündə oxunan segah təsnifi və s. 

Beləliklə,  əruz  vəzninin  dilimizə  və  folklorumuza 

uyğun  olması,  bu  vəznin  bizə  doğma  olduğunu  deməyə 

əsas  verir.  Deməli,  bu  vəzn  şeirimizdə  yaşadılmalı, 



 

18 


dilimizin  qanun

larına və musiqimizə uyğun olaraq inkişaf 

etdirilməlidir. 

   


 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin