X. İ. Əhməd sisteminin öyrənilməsinin
çətinliyi nədədir?
Xəlil İbn Əhməd ərəbcə “fə’ələ” feilindən yaranan
müxtəlif ifadələri (FA’ilAtün, MəfA’Ġlün, Müftə’ilün və s.)
“təfilələr” kimi qəbul etmiş və bu təfilələr vasitəsiylə əruz
vəzninin müxtəlif qəliblərini yaratmışdır. O, yarandığı əsli
təfilələrdən asılı olaraq qəlibləri bəhrlərdə qruplaş-
dırmışdır. X. İ. Əhməd əruz vəzninin 15 bəhrini müəyyən
etmişdir. Azərbaycan şeirində əruzun 12 bəhrindən və
yüzlərlə qəlibindən istifadə edilir. Həmin qəliblərdən bir
çoxu X. İ. Əhməddən sonra yaradılmışdır. Həmçinin,
Azərbaycan əruzunda “Bəhri-təvil” (“Sonsuz dərya”)
adlanan sərbəst şeir forması yaranmışdır. Fikrimizcə,
X.İ.Əhmədin əruz vəznini bəhrlərə ayırması ritmik
quruluşdan daha çox formal amillərə əsaslanmışdır. Yəni,
əruz vəznində elə qəliblərə rast gəlirik ki, həmin qəliblər
başqa bəhrdən olan qəliblərə eyni bəhrdən olanlardan
ritmik cəhətdən daha yaxındır, baxmayaraq ki, eyni
bəhrin qəlibləri eyni əsli təfilələrdən yaranmışdır. Bu
əruzun öyrənilməsini çətinləşdirən cəhətlərdəndir.
Əruz vəzni əsasən iki ünsür – uzun və qısa heca ilə
müəyyən olunduğu halda, X. İ. Əhməd çoxsaylı (60-dan
çox) təfilələrdən istifadə etmiş, bu təfilələrin “yaranması”
ilə bağlı müxtəlif lazımsız anlayş və terminlər (“zihaf”lar,
“əsli” və “törəmə” təfilələr və s.) müəyyən etmişdir. Bütün
bunlar isə əslində o qədər də qəliz və mürəkkəb olmayan
əruz sisteminin öyrənilməsini süni surətdə çətinləş-
dirmişdir. Görkəmli əruzşünasımız Əkrəm Cəfər də bu
cəhəti xüsusi qeyd etmişdir (1).
19
X.
İ. Əhməd təfilələrində uzun heca iki formada – həm
qapalı heca kimi (məsələn, “tün”, “lün” və s.), həm də
saiti uzadılan (əlifbamızda böyük hərflə və bəzi hallarda
apastrofla
yazılan) açıq heca (məsələn, “fA”, “lA”, bəzən
fə’ və s.) ilə ifadə olunur. Halbuki, onu bir formada da
ifadə etmək olardı. Bu da əruzun öyrənilməsini
çətinləşdirən amillərdəndir. Burada təbii ki, ərəb fone-
tikasının və əlifbasının da təsiri olmuşdur.
Əruzun öyrənilməsini çətinləşdirən amillərdən biri də
əruz misralarında guya heca sayının əhəmiyyətsiz olması
fikrinin tez-
tez səslənməsidir ki, bu da vəzni öyrənmək
istəyənlərin fikrini azdırır. Əruz misralarında heca sayının
əhəmiyyətsiz olması fikri başqa dillər (ərəb, fars və s.)
üçün bəlkə də məqbul ola bilər. Lakin, həmin fikri
Azərbaycan əruzu üçün də təkrarlamaq qətiyyən doğru
deyil.
Çünki, dilimizin fonetikası həmin dillərinkindən
fərqlidir. Azərbaycan əruzunda misradakı hecaların
Dostları ilə paylaş: |