Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
esh evsq

Əruz vəzni  və rep.  Bəzən repi səhvən “Bəhri-təvil”lə 

eyniləşdirirlər.  Düzdür,  ardıcıl,  fasiləsiz  deyilməsi  baxı-

mında onlar arasında oxşarlıq  var, amma ritmik quruluş, 

yəni,  uzun  və  qısa  hecaların  ardıcıllıq  forması  fərqlidir. 

Bildiyimiz  kimi, 

“Bəhri-təvil”in  (“Sonsuz  dərya”)  ritmik 

quruluşu  “Fə’ilAtün”  təfiləsinin  ardıcıl  təkrarından 

ibarətdir, qafiyələnmə isə daxili olmaqla sərbəstdir. Bu bir 

növ  əruz  vəznində  olan  sərbəst  şeirdir.  Bəhri-təvil 

Azərbaycan  ədəbiyyatında  meydana  çıxmışdır.  Təfiləyə 

nəzər salsaq görərik ki, uzun və qısa hecaların sayı biri-

birinə  bərabərdir.  Repdə  isə  qısa  hecaların  çoxluq  (3-5 

dəfə  və  daha  çox)  təşkil  etməsi  tələb  olunur  və  eyni 

zamanda  uzun  və  qısa  hecaların  dəyişməz  ardıcıllıq 

formulu  yoxdur. 

Göründüyü  kimi  repi  “Bəhri-təvil”lə 

eyniləşdirmək doğru deyil.  



 

17 


Yeri gəlmişkən, onu qeyd edək ki, repdə əruzdakının 

əksinə  olaraq  qısa  hecaların  çoxluğu  tələb  olunduğu 

halda, 

qəribədir  ki,  repçilər  rep  deyərkən  saitləri  türk 

sözlərinin  əvvəl  və  ya  orta  hecalarında  süni  surətdə 

uzadırlar.  Bu  isə  çox  anormal  səslənir.  Bu  hal  yəqin  ki, 

repçilərin rusdilli olmasından irəli gəlir. Belə ki, rus dilində 

vurğulu açıq hecalarda hamişə sait uzadılır. Türkcəmizdə 

isə,  vurğulu  açıq  hecada  belə  sait  uzanmır.  Rusdilli 

repçilər  isə,  bu  zaman  məhz  rus  fonetikasının 

qaydalarından çıxa bilmirlər və türk sözlərində də vurğulu 

açıq  hecalarda  (hətta  bəzən  “məni”,  “səni”  kimi  sözlərin 

əvvəlində gələn vurğusuz açıq hecalarda) saiti uzadırlar. 

Bu hala 


rusdillilərin şifahi nitqində də həmişə rast gəlirik. 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin